Çağdaş dövrün ən dəyərli resursu

26 Noyabr Ümumdünya informasiya günüdür

Min il əvvəl də dünyada informasiya mühüm əhəmiyyət kəsb edib, bu gün də belədir, sabah da belə olacaq.

Tarixən hər hansı bir xəbərin məktub vasitəsilə bir vilayətdən digər məmləkətə çatdırılması üçün poçtalyonlardan istifadə olunub. Lakin bu, göndərilən məlumatın təhlükəsizliyinə zəmanət verməyib. Belə ki, uzaq səfərə yola çıxan elçinin ələ keçməsi, həmin məlumatın faş olunması ilə nəticələnib. 

Zaman keçdikcə informasiyanın əhəmiyyətini nəzərə alan insanlar digər vasitələrə əl atıblar. Məlumat mübadiləsi məqsədilə göyərçinlərdən istifadə olunub. Müharibələr zamanı göyərçinlərin poçt vasitəsi kimi istifadəsi buna bariz nümunədir. Hətta bir çox filmlərdə də bu barədə kadrlar lentə alınıb.

İnformasiyanın məsafədən-məsafəyə daha rahat ötürülməsinə çalışan insan oğlu bir qədər irəli gedərək, 146 il əvvəl dünya tarixində inqilab edib. ABŞ-ın Boston Universitetinin şotlandiyalı professoru Aleksandr Qraham Bell tərəfindən 1876-cı ildə ilk telefon icad olunub. Bu, tarixdə uzaq məsafədə alınan ilk səsli informasiya vasitəsi idi. Lakin daha sonra məsafədən informasiya əldə etmək məqsədilə–okeanın o tayından, qitələrarası məlumat mübadiləsi üçün mobil telefonlar ixtira olunub. Bu, ötən əsrin 80-ci illərinə təsadüf edirilk mobil qurğunun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır. Belə ki, kommersiya məqsədi ilə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunub. Həmin günMotorollaşirkəti layihəsinə 100 milyon dollar sərf edilən qurğunu ictimaiyyətə təqdim edib.  Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 santimetr olub.

Çağdaş dövrdə isə informasiyanın əhəmiyyəti daha da artıb. Qloballaşan dünyada ölkələr arasında məlumat mübadiləsi daha çevik şəkildə həyata keçirilməyə başlayıb. Buraya internet poçt xidmətlərini sürətlə sayı artan sosial platformaları aid etmək olar.

Azərbaycanda informasiya siyasətini Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi həyata keçirir. Buraya nəqliyyat, o cümlədən, dəniz nəqliyyatı mülki aviasiya, rabitə (telekommunikasiya poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio digər innovativ elmtutumlu texnologiyalar) sahəsi daxildir. Bu nazirlik informasiya sahəsində dövlət siyasətini tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. ÖlkəmizdəAzərkosmosAçıq Səhmdar Cəmiyyətinin yaradılması Azərbaycanın dünyanın informasiya məkanına uğurla inteqrasiya etməsinə  şərait  yaradıb. Hazırda “Azərspace-1” eləcə “Azərspace-2” Azerskypeykləri üzərindən çoxlu sayda televiziya radio kanalları yayımlanır.

Elçin ABBASOV

Xalq qəzeti .- 2022.- 26 noyabr.- S.9.