Heydər Əliyev ideyaları yeni Azərbaycanın dövlətçilik irsidir

Yeni Azərbaycan Partiyası – 30

Azərbaycanda vəziyyətin get-gedə ağırlaşdığını, çətinləşdiyini görərkən və bu partiyanın yaranması ilə əlaqədar mənə müraciət edən ziyalıların, respublikanın tanınmış adamlarının – ölkəmiz, xalqımız, torpağımız üçün ürəyi həqiqətən yanan adamların iztirabını duyarkən, onların xalqımız, ölkəmiz üçün bir görmək arzusunu hiss edərkən mən tədricən belə bir partiyanın yaranmasına kömək etməyə razılığımı verdim. Sonra mənə 91-lərin müraciəti gəldi və mənim müraciətə cavabım oldu.

Heydər ƏLİYEV

 Azərbaycan xalqının ümummilli lideri

Doxsanıncı illərin əvvəlləri. Ölkə həyatının ictimai-siyasi təbəddülatlarla dolu olduğu vaxtlar. Xalq hərəkatının qanadlarında hakimiyyətə gəlmiş qüvvələrin xalqın inamını sarsıtdığı bir dönəm. Şərqin qapısı sayılan Naxçıvandan parlayan Günəş başımız üstündəki qara buludları dağıtdı, yollarımıza nur saçdı: Ulu öndər “Yeni Azərbaycan Partiyası” adlanan bir siyasi təşkilat yaratdı və sonradan onubu günün, sabahın və gələcəyin partiyası” adlandırdı.

Yeni Azərbaycan Partiyası ötən əsrin sonunda ölkənin gərgin, təbəddülatlı bir dövründə siyasi arenaya gəldi və xilasın, tərəqqinin binasını qoydu. O zaman tez-tez hakimiyyət dəyişiklikləri və daxi­li siyasi çaxnaşmalar baş verirdi. Azərbaycanda böhran vəziyyəti qorxulu həddə çatmışdı. Nankor qonşularımız Qarabağda işğalçı­lıq və separatçılıq siyasəti yeridir, əzəli torpaqlarımızı ələ keçirməyə çalışırdılar. Nizami ordumuz olma­dığına görə, adda-budda yaradılmış özünümüdafiə dəstələri düşmənin qarşısını almaqda çətinlik çəkir, çox­lu itki verirdilər. Artıq məşum Xocalı faciəsi törədilmiş, Qarabağın baş tacı olan Şuşa və Laçın işğal edil­mişdi.

Həqiqətən də ümumxalq ina­mına malik olanilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq, ölkəni böhrandan xi­las etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyulurdu. Belə qətiyyətli lider yalnız dünya səviyyəli siyasətçi və dövlət xadimi Heydər Əliyev ola bilərdi. Bu səbəbdən də ziyalılar ulu öndərin rəhbərliyi ilə yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında mətbuatda ona müraciət ünvanladılar. Təbii ki, bu müraciət cavabsız qalmadı və soyuq bir gecədə, şam işığında partiyanın ilk Nizamnaməsi hazır­landı. 21 noyabr 1992-ci ildə isə Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə partiyanın təsis konfransı keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi.

Beləliklə, Azərbaycanın icti­mai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan son­ra ölkədə baş verəcək hadisələrin axarını köklükonstruktiv surətdə dəyişə bilən partiyaYeni Azərbaycan Partiyası meydana çıx­dı. 1995-ci və ondan sonrakı illərdə keçirilən parlament seçkilərində Milli Məclisin mandatını qazanan deputatların əksəriyyəti bu partiya­nın üzvləri olduğundan parlamentin cəmiyyətdəki nüfuzu və təsir gücü daha da artdı.

Partiyanın Nizamnaməsində qeyd olunur ki, YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özü­nün Nizamnaməsi və Proqramı əsasında – Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sa­bitsosial yönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən mil­li birlik yaratmaq məqsədilə birgə fəaliyyət göstərən vətəndaşların birləşdiyi parlament tipli siyasi par­tiyadır.

Ulu öndər YAP-ı yaratdıqdan və siyasi hakimiyyətə qayıtdıqdan sonra ümidlər inama, inamlar re­allığa döndü. Ölkədə sabitliyə nail olundu, cəbhədə irəliləyişlər oldu və düşmənlər məcburən atəşkəsə getdilər. Daha sonra dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı, Konstitusiya qəbul edil­dis. Azərbaycan sabit və sürətli inkişaf relsləri üzərində inamla irəli getməyə başladı.

YAP-ın 3-cü qurultayında (2005-ci il, mart) cənab İlham Əliyev yekdilliklə partiyanın sədri seçilib. İlham Əliyev partiya haqqında de­yib: “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi in­sanlarını onun ətrafında birləşdirdi”. Həmin seçkidən iki il əvvəl ölkə Pre­zidenti seçilən İlham Əliyev iyirmi ilə yaxındır ki, ümummilli liderin dövlətçilik irsinin layiqli davamçısı kimi ölkəmizin quruculuqinkişaf xəttinə sədaqət nümunəsi göstərir.

Yeni Azərbaycan Partiyası bizləri bir amal ətrafında birləşdirir, ictimai-siyasi həyatımıza verdiyi düzənlə, dəqiq hədəfləri göstərməklə irəliləyişimizi, tərəqqimizi yönləndirir. Zamanın sınaqlarından alnıaçıq, üzüağ çıxan Heydər Əliyev ideyala­rını yeni Azərbaycanın dövlətçilik irsi kimi qoruyub yaşadan bu partiya­nın 2021-ci il martın 5-də keçirilmiş növbədənkənar 7-ci qurultayında qeyd olunub ki, 30 ilə qədər erməni işğalı altında qalmış Azərbaycan torpaqları Yeni Azərbaycan Partiya­sının Sədri, möhtərəm Prezidenti­miz, müzəffər Ali Baş Komandanı­mız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində azad edilib, Azərbaycanın çoxəsrlik ta­rixinin ən şərəfli səhifələrindən biri yazılıb, xalqımızın və millətimizin qüruru qaytarılıb, adı ucalıb. Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ən yüksək zirvəyə çat­ması, ölkəmizin sosial-iqtisadi və hərbi-siyasi yüksəlişi məhz bu yo­lun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Flaqman partiyanın sədri 7-ci qu­rultaydakı giriş nitqində əvvəlki qu­rultaydan ötən illərin ölkəmiz üçün, bölgəmiz üçün həlledici olduğunu bil­dirib. Həqiqətən də həmin müddətdə başda Vətən müharibəsindəki par­laq Qələbə olmaqla, həyatımızda çox önəmli hadisələr baş vermişdir. Prezidentparlament seçkiləri keçirilmiş, ölkədə gedən islahatlar yeni mərhələyə qədəm qoymuş, ictimai-siyasi iqlim daha da sağ­lamlaşdırılmışdır. “İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zaman­da, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yara­nıb”.

Cənab İlham Əliyev yekun nitqində 7-ci qurultayı ölkəmizin icti­mai-siyasi həyatında önəmli hadisə saydığını söyləyib, partiyanın rəhbər orqanlarına seçilmiş bütün siyasi əqidədaşlarına yeni uğurlar arzula­yıb və bildirib ki, Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı kimi gözəl ənənələri var. Bu il partiyanın 30 illik yubileyi keçiriləcək. YAP yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha böyük fədakarlıqla icra edəcək. Hər bir üzv ümumi işə öz layiqli töhfəsini verəcək ki, partiya bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi, nailiyyətlərimizin bayraqdarı olaraq qalsın.

Qurultayda zəruri təşkilati prose­durlarla bərabər, altı siyasi partiya­nın – Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Parti­yası, Milli Qurtuluş Partiyası, Yurd­daş Partiyası, Milli Hərəkat Partiyası və Demokrat Sahibkarlar Partiya­sının Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə müraciətləri olub. Həmin müraciətlər yekdilliklə qəbul edilibflaqman partiyanın sıraları daha da möhkəmlənib. Prezident İlham Əliyev qurultay öncəsi YAP-a qoşulmaları çox önəmli, əlamətdar hadisə kimi dəyərləndirib: Bu da si­yasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti ad­dımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir”.

YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını layiqincə həyata keçirib. Ölkədə si­vil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olub. Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclüso­sialyönümlü iqtisadiyyat yaradıl­ması, sosial ədalətin bərqərar ol­ması bir çox cəhətdən parlament tipli sağ mərkəzçi siyasi partiya olan YAP-ın da xidməti sayılır. Bu partiya cəmiyyətin bütün təbəqə və kateqo­riyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirib, ən kütləvi siyasi qüvvəyə çevrilib. Beynəlxalq əlaqələrini genişləndirib və dünyada geniş şöhrət qazanıb.

Yeni Azərbaycan Partiyasının 30 illik tarixi, əslində, müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirir. Bu partiya ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafını təmin edən mütəşəkkil siyasi təşkilatdır. Müstəqil Azərbaycan dövlətinin başının üstünü almış təhlükələrin ulu öndərin rəhbərliyi altında aradan qaldırılma­sında, xaos və özbaşınalığın ləğv edilməsində, ictimai-siyasi sabitliyin bərqərar olunmasında, bazar iqtisa­diyyatı əsasında neft strategiyasının işlənib hazırlanmasında və reallaş­dırılmasında partiya fəallarının da xidmətləri danılmazdır. Yeni əsrdə torpaqlarımızın işğaldan azad olunması üçün güclü ordu forma­laşmış, ölkədə dinamik iqtisadi in­kişafa nail olunmuşdur. Bu işlərin görülməsində YAP-ın müstəsna və xüsusi rolu vardır.

Partiyanın 7-ci qurultayında cənab İlham Əliyev gəncləşmə siyasətinin zəruriliyini də vurğulaya­raq qeyd edib ki, sabahımızın sahibi olacaq gənc nəslimizin milli ruhda, mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, ölkəmizin müstəqilliyini hər şeydən üstün tut­sunlar: “Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır”.

Qurultaydan keçən bir il ərzində partiyanın cəmiyyət həyatında avanqard rolunun daha da artırılma­sı, uğurların möhkəmləndirilməsi, azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin genişləndirilməsi, gənclərin məsul vəzifələrə irəli çəkilməsi və sair istiqamətlərdə böyük nailiyyətlərə imza atılıb. Hər ötən gün zəfər yolumuzda silinməz izlər buraxıb, hər gələn gün isə yeni qələbələrin müjdəçisi olub.

Bu gün YAP üzvləri bəşəriyyətin qlobal inteqrasiyasına, demok­ratik dünya dövlətlərinin birliyinə istiqamətlənən yola rasional yanaşır, milli demokratiyanı dərinləşdirməklə ölkəmizi öz müstəqil siyasəti, bö­yük mədəniyyəti ilə dünya inkişa­fının öncül sıralarına çıxarırlar. Bu müqəddəs missiyanın layiqincə həyata keçirilməsi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız sözün əsl mənasında tarix yazır. Bu, müstəqil Azərbaycanın tərəqqi tarixidir, o cümlədən, elə YAP-ın şərəf tarixidir. Yüz minlərlə soydaşımız bu partiyanın sıraların­da olmaqdan qürur duyur, zama­nın çağırışlarına layiqincə cavab vermək üçün sədaqətlə çalışır. Si­yasi əqidədaşların, həmməsləklərin birgə fəaliyyəti ölkənin, xalqın daha xoşbəxt gələcəyinə xidmət edir.

Əli NƏCƏFXANLI

Xalq qəzeti .- 2022.- 1 oktyabr.- S.7.