Bərpa-quruculuq növbəsi Laçın rayonuna da çatdı

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinin aparılması artıq La­çın rayonuna da çatdı. Prezident İlham Əliyevin “Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” 22 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq üç yüz min manat ayrılıb.

Artıq iki ilə yaxındır ki, Azərbaycan dünyada qalib dövlət kimi tanınır. Bu müddət ərzində Przident İlham Əliyevin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımıza səfərləri intensiv xarakter alıb. İlk səfər ta­rixi qələbəmizdən bir həftə sonraFüzuli və Cəbrayıl rayonlarında oldu və həmin gün Qarabağda yenidənqurma, bərpa-quruculuq işlərinin əsası qoyuldu. Bundan sonrakı səfərlər isə işğaldan azad edilmiş digər rayonlara və yaşa­yış məntəqələrimizə reallaşdırıl­dı. Hər dəfə də həmin ərazilərdə yeni müəssisələrin təməlqoyma, bəzilərinin isə açılış mərasimləri keçirildi. Artıq xalqımız işğal­dan azad edilmiş ərazilərimizdə belə təməlqoyma və açılış mərasimlərinə bir növ adət edib. Dünya ictimaiyyəti də qısa vaxt ərzində həmin ərazilərdə görülmüş işlərdən heyrətləndiklərini gizlətmir. Dövlət başçımızın növbəti səfəri Laçın rayonuna oldu.

Doğrusu, indiki şəraitdə La­çın rayonuna səfər etmək çox təhlükəlidir. Çünki bir həftə əvvəl erməni silahlı birləşmələrinin bölmələrinin növbəti təxribatları nəticəsində həmin ərazilərdə bizim silahlı qüvvələrimizlə toqquşma olmuşdu. Söz yox ki, Azərbaycan tərəfindən də itki olmuşdu. An­caq Ermənistan ordusunun canlı qüvvəsi daha çox idi və düşmənin həmin ərazidəki hərbi infrastruk­turu yerlə-yeksan edildi. Bundan əlavə, rəşadətli ordumuz bur sıra strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti ələ keçirdi. Bu toqquş­madan bir həftə sonra dövlət başçımızın həmin ərazilərə səfər etməsi və Azərbaycan Bayrağını Laçında dalğalandırması, rayonun küçələrində sərbəst gəzməsi bö­yük cəsarət tələb edirdi. Xalqımız, eləcə də, dünya ictimaiyyəti bir daha möhtərəm Prezidentimizin cəsarətinin bir daha şahidi oldu.

Cəmi qırx dörd gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz ordumuzun qüdrəti sayəsində Ermənistan kapitul­yasiya – təslimçilik aktını imza­lamağa məcbur oldu. Bununla da Azərbaycanın tarixi Qələbəsi rəsmən təsdiqləndi. Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imza­ladığı üçtərəfli Bəyanata əsasən, təcavüzkar Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının iş­ğal edilmiş hissəsindən öz qoşunla­rını çıxarmalı idibuna əməl etdi.

Xatırladaq ki, İkinci Qarabağ döyüşlərində Laçın və Kəlbəcər rayonlarının bir hissəsi işğaldan azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi. Dövlət başçımı­zın qeyd etdiyi kimi, ancaq Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçirbuna görə biz Laçın şəhərini nəzarətə götürə bilməmişdik.

Sentyabrın 12-də gecə saatlarında Ermənistan si­lahlı qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində ge­nişmiqyaslı təxribat törətmişdi. Ermənistan silahlı qüvvələrinin di­versiya qrupları sutkanın qaranlıq vaxtında Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasında­kı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirmiş­di. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz əməliyyat tədbirlər nəticəsində döyüş toqquşması baş verdi və düşmən bu dəfə də layiqli cava­bını aldı. Ermənistanın təxribatları bu dəfə də öz başlarında çatladı. Düşmən istəyinə nail ola bilmədi və canlı qüvvəsi hərbi infrastruk­turla birlikdə məhv edildi. Prezi­dent, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, avqustun 26- da müzəffər Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Laçın şəhəri ilə birlikdə ZabuxSus kəndləri də işğalçılardan azad edil­di.

Dövlət başçımız sentyabrın 21- də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı və qəti mövqeyinibidirdi: “Bu, tarixi hadisədir. La­çın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bay­rağını qaldırmışam. Bu bayraq bu­rada əbədi dalğalanacaqdır”.

Laçın rayonunun və Laçın şəhərinin işğaldan azad edilməsi tarixi hadisədir. Ona görə ki, bu rayon xüsusi strateji əhəmiyyətə, çətin relyefə malikdir. Ermənistan silahlı birləşmələri Laçın rayo­nunu 1992-ci il mayın 18-də iş­ğal etmişdilər. Həmin dövrdə xarici himayədarlarına güvənən Ermənistan rəhbərliyi düşünürdü ki, işğal etdikləri ərazilərdə əbədi yaşayacaqlar. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatların, bir sıra qüdrətli dövlətlərin ermənilərə havadarlığı və münaqişənin ni­zamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun laqeyd münasibəti, işğalçını öz adı ilə ça­ğırmamaları Ermənistanı getdikcə daha da həyasızlaşdırdı. İşğalçıya himayədarlıq edən bir neçə ölkə, onların cinayətlərinə göz yuman, bu məsələ ilə bilavasitə məşğul olan təşkilatların susqunluğu və açıq-aşkar tərəfkeşlik etmələri, onlara bəraət qazandırmaları erməniləri daha da azğınlaşdırırdı. Onlar bu fürsətdən istifadə edərək işğal etdikləri Azərbaycan ərazilərində qanunsuz inşaat işlərinə başlamış­dılar, o cümlədən Laçın şəhərində, ZabuxSus kəndlərində.

Ermənistan yaranmış vəziyyətdən istifadə edərək Laçın şəhərində qanunsuz məskunlaşma aparmış, daha çox xaricdən, xüsusilə, SuriyaLivandan erməni əsilli muzdluları gətirib Laçın şəhərində, eləcə də, kəndlərində qanunsuz yerləşdirmişdilər. Baş­qa dövlətin ərazisində qanunsuz məskunlaşdırma aparmaq hərbi cinayət hesab olunur. Belə hallar bütün beynəlxalq konvensiyalar­da hərbi cinayət kimi təsbit edilir. Təəccüblüdür ki, bu cinayət dün­ya ictimaiyyətinin gözü önündə baş versə də, nüfuzlu beynəlxalq qurumlar, o cümlədən, keçmiş ATƏT buna laqeyd yanaşmış və beynəlxalq hüquq normalarının pozulmasına şərait yaratmışdılar.

Prezident İlham Əliyev Laçın ra­yonuna səfəri zamanı bu məsələni bir daha diqqətə çatdırdı. Dedi ki, Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb. Ancaq yenə də bəzi yerlərdə qa­nunsuz məskunlaşma aparılmış­dı. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən, bu məsələ ilə birbaşa məşğul olan Minsk qru­punun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular. Halbuki, dəfələrlə bu mənzərənin şahidi olurdular. Görürdülər ki, bizim ta­rixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Azərbaycan xalqı isə bununla heç vaxt razıla­şa bilməzdi. Dövlət başçımız dəfə belə deyib ki, heç vaxt imkan verə bilmərik, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.

Faşist xislətli ermənilər işğal etdikləri ərazilərə mina basdırmaqla mülki əhalinin və hərbçilərin qətlinə bais olurlar. Bu çirkin niyyətlərini Laçın rayonu ərazisində də real­laşdıra biliblər. Təkcə Laçın rayonu ərazisində 2021-ci ildə 1400-dən çox mina basdırılmışdır. Göründü­yü kimi, bu müddət müharibədən sonraya, üçtərəfli Bəyanatın imzalandığı vaxtdan sonraya təsadüf edir. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşının mina partlayışı nəticəsində ya həlak ol­ması və ya ağır yaralanması da bunu təsdiqləyir. Göründüyü kimi, Ermənistan sülh müqaviləsini imzalamaq fikrində deyil və müharibəni davam etdirmək istəyir.

Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və tikinti-bərpa işlərinin aparılması ar­tıq Laçın rayonuna da çatıb. Laçın şəhəri, ZabuxSus kəndləri ilk növbədə, yenidən qurulacaq. Biz buna tez bir zamanda nail olaca­ğıq. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər - ge­nişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz öz diyarı­mızı, Vətənimizi bərpa edirik və edəcəyik.

Əliqismət BƏDƏLOV

Xalq qəzeti 2022.- 1 oktyabr.- S.8.