Erməni vəhşiliklərinin
izləri
Edilli kəndində
aşkar edilmiş kütləvi məzarlıq
Terroru, ölümü,
təcavüzü, xəyanəti, yalanı ömrü
boyu həyatlarının mənasına,
amalına çevirən ermənilərin vəhşiliyinin yeni çalarları üzə
çıxdıqca, hər bir insan dəhşətə gəlir,
sarsılır. Bu vəhşiliklər nəinki
türk, Azərbaycan xalqlarına, eləcə
də, insanlığa, bəşəriyyətə
qarşıdır. Amerikalılar, fransızlar, ruslar və digər xalqlar
terrorların ağrılarını yaşayıblar. Erməni
vəhşiliklərindən, qəddarlığından daha çox əziyyət
çəkən, bəlalara məruz qalan
isə Azərbaycan xalqıdır.
Tarixən
Bakıda, Şamaxıda, Qubada, Qarabağda törədilən
faciələr Xocalı, Qaradağlı
soyqırımları, azərbaycanlıların kütləvi
şəkildə Qərbi Azərbaycandan
çıxarılması, öz ata-baba torpaqlarından didərgin
salınması, bir milyondan çox insanın ağır məhrumiyyətlərə
düçar edilməsi, şəhər və kəndlərimizin
talan olunması, dağıdılması, xarabazarlığa
çevrilməsi, dörd minə yaxın insanın əsir
götürülməsi və onların başına gətirilən
müsibətlər, torpaqlarımızın minalanması,
meşələrimizin qırılması, göllərimizin zəhərlənməsi,
insanlarımızın daimi olaraq qətlə yetirilməsi
erməni vandallığının nümunəsidir.
Qəsdlər, təcavüz hər an davam edir
və gözləniləndir. Çünki
ermənilər xalqımız üçün
göndərilən, yaradılan varlıq yox,
bəladır, sağalmaz xəstəlikdir.
Bu bəla, xəstəlik cücərir, fəsadlarını
verir və daimi inkişaf etməyə
çalışır. Başı nə qədər əzilsə
də, qaməti əyilsə də, ayaqlara
düşüb yalvarıb yaxarsa da, xislətindən
dönmür, qandan-qadadan,
pis əməllərdən usanmır.
Erməni vəhşiliyinin rəngləri, formaları, üsulları müxtəlifdir. Azərbaycanlıları diri-diri soymaq, torpağa basdırmaq, gözlərini, ürəklərini çıxarmaq, başlarını kəsmək, yandırmaq, asmaq, doğramaq başlarına mismar vurmaq, qaynar suda bişirmək və sair erməninin amalıdır, istəyidir, tutduğu çirkin yoldur.
Xocavəndin Edilli
kəndindəki üçüncü sahədə
Birinci Qarabağ
müharibəsində ermənilər tərəfindən
amansızlıqla qətlə yetirilmiş
12 nəfər azərbaycanlının
basdırıldığı kütləvi məzarlıq bunu bir daha
sübut edir. Bu, eyni ərazidə
tapılan ikinci kütləvi məzarlıqdır.
Əlbəttə ki, burada
basdırılanlar ağır işgəncələrə məruz
qalmış soydaşlarımızdır. Onlar
paltarları, ayaqqabıları ilə məftillə
bağlanmış halda torpağa
basdırılmışlar.
Məlumdur ki, Birinci Qarabağ müharibəsində
dörd min nəfərə
yaxın soydaşlarımız itkin düşmüş, əsir götürülmüşdür.
Onların taleyi hələ də məlum
deyil. Azərbaycanın əsir götürülmüş insanlarla
bağlı Ermənistan hökumətinə, beynəlxalq təşkilatlara
dəfələrlə müraciət etməsinə baxmayaraq, onlar bu barədə heç bir məlumat verməmişlər. Ermənilər
kütləvi surətdə qətlə yetirdikləri
insanların basdırıldıqları yerlərin xəritəsini
verməkdən də boyun
qaçırırlar.
Xocalı faciəsi zamanı əsir götürülən 1275 nəfərin taleyi haqqında bu gün də əldə heç bir məlumat yoxdur. Malıbəyli, Kərkicahan, Meşəli, Quşçular kəndləri azərbaycanlıların kütləvi dəfn edilməsi ehtimal olunan ərazilərdir. Çünki 1991-ci ilin son aylarında bu kəndlərdə Azərbaycan əhalisinə qarşı amansız cinayətlər törədilmiş və ermənilər qəddarcasına insanları qırmışlar. Qaradağlı, Ağdaban, Ballıqaya, Daşaltı ərazilərində törədilən vəhşiliklər zamanı minlərlə insan qətlə yetirilmiş, onları kütləvi halda – hətta diri-diri basdırmışlar.
Xocavənd rayonunun
Edilli kəndində aşkar
edilmiş kütləvi məzarlıq hələ
bundan sonra da belə məzarlıqların aşkar olunacağına əsas verir. Çünki erməni
vəhşiliyi sərhəd tanımır. Çox
təəssüf olsun ki,
erməni təcavüzü, vəhşiliyi barədə
əldə tutarlı faktlar, əsirlərin
başına gətirilən müsibətlər haqqında ətraflı
məlumatlar olduğu halda,
beynəlxalq təşkilatlar, dünyanın aparıcı
dövlətləri Ermənistana heç
bir təsir göstərmirlər. Sözsüz ki, bu, beynəlxalq hüquqa,
insanların taleyinə, dövlətlərin müstəqilliyinə
hörmətsizlik və sayğısızlıqdır.
Azərbaycan uzun illər erməni təcavüzünə sinə gərib, dözüb, sonda öz sözünü deyib, eləcə də düşmənin başını əzmişdir. Bu gün erməni faşistlərinin xaraba qoyduqları şəhər və kəndlərimiz yenidən qurulur, bərpa edilir, yeni bir həyata qaytarılır.
Prezidentimiz cənab İlham Əliyevin “işğaldan azad olunmuş əraziləri cənnətə
çevirəcəyik!” amalı, fikirləri real
tədbirlərdə, görülən işlərdə öz əksini tapır. Ölkə rəhbərinin
Ağdama sonuncu – dördüncü səfəri bu baxımdan xarakterikdir və
səfər zamanı çox möhtəşəm layihələrin əsasının
qoyulması, Bərdə – Ağdam avtomobil yolunda görülən
işlərlə tanışlıq, Xıdırlı, Kəngərli,
Sarıcalı kəndlərinin, Atçılıq Nəsilartırma
Mərkəzinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin,
keçmiş məcburi
köçkünlər üçün
Ağdam şəhərində inşa olunacaq
yaşayış məhəlləsinin, yeni
“City Hotel Ağdam” mehmanxanasının təməlqoyma
mərasimlərinin keçirilməsi, Xurşidbanu
Natəvanın qəbirüstü abidəsinin
açılışı və görülən digər
işlərlə tanışlıq deməyə əsas
verir ki, həqiqətən
də Qarabağ tez bir zamanda dünyanın ən
gözəl və inkişaf edən
regionlarından birinə çevriləcəkdir.
Cənab Prezidentin,
birinci xanım Mehriban
Əliyevanın vaxtaşırı işğaldan
azad olunan ərazilərə
səfərləri və bu səfərlər
zamanı xalqımızın, vətənimizin gələcəyinə,
insanların həyatının
yaxşılaşdırılmasına xidmət edən layihələrin,
tədbirlərin sürətləndirilməsinə imza atmaları, imkan
yaratmaları, təkan vermələri hər bir
azərbaycanlını sevindirir, keçmiş həsrətimizi,
qubarımızı azaldır.
Bu
gün ərazilərimizdə aşkar olunan məzarlıqlara,
erməni vəhşilərinin törətdikləri qanlı
cinayətlərə kədərlənməklə, nifrətimizi
bildirməklə bərabər, dövlətimizin rəhbərinin,
ordumuzun, xalqımızın birliyi sayəsində əldə
olunmuş qələbələrimizlə, doğma
Qarabağımızda həyata keçirilən
quruculuq-abadlıq, bərpa işləri ilə
öyünürük, fərəhlənirik və gələcəyimizlə
qürur duyuruq.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar
siyasət komitəsinin sədri
Xalq qəzeti 2022.- 8 oktyabr.- S.7.