Kinomuzun gələcəyi nələri
vəd edir?
“Azərbaycanfilm” – 100
Milli kino sənətimizin inkişafına dövlət qayğısı ildən-ilə artmaqdadır. Kino istehsalı və təbliği ilə bağlı qəbul edilən rəsmi sənədlər, gənc kadrların yetişdirilməsi, kino müəssisələrinin tədricən dirçəldilməsi onu deməyə əsas verir ki, bu sahədə illərdən bəri davam edən durğunluq artıq aktiv fəaliyyətlə əvəz olunmaqdadır. Yubiley ərəfəsində kino istehsalı sahəsində tarixi xidmətləri olan, 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovla həmsöhbət olduq.
– Nazim müəllim, söhbətimizə rəhbərlik etdiyiniz qurumun keçdiyi tarixi yola nəzər salmağınızla başlamaq istərdik.
– “Azərbaycanfilm” şərəfli tarixi yol keçib.
Keçən əsrin 20-ci illərində
“Şərq xalqları” küçəsi ilə (indiki Azadlıq prospekti) Birja küçəsinin (indiki
Üzeyir Hacıbəyli küçəsi)
kəsişdiyi yerdə “Renessans”
restoranı, onunla bir
cərgədə müxtəlif anbar
binaları yerləşirmiş. Həmin restoran və anbar binaları
Foto-Kino İdarəsinin
ixtiyarına verilib. Binalar kino
istehsalına uyğun
şəkildə dəyişdirilib.
Xaricdən avadanlıq gətirilib.
1923-cü il aprelin 28-də Azərbaycan
Foto-Kino İdarəsi
nəzdində Birinci Dövlət Kinofabrikinin açılış mərasimi
keçirilib. “Azərbaycanfilm” kinostudiyasının
tarixi də məhz həmin hadisə ilə başlayır. İlk
çəkilən bədii
film “Qız qalası”dır. Qeyd edim ki,
bu 100 il
ərzində kinostudiyanın
adı müxtəlif
dövrlərdə dəyişib.
İlk fəaliyyətə
başlayanda “Birinci Dövlət Kinofabriki” adlanırdısa, sonrakı
illərdə “Azdövlətkino”,
“Azərkino”, “Azərfilm”,
“Azdövlətkinosənaye”, “Bakı kinostudiyası” adlanıb. Nəhayət,
1958-ci ildən “Azərbaycanfilm”
adı altında fəaliyyət
göstərir. 1960-cı ildən etibarən isə kinostudiya Cəfər Cabbarlının
adını daşıyır.
– Məlumdur ki, kinostudiyada kifayət qədər keyfiyyətli filmlər istehsal edilib. Sizcə, şöhrəti
özünə qaytarmaq,
gənc nəslin milli filmlərə marağını artırmaq
mümkün olacaqmı?
– Kinostudiyanın elə dövrləri olub ki, burada 1500-ə yaxın işçi çalışıb. Hazırda
isə 60 işçimiz var. Əgər keçmişlə
müqayisə ediriksə,
birinci fərqimiz bundadır. Həm də o vaxt SSRİ dövrü
idi. Filmlərin prokatı üçün
geniş məkan mövcud idi. İndi həmin imkanlar, demək olar ki, yoxdur. Deməli, bunun üçün
yeni məkanlar tapmalıyıq.
– Bu yaxınlarda Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Kino
Agentliyi yaradılıb. Bu struktur özündə
hansı
yenilikləri ehtiva
edir?
– Fərmana görə, “Azərbaycanfilm” kinostudiyası
da daxil olmaqla, Mədəniyyət Nazirliyi
tabeliyindəki kino qurumları həmin agentliyin nəzdində fəaliyyətlərini davam
etdirəcəklər. Bu, çoxdan gözlənilən
bir fərman idi. Belə bir qurumun
yaranması, əslində,
kino sahəsində yeni bir mərhələnin
başlanması deməkdir.
Ölkədəki kino strukturu
köklü şəkildə
dəyişəcək. Növbəti mərhələdə, kino qanunvericiliyinin yenilənməsi nəzərdə
tutulur. Nəzərinizə
çatdırım ki,
hazırda qüvvədə
olan “Kinematoqrafiya haqqında” Qanun
1998-ci ildə qəbul edilmişdi. Digər sferalarda olduğu kimi, kino mühitində də inkişaf davam edir. Mən, Azərbaycan kinosunun yeni mərhələyə
qədər qoyacağına
inanıram.
– Kinostudiyada maddi-texniki baza günün tələblərinə
cavab verirmi? Son vaxtlar hansı yeni filmlər istehsal olunmuşdur?
– Əbəs yerə demədim ki, kinostudiya bütün dövrlərdə, hətta müharibə və pandemiya şəraitində fəaliyyət göstərib. Biz elə pandemiya vaxtı istehsalatda baş vermiş fasilədən istifadə edib, kinostudiyanın maddi-texniki bazasını yeniləmişik. Mədəniyyət Nazirliyinin dəstəyi ilə müasir kino avadanlıqları alındı. Son dəfə kinostudiyada maddi-texniki baza 1980-ci illərdə yenilənmişdi. Müasir dövrdə filmlərin istehsalı zamanı icarə avadanlıqlardan istifadə olunurdu.
Bu ildən etibarən kinostudiyada bir çox sənədli filmin istehsalı davam etdirilib. Əvvəlcə, “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsindən danışaq. Bu silsilənin ilk 5 seriyası 2021-ci ildə təhvil verilib və İTV-də nümayiş olunub. Növbəti 5 film isə bu il göstərilib. Hazırda daha 2 film çəkilir.
Şərti adı “ANAMA” olan digər bir filmimiz isə işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesini həyata keçirən fədakar minaaxtaranların həyatından bəhs edir.
Digər
bir filmimiz “Mehmandarovlar”dır.
Bu məşhur nəsildən bəhs edən bədii-sənədli
filmin rejissoru əməkdar incəsənət
xadimi Yavər Rzayevdir. “Bəstəkar
Fikrət Əmirov” sənədli filminin artıq montaj mərhələsi başlayıb.
Film böyük
sənətkarın 100 illik yubileyinə həsr edilir.
Biz bu il Qarabağ
mövzusunda tammetrajlı
bədii film ssenarisi üzrə müsabiqə
elan etmişdik. Müsabiqənin 3 qalibi var: Mirsadıq Ağazadənin “Supəri”,
Türkan Hüseynin “Axırıncı palata” və Nicat Dadaşovun
“Zirzəmi” ssenariləri.
Əlbəttə, nəzərdə tutmuşuq ki, ən qısa müddətdə hər üç filmi kinostudyanın istehsal planına daxil edək. Amma bilirsiniz, bədii
film çəkmək böyük
büdcə tələb
edir. Bu büdcəni
isə hazırkı vəziyyətdə əldə
etmək çətindir.
Amma planlar var. Güman ki, bu il istehsala başlaya biləcəyik.
– Dediiyimiz kimi, kinostudiyanın 100 yaşı tamam olacaq. Bununla bağlı hansı
tədbirlər nəzərdə
tutulur?
– Yubiley hazırlıqlarına
artıq bu ilin avqust ayından
başlamışıq. Əvvəlcə
loqomuzu, korporativ stilimizi yenilədik.
Yeni saytımız üzərində iş yekunlaşmaq üzrədir.
Sosial şəbəkələrdə aktivləşmişik, müasir
dövrün gənclərini
yeni nəsli həm klassik filmlərimizdən xəbərdar
edirik, həm yenilikləri onlara çatdırırıq. Beynəlxalq festivallarda iştirak etməyi planlaşdırırıq.
Bir ay əvvəl biz ölkədə
fəaliyyət göstərən
kino təşkilatları
– ittifaqlar və gildiyalarla görüş
təşkil etmişik.
Bir sözlə, yubileyimizi kinomuzun adına layiq
keçirməyi planlaşdırırıq.
Qələmə aldı:
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti .- 2022.- 29 oktyabr.- S.7.