Azərbaycan TEKNOFEST-də yüksək səviyyədə təmsil olunur

 

Azərbaycanda öz missiyasını uğurla tamamlamış və Türkiyənin Samsun şəhərində işə başlamış dünyanın ən böyük AerokosmikTexnologiya Festivalı – TEKNOFEST sentyabrın 4-nə qədər davam edəcək. Festival Türkiyənin "Teknoloji Takımı Vakfı"nın (T3 Vakfı), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. TEKNOFEST–2022 AerokosmikTexnologiya Festivalında Azərbaycanı 16 komanda təmsil edir. Həmin komandalar bu il mayın 26-29-da Bakıda keçirilmiş "TEKNOFEST Azərbaycan" tədbirinin qalibləridir.

Festivalın Samsunda keçirilməsinin əsas səbəbi Türkiyənin tarixi zəfəri ilə nəticələnmiş Qurtuluş müharibəsinin təməllərinin ulu öndər Mustafa Kamal Atatürk tərəfindən məhz bu şəhərdə atılmasıdır.

Festival çərçivəsində texnologiya, elm, aviasiya-uçuş şouları, sərgilər, toplantılar, seminarlar, mükafatlandırma mərasimləri, səhnə şouları və konsert proqramları keçirilir. Final mərhələsində bu kimi bir çox tədbirlərlə yanaşı, statis­tik sərgi sahəsində “Bayraktar Kızılel­ma”, “Hürjet”, “Akıncı PUA”, “F-16”, “Bayraktar TB2”, “Bell 429”, “Melle” hərbi təyyarəsi kimi bir çox hava vasitəsi ziyarətçilərə yaxından göstərilir. Bundan əlavə, festivalın final mərhələsində Türkiyə Hərbi Hava Qüvvələrinin, “Solo Türk” və “Türk Ulduzları”nın hava şou proqramları nümayiş etdiriləcək.

Türkiyədə keçirilən builki “TEKNOFEST”-də 40 əsas sahə və 99 fərqli kateqoriya üzrə müxtəlif yarışlar keçirilir. İlkin mərhələni keçən koman­dalara 22 milyon türk lirəsi məbləğində vəsait dəstəyi göstərilib. Yüksək nəticə göstərən komandalara ümumilikdə yed­di milyon lirədən çox mükafat veriləcək. Tədbir Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyiTürkiye Teknoloji Takımı” – T3 Vəqfinin rəhbərliyi altında ölkənin 100-dən çox qurumunun birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycandan bir sıra universitet və dövlət qurumlarının qatıldığı tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov təmsil edir. Bu il TEKNOFEST Festi­valı həm özünün 5 illiyini qeyd edir. Builki festivalın digər əhəmiyyəti ondan ibarətdir ki, onun açılışı Türkiyədə Zəfər Günü kimi qeyd olunan 30 avqustda baş tutub.

Türkiyənin qabaqcıl dövlət özəl sektor şirkətlərinin iştirakı ilə son zamanlar inkişaf etdirilən milli tex­nologiya məhsullarının sərgiləndiyi TEKNOFEST- ölkəmiz geniş heyətlə təmsil olunur, onlar arasında yüksək nəticə göstərənlər var. Belə ki, Xəzər Universitetinin tələbələri festivalda beynəlxalq pilotsuz uçuş aparatları (PUA) üzrəSabit qanadDönən qanadkateqoriyasında iki, “İti qo­vanİnvictuskomandaları ilə final mərhələsinə keçiblər.

Finala vəsiqə qazanan komanda­larımızdan biri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzinin komandasıdır. “ZƏFƏR” adlı bu komandanın üzvləri tərəfindən hazırlanmışButaelektrik avtomobili festival iştirakçılarına nümayiş olu­nacaq. Festivalda daha bir mükafata layiq görülənDroneXkomandası­nın üzvlərinin əksəriyyəti Türkiyədə təhsil alan gənclərimizdir. DroneX” 98 komandanın rəqabət apardığı final mərhələsində yüksək nəticə göstərərək, ümumi hesabda üçüncü yerə yüksəlib. Festivalda yüksək nəticə göstərən digər yarışçılarla yanaşı, bu digər koman­dalarımız da final mərhələsində müka­fatlandırılacaqlar.

Bakı Dövlət Universiteti (BDU) “TEKNOFEST-2022” Aerokosmik Texnologiya Festivalında təmsil olunur. Belə ki, “Aqrar texnologiyalarSosial yönümlü texnologiyalarkateqoriyaları üzrə qalib (II, III yer) olan BDU-nun “DemetraNanokomandaları öz layihələrini universitet üçün ayrılmış stenddə təqdim edib. Onlar layihələr haqqında ziyarətçilərə müxtəlif sərmayə şirkətlərinə məlumat veriblər. Festival iştirakçılarına, həmçinin BDU haqqında bukletlər təqdim edilib.

TEKNOFEST- Azərbaycan təmsilçiləri AR (Artırılmış Reallıq) sual divarı, TRİFT – VR (Virtual Real­lıq) hərbi atış simulyatoru, AR “Dron yarışısimulyatoru, “Smart Qarabağhaqqında təqdimat nümayiş etdirirlər. Ziyarətçilərə, həmçinin “VR 360 Shusha view” binoklu ilə Qarabağın incisi olan Şuşa şəhərinə VR video səyahət təqdim edilir. Bundan əlavə, Aerokosmik Texnologiya Festivalındə Azərbaycan istehsalı olanİti qovanpilotsuz uçuş aparatları nümayiş etdirilib.

TEKNOFEST çərçivəsində Türkiyədə yaşayan həmvətənlərimizə dövlət xidmətlərinin çatdırılması məqsədilə AzərbaycanınSəyyar ASAN” xidmət avtobusu fəaliyyət göstərir. Xidmət sentyabrın 4-nə qədər davam edəcək. Ölkə xaricində ilk dəfə gerçəkləşən "Səyyar ASAN xidmət" Prezident ya­nında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi “ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təşkil olunub. Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi dəyişdirilməsi, ümumvətəndaş pas­portlarının verilməsi dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, vətəndaşlıq vəziyyəti aktları­nın dövlət qeydiyyatı başqa xidmətlər göstərilir. "Səyyar ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini vətəndaş məmnunluğuna nail olunmasıdır. "TEKNOFEST Ka­radeniz" çərçivəsində "Səyyar ASAN Xidmət"ə müraciət edən vətəndaşlar hazır sənədləri 20-25 gün ərzində Azərbaycanın Ankaradakı səfirliyindən alacaqlar.

 

Rizvan FİKRƏTOĞLU

 

Xalq qəzeti .- 2022.- 2 sentyabr.- S.14.