Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli, “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2012-ci il 13 avqust tarixli 181 nömrəli, “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli və “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 338 Bakı şəhəri, 25 avqust 2022-ci il

 

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub-likası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçu-larının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹ 11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə 868, ¹ 8, maddələr 1005, 1018, ¹ 11, maddə 1466, ¹ 12, maddə 1639; 2014, ¹ 1, maddə 69, ¹ 2, maddələr 191, 201, 207, ¹ 3, maddələr 307, 317, ¹ 4, maddə 449, ¹ 5, maddə 560, ¹ 6, maddələr 733, 747, ¹ 7, maddələr 920, 953, ¹ 10, maddələr 1287, 1319, ¹ 11, maddələr 1505, 1506, ¹ 12, maddə 1656; 2015, ¹ 1, maddə 71, ¹ 4, maddə 465, ¹ 5, maddə 609, ¹ 6, maddə 790, ¹ 7, maddə 893, ¹ 11, maddələr 1415, 1421, ¹ 12, maddə 1573; 2016, ¹ 2 (II kitab), maddələr 367, 384, ¹ 4, maddələr 774, 830, ¹ 5, maddə 955, ¹ 7, maddələr 1340, 1355, 1358, ¹ 8, maddələr 1446, 1448, ¹ 9, maddə 1578, ¹ 11, maddə 1928, ¹ 12, maddələr 2219, 2233; 2017, ¹ 2, maddə 277, ¹ 4, maddə 624, ¹ 5, maddələr 972, 986, ¹ 6, maddə 1247, ¹ 7, maddələr 1479, 1484, ¹ 9, maddələr 1720, 1725, 1754, ¹ 10, maddələr 1898, 1926, 1930, ¹ 11, maddələr 2162, 2180; 2018, ¹ 3, maddə 620, ¹ 4, maddələr 835, ¹ 5, maddə 1139, ¹ 7 (II kitab), maddə 1638, ¹ 8, maddə 1806, ¹ 10, maddələr 2141, 2162, 2177, ¹ 11, maddələr 2438, 2463, ¹ 12 (II kitab), maddələr 2724, 2733, 2740; 2019, ¹ 1, maddə 159, ¹ 3, maddə 565, ¹ 4, maddələr 763, 781, ¹ 7, maddə 1334; 2021, ¹ 3, maddə 294, ¹ 9, maddə 1072) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 11.4-cü bəndində “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 avqust tarixli 181 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 8, maddə 829, ¹ 9, maddə 919; 2013, ¹ 12, maddə 1650; 2016, ¹ 7, maddə 1341) 2-ci hissəsində hər iki halda “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 915; 2016, ¹ 9, maddə 1579; 2020, ¹ 1, maddə 59, ¹ 9, maddə 1215) ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in 9.1-ci bəndində “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 939; 2015, ¹ 5, maddə 655; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 4, maddə 620; 2018, ¹ 1, maddə 138; 2019, ¹ 3, maddə 514; 2020, ¹ 11, maddə 1402; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 iyul tarixli 268 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 1.5-ci bəndində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində” sözləri ilə əvəz edilsin.

5. “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 943; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 5, maddə 1006, ¹ 10, maddə 1916; 2020, ¹ 4, maddə 496) 2-ci hissəsində “Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri “Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respub-likası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .- 2022.- 2 sentyabr.- S.12.