Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın və “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında” 2020-ci il 7 iyul tarixli 242 nömrəli, “Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 14 noyabr tarixli 448 nömrəli və “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2021-ci il 2 fevral tarixli.26 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 339 Bakı şəhəri, 25 avqust 2022-ci il

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 2155; 2019, ¹ 3, maddələr 528, 534, 544, 563, 566, 568, ¹ 4, maddə 753, ¹ 5, maddələr 935, 945, 971, ¹ 7, maddə 1325, ¹ 8, maddə 1475, ¹ 10, maddə 1677, ¹ 11, maddə 1878, ¹ 12, maddələr 2091, 2095; 2020, ¹ 3, maddə 344, ¹ 4, maddə 479, ¹ 5, maddə 643, ¹ 6, maddə 784, ¹ 8, maddə 1134, ¹ 9, maddə 1222, ¹ 10, maddə 1273, ¹ 11, maddələr 1403, 1408, ¹ 12 (V kitab), maddələr 1589, 1597; 2021, ¹ 2, maddə 203, ¹ 3, maddələr 278, 288, 293, 300, 302, ¹ 4, maddələr 395, 399, 404, 416, 417, 418, ¹ 6 (IV kitab), maddə 695, ¹ 7, maddələr 871, 874, ¹ 8, maddələr 966, 973, ¹ 9, maddə 1064, ¹ 10, maddələr 1181, 1187, 1192, ¹ 11, maddələr 1256, 1274, 1280, 1283; 2022, ¹ 1, maddələr 53, 70, ¹ 4, maddələr 377, 388, 398, 415, ¹ 5, maddə 577; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 iyul tarixli 256 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.1.2.5.3-cü yarımmaddə aşağıdakı redaksiyada verilsin:

1

1

 

1

 

2

 

5

 

3

 

Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən gəlir vergisi

 

1.2. 1.1.4.1.1.3-cü yarımmaddəyə “pərakəndə satışı” sözlərin-dən sonra “, həmçinin yerlixarici mənşəli kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı” sözləri əlavə edilsin;

1.3. 1.1.4.9.6.0-cı yarımmaddədə “Yerli əhəmiyyətli tikinti materialları” sözləri “Sair məhsullar” sözləri ilə əvəz edilsin;

1.4. 1.1.4.9.7.0-cı və 1.4.2.5.2.9-cu yarımmaddələr ləğv edilsin.

2. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın və “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 242 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 7, maddə 972) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adından “və “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın” sözləri çıxarılsın;

2.2. 2-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli 448 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 11, maddə 1392; 2022, ¹ 3, maddə 271) ilə təsdiq edilmiş “Malların ixrac qeydi ilə satışı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin və 1 nömrəli əlavə ləğv edilsin:

“5.1. İstehsalçı tərəfindən ixrac qeydi ilə satılacaq mallar üzrə ixracatçıya “İxrac qeydi ilə satış barədə” elektron-qaimə faktura təqdim edilir. İxrac qeydi ilə satış barədə” elektron-qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmişElektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun müəyyən edilir.”

3.2. 5.2-ci bənd ləğv edilsin;

3.3. 5.3-cü bənddə “Malların ixrac qeydi ilə satış qaiməsi”ndə” sözləri “İxrac qeydi ilə satış barədə” elektron-qaimə fakturasında” sözləri ilə əvəz edilsin;

3.4. həmin Qaydaya 2 nömrəli Əlavə - “İxrac qeydi ilə satılan malların ixrac edilməsinə dair Məlumat Forması”nda “Malların ixrac qeydi ilə satış qaiməsi”nin sözləri “İxrac qeydi ilə satış barədə” elektron-qaimə faktura”nın sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 2, maddə 191; 2022, ¹ 4, maddə 398) ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.”;

4.2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir.”;

4.3. 2.1-ci bəndin ikinci cümləsində “elektron qaimə-fakturanı” sözləri “bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı” sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı hazırlayır və təsdiq edir.”;

4.4. 2.2.4-cü və 2.2.6-cı yarımbəndlərə “malların” sözündən sonra “(işlərin, xidmətlərin)” sözləri əlavə edilsin;

4.5. 2.2.5-ci yarımbənddə “malların alıcısına” sözləri “malların (işlərin, xidmətlərin) alıcısına (subagentə)” sözləri ilə əvəz edilsin;

4.6. 2.2.7-ci yarımbəndə “emala” sözündən sonra “, yaxud saxlamaya” sözləri əlavə edilsin;

4.7. 2.2.8-ci yarımbəndə “keçmiş” sözündən sonra “, yaxud saxlamaya verilmiş” sözləri əlavə edilsin;

4.8. 2.2.9-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.2.10-cu və 2.2.11-ci yarımbəndlər əlavə edilsin:

“2.2.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə (10 nömrəli əlavə);

2.2.11. İxrac qeydi ilə satış barədə (11 nömrəli əlavə);”;

4.9. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. Elektron qaimə-fakturada (bu Qaydaların 2.2.3-cü və 2.2.9-cu yarımbəndlərində göstərilmiş elektron qaimə-fakturalar üzrə bu Qaydaların 2.3.30-cu yarımbəndi, bu Qaydaların 2.2.7-ci yarımbəndində göstərilmiş elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.13-cü, 2.3.15-2.3.17-ci və 2.3.23-cü yarımbəndləri, bu Qaydaların 2.2.8-ci yarımbəndində göstərilmiş elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.8-ci, 2.3.13-cü, 2.3.14-cü, 2.3.17-ci və 2.3.23-cü yarımbəndləri, bu Qaydaların 2.2.10-cu yarımbəndində göstərilmiş elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.3-cü, 2.3.4-cü, 2.3.13-cü, 2.3.17-2.3.24-cü və 2.3.26-cı yarımbəndlərində qeyd edilmiş məlumatlar istisna olmaqla) aşağıdakı məlumatlar əks etdirilir:”;

4.10. 2.3.1-ci yarımbənddən “verilmə” sözü çıxarılsın;

4.11. 2.3.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.3.10. Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi (GTIN);”;

4.12. 2.3.29-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.3.30-cu yarımbənd əlavə edilsin:

“2.3.30. elektron əmtəə-nəqliyyat qaiməsinin seriyası, nömrəsi və tarixi.”;

4.13. 2.4-cü bəndə “aşağıdakı məlumatlar” sözlərindən sonra “və uçotun qurulması üçün zəruri olan digər məlumatlar” sözləri əlavə edilsin;

4.14. 2.4.1-ci yarımbənd aşağıdakı redaksiya verilsin:

“2.4.1. “malların qaytarılması barədə elektron qaimə-faktura üzrə əlavə qeydlər” sətrində malların qaytarılması zamanı malların xarab (zay) və ya qüsurlu olması, yararlılıq müddətinin bitməsi, lazımi keyfiyyətdə olmaması və ya satışa yararlı olmaması və s.”;

4.15. aşağıdakı məzmunda 2.4.2-1-ci yarımbənd əlavə edilsin:

“2.4.2-1. malların (işlərin və xidmətlərin) vəkalətverən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə elektron qaimə-faktura üzrə agentə (komisyonçuya) ödəniləcək komisyon haqqı (manatla);”;

4.16. 2.4.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.4.3. agent (komisyonçu) tərəfindən malların (işlərin və xidmətlərin) alıcısına (subagentə) təqdim edilən elektron qaimə-faktura üzrə:

1. malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi;

2. subagentə ödəniləcək komisyon haqqı (manatla);”;

4.17. 2.4.4-cü yarımbəndə, həmin yarımbəndin 1-ci abzasına (birinci halda) və 2-ci abzasına “malların” sözündən sonra “(işlərin, xidmətlərin)” sözləri, (ikinci halda) “malların” sözündən sonra “(işlərin, xidmətlərin) müvafiq olaraq” sözləri və aşağıdakı məzmunda 3-cü abzas əlavə edilsin:

“3. komisyon haqqı (manatla);”

4.18. 2.4.5-ci yarımbəndə “emala” sözündən sonra “, yaxud saxlamaya” sözləri və həmin yarımbəndin 2-ci abzasına “emal” sözündən sonra “, yaxud saxlama” sözləri əlavə edilsin;

4.19. 2.4.6-cı yarımbəndə “keçmiş” sözündən sonra “, yaxud saxlamaya verilmiş” sözləri, həmin yarımbəndin 1-ci və 3-cü abzaslarına “emala” sözündən sonra “, yaxud saxlamaya” sözləri, 2-ci abzasaemal olunmuş” sözlərindən sonra “, yaxud saxlamaya verilmiş” sözləri əlavə edilsin;

4.20. 2.4.6-cı yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.4.7-ci yarımbənd əlavə edilsin:

“2.4.7. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə elektron qaimə-faktura üzrə:

1. göndərən (malların çıxdığı) təsərrüfat subyektinin (obyektinin) kodu;

2. qəbul edən (malların göndərildiyi) təsərrüfat subyektinin (obyektinin) kodu və malların yükləndiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı;

3. malın vahidinin dəyəri (manatla);

4. malın qablaşdırma sayı.”;

4.21. 2.5.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.5.2. elektron qaimə-fakturanın “Göndərən” sətrində elektron qaimə-fakturanı göndərən vergi ödəyicisinin tam adı və VÖEN-i, bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-fakturada malların çıxdığı təsərrüfat subyektinin (obyektinin) kodu, “Qəbul edən” sətrində elektron qaimə-fakturanı qəbul edən vergi ödəyicisinin tam adı və VÖEN-i, bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-fakturada malları qəbul edən təsərrüfat subyektinin (obyektinin) kodu və ya əvvəlcədən sifariş edilməyən əməliyyatlar üzrə malların yükləndiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı göstərilməlidir;”;

4.22. 2.5.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.5.7. Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi (GTIN) sütu-nunda Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi (GTIN) göstərilir;”;

4.23. aşağıdakı məzmunda 2.5.9-1-ci yarımbənd əlavə edilsin:

“2.5.9-1. “Vahidinin dəyəri (manatla)” sütununda - malın müəyyən olunmuş ölçü vahidinin dəyəri göstərilir;”;

4.24. 2.5.14-cü yarımbəndə (ikinci halda) “dəyəri” sözündən sonra “(kənd təsərrüfatı məhsullarının topdansatışı (istehsalçılar tərəfindən topdansatış istisna olmaqla) üzrə tətbiq edilən ticarət əlavəsinin məbləği)” sözləri əlavə edilsin;

4.25. 2.5.17-ci yarımbəndə (ikinci halda) “dəyəri” sözündən sonra “(kənd təsərrüfatı məhsullarının topdansatışı (istehsalçılar tərəfindən topdansatış istisna olmaqla) üzrə həmin məhsulların alış dəyəri)” sözləri əlavə edilsin;

4.26. 2.5.21-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5.22-ci yarımbənd əlavə edilsin:

“2.5.22. “Malın qablaşdırma sayı” sütununda istehsal binasının hüdudlarından vergi ödəyicisinə məxsus digər təsərrüfat subyektlərinə (obyektlərinə), yaxud əvvəlcədən sifariş edilməyən əməliyyatlar üzrə nəqliyyat vasitələrinə buraxılan aksizli malların qablaşdırma sayı (butulka, banka, qutu və s.) göstərilir.”;

4.27. 2.8-ci bəndin birinci cümləsindən “verilmə” sözü çıxarılsın, ikinci cümləsində Elektron qaimə-fakturanın” sözləri “Bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanın” sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura üzrə isə gücləndirilmiş elektron imza vasitəsilə imzalandığı tarix həmin elektron qaimə-fakturanın təsdiq edilmə tarixi sayılır.”;

4.28. 2.12-2.14-cü bəndlərə və 3.7.8-ci yarımbəndə ismin müvafiq hallarında “mallar” sözündən sonra ismin müvafiq hallarında “(işlər, xidmətlər)” sözləri əlavə edilsin;

4.29. 2.13-cü bəndə “şəxsə” sözündən sonra “və ya subagentə” sözləri, “alıcısına” sözündən sonra “(subagentə)” sözü əlavə edilsin;

4.30. 2.15-ci və 2.16-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.15. Vergi ödəyicisi tərəfindən mallar emal edilməsi və ya saxlanılması məqsədilə digər vergi ödəyicisinə verildikdə, “malların emala, yaxud saxlamaya verilməsi barədə” elektron qaimə-faktura tərtib edilir və malların dəyəri elektron qaimə-fakturada göstərilir.

2.16. Emal, yaxud saxlanılma məqsədləri üçün alınmış mallar emal edildikdən və ya saxlanıldıqdan sonra təhvil verilərkən malları emal edən və ya saxlayan vergi ödəyicisi tərəfindən “emal prosesi keçmişya saxlamaya verilmiş malların qaytarılması barədə” elektron qaimə-faktura tərtib edilir. Bu zaman tərtib edilən elektron qaimə-fakturada emal edilmiş, yaxud saxlamaya verilmiş malların dəyəri istisna olmaqla, emala verilən mallardan istifadə edilən (silinən) malların dəyəri (manatla) və emal olunmuş məhsula dair bütün məlumatlar əks etdirilir. Göstərilmiş emal, yaxud saxlanılma xidmətinin dəyəri ilə bağlı “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura tərtib edilir və həmin elektron qaimə-fakturada “emal prosesi keçmiş, yaxud saxlamaya verilmiş malların qaytarılması barədə” elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi qeyd edilməklə, mallar təhvil verilən vergi ödəyicisinə təqdim edilir.”;

4.31. aşağıdakı məzmunda 2.17-1-ci və 2.17-2-ci bəndlər əlavə edilsin:

“2.17-1. Aksizli malların istehsalçıları tərəfindən neft məhsulları istisna olmaqla, istehsal edilən aksizli malların bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) yerdəyişməsi, yaxud əvvəlcədən sifariş edilməyən əməliyyatlar üzrə nəqliyyat vasitələrinə buraxılışı baş verdikdə, aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə elektron qaimə-faktura” tərtib edilir və həmin elektron qaimə-fakturada yerdəyişmə edilən aksizli malların miqdarı, dəyəri, hesablanmış aksiz məbləği və digər məlumatlar göstərilir.

2.17-2. Malların ixrac edilməsi məqsədilə istehsalçılar tərəfindən ixrac qeydi ilə satışı barədə elektron qaimə-faktura tərtib edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli 448 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların ixrac qeydi ilə satışı qaydası”nın tələbləri nəzərə alınır.”;

 

4.32. 3.1-ci bənddə “elektron qaimə-fakturanı” sözləri “bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı” sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.”;

4.33. 3.2-ci bəndə, 3.3-cü bəndin birinci cümləsinə və 3.6-cı bəndin üçüncü cümləsinə “qaimə-faktura” sözlərindən sonra “(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)” sözləri əlavə edilsin;

4.34. 3.4-cü bənddə “və 2.2.9-cu” sözləri “, 2.2.9-cu və 2.2.10-cu” sözləri ilə əvəz edilsin;

4.35. 3.7.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.7.6. malların (işlərin və xidmətlərin) vəkalətverən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi zamanı mallara münasibətdə mallar göndərilən (verilən) vaxt, işlərə və xidmətlərə münasibətdə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində;”;

4.36. 3.7.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.7.7. agent (komisyonçu) tərəfindən malların (işlərin və xidmətlərin) alıcıya (subagentə) təqdim edilməsi zamanı - mallar göndərilən (verilən) vaxt, işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində;”;

4.37. 3.7.9-cu yarımbəndə “emala” sözündən sonra “, yaxud saxlamaya” sözləri əlavə edilsin;

4.38. 3.7.10-cu yarımbəndə “keçmiş” sözündən sonra “, yaxud saxlamaya verilmiş” sözləri əlavə edilsin;

4.39. 3.8-ci bəndin birinci cümləsinə “ötürülür” sözündən sonra “(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)” sözləri əlavə edilsin;

4.40. 3.9-cu bəndin birinci cümləsinə “qaimə-fakturanın” sözlərindən sonra “(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)” sözləri əlavə edilsin;

4.41. 3.10-cu və 3.13-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.10. Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturaya münasibətdə ləğv edilməsi təsdiq edil-dikdən) sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Elektron qaimə-fakturanı qəbul edən (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Ləğvetmə göndərən tərəfindən həyata keçirilir.

3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.”;

4.42. Qaydalara 1-9 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);

4.43. Qaydalara 10 və 11 nömrəli əlavələr təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

 

 Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .- 2022.- 2 sentyabr.- S.12.