Azərbaycan Respublikası Nazirlər Kabinetininİnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli, “Ezamiyyə xərclərinin normaları haqqında” 2008-ci il 25 yanvar tarixli 14 nömrəli, “Dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2008-ci il 7 fevral tarixli 32 nömrəli, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2011-ci il 27 aprel tarixli 62 nömrəli və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat- axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 337 Bakı şəhəri, 25 avqust 2022-ci il

 

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹ 10, maddə 1021, ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr 674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr 146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447, ¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə 817, ¹ 10, maddə 1028, ¹ 11, maddə 1204, ¹ 12, maddələr 1363, 1388; 2013, ¹ 1, maddə 73, ¹ 8, maddələr 1015, 1038, ¹ 10, maddə 1219; 2014, ¹ 1, maddə 69, ¹ 3, maddə 312, ¹ 6, maddə 736, ¹ 7, maddə 918, ¹ 10, maddə 1308; 2015, ¹ 2, maddə 227, ¹ 5, maddə 612, ¹ 6, maddə 799, ¹ 11, maddə 1413; 2016, ¹ 2 (II kitab), maddə 381, ¹ 4, maddələr 781, 831, ¹ 5, maddə 955, ¹ 7, maddə 1342, ¹ 8, maddələr 1439, 1450, ¹ 9, maddələr 1583, 1585, 1588, ¹ 11, maddə 1976, ¹ 12, maddə 2241; 2017, ¹ 2, maddələr 283, 295, 310, ¹ 5, maddə 972, ¹ 8, maddə 1610, ¹ 10, maddə 1920; 2018, ¹ 2, maddə 335, ¹ 3, maddələr 577, 626, ¹ 7 (II kitab), maddə 1654, ¹ 10, maddələr 2142, 2161; 2019, ¹ 1, maddə 159, ¹ 3, maddələr 529, 563, 565, ¹ 4, maddə 743, ¹ 5, maddələr 944, 972, ¹ 12, maddələr 2064, 2068; 2020, ¹ 2, maddə 204, ¹ 5, maddə 652, ¹ 7, maddə 1005, ¹ 10, maddə 1311, ¹ 11, maddə 1413; 2021, ¹ 2, maddə 203, ¹ 3, maddə 280, ¹ 8, maddə 965, ¹ 11, maddə 1280; 2022, ¹ 4, maddələr 375, 379, 384, 412; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 iyun tarixli 248 nömrəli və 4 iyul tarixli 255 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinə aşağıdakı məzmunda 44-cü, 45-ci və 46-cı hissələr əlavə edilsin:

“44. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti

45. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

46. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi”.

2. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 1, maddə 44, ¹ 6, maddə 589, ¹ 12, maddə 1118; 2011, ¹ 1, maddə 66, ¹ 9, maddə 854; 2013, ¹ 2, maddə 197, ¹ 10, maddə 1222; 2015, ¹ 8, maddə 962; 2018, ¹ 3, maddə 592, ¹ 6, maddə 1368; 2019, ¹ 4, maddə 786; 2021, ¹ 1, maddə 96, ¹ 11, maddə 1286; 2022, ¹ 3, maddə 252; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 iyul tarixli 255 nömrəli Qərarı) 1-2-ci hissəsindən “ölkədaxili” sözü çıxarılsın və həmin hissəyə “əməkdaşlarının” sözündən əvvəl “və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 fevral tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 113; 2014, ¹ 3, maddə 322) ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin siyahısı”nın 2-ci hissəsində “Dövlət Mühafizəsi Obyektlərinin” sözləri “Mühafizə olunan şəxslərin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 27 aprel tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 4, maddə 375; 2016, ¹ 9, maddə 1585) ilə təsdiq edilmiş 2 nömrəli əlavə “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin Siyahısı”nın 2.4-cü bəndinə “xarici kəşfiyyat,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyi, xüsusi rabitə və informasiya təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi” sözləri əlavə edilsin.

5. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 1, maddə 29; 2013, ¹ 8, maddələr 999, 1033; 2014, ¹ 5, maddə 561, ¹ 6, maddə 747; 2016, ¹ 8, maddə 1453, ¹ 9, maddə 1585; 2017, ¹ 1, maddə 122, ¹ 5, maddə 963, ¹ 10, maddə 1880, ¹ 11, maddə 2185; 2018, ¹ 3, maddə 616, ¹ 11, maddə 2449; 2019, ¹ 1, maddə 163, ¹ 12, maddə 2070; 2020, ¹ 8, maddə 1132; 2021, ¹ 5, maddə 518, ¹ 9, maddə 1083; 2022, ¹ 4, maddə 386) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları” üzrə:

5.1.1. 5.4.2.1-ci və 7.7.1-ci yarımbəndlərdə “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz edilsin;

5.1.2. 5.5.2-ci yarımbənddə “Xüsusi Dövlət Mühafizə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi” üzrə:

5.2.1. 13-cü hissə aşağıdakı redaksiyada verilsin:

13.

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti

“Sərhədkeçməyə məhdudiyyət siyahısı”

“Azərbaycan Respublikasının vətəndaşları”, “Əcnəbilər”

“Sərhədkeçməyə məhdudiyyət siyahısı”

5.2.2. aşağıdakı məzmunda 13-1-ci və 13-2-ci hissələr əlavə edilsin:

13-1.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

“Sərhədkeçməyə məhdudiyyət siyahısı”

“Azərbaycan Respublikasının vətəndaşları”, “Əcnəbilər”,

“Audit jurnalı”

“Sərhədkeçməyə məhdudiyyət siyahısı”

13-2.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

“Sərhədkeçməyə məhdudiyyət siyahısı”

“Azərbaycan Respublikasının vətəndaşları”, “Əcnəbilər”

“Sərhədkeçməyə məhdudiyyət siyahısı”

 

Əli ƏSƏDOV

 

 Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .- 2022.- 2 sentyabr.- S.11.