Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikası hərbi qulluqçularının və hərbi
vəzifəlilərinin sosial müdafiəsinin
gücləndirilməsi haqqında” 1994-cü il
17 fevral tarixli 67
nömrəli, “Azərbaycan Respublikası diplomatik
poçtunun daşınması
qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1994-cü il 12 iyul tarixli 269 nömrəli,
“Azərbaycan Respublikasında elektrik
enerjisindən istifadəyə görə büdcə təşkilatlarının
normaları və birinci dərəcəli
istehlakçıların (elektrik enerjisi təchizatının
dayandırılmasına icazə verilməyən təşkilatların)
siyahısı haqqında” 2001-ci il 25 dekabr tarixli
199 nömrəli, “Fəaliyyət növlərinin xüsusiyyətindən
asılı olaraq xüsusi
razılıq (lisenziya) verilməsi üçün tələb olunan
əlavə şərtlər barədə” 2002-ci il 7 noyabr tarixli
174 nömrəli, “İstismar olunan ixrac neft
boru kəmərlərinin “Mühafizə
Zonası”nın müəyyənləşdirilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 2 noyabr tarixli
167 nömrəli, “Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə
qəbul edilən və ya bu
subyektlərdə xidmət keçən şəxslərin
sağlamlığının yoxlanılması
Qaydası”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 noyabr tarixli
182 nömrəli, “Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektinin əməkdaşının
və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və
əmlakının daşınması Qaydası”nın təsdiq
edilməsi haqqında” 2004-cü il 9 dekabr
tarixli 192 nömrəli və “Yüksək
ixtisaslı mütəxəssislər sırasından
seçilərək kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul
olunmuş hərbi qulluqçuların hərbi
xidmətə qəbul olunana qədərki
əmək stajının pensiya
təyin edilməsi və xidmət illərinə görə əlavə
faizin ödənilməsi üçün
onların xidmət illərinə hesablanması
Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli
124 nömrəli qərarlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 335 Bakı şəhəri, 25
avqust 2022-ci il
Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respub-likası
Prezidentinin Təhlükəsizlik Xidməti haqqında
Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il
19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan
Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin
strukturunun, hərbi qulluqçularının və mülki
işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin
siyahısının təsdiq edilməsi barədə” 2021-ci
il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan
Respublikasının Strateji Obyektlərin Mühafizəsi
Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin
strukturunun, hərbi qulluqçu-larının və mülki
işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin
siyahısının təsdiq edilməsi barədə” 2021-ci
il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Azərbaycan Respublikası hərbi qulluqçularının
və hərbi vəzifəlilərinin sosial müdafiəsinin
gücləndirilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 nömrəli
Qərarının 2-ci hissəsində “Xüsusi Dövlət
Mühafizə Xidməti” sözləri “Azərbaycan
Respublikası Prezidentinin Təhlükə-sizlik Xidməti, Azərbaycan
Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti, Azərbaycan Respubli-kasının
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1994-cü il 12 iyul tarixli 269
nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası diplomatik poçtunun daşınması
qaydası haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər edilsin:
2.1.
1-ci və 2-ci hissələrdə “Azərbaycan Respublikası
Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi
idarəsi” sözləri “Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti” sözləri ilə əvəz
edilsin;
2.2.
27-ci hissənin ikinci abzasında, 32-ci və 33-cü hissələrdə
“Dövlət Mühafizə” sözləri “Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri
ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 809; 2002, ¹ 10, maddə 641;
2003, ¹ 6, maddələr 342, 348; 2004, ¹ 10, maddə 871; 2005, ¹ 6,
maddə 541, ¹ 10, maddə 978; 2006, ¹ 4, maddə 373, ¹ 9, maddə
822, ¹ 10, maddə 903; 2008, ¹ 2, maddə 130; 2009, ¹ 2, maddə
144, ¹ 7, maddə 607, ¹ 9, maddələr 736, 757, ¹ 12, maddə
1065; 2012, ¹ 12, maddə 1390; 2013, ¹ 7, maddə 879; 2014, ¹ 1, maddə
57, ¹ 6, maddə 745; 2015, ¹ 6, maddə 792; 2016, ¹ 9, maddə 1585;
2019, ¹ 3, maddə 513) ilə təsdiq edilmiş “Elektrik
enerjisindən istifadəyə görə birinci dərəcəli
istehlakçıların (elektrik enerjisi təchizatının
dayandırılmasına icazə verilməyən təşkilatların)
Siyahısı”nın “Büdcədən maliyyələşdirilən
istehlakçılar” bölməsinin yeddinci abzası
aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan
Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin inzibati
binası;
Azərbaycan
Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidmətinin inzibati binası;
Azərbaycan
Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət
Agentliyinin inzibati binası;”.
4. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, ¹ 11, maddə 676; 2004, ¹ 2, maddə 115;
2005, ¹ 9, maddə 860, ¹ 12, maddə 1234; 2006, ¹ 2, maddələr
204, 205, ¹ 9, maddə 822, ¹ 12, maddə 1159; 2007, ¹ 8, maddələr
849, 857, ¹ 10, maddə 1025; 2008, ¹ 1, maddə 37, ¹ 10, maddə
928, ¹ 12, maddələr 1110, 1114; 2009, ¹ 1, maddələr 22, 32,
¹ 2, maddə 156, ¹ 4, maddə 279, ¹ 8, maddə 670, ¹ 9, maddələr
739, 754, ¹ 12, maddə 1078; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 1, maddə
63; 2012, ¹ 9, maddə 931; 2013, ¹ 2, maddə 203, ¹ 6, maddə 735;
2014, ¹ 10, maddə 1290; 2015, ¹ 5, maddə 608, ¹ 12, maddə 1567;
2016, ¹ 1, maddə 179, ¹ 4, maddə 807, ¹ 9, maddə 1585; 2018, ¹
8, maddə 1817, ¹ 12 (II kitab), maddə 2737; 2019, ¹ 12, maddə
2091; 2020, ¹ 6, maddə 794; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2022-ci il 18 may tarixli 196 nömrəli Qərarı)
ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin
xüsusiyyətindən asılı olaraq xüsusi
razılıq (lisenziya) verilməsi üçün tələb
olunan əlavə şərtlər”in 11.2-ci bəndində
“Dövlət Mühafizə” sözləri “Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri
ilə əvəz edilsin.
5. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli
167 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 957; 2006, ¹ 7, maddə 647,
¹ 9, maddə 822; 2008, ¹ 5, maddə 432, ¹ 8, maddə 786; 2013, ¹ 6,
maddə 737; 2014, ¹ 1, maddə 69; 2015, ¹ 11, maddə 1418; 2019, ¹
1, maddə 155; 2022, ¹ 4, maddə 389) ilə təsdiq edilmiş
“İstismar olunan ixrac neft boru kəmərlərinin
“Mühafizə Zonası”nın müəyyənləşdirilməsi
Qaydaları”nın 6.7-ci bəndində “5.1-ci və 5.4-cü”
sözləri “6.1-ci və 6.4-cü” sözləri ilə,
“Xüsusi Dövlət Mühafizə Xidmətini” sözləri
“Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyini”
sözləri ilə əvəz edilsin.
6. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli
182 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 967;
2016, ¹ 9, maddə 1585) ilə təsdiq edilmiş “Kəşfiyyat
və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə
həqiqi hərbi xidmətə qəbul edilən və ya bu
subyektlərdə xidmət keçən şəxslərin
sağlamlığının yoxlanılması Qaydası”nda
aşağıdakı dəyişikliklər edilsin:
6.1.
1-ci hissədə “Xüsusi Dövlət Mühafizə Xidmətinin”
sözləri “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik
Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi
Dövlət Agentliyinin” sözləri ilə əvəz
edilsin;
6.2.
4-cü hissədə “2000-ci il 18 mart tarixli 48” sözləri
“2008-ci il 29 fevral tarixli 59” sözləri ilə əvəz
edilsin.
7. “Kəşfiyyat
və əks-kəşfiyyat fəaliyyəti subyektinin əmək-daşının
və onun ailə üzvlərinin yeni xidmət yerinə
köçməsi və əmlakının
daşınması Qaydası”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 9 dekabr tarixli 192 nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanun-vericilik Toplusu, 2013, ¹ 4, maddə 447;
2016, ¹ 9, maddə 1585; 2019, ¹ 3, maddə 516; 2021, ¹ 12, maddə
1531) aşağıdakı dəyişikliklər edilsin:
7.1.
2-ci hissədə “Xüsusi Dövlət Mühafizə Xidmətinə”
sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik
Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi
Rabitə və İnformasiya Təhlü-kəsizliyi Dövlət
Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin
Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə
əvəz edilsin;
7.2.
həmin Qərarla təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektinin əməkdaşının və
onun ailə üzvlərinin yeni xidmət yerinə
köçməsi və əmlakının
daşınması Qaydası”nın 1-ci hissəsində
“Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri
“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik
Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi
Dövlət Agentliyinin” sözləri ilə əvəz
edilsin.
8.
“Yüksək ixtisaslı mütəxəssislər
sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul
olunmuş hərbi qulluqçuların hərbi xidmətə
qəbul olunana qədərki əmək stajının pensiya
təyin edilməsi və xidmət illərinə görə əlavə
faizin ödənilməsi üçün onların xidmət
illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 1 iyul tarixli 124 nömrəli Qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 7, maddə 658;
2016, ¹ 9, maddə 1585) 2-ci hissəsində “Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə”
sözləri “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik
Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin
Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə
əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti .- 2022.- 2 sentyabr.-
S.11.