Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Hərbi Prokurorlu­ğunun və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” 1992-ci il 19 may tarixli 271 nömrəli, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feld­yeger rabitəsi, fövqəladə hallarvergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqın­da” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında” 1999-cu il 12 aprel tarixli 66 nömrəli, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli və “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququ­nun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

№ 334 Bakı şəhəri, 25 avqust 2022-ci il

 

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haq­qında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respubli­kası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradıl­mış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli Qərarının adına və 6-cı hissəsinə “Xarici Kəşfiyyat Xidmətinin” sözlərindən sonra ”, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri əlavə edilsin.

2. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 may tarixli 33 nömrəli və 24 may tarixli 56 nömrəli qərarları; Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 1999, № 10, maddə 606; 2001, № 1, maddə 70, № 3, maddə 214, № 12, maddə 800; 2003, № 6, maddə 342; 2004, № 9, maddə 752; 2005, № 1, maddə 57, № 7, maddə 695; 2006, № 10, maddə 903; 2007, № 2, maddə 199, № 5, maddə 544; 2008, № 9, maddə 879; 2010, № 3, maddə 263, № 3, maddə 264, № 12, maddə 1123; 2011, № 8, maddə 776; 2012, № 12, maddə 1368; 2013, № 2, maddə 201, № 10, maddə 1191; 2016, № 9, maddə 1585; 2017, № 4, maddələr 620, 643, № 12 (II kitab), maddə 2480; 2018, № 9, maddə 1908, № 10, maddə 2156; 2019, № 6, maddə 1156; 2020, № 4, maddə 497; 2022, № 2, maddə 166) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. dördüncü abzasa “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində” sözlərindən sonra “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublika­sının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində” sözləri əlavə edilsin;

2.2. on üçüncü abzasa “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözlərindən sonra “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri əlavə edilsin.

3. “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 1999-cu il 12 aprel tarixli 66 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 273; 2003, № 6, maddə 342; 2006, № 10, maddə 903; 2010, № 12, maddə 1123; 2012, № 12, maddə 1366; 2016, № 9, maddə 1585) ikinci hissəsinə “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi,” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 682; 2002, № 3, maddə 145; 2003, № 6, maddə 342; 2005, № 8, maddə 782; 2006, № 10, maddə 903; 2008, № 2, maddə 106; 2010, № 3, maddə 264, № 12, maddə 1123; 2014, № 10, maddə 1315; 2016, № 9, maddə 1585; 2017, № 12 (II kitab), maddə 2544; 2018, № 12 (II kitab), maddə 2735; 2019, № 1, maddə 169, № 3, maddə 555, № 5, maddə 967, № 6, maddə 1172, № 7, maddə 1338; 2020, № 2, maddə 202) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 34-cü və 35-ci hissələrinin ikinci abzaslarına “arayışı təqdim olunur” sözlərindən əvvəl “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi hissəsinin, idarəsinin, təhsil müəssisəsinin, müəssisə və təşkilatının, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnfor­masiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi hissəsinin, idarəsinin, təhsil müəssisəsinin, müəssisə və təşkilatının, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi hissəsinin, idarəsinin, təhsil müəssisəsinin, müəssisə və təşkilatının” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2008, № 8, maddə 787; 2010, № 3, maddə 264, № 6, maddə 569; 2013, № 10, maddə 1200; 2016, № 9, maddə 1585, № 11, maddə 1976; 2019, № 3, maddə 513, № 7, maddə 1319; 2021, № 3, maddə 282, № 4, maddə 405, № 10, maddə 1159, № 12, maddə 1535) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyən-ləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci, 1.7-ci, 1.11-ci, 1.12-ci bəndlərinin dördüncü abza­sına, 1.8-ci, 1.10-cu bəndlərinin üçüncü abzasına “Xarici Kəşfiyyat Xidmətinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .- 2022.- 2 sentyabr.- S.10.