Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa
silahlı birləşmələrin və Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı
normalarının və xidməti heyvanlarının yemləmə
normalarının təsdiq edilməsi
haqqında” 2013-cü il 8 yanvar
tarixli 2 nömrəli, “Azərbaycan
Respublikasının hava məkanından
istifadə Qaydaları”nın təsdiq edilməsi barədə”
2013-cü il 15 yanvar tarixli 3 nömrəli, “Dövlətin
müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə
ölçmələrin vəhdətinin təmin edilməsinin
xüsusiyyətləri”nin təsdiq edilməsi haqqında”
2014-cü il 1 iyul tarixli 215 nömrəli və “1994-cü il fevralın 1-dən 2010-cu il
iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya
buraxılmış hərbi qulluqçulara
(müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə
edilməmiş növbəti məzuniyyətə görə
kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin
müəyyən edilməsi barədə” 2014-cü il 26 dekabr tarixli
399 nömrəli qərarlarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 332 Bakı şəhəri, 25
avqust 2022-ci il
Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikası
Prezidentinin Təhlükəsizlik Xidməti haqqında
Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il
19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan
Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin
strukturunun, hərbi qulluqçularının və mülki
işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin
siyahısının təsdiq edilməsi barədə” 2021-ci
il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan
Respublikasının Strateji Obyektlərin Mühafizəsi
Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin
strukturunun, hərbi qulluqçularının və mülki
işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin
siyahısının təsdiq edilməsi barədə” 2021-ci
il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013, ¹ 5, maddə 566; 2014, ¹ 2, maddə 217, ¹
5, maddə 592; 2015, ¹ 5, maddə 657; 2016, ¹ 2 (II kitab), maddə
369, ¹ 11, maddə 1942; 2017, ¹ 4, maddə 620; 2020, ¹ 8, maddə
1119; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6
iyun tarixli 222 nömrəli Qərarı) ilə təsdiq
edilmiş 7 nömrəli əlavə - “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı
dəstələrinin, Azərbaycan Ordusunun əməliyyat
(komando) briqadalarının ərzaq payı
Normaları”nın “Qeydlər” hissəsinin 1.1-ci bəndində
“Xüsusi Dövlət Mühafizə” sözləri
“Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz
edilsin.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli
3 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə 1585;
2019, ¹ 1, maddələr 164, 167; 2021, ¹ 5, maddə 523; 2022, ¹ 4,
maddə 386) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının hava məkanından istifadə
Qaydaları”nın 4.21-ci bəndində “Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə”
sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik”
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 215
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 905; 2016, ¹ 9, maddə 1585;
2021, ¹ 2, maddə192) ilə təsdiq edilmiş “Dövlətin
müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin
həyata keçirilməsi məqsədi ilə ölçmələrin
vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”nin
1.1-ci bəndində “Azərbaycan Respublikasının
Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri
“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik
Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin
Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə
əvəz edilsin.
4.
“1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi
hərbi xidmətdən ehtiyata və istefaya
buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçularından başqa) həmin
dövrün təqvim illərində istifadə edilməmiş
növbəti məzuniyyətə görə kompensasiyanın
ödənilməsi qaydasının və məbləğinin
müəyyən edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 dekabr tarixli
399 nömrəli Qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 12, maddə 1675;
2016, ¹ 9, maddə 1585; 2017, ¹ 5, maddə 1008, ¹ 10, maddə 1917,
¹ 12 (II kitab), maddə 2497) 3-cü hissəsində “Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə”
sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik
Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin
Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə
əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti .- 2022.- 2 sentyabr.-
S.10.