“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 331 Bakı şəhəri, 25 avqust 2022-ci il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 9, maddə 755; 2005, ¹ 12, maddə 1224; 2007, ¹ 2, maddələr 180, 186; 2008, ¹ 2, maddə 120, ¹ 7, maddə 688; 2013, ¹ 12, maddə 1631; 2018, ¹ 2, maddə 344, ¹ 3, maddə 609; 2019, ¹ 2, maddə 367, ¹ 8, maddə 1454; 2022, ¹ 1, maddə 65) 2-ci hissəsinə “xadimə” sözündən əvvəl “qey­diyyatçı, nəzarətçi, təsərrüfat işçisi,” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .- 2022.- 2 sentyabr.- S.10.