Azərbaycan Respublikası Nazirlər Kabinetininİxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” 2005-ci il 15 dekabr tarixli 230 nömrəli, “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 31 mart tarix­li 91 nömrəli, “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 aprel tarixli 98 nömrəli, “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” 2006-cı il 13 iyul tarixli 171 nömrəli, “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 1 fevral tarixli 22 nömrəli, “Təminat xərcliyinin hesab­lanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 27 avqust tarixli 135 nömrəli və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 328 Bakı şəhəri, 25 avqust 2022-ci il

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1230; 2006, ¹ 9, maddə 822, ¹ 11, maddə 1000; 2007, ¹ 4, maddə 387, ¹ 10, maddə 1021, ¹ 12, maddə 1337; 2009, ¹ 2, maddə 144; 2010, ¹ 6, maddə 558; 2012, ¹ 9, maddə 925; 2014, ¹ 1, maddə 69, ¹ 6, maddə 747; 2015, ¹ 5, maddə 660; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 8, maddə 1612; 2018, ¹ 1, maddə 129; 2019, ¹ 1, maddə 157, ¹ 7, maddə 1326; 2022, ¹ 4, maddə 391) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malla­rın (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “4A; 4D; 4E” bölməsinin 3-cü və 4-cü sütunlarında “Xüsusi Dövlət Mühafizə Xidməti (mühafizə olunan obyektlər üzrə)” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (mühafizə olunan şəxslər və qorunan obyektlər üzrə)” sözləri ilə əvəz edilsin;

1.2. “5A2: 5B2; 5D2; 5E2” bölməsinin 3-cü və 4-cü sütunlarında, “7A; 7B: 7D: 7E” bölməsinin 4-cü sütununda “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz edilsin;

1.3. “ML1; ML2; PL5018; PL5020; PL5021; ML3; ML4; PL5030” bölməsinin, “PL5002; PL5006; ML5; ML6; PL5031” bölməsinin, “ML7” bölməsinin və “ML10” bölməsinin (hər iki halda) 4-cü sütunun­da “Xüsusi Dövlət Mühafizə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 310; 2013, ¹ 2, maddə 190; 2014, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 7, maddə 1493; 2019, ¹ 1, maddə 158; 2022, ¹ 4, maddə 391) ilə təsdiq edil­miş “GOV.AZ domeninin inzibatlaşdırıl­ması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bənd üzrə:

2.1.1. birinci abzasda “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin (bundan sonra – XDMX-nin Xüsusi Rabitə və İnfor­masiya Təhlükəsizliyi Dövlət Agentliyi)” sözləri “Azərbaycan Respublikasının Xüsu­si Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri ilə əvəz edilsin;

2.1.2. ikinci, üçüncü və beşinci abzas­larda “XDMX-nin Xüsusi Rabitə və İnfor­masiya Təhlükəsizliyi Dövlət Agentliyi” sözləri “Xidmət” sözü ilə əvəz edilsin;

2.1.3. dördüncü abzasda “XDMX-nin” sözləri “Xidmətin” sözü ilə əvəz edilsin.

2.2. 2.3-cü, 3.1-ci, 3.3-cü, 3.5-ci, 3.7-ci (hər iki halda), 3.13-cü, 4.3-cü bəndlərdə və 4.2.2-ci yarımbənddə ismin müvafiq hallarında “XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin;

2.3. 3.2-ci bəndin ikinci abzasının bi­rinci cümləsində “Azərbaycan Respublika­sının Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “Xidmətə” sözü ilə əvəz edilsin;

2.4. 3.11-ci bənddə “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Xidmət” sözü ilə əvəz edilsin;

2.5. 4.2.1-ci yarımbəndin birinci abza­sında “XDMX-yə” sözləri “Xidmətə” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 aprel tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 368; 2016, ¹ 9, maddə 1585; 2018, ¹ 9, maddə 1913; Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2022-ci il 18 may tarixli 196 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın 1.2-ci bəndində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Azərbaycan Respubli­kası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

 

4. “Hərbi qulluqçulara (hərbi qul­luqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 638, ¹ 10, maddə 902; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 8, maddə 777; 2012, ¹ 12, maddə 1350; 2013, ¹ 10, maddə 1203; 2016, ¹ 9, maddə 1585; 2019, ¹ 4, maddə 776; 2020, ¹ 4, maddə 496) 2-ci hissəsində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Azərbaycan Respubli­kası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 182; 2009, ¹ 2, maddə 144; 2014, ¹ 2, maddə 216, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə 1585; 2019, ¹ 1, maddə 158; 2021, ¹ 7, maddə 888; 2022, ¹ 4, maddə 391; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 may tarixli 196 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın 1.6-cı və 2.30-cu bəndlərində “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 860; 2012, ¹ 12, maddə 1351; 2016, ¹ 7, maddə 1343, ¹ 9, maddə 1585; 2017, ¹ 4, maddələr 620, 643; 2019, ¹ 3, maddə 559, ¹ 8, maddə 1476; 2020, ¹ 3, maddə 348; 2021, ¹ 3, maddə 280, ¹ 10, maddə 1183) ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 134; 2010, ¹ 1, maddə 59; 2012, ¹ 12, maddə 1371; 2013, ¹ 10, maddə 1204, ¹ 12, maddə 1627; 2015, ¹ 5, maddə 659; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 4, maddələr 620, 643, ¹ 7, maddə 1501, ¹ 12 (II kitab), maddə 2484; 2020, ¹ 4, maddə 496, ¹ 10, maddələr 1260, 1295, ¹ 11, maddə 1413; 2022, ¹ 4, maddə 401) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2-ci bəndində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Res­publikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

 

 Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .- 2022.- 2 sentyabr.- S.10.