Azərbaycan–İtaliya strateji tərəfdaşlığı uğurla inkişaf edir

 

Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bu­günkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya–Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidi­yik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdürbirinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumu­zu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

İtaliya Azərbaycan üçün Avropada və dünyada ən mühüm tərəfdaşlardan biridir. Tərəflər arasında olan münasibətlərin daha da genişləndirilməsi üçün əlverişli perspektivlər mövcuddur. Ölkəmiz Xəzər hövzəsinin enerji daşıyıcılarının Qərbə nəql edilməsi, TRASEKA proqramının həyata keçirilməsi, Bakı – TbilisiCeyhan əsas ixrac neft kəməri, Bakı – Tbilisi – Ərzurum qaz kəməri, region ölkələrinin inkişafın­da və Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

lığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğu­nu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Respublikamız­la İtaliya arasında imzalanan çoxsaylı sənədlər isə münasibətlərin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respub­likasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgü­zar səfəri də iki ölkə arasında siyasi di­aloqun davam etdirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımın­dan mühüm önəm daşıyır.

Yeri gəlmişkən, ən çətin vaxtlarda hər iki ölkə bir-birinin yanında olub. Məsələn, İtaliya Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində daim ədalətli yanaşma sərgiləyib. İkinci Qarabağ müharibəsi günlərində də İtaliya Azərbaycanın haqq mübarizəsini dəstəkləyib, bu ölkənin parlament qrupu Azərbaycana səfər edib. Senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüb. Həmçinin COVID pandemiyasına qarşı mübarizədə iki dost ölkə bir-birinə əsl tərəfdaşlar kimi müxtəlif layihələr vasitəsilə yardımlar edib. Pandemiyanın ilk mərhələsində Azərbaycan İtaliyanın bir sıra klinikalarına dəstək göstərib. Sonrakı dövrdə -pandemiyanın Azərbaycana təsiri artdıqda isə İtaliyadan mütəxəssis-həkim qrupu respublikamıza gələrək xəstəliyə tutulan insanlara yardım göstərib.

Xatırladaq ki, dövlətimizin başçısı çı­xışlarının birində yuxarıda vurğulananlar barədə deyib: “Ölkələrimiz arasında çox güclü siyasi əlaqələr tərəfdaşlığımızın güclü təməlini təşkil edir. 2014-cü və 2020-ci illərdə biz strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə imzaladıq. Bu da yaxın dost olmaq üçün qarşılıqlı iradənin mövcud olduğunu göstərir və biz artıq yaxın dostuq…”.

 

Səfər çərçivəsində diqqətçəkən tədbirlərdən biri Romada Azərbaycanın İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub. Tədbirdə iştirak edən dövlətimizin başçısı səfirliyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra həyətdə ağac əkib, daha sonra isə yeni binada yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin fevralında İtali­yaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə Roma şəhərində səfirliyimiz və onun tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub, binanın əsaslı təmiri ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.

Dünyanın ən zəngin tarixi irsi­nin yerləşdiyi Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin təbliği istiqamətində atılan ən mühüm addımlardan biridir və dünyada multikulturalizmin beşiyi sayılan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi ölkələr arasında İtaliya xüsusi yerə malikdir.

Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması isə ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılmasına, Azərbaycan və İtaliya arasında mədəniyyət, elm, təhsil, huma­nitar sahələrdə daha səmərəli fəaliyyətin həyata keçirilməsinə geniş imkanlar açacaq.

Mədəniyyət Mərkəzinin daxi­li tərtibatında Azərbaycanın dövlət rəmzlərindən, milli sənətkarlıq elementlərindən, o cümlədən, şəbəkədən istifadə edilib. Mərkəzin müxtəlif ekspozisiya zallarında Azərbaycan tarixini əks etdirən ekspo­natlar yerləşdirilib.

Qədim silahlar, misgərlik məmulatları, xalça sənətinin nümunələri, zinət və bəzək əşyaları, milli geyim və aksesuar­lar da daxil olmaqla bütün eksponatlar Azərbaycanın qədim, zəngin tarixindən və mədəniyyətindən xəbər verir.

Azərbaycan xalçaları mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın müxtəlif məktəblərinin nümunələrinin təqdim edildiyi mərkəzdə qədim xalçaxalça məmulatlarının geniş çeşidi sərgilənir. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixikeçdiyi inkişaf yolları barədə italyan dilində məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri, ölkəmizdə qədimdən yara­nıb formalaşan rəssamlıq sənəti - minia­tür məktəbi barədə ətraflı məlumat verilir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir.

Mərkəzdə iki ölkə arasında elm-təhsil mübadilələri çərçivəsində onlayn dərslərin keçirilməsi, Azərbaycan dilinin tədrisi üçün xüsusi avadanlıqlarla təchiz olunan otaq da var. Burada Azərbaycan musiqisinin təbliği də nəzərdə tutulur. Bundan başqa, mərkəzdə Azərbaycanın milli mətbəxinin nümunələrinin hazır­lanması və müvafiq master-klasların və təlimlərin keçirilməsi üçün şərait var.

Yeri gəlmişkən, iki ölkə arasın­da ticarət tərəfdaşlığının inkişafı da diqqət çəkir. Bunu Azərbaycanın Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşı olması və bu ölkənin Cənubi Qafqazla reallaşdırdığı ticarətin 95 faizinin Azərbaycanla aparıldığı faktı da təsdiqləyir.

Onu da qeyd edək ki, uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olub və ölkəmiz İtaliyaya neft təchizatının bir nömrəli mənbəyi kimi çıxış edib. İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə respublika­mız önəmli qaz təchizatçısına çevrilib və Azərbaycan qaz təchizatında 3-cü yerdə qərarlaşıb.

İki ölkənin enerji sahəsində əməkdaşlığında da ötən illər ərzində mühüm uğurlar əldə edilib. Belə ki, 1995-cu il noyabrın 10-da ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorun­dakı “Qarabağperspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1996-cu ilin iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorunda­kı “Şah Dəniz” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1998-ci il iyunun 2-də isə Xəzər dənizinin Azərbaycan sektorunda­kı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb.

Xatırladaq ki, 2002-ci ilin sentyabr ayında İtaliyanın ENİ/Agip şirkəti Bakı–Tbilisi–Ceyhan Əsas İxrac Boru Kəməri layihəsinə dair sazişi imzalayaraq, 5 faiz payla layihə üzrə sponsorlar qrupunun üzvünə çevrilib.

Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən sentyabrın 2-də keçirilən 48-ci beynəlxalq forumunun plenar iclasında da enerji təhlükəsizliyinin təmin olun­masında ölkəmizin rolu barədə ətraflı danışıb. Dövlətimizin başçısı artan enerji tələbatını ödəmək üçün Azərbaycanın sıx əməkdaşlığa və koordinasiyaya ehti­yacı olduğunu xüsusi vurğulayıb. “Biz bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqa başlamı­şıq. Bu dialoq təkcə təbii qaz deyil, enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl enerji seqmentlərini əhatə edir”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev çıxışında Uk­rayna–Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsinin Avropanın gündəliyində duran əsas problemlərdən birinə çevrildiyini, bunun həlli üçün bir çox layihələrin mövcud olduğunu qeyd edib: “Bunlardan biri də tikintisi yekun­laşmaqda olan Yunanıstan-Bolqarıstan İnterkonnektorudur. Buna bənzər digər layihə İonik-Adriatik boru kəməridir. Bu kəmərlə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək”.

Dövlətimizin başçısı daha sonra son dövrdə Azərbaycana 10-dan çox ölkədən – Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olduğunu deyib.

Qeyd edək ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Amb­rosetti” İtaliyanın idarəetmə – məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropaonun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dün­yanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinciAvropada ilk onluqda qərarlaşan “The European HouseAmbrosettiİtaliyaAvropa şirkətləri üçün əhəmiyyət daşı­yan məsələlərin müzakirə olunduğu fo­rumlar və müxtəlif tədbirlər təşkil edərək, İtalyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir.

Ümumiyyətlə, iqtisadi sahədə görülən və nəzərdə tutulan işlər iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsindən xəbər verir, əlaqələrin stra­teji və uzunmüddətli xarakter daşıdığını, humanitar sahədə də münasibətlərin diqqətdə saxlanıldığını göstərir.

Səfərdə diqqətçəkən sonuncu məqam ilə bağlı isə onu deyək ki, sent­yabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proq­ramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli, Romanın Sapienza, Turin Politexnik, Alma Mater Bolonya və Milan Poli­texnik universitetləri arasında aka­demik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Dövlətimizin başçısı həmin mərasimdə çıxış edərək deyib: “Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya–Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni geniş­miqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradıl­sın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq”.

Prezident İlham Əliyev mərasimdə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənədin də imza­landığını bildirib və iki ölkə arasında çox güclü siyasi-iqtisadi əlaqələrin mövcudluğunu diqqətə çatdırıb. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dolla­ra çatıb”, -deyə ölkə rəhbəri söyləyib.

Mərasimdəki çıxışında İtaliya Res­publikası Ekoloji Keçid Nazirliyinin dövlət katibi xanım Vannia Qava ölkələrimiz arasında elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi, gücləndirilməsi, o cümlədən, güclü ikitərəfli münasibətlərin növbəti səviyyəyə qaldırılması məqsədilə bundan sonra da mühüm layihələrin icrasının nəzərdə tutulduğunu vurğulayıb. ADA Universitetinin rekto­ru, professor Hafiz Paşayev isə çıxış edərək, dövlətimizin başçısı tərəfindən iki il öncə irəli sürülən təşəbbüsün bu gün öz müsbət nəticələrini verdiyini xatırladaraq deyib: “Bu gələcək universi­tetinbu gün, necə deyərlər, inauqura­siyasını etdiyimiz universitetin proqramı üzrə iki il ərzində COVID zamanı biz apardıq. O ki qaldı, onun infrast­rukturuna, həmin bu universitetlərin nümayəndəliyinin iştirakı ilə biz laborato­riyaların, ümumən dərs sisteminin qurul­masına çox böyük diqqət yetirdik. Bunun nəticəsidir ki, bu gün imzaladığımız və mübadilə etdiyimiz sənədlərdə çox ciddi və ətraflı proqram tərtib olunmuşdur”.

İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsinin əsas səbəblərindən biri ölkəmizin hər zaman verdiyi vədə sadiq qalması, razı­laşdırilan məsələlərin icrasının diqqətdə saxlamasıdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti .- 2022.- 3 sentyabr.- S.4.