Milli tariximizin unudulmaz günlərindən biri –
3 sentyabr 1991-ci il
Ulu öndər siyasi
fəaliyyətə qayıdışı
ilə tariximizin mühüm səhifələrini
yaratmışdır
O vaxt Naxçıvan həm Ermənistanın hücumlarına
məruz qalırdı,
eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız
hücumlarına, təqiblərinə
məruz qalırdı.
Faktiki olaraq blokada şəraitindəki
respublika işıqsız,
qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki, Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında
birləşmiş insanlar
Naxçıvanı qoruya
bildilər, düşməni
yerinə oturtdular və orada sərhəddə
gedən şiddətli
döyüşlərdə qalib gəldilər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
“Qayıdış” ifadəsi
ulu öndər Heydər Əliyevin adı ilə bir neçə dəfə bağlanmışdır. Mətbuat
səhifələrində və
rəsmi mənbələrdə
“Heydər Əliyevin Moskvadan Bakıya qayıdışı” (20 iyul
1990-cı il), “Ulu öndərin siyasi fəaliyyətə qayıdışı”
(3 sentyabr 1991-ci il), “Ümummilli liderin Naxçıvandan Bakıya
qayıdışı” (9 iyun
1993-cü il), “Heydər
Əliyevin böyük
siyasətə qayıdışı”
(5 iyun 1993-cü il) və “Ulu öndərin
ölkə rəhbərliyinə
qayıdışı” (3 oktyabr
1993-cü il) sərlövhələrinə
tez-tez rast gəlirik. Bu yazıda
həmin qayıdışların
ikincisi haqqında söz açmaq istəyirik.
Bu, Tanrının insan
taleyinə yazdığı
xoşbəxtlikdir ki,
sadə bir vətəndaşın ömrünün
bütün məqamları
milli tarixin unudulmaz səhifələrinə
çevrilir. Bəlkə də, buradakı
“sadə vətəndaş”
ifadəsi yerinə düşmür. Ancaq ulu
öndər “mən bir sadə azərbaycanlı
kimi” ifadəsini dəfələrlə işlətmişdi.
O, həqiqətən sadə
və böyük insan idi.
O, sovet rejiminin repressiyaya məruz qoyduğu Azərbaycan ziyalılarına himayədarlıq
edəndə də sadə idi, bir əsrdə qazandığımız ikinci
dövlət müstəqilliyimizin
xilaskarı kimi çıxış edəndə
də, BMT Baş Assambleyasının tribunasından
Azərbaycan həqiqətlərini
söyləyərkən mükəmməl
bir qətiyyət nümayiş etdirəndə
də, məcburi köçkün gənclərin
toyunda qol götürüb oynayanda da, Lissabonda Avropanın bütün siyasətçilərinə qarşı
təkbaşına dirəniş
göstərib istədiyinə
nail olanda da, qədim xalq mahnımız olan “küçələrə su
səpmişəm” mahnısını
zümzümə edəndə
də. O, milli tariximizə sadə azərbaycanlı, böyük
dövlət xadimi, heç zaman unudulmayacaq lider kimi düşmüşdür
və həmin ünvanda əbədi olaraq, bu keyfiyyətlərlə
qalacaq.
Ulu öndərin 1991-ci il sentyabrın 3-də
Naxçıvan Muxtar
Respublikası Ali Sovetinin
Sədri seçildiyi
günün telexronikasını
hamımız dəfələrlə
görmüşük. O vaxt
bəzi naxçıvanlılar
həyəcan içində
idilər ki, Heydər Əliyev bu vəzifəyə seçilməkdən imtina
edər. Çünki Heydər Əliyev
SSRİ kimi nəhəng
dövlətin rəhbərlərindən
biri olmuşdu və kimsə onun Naxşıvan rəhbəri olmaqdan imtina edə biləcəyini güman edənlər də haqlı idi. Ancaq xalq ulu öndərdən
həmin imtinanı eşitmədi. O, istənilən
an – hətta özünün
və ailə üzvlərinin həyatına
təhlükə olduğunu
yaxşı bildiyi
1990-cı il yanvarın 21-də, Kremlin qulağının
dibində SSRİ rəhbərlərini
ittiham etməklə xalqın yanında olduğunu göstərmişdi.
Onun Naxçıvan
rəhbərliyinə gəlməsindən
sonra muxtar respublika sözün həqiqi mənasında, qurtuluş tapmışdı. Məhz sentyabrın
həmin günlərindən
etibarən Naxçıvan
–Türkiyə münasibətləri
yeni mərhələyə
qədəm qoymuşdu.
“Naxçıvan Türk-İslam
dünyasına bir qapıdır” – deyən Heydər Əliyev bu istiqamətdə ardıcıl, məqsədyönlü
fəaliyyət göstərməyə
başlamış, həmin
il oktyabrın 29-da Naxçıvan Muxtar Respublikasının Sədərək
rayonunda Azərbaycan
–Türkiyə arasında
Araz çayı üzərində salınan
“Ümid körpüsü”
müvəqqəti istifadəyə
verilmişdi.
Həmin körpünün rəsmi
açılışı mərasimində Ali Məclisin
Sədri Heydər Əliyevlə bərabər
Türkiyə hökumət
dairələrinin nümayəndələri,
Azərbaycanın görkəmli
elm və mədəniyyət
xadimləri də iştirak edirdilər. Həmin
tarixi günlərdən
bəhs edən arxiv materiallarında oxuyuruq ki, 70 il bir-birinə
həsrət qalan bu dost və qardaş ölkələr
arasında ilk gediş-gəliş
əlaqələri məhz
Heydər Əliyevin uzaqgörənliyi nəticəsində
yaradılmışdı.
Həmin
sənədlərdə göstərilir
ki, 1991-ci il noyabrın əvvəllərində
Türkiyə Nəqliyyat
Nazirliyinin nümayəndə
heyəti muxtar respublikaya səfər etmiş, səfər zamanı Ali Məclisin Sədri ilə Araz çayı üzərində avtomobil
körpüsünün tikilməsi,
keçid məntəqəsi
yaradılması haqqında
məsələlər müzakirə
edilmiş, muxtar respublika Nazirlər Kabineti ilə həmin qurum arasında protokol tərtib edilmişdi. Bu cümlələri oxuyanda sanki Türkiyənin 44 günlük
müharibə dövründə
və müharibədən
sonrakı proseslərdə
daim yanımızda olmasının təməl
daşlarını görürük.
Xatırladaq ki, 1992-ci ilin martında Naxçıvanın
ictimai-siyasi həyatında
görünməmiş bir
hadisə baş vermişdi. Türkiyənin
î vaxtkı
Baş naziri Süleyman Dəmirəlin
göndərdiyi şəxsi
təyyarə ilə Heydər Əliyevin dost ölkəyə işgüzar
səfəri olmuş,
səfər zamanı
Türkiyə Respublikasının
Prezidenti Turqut Özal və Baş nazir Süleyman Dəmirəl ilə əhəmiyyətli
görüşlər keçirilmişdi.
Müzakirə edilən əsas
məsələ, təbii
ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Naxçıvanın düşdüyü
ağır vəziyyətlə
bağlı idi.
Başqa bir mühüm fakt isə ondan
ibarət idi ki, Naxçıvanın Türkiyə ilə bütün sahələrdə
əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə Türkiyənin
Baş naziri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri birgə protokol imzalamışdılar. 13 maddəlik
protokolda muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərilməsi,
muxtar respublikanın zəruri ehtiyaclarını
ödəmək üçün
100 milyon ABŞ dolları
həcmində kreditin
ayrılması, tərəflər
arasında enerji xətlərinin yaradılması,
nəqliyyat əlaqələrinin
inkişaf etdirilməsi
öz əksini tapmışdı. Protokolda, həmçinin
bank işi, turizm, informasiya sahəsində geniş əməkdaşlıq
əlaqələrinin yaradılması,
muxtar respublikadan olan 100 tələbənin
Türkiyədə təhsil
alması haqqında razılığa gəlinmişdi.
Yəni Herdər Əliyev öz şəxsi nüfuzundan istifadə edərək məşəqqətlər
və məhrumiyyətlər
içərisində yaşayan
Naxçıvanın problemlərini
həll etməyə başlamışdı. Ulu öndər
həmin protokolu böyük əhəmiyyətə
malik tarixi sənəd kimi qiymətləndirirdi.
Məhz
həmin protokolun icrası prosesində Türkiyənin “Teletaş”
şirkətinin nümayəndələri
Naxçıvana gəlmiş,
qardaş ölkənin
Kənd Təsərrüfatı
Nazirliyi əməkdaşlarının
Naxçıvana səfəri
zamanı (aprel, 1992) böyük miqdarda texniki yardım, gübrə, toxum göndərilməsi haqqında
razılıq əldə
edilmişdi.
Heydər
Əliyevin siyasi fəaliyyətinin Naxçıvan
dövrü barədə
söz açarkən,
1992-ci il mayın 28-də açılmış
“Sədərək-Dilucu” körpüsünü
xatırlatmamaq mümkün
deyil. Çünki həmin körpü
təkcə Naxçıvan
– Türkiyə əməkdaşlığında
deyil, eləcə də, bütövlükdə,
Azərbaycan – Türkiyə
münasibətlərinidə mühüm mərhələ
olmuşdu. Həmin gün
Naxçıvana xüsusi
təyyarə ilə Türkiyənin 150 nəfərdən
artıq yüksək
çinli məmur və yaradıcı ziyalılarından ibarət
nümayəndə heyəti
gəlmişdi.
Naxçıvan Hava Limanında
Süleyman Dəmirəli
böyük məhəbbətlə
salamlayan Ali Məclisin
Sədri Heydər Əliyevin sözləri türkiyəli qonaqların
böyük alqışları
ilə qarşılanmışdı:
“İlk dəfə olaraq Türkiyənin Baş naziri bu qədim torpağa
ayaq basır. Sayın Süleyman Dəmirəl və onu müşayiət
edən şəxsləri
bu gün burada qarşılamaq kimi bir xoşbəxtlik
bizə nəsib olub”.
Elə qardaş ölkənin Baş naziri də Heydər Əliyevə və naxçıvanlılara sonsuz
sevgi və məhəbbətini bildirmişdi:
“Şadam və xoşbəxtəm ki, bu gün naxçıvanlılarla
görüşürəm, sizləri bağrıma basıram. Sizi əmin etmək
istəyirəm ki, Türkiyə həmişə
Azərbaycanla birgə
olmuş və olacaqdır. Dərdinizə də, sevincinizə də şərik olmuşuq”.
Eynilə bu gün olduğu
kimi.
Məhz bütün bunlara görə ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan
dövrü daim yüksək qiymətləndirilir
və uca tutulur. Həmin dövrün
başlandığı 3 sentyabr
1991-ci ili isə haqlı olaraq, milli tariximizin
unudulmaz günlərindən
biri adlandırırıq.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti 2022.- 3 sentyabr.- S.8.