Azərbaycan müstəqil xarici siyasət yürüdür

 

Bu il bizim xarici siyasətimiz çox fəal olubxarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır.

 

İlham ƏLIYEV

 

 Azərbaycan Respublikasının Prezidenti

 

Hər bir azad, müstəqil ölkənin xarici siyasət xətti onun daxili siyasətinin davamı hesab olunur. Bu gün Prezident İlham Əliyevin müdrik liderliyi ilə sivil, hüquqi, demokratik dövlət kimi formalaşan Azərbaycan Respublikası öz xarici siyasətini, ilk növbədə xalqımızın milli maraqlarına və sivil, bəşəri dəyərlərə uyğun olaraq qurur.

Rəsmi Bakının həm region daxilində, həm də qlobal səviyyədə tam sərbəst və müstəqil hərəkət etməsi, fəal və təşəbbüskar siyasət yürütməsi dünyanın hər yerində ölkəmizə olan marağı və hörməti artırır. Azərbaycanın İkinci Qa­rabağ müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbəsi, regionda tarixi ədaləti bərpa etməsi ölkəmizi qlobal miqyasda söz sahibi etmişdir.

Bu gün Azərbaycan planetimizdə təkcə sürətlə inkişaf və tərəqqi edən gənc, qüdrətli dövlət kimi tanınmır. Hazırda Azərbaycan dünya birliyində haqqı, ədaləti bərpa və müdafiə etmək iqtidarında olan, bəşəri ideyalara hörmət və sədaqət nümayiş etdirən, prinsipial və qətiyyətli siyasət yürüdən, sözünün dəyəri, çəkisi olan, sanballı subyektlərdən biri kimi qəbul edilir.

Beynəlxalq birlik rəsmi Bakının yeni dünya nizamı ilə bağlı təklif və təşəbbüslərinin fəqrindədir. Təqdirəlayiq haldır ki, Azərbaycanın Cənubi Qafqaz­da yürütdüyü fəal sülhyaratma missiyası dünya gücləri tərəfindən qəbul və təqdir olunur. Bu gün tərəqqi və intibah edən Azərbaycanın səsi planetin ən yüksək tribunalardan eşidilir. Rəsmi Bakının ədalətli mövqeyi dünya ictimaiyyətində dərin rəğbət və ehtiram doğurur.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev hazırda dünyanın ən xarizmatik, yüksək nüfuzlu, görkəmli dövlət xadimlərindən sayılır. Son illər Azərbaycan dövləti Qa­rabağda döyüş meydanında olduğu kimi, diplomatiya cəbhəsində də bir-birindən parlaq uğurlar əldə edibdir. Sirr deyil ki, hazırda çox sayda ölkə Azərbaycanın həm hərbi, həm də xarici siyasət sahəsindəki uğurlarından bəhrələnməyə çalışır.

Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin bəhrəsi xalqımızın 2020-ci ilin payızında 44 günlük şanlı Vətən müharibəsində qazandığı tarixi zəfərdə bütün rəngarəngliyi və möhtəşəmliyi ilə təcəssüm olunub. Çağdaş dünyanın ən nüfuzlu siyasətçiləri, analitiklər etiraf edirlər ki, İkinci Dünya müharibəsindən ötən onilliklər ərzində heç bir ölkə öz ərazi bütövlüyünü bərpa edə bilməmişdir. Yalnız Azərbaycan bunu edərək regionda tarixi ədaləti bərpa etmişdir.

Azərbaycan hazırda dünyanın BMT-dən sonra ən böyük qurumlarından olan Qoşulmama Hərəkatına rəhbərlik edir. Məlumdur ki, hərəkat üzvlərinin yekdil rəyi ilə ölkəmizin təşkilata sədrliyi 2023-cü ilə qədər daha bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 dövlət arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır.

Ölkəmiz Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişdir. Bu il Bakıda Qoşulmama Hərəkatının Parla­ment Şəbəkəsinin toplantısı keçirilmişdirParlament Şəbəkəsi yaradılmışdır. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox bö­yük potensialı var.

Azərbaycan digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparır. Azərbaycan müsəlman ölkəsidir və İslam dövlətləri ilə hərtərəfli əlaqələrini daim gücləndirir. Bir müddət əvvəl İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər edib. Yeni seçilmiş Baş katib, eyni zamanda, azad edilmiş torpaqları ziyarət edərək Qarabağda erməni vəhşiliyinin ağır təzahürlərini öz gözü ilə görüb. Rəsmi Bakı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətini bundan sonra da davam etdirmək əzmindədir.

Qeyd etmək lazımdır ki, hər bir ölkənin xarici siyasətində dövlət başçı­sının şəxsi nüfuzu, xarizması böyük rol oynayır. Dünyanın ən böyük beynəlxalq təşkilatlarının rəhbərləri kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Azərbaycan dövlət başçısının yüksək liderlik bacarığına dərin rəğbətlə yanaşır. Azərbaycan Prezidenti ilə cənab Şarl Mişel arasında dəfələrlə görüş olub. Bu görüşlərdə, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ciddi müzakirə olunub.

Bir müddət əvvəl Aİ ilə Azərbaycan arasında başqa bir önəmli sənəd – enerji təhlükəsizliyi ilə bağlı saziş imzala­nıb. Bu sənəd ölkəmiz ilə Aİ arasında əməkdaşlığı çox yüksək səviyyəyə qaldı­rıb. Avropa özünün enerji təhlükəsizliyini gücləndirmək niyyətindədir və bu gün sürətlə inkişaf və tərəqqi edən Azərbaycana və onun liderinə dərin inametimad bəsləyir. Avropadabütün dünyada yaxşı bilirlər ki, Azərbaycan Prezidentinin sözü onun imzası qədər dəyərli və etibarlıdır.

Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində də çox fəaldır. Bu da təbiidir. Azərbaycan xalqı türk xalq­larının şanlı dövlətçilik tarixinə və mədəniyyətinə böyük töhfələr veribdir. Xüsusilə qardaş Türkiyə ilə əlaqələrimiz daim güclənir. Bir fakta diqqət yetirək. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkcə bu il ərzində dörd dəfə görüşüb. Azərbaycan və Türkiyə liderlərinin şəxsi dostluğu, əlbəttə, dostlarımızı sevindirir, düşmənlərimizi isə xar edir.

Azərbaycanın qonşu ölkələrlə əlaqələri də daim genişlənir. Bu il bu istiqamətdə bir çox konkret addımlar atılıb. Belə ki, Azərbaycan Prezidentinin Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşləri olub. Bu görüşlərin hər biri regionda sülhün və təhlükəsizliyin gücləndirilməsi işinə töhfə verib. Reallıq budur ki, Bakı Cənubi Qafqazda sülhsabitliyin lokomotivi rolunda çıxış edir.

Dünyanın super gücü olan Amerika Birləşmiş Ştatları Azərbaycanla qarşı­lıqlı hörmət, inam və etimad əsasında əlaqələr qurmaqda maraqlıdır. Son vaxt­lar iki ölkə arasında əməkdaşlıq daha da güclənmişdir. Hər iki tərəfdən yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatları­nın Prezidenti Azərbaycan dövlətinin başçısına Müstəqillik Günü, Bakı Enerji Həftəsi və digər tarixi hadisələrlə bağlı məktub göndərmişdir. Bu mü­hüm sənədlərdə əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Azərbaycanın dünyanın digər böyük dövlətləri ilə əlaqələri güclənir.

Bu ilin iyununda “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı forumu keçirilmişdir. Milli Məclisin deputatı Tahir Rzayev he­sab edir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mövqelərimizin, məqsədlərimizin aydın surətdə bir daha bəyan edilməsi və qiymətləndirilməsi baxımından bu tədbirin olduqca böyük əhəmiyyəti olmuşdur.

Azərbaycan dövlətinin, Prezidentimizin tutduğu yol, ortaya qoyulan mövqe aydındır. Bu, dostluq, əmin-amanlıq, xalqların və dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmət, sülh və təhlükəsizlikdir. Xalqımız 44 günlük şanlı Vətən Müharibəsində tarixi qələbə əldə edib, regionda tarixi ədaləti bərpa edibdir. Azərbaycan xalqı uzun illər torpaqlarımızı işğal altında saxlayan, şəhər və kəndlərimizi viran qoyan, vətəndaşlarımıza zülm edən, soyqırımı törədən erməni cəlladlarını torpaqlarımızdan qovub çıxarsa da, düşmənə ağır zərbə endirsə də, ancaq yenə də sülhün tərəfdarıdır. Bakı ölkələr arasında əməkdaşlığın yaradılmasını, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar edilməsini hər şeydən üstün tutur.

Bəli, həqiqət və reallıq budur ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dövləti xalqı­mızın milli maraqlarına xidmət edən, eyni zamanda beynəlxalq normalara əsaslanan müstəqil, ədalətli və prinsipial xarici siyasət kursu həyata keçirir. Milli və bəşəri dəyərlərdən qaynaqlanan bu xətt sivil dünya tərəfindən uğurlu siyasət modeli kimi qəbul və təqdir olunur, nəticədə Azərbaycanın nüfuzuimici daim yüksəlir.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti .- 2022.- 4 sentyabr.- S.5.