Təhsil davamlı inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biridir

 

 Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək. Biz görürük ki, iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə tex­nologiyalar nə qədər inkişaf edir. O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibləridir. Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 Son 19 il ərzində ölkə qarşısında duran əsas strateji vəzifələrdən biri sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişa­fın təmin edilməsi, həmçinin əhalinin həyat səviyyəsinin yüksəldilməsi olub. Bunun üçün Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalı­nın inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi prioritet istiqamət kimi diqqətdə saxlanılıb. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması prosesində ən mü­hüm şərtlərdən olub, respublikanın təhsil sisteminin başlıca vəzifəsini təşkil edib.

Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində bu gün sözügedən sahədə islahatlar daha da dərinləşib, təhsilin inkişafına dövlət siyasətinin əsas prioritetlərindən biri kimi önəm verilib. Dövlətimizin başçısının təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində bir sıra mühüm uğurlar əldə edilib, ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib, təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Ali təhsildə müasir dünya təcrübəsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin dərslik və elmi-metodiki təchizatı, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı qaydaya salınıb. Bütün bunlarla bərabər, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilib, layihələr həyata keçirilib.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, əsaslı nailiyyətlər əldə edilib. Bu uğurlar həm əhatəliliyin artması, həm də keyfiyyətin və bərabər imkanların yaxşılaşması nəticəsində reallaşdırılıb. Eyni zamanda, gerçəkləşdirilən layihələr nəticəsində təhsilimiz daha əlçatan, keyfiyyətli olubbu, gələcək iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifahının yüksək olmasını şərtləndirib.

Ümumiyyətlə, son illər müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilərin daha da yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atılıb, pedaqoji heyətin peşəkar inkişafı və motivasiyası diqqət mərkəzində saxlanılıb, elmi-tədqiqat potensialı müasirləşdirilib və tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib.

Ümumi təhsildə səriştə əsaslı məzmunun tətbiq olunması, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqeyin yaxşılaşdırılması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər hesabına təhsilin keyfiyyəti artırılıb. Prezident İlham Əliyevin imzaladığı “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” sərəncamı ilə müəllimlərin fəaliyyəti stimullaşdırılıb. Bütün bunlarla bərabər, son illər müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilərin daha da yaxşılaşdırılması üçün məqsədyönlü layihələr yerinə yetirilib, elmi-tədqiqat potensialı müasirləşdirilib və tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib.

Son illər ərzində təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiyaproqramlar nəticəsində dövlət büdcəsindən bu sahəyə ayrılan xərclər də əhəmiyyətli şəkildə yüksəlib. Azərbaycan Prezidentinin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, son 20 ildə 3600 məktəb yeni tikilib, yaxud əsaslı təmir olunub. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi reallaşdırılıb.

Görülən bu işlər bir tərəfdən, gənclərin yüksək səviyyəli təhsil almasına xidmət edirsə, digər tərəfdən onların daha hərtərəfli yetişməsi, nüfuzlu universitetlərdə təhsillərini davam etdirməsi, dünya təhsil sisteminə inteqrasiya baxımından da böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində və Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olması da təhsilə göstərilən qayğının bariz ifadəsidir.

Dövlət başçısına Suraxanı rayonunda adıçəkilən təhsil ocağı ilə bağlı məlumat verilərək, bildirilib ki, 1928-ci ildə inşa edilən məktəbdə müxtəlif vaxtlarda təmir-bərpa işləri görülüb. Lakin sıxlıq səbəbindən tədris müəssisəsinin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac duyulub. Ona görə də Azərbaycan Prezidentinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 may, 2021-ci il 8 may, 2022-ci il 27 aprel tarixli sərəncamlarının icrası ilə əlaqədar məktəbin binası əsaslı təmir edilib və köhnə korpus sökülərək yerində yenisi tikilib.

Dördmərtəbəli korpusu əhatə edən tədris ocağında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.

Prezident İlham Əliyevin Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanışlığı zamanı isə bildirilib ki, 1931-ci ildən fəaliyyət göstərən bu təhsil ocağının 1931–1935-ci illərdə inşa edilmiş köhnə korpusu sökülərək yenidən inşa olunub. Tədris müəssisəsinin 888 şagird yerlik yeni binasında 24 sinif, informatika, əmək, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika, kimyabiologiya laboratoriyaları, kitabxana, yeməkxana və akt zalı yaradılıb.

Yeri gəlmişkən, sentyabrın 8-də Prezident İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında da iştirak edib.

Xatırladaq ki, sanatoriyanın yeni binası Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən inşa olunub.

Burada dövlətimizin başçısına görülən işlər barədə məlumat verilərək vurğulanıb ki, 1914-cü ildən fəaliyyət göstərən bu tibb ocağı sağlamlığına qovuşmaq istəyən şəxslərin istifadəsi üçün tam hazır vəziyyətə gətirilib. Sanatoriya üçün 300 çarpayılıq beşmərtəbəli yeni bina inşa edilib. Sağlamlıq müəssisəsində müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, şüa-diaqnostika, poliklinika, fizioterapiya şöbələri fəaliyyət göstərəcək. Sanatoriyaya uşaqlar 6 yaşa qədər və 7-17 yaş qrupları üzrə qəbul edilir.

Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, vərəm ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. Buna baxmayaraq, vərəm sağalan xəstəlikdir. ÜST-nin ekspertlərinin fikrincə, onun aşkarlanması, müalicəsi və sağalması üçün əhalinin məlumatlılığının artırılması, qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səylər birləşdirilməlidir. Son illər vərəmin diaqnostika və müalicəsində səmərəliliyin artırılması statistikaya da müsbət təsirini göstərib, həm yoluxma, həm də ölüm hallarında azalma müşahidə edilməkdədir.

Azərbaycan vərəmlə mübarizə tədbirləri ən yaxşı təşkil edən ölkələrdən biridir. Ölkəmizdə vərəmlə dövlət proqramı və Milli Strategiya əsasında mübarizə aparılır.

Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidən-qurmadan sonra istifadəyə verilməsi də, gənc nəslin sağlam böyüməsi istiqamətində atılan mühüm addımdır.

Beləliklə, bu gün təhsil və səhiyyə sahələrində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsil və səhiyyəsi milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək.

Yaradılmış şərait və dövlət qayğısı isə təhsil və səhiyyə işçilərini ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir. Məktəb işi təkcə pedaqoji kollektivin üzərinə düşən vəzifə deyil. Tədrisin səviyyəsinin yüksəldilməsi, məktəblərin fəaliyyətinin gücləndirilməsi, eyni zamanda, dövlətin və cəmiyyətin məktəblə birgə fəaliyyəti nəticəsində mümkün olur. Hər bir təhsil və səhiyyə ocağı göstərilən dövlət qayğısını qazandığı nailiyyətlərlə doğrultmalıdır. Vətənpərvər, sağlam, eyni zamanda, təhsilli gənclər yetişdirmək məktəb, eləcə də səhiyyə kollektivlərinin qarşısında duran əsas vəzifədir.

Beləliklə, ölkəmizdə təhsil, səhiyyə müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri avadanlıqlarla təchizi gənc nəslin daha sağlam və savadlı, bilikli yetişməsini şərtləndirir.Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biriodur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.

Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, müasir əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir.

Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayır. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biriBirinci vitse-prezident Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

 

Vaqif BAYRAMOV

Xalq qəzeti .- 2022.- 10 sentyabr.- S.1;3.