Xalqa və bəşəri dəyərlərə xidmət amalı

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti bütün sahələrdə uğurla nəticələnib. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fondun xeyriyyəçilik fəaliyyəti, mədəniyyət və səhiyyə sahəsində həyata keçirdiyi irimiqyaslı layihələr, o cümlədən talassemiyaya qarşı mübarizə üzrə dövlət proqramı və talassemiyaya tutulmuş uşaqlar üçün ixtisaslaşdırılmış mərkəzin yaradılması və s. onun xeyriyyəçilik əməllərinə söykənir. “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün forması, düzgün tarazlıq tapmağa çalışıram”, – deyən Mehriban xanım genişmiqyaslı layihələri ilə diqqəti cəlb edir.

“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə uyğun olaraq, ölkəmizin bir sıra rayon və kəndlərində yeni məktəb binalarının inşa, təmir və bərpa olunaraq istifadəyə verilməsi görülən bu işlərin davamı olaraq reallaşır. Belə ki, məktəblər müasir avadanlıqla təchiz edilərək, dünya standartlarına uyğun qurulur ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərməkdədir. Demək olar ki, Azərbaycanın hər bir məkanında təhsil sahəsində aparılan bu dəyişikliklər özünü büruzə verir. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunur.

Fondun səhiyyə ocaqlarının bərpası və inşası ilə bağlı layihələri də öz nəticəsini vermiş, bu gün tibb müəssisələri dünya standartları­na uyğun inkişaf etmiş ölkələrdən gətirilmiş müasir tibbi avadanlıqla təchiz olunmuşdur. Fondun həyata keçirdiyi sosialyönlü layihələr sırasında “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və s. layihələri xüsusi olaraq vurğulamaq lazımdır.

Heydər Əliyev FondununDiabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir. Fondun dəstəyi ilə ölkəmizdə uşaqlar üçün qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəz istifadəyə verilmişdir. Paytaxtregionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaqdamaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir.

Fond tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasında yaxından iştirak edir. Onu da bildirək ki, səhiyyəyönümlü layihələr sırasında Heydər Əliyev Fondunun fəaliyyətində uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər, maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər də yer alır. Paytaxtımızda inşa edilən Talassemiya Mərkəzi Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Heydər Əliyev Fon­dunun xətti ilə tikilən və bu gün həmin xəstəliyə düçar olanların ümid yerinə çevrilən mərkəz Heydər Əliyev Fondunun “Talas­semiyasız həyat naminə” proqramı çərçivəsində fəaliyyət göstərir. Burada quraşdırılan avadanlıqlar müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır.

Bütün bunlarla yanaşı, fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq əsasında artıq bir neçə lokal layihə həyata keçirilmişdir. Səhiyyə sahəsində görülən işlər, həyata keçirilən layihələr Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qo­runması işinə ən dəyərli töhfələrdir. Bu qayğı humanizmin ən nümunəvi göstəricisidir.

Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə də töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdü. Heydər Əliyev Fondu daim himayəsində saxladığı bir sıra müəssisələrə koronavi­rusla mübarizə sahəsində dəstək göstərdi.

Heydər Əliyev Fondu minlərlə insanın qəlbində bir ümid çırağı yan­dırıb. Mehriban xanım Əliyevanın mərhəməti, xeyriyyəçiliyi, humaniz­mi bu münasibətin formalaşmasına səbəb olub.

Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər də diqqətdən kənarda deyil. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında, dünyada təbliğində əvəzsiz xidmətləri vardır. Azərbaycanın birinci xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Beynəlxalq muğam festivalları və muğam ifaçılarının müsabiqələri, M.Rastropoviç adına, eləcə də D.ŞostakoviçinBülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Aşıqların Beynəlxalq Festivalı kimi tədbirlər məhz Mehriban Əliyevanın yaxından dəstəyi ilə həyata keçirilib. Bakıda Beynəlxalq Muğam Teatrının, Müasir İncəsənət Muzeyinin binaları tikilib, açıq səma altında “QalaArxeoloji-Etnoqrafik Muzey kompleksi yaradılıb.

Azərbaycanla UNESCO arasın­da əlaqələr davamlı şəkildə həyata keçirildiyindən bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycanın maddi və mənəvi irsinin UNESCO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, hazırda muğam ifaçılığı sənəti, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, Tar ifaçılığı sənəti, “Kəlağayı simvolizmi və ənənəvi sənəti” və s. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ Atüstü Oyun ənənəsi isə təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davam­lığını diqqətə çatdırır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyəti ilə seçilir. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində fon­dun həyata keçirdiyi layihələrə münasibət yüksəkdir. “Əlbəttə, biz müsəlman ölkəsiyik, lakin, eyni zamanda, dünyəvi dövlətik, bi­zim dünyəvi əsaslarımız var. Biz öz dinimizə, ənənələrimizə dərin hörmət və ehtiram bəsləyirik. Lakin bizdə dövlət və din bir-birindən ay­rıdır və düşünürəm ki, bu məsələdə heç bir problem yoxdur. Mən buna tamamilə hazıram, bunu hər hansı çağırış hesab etmirəm”, – deyə Mehriban xanım Əliyeva bildirib.

 

Onun dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Azərbaycanın birinci xanımı siviliza­siyalararası dialoqa töhfə verməklə yanaşı, məktəblərin tikintisinə, dini məbədlərin bərpasına da kömək göstərir.

Heydər Əliyev Fondu nəinki Azərbaycanın, eləcə də, ümum­dünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir.

Fondun layihələrindən olan “Azərbaycan – tolerantlığın ünvanı” layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Mehriban xanım Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs MarçellinioPietro katakombaları xristian aləmi üçün ən mühüm abidələrdən biridirbu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazılıb. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, RevoyonMal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də “Azərbaycan – tolerantlığın ünvanı” layihəsi çərçivəsində reallığa çevrilib.

Mehriban xanım Milli Məclisin deputatı oldugu illərdə də fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərdi. Siz mənə səs verməklə, sizin və balala­rınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz” – deyən birinci xanım öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkün­süz sayıla biləcək heç bir problem yoxdur.

Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, “…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.

Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüşgeniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.

O, bu təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır.

Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanıl­ması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Odur ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerlixarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, kon­servasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.

Fəaliyyəti dövründə həyata keçirdiyi buya digər layihələr Fondun qeyri-hökumət təşkilatı olaraq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun gələcək fəaliyyətinin əsasında qeyd etdiyimiz bu və digər məsələlərin daha da geniş bir planda həyata keçirilməsi dayanır.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” Musiqi Festivalına ev sahibliyi etdi. Təbiətin gözəl bir çağında, hər tərəfin yaşıl, al rəngə boyandığı vaxtda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən Şuşada – Cıdır düzündə təşkil olunan “Xarıbülbül” Musi­qi Festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu.

Azər SÜLEYMANOV

 Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Xalq qəzeti .- 2022.- 10 sentyabr.- S.4.