“Azərbaycan Respublikasının dövlət
orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət
zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət
adından yaradılan publik hüquqi şəxslər üçün
müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 350 Bakı
şəhəri, 15 sentyabr 2022-ci il
Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin Elektron Hökumət İnformasiya Sistemi üzərindən mərkəzləşdirilmiş qaydada elektronlaşdırılmasının tətbiqinin təkmilləşdirilməsini və idarələrarası elektron sənəd dövriyyəsi sisteminin səmərəli fəaliyyətini təmin etmək məqsədilə, “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 10.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır:
1. “Azərbaycan
Respublikasının dövlət orqanları, dövlət
mülkiyyətində olan və
paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslər və dövlət
adından yaradılan publik hüquqi şəxslər üçün
müəyyən edilmiş vahid indekslərin Siyahısı” təsdiq
edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli
772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının hazırlanması və qəbul edilməsi
qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
3. Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti .- 2022.- 17 sentyabr.-
S.7.