Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “Əqli və fiziki inkişafında pozuntular olan
uşaqlar üçün xüsusi internat məktəblərinin
rəhbər işçiləri, inzibati-təsərrüfat,
tədris-yardımçı və xidmət işçiləri
heyətinin nümunəvi ştatları haqqında” 1992-ci il
9 yanvar tarixli 6 nömrəli, “Azərbaycan Respublikasında əlilliyi
olan şəxslərin problemləri üzrə kompleks
proqramın həyata keçirilməsi haqqında” 1994-cü
il 10 may tarixli 185 nömrəli, “Borcların icra qeydləri əsasında
mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin
Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il
2 sentyabr tarixli 156 nömrəli, “Evdə təhsil almaq
hüququ verən xəstəliklərin siyahısının
və evdə təhsilin təşkili Qaydalarının təsdiq
edilməsi barədə” 2002-ci il 10 may tarixli 77 nömrəli,
“İnteqrasiya təlimli təhsil müəssisələrində
təhsilin təşkili Qaydalarının təsdiq edilməsi
haqqında” 2002-ci il 29 may tarixli 87 nömrəli və “Azərbaycan
Respublikasının vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli
qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 351 Bakı şəhəri, 15
sentyabr 2022-ci il
“Sağlamlıq imkanları məhdud
şəxslərin təhsili (xüsusi təhsil)
haqqında” və “Təhsil haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli
536-VIQD nömrəli Qanununun icrası ilə
əlaqədar Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 yanvar tarixli 6 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 185; 2009, ¹ 10, maddə 857; 2020, ¹ 11, maddə 1401) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında “xüsusi internat” sözləri “internat
tipli xüsusi
ümumtəhsil” sözləri ilə əvəz edilsin;
1.2. preambulada “Xüsusi internat məktəblərin”
sözləri “İnternat tipli
xüsusi ümumtəhsil məktəblərinin”
sözləri ilə əvəz edilsin;
1.3.
1-ci hissədə “xüsusi internat məktəblərin”
sözləri “internat tipli xüsusi ümumtəhsil məktəblərinin”
sözləri ilə əvəz edilsin;
1.4. həmin Qərarın əlavəsi - “Əqli və ya fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın adında “xüsusi internat məktəblərin” sözləri “internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin;
1.4.1. “Qeydlər” bölməsi üzrə:
1.4.1.1. 1-ci hissənin ikinci və üçüncü
abzaslarında, 3-cü, 5-ci, 8-ci və 14-cü (hər iki halda) hissələrdə
ismin müvafiq
hallarında “xüsusi internat
məktəbləri” sözləri ismin müvafiq hallarında “internat
tipli xüsusi
ümumtəhsil məktəbləri” sözləri ilə əvəz
edilsin;
1.4.1.2. 1-ci hissənin birinci
abzasında, 4-cü və 11-ci hissələrdə “Xüsusi internat” sözləri
“İnternat tipli xüsusi ümumtəhsil” sözləri ilə
əvəz edilsin;
1.4.1.3. 7-ci hissədə “internat məktəblərin” sözləri “internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin;
1.4.1.4. 9-cu hissədə “xüsusi
internat məktəblərdə” sözləri
“internat tipli xüsusi ümumtəhsil məktəblərində”
sözləri ilə əvəz edilsin;
1.4.1.5. 10-cu (hər iki halda) hissəyə, 15-ci hissənin
altıncı abzasına və 16-cı hissəyə “internat” sözündən sonra
“tipli xüsusi
ümumtəhsil” sözləri əlavə edilsin;
1.4.1.6. 15-ci hissənin beşinci
abzasında “internat məktəb” sözləri
“internat tipli xüsusi ümumtəhsil məktəbi”
sözləri ilə əvəz edilsin;
1.4.1.7. 17-ci hissəyə “İnternat”
sözündən sonra “tipli
xüsusi ümumtəhsil” sözləri əlavə
edilsin;
1.4.1.8. 19-cu hissədə “Xüsusi
internat məktəblərin” sözləri
“İnternat tipli xüsusi ümumtəhsil məktəblərinin”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 656; 2005, ¹ 2, maddə 131; 2006, ¹ 5, maddə 463; 2008, ¹ 2, maddələr 116, 130; 2016, ¹ 7, maddə 1343; 2018, ¹ 10, maddə 2163, ¹ 12 (II kitab), maddə 2736; 2019, ¹ 3, maddə 531; 2020, ¹ 10, maddə 1310, ¹ 11, maddə 1417; 2021, ¹ 10, maddə 1195, ¹ 12, maddə 1536) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram”da aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4-cü hissənin ikinci
cümləsində “xüsusi məktəblərin”
sözləri “xüsusi təhsil müəssisələrinin”
sözləri ilə əvəz edilsin;
2.2. 5.2-ci bəndin on birinci abzasında “xüsusi məktəblərdə” sözləri “xüsusi təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin;
2.3. 5.6-cı bəndin səkkizinci abzasında
“respublika internat”
sözləri “internat tipli
xüsusi ümumtəhsil” sözləri
ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il
2 sentyabr tarixli 156
nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹
9, maddə 682; 2002, ¹ 3, maddə 145; 2003, ¹ 6, maddə 342; 2005,
¹ 8, maddə 782; 2006, ¹ 10, maddə 903; 2008, ¹ 2, maddə 106;
2010, ¹ 3, maddə 264, ¹ 12, maddə 1123; 2014, ¹ 10, maddə
1315; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 12 (II kitab),
maddə 2544; 2018, ¹ 12 (II kitab), maddə
2735; 2019, ¹ 1, maddə 169, ¹ 3, maddə 555, ¹ 5, maddə 967, ¹ 6,
maddə 1172, ¹ 7, maddə 1338; 2020, ¹ 2, maddə 202; Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2022-ci il 25 avqust tarixli 334 nömrəli Qərarı) ilə təsdiq
edilmiş “Borcların icra
qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın XIII bölməsi ləğv edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 314; 2010, ¹ 3, maddə 264; 2015, ¹ 12, maddə 1581; 2020, ¹ 2, maddə 216, ¹ 8, maddə 1126, ¹ 10, maddə 1300; 2022, ¹ 4, maddə 413) ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü hissə ləğv edilsin;
4.2. 15-ci hissədən “ümumtəhsil və ya xüsusi məktəblərin
(şagirdin inkişaf
xüsusiyyətinə müvafiq)” sözləri
çıxarılsın.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 324; 2021, ¹ 6 (IV kitab), maddə 677; 2022, ¹ 4, maddə 412) ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2-ci hissədə “müəssisədə”
sözü “müəssisənin xüsusi siniflərində” sözləri ilə
əvəz edilsin;
5.2. 8-ci hissədə “müəssisəsi
sağlamlıq imkanları məhdud şəxslərdə fiziki və ya psixi çatışmazlıqlarına”
sözləri “müəssisəsinin rəhbərliyi şəxslərdə
fiziki çatışmazlıq, əqli və
(və ya) psixi ləngimələrə”
sözləri ilə əvəz edilsin;
5.3. 10-cu hissədə “Xüsusi təhsil siniflərində” sözləri “Xüsusi siniflərdə” sözləri ilə və “xüsusi təhsil sinifləri” sözləri “xüsusi siniflər” sözləri ilə əvəz edilsin;
5.4. 15-ci və 17-ci hissələrdə “Xüsusi təhsil siniflərində” sözləri
“Xüsusi siniflərdə” sözləri
ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli
Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹
10, maddə 2155; 2019, ¹ 3, maddələr 528, 534, 544, 563, 566,
568, ¹ 4, maddə 753, ¹ 5, maddələr 935, 945, 971, ¹ 7, maddə
1325, ¹ 8, maddə 1475, ¹ 10, maddə 1677, ¹ 11, maddə 1878, ¹ 12,
maddələr 2091, 2095; 2020, ¹ 3, maddə 344, ¹ 4, maddə 479,
¹ 5, maddə 643, ¹ 6, maddə 784, ¹ 8, maddə 1134, ¹ 9, maddə
1222, ¹ 10, maddə 1273, ¹ 11, maddələr 1403, 1408, ¹ 12 (V kitab), maddələr 1589, 1597; 2021,
¹ 2, maddə 203, ¹ 3, maddələr 278, 288, 293, 300, 302, ¹ 4, maddələr
395, 399, 404, 416, 417, 418, ¹ 6 (IV kitab), maddə
695, ¹ 7, maddələr 871, 874, ¹ 8, maddələr 966, 973, ¹ 9,
maddə 1064, ¹ 10, maddələr 1181, 1187, 1192, ¹ 11, maddələr
1256, 1274, 1280, 1283; 2022, ¹ 1, maddələr
53, 70, ¹ 4, maddələr 377, 388, 398, 415, ¹ 5, maddə 577; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 iyul tarixli
256 nömrəli və 25 avqust tarixli 339 nömrəli qərarları)
aşağıdakı dəyişikliklər edilsin:
6.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı”nın “4.2.0. “Ümumi təhsil” köməkçi bölməsinin “İnternat və xüsusi məktəblər” sətrində “və xüsusi məktəblər” sözləri “tipli və xüsusi ümumtəhsil məktəbləri” sözləri ilə əvəz edilsin;
6.2. həmin Qərarla təsdiq edilmiş
“Azərbaycan Respublikasının büdcə xərclərinin
funksional təsnifatına əlavə”
üzrə:
6.2.1. “4.2.0. “Ümumi təhsil” köməkçi bölməsinin birinci cümləsindən “(ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və bu qəbildən olan digər müəssisələr)” sözləri çıxarılsın və ikinci cümləsində “və xüsusi məktəblər” sözləri “tipli və xüsusi ümumtəhsil məktəbləri” sözləri ilə əvəz edilsin;
6.2.2. “4.2.4. “İnternat və
xüsusi məktəblər” paraqrafı
aşağıdakı redaksiyada verilsin:
“4.2.4. “İnternat tipli və xüsusi ümumtəhsil məktəbləri” paraqrafına ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbləri, internat tipli lisey və gimnaziyalar, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbləri, xüsusi ümumtəhsil məktəbləri, internat tipli xüsusi ümumtəhsil və sanator ümumtəhsil məktəblərinin və bu qəbildən olan digər təhsil müəssisələrinin saxlanılması ilə bağlı xərclər daxildir.”.
Əli
ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Xalq qəzeti .- 2022.- 17 sentyabr.-
S.7.