“Şuşa
şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin
monitorinqinin keçirilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 352 Bakı şəhəri, 15
sentyabr 2022-ci il
“Azərbaycanın mədəniyyət
paytaxtı - Şuşa şəhəri
haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli
338-VIQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının
2.1.6-cı yarım-bəndinin icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Şuşa şəhəri
ərazisində yerləşən tarix və
mədəniyyət abidələrinin monitorinqinin
keçirilməsi Qaydası” təsdiq edilsin
(əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2022.- 17 sentyabr.- S.7.