Bu gün Azərbaycan Jurnalistlərinin VIII Qurultayı
keçirilir
Xəbər
verildiyi kimi, Azərbaycan Mətbuat Şurasının İdarə
Heyətinin 6 sentyabr 2022-ci il tarixli
iclasında nizamnamə tələblərinə uyğun
olaraq, sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin VIII
Qurultayının keçirilməsi qərara
alınmışdır. Ötən günlərdə Təşkilat
Komitəsinin rəhbərliyi ilə jurnalistlərin ali məclisinin keçirilməsinə
hazırlıq proseduru nizamnaməyə əsasən gerçəkləşdirilmişdir.
Bu gün Beynəlxalq Muğam Mərkəzində
qurultay öz fəaliyyətinə başlayır.
Azərbaycan
Jurnalistlərinin 2018-ci ildə keçirilmiş sonuncu
qurultayında indiki dövrdə ölkə mediasının
çağdaş aləmin
çağırışlarını çevik və səmərəli
şəkildə cavablandırması üçün
aparılan islahatın hədəf və mahiyyəti barədə
fəal diskussiya aparılmış, xalqın söz
azadlığına verdiyi misilsiz önəmi, jurnalistikamızın
“dördüncü hakimiyyət” statusunun səmərəli
surətdə gerçəkləşdirilməsi ilə
bağlı ölkə auditoriyasının növbəti
gözləntiləri əsas
götürülmüşdü. Bildirilmişdi
ki, tarixən dövlət müstəqilliyimizin bərpasında
aparıcı rol oynamış jurnalistikamız suverenlyimizin
möhkəmləndirilməsi və dönməz edilməsi
uğrunda ümumxalq mübarizəsində də informasiya təminatçısı
və təşviqedici vasitə kimi cəmiyyətin qurucu
gücünü toparlayır və yönləndirir.
Azərbaycan
Jurnalistlərinin VIII Qurultayında əvvəlki ali məclisin müəyyən etdiyi vəzifələrin
yerinə yetirilməsi ilə bağlı Azərbaycan Mətbuat
Şurasının rəhbər və icra
strukturlarının hesbatları dinləniləcək və
yeni tərkib formalaşdırılacaq. Məclisdə
AMŞ-yə üzvlüyünü davam etdirən 140 media
qurumunun gündəlik qəzet və infoprmasiya agentliklərindən
2, digər redaksiya və jurnalist təşkilatlardan 1 təmsilçi
iştirak edir.
Azərbaycan Mətbuat Şurasının İdarə
Heyətinin yeni tərkibinə üzv təşkilatlarların
təklif etdikləri 46 namizədin adı daxil edilib. Xatırladaq
ki, qurultayda AMŞ İdarə Heyətinə 28 jurnalist namizəddən
14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən
isə 9-u seçiləcək. İdarə
Heyəti seçildikdən sonra yeni tərkibdə yer
alanların sırasından Mətbuat Şurası sədrinin
seçilməsi üçün ayrıca səsvermə
keçiriləcək.
Qurultayın işini işıqlandırmaq
üçün ölkə telekanallarının 3, gündəlik
qəzetlər və informasiya agentliklərinin 2, digər
informasiya resurslarının isə 1 nümayəndəsinin məclisdə
iştirakı təmin edilib.
Media ictimaiyyətinin qurultaydan gözləntiləri nədən
ibarətdir?
Bu sualın cavabında qurultay nümayədələrinin
jurnalistlərin növbəti ali məclisi
ilə bağlı mülahizələrini təqdim edirik:
Rəşad
Məcid, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Mətbuat
Şurası İdarə Heyətinin üzvü:
– Müstəqillik
illərində ölkəmizdə müxtəlif jurnalistika
qurumları yaradılmış, onların sayı 30-u
ötmüşdür. Ölkəmizin Avropa
Şurasına qəbulu ilə bağlı mətbuatın
dövlət idarəçiliyindən imtina edərək
özünütənzimləmə və özünüidarə
mexanizminə keçməsi tələbi
aktuallaşmışdır. Bu zaman praktik
mətbuat qurumları ilə yanaşı, eyni zamanda, müxtəlif
jurnalist yaradıcılıq qurumlarının vahid bir
platformada birləşməsi də zəruriləşmişdir.
Bu tələbdən 2003-cü ilin martında
çağırılan Azərbaycan Jurnalistlərinin I
qurultayında idarə heyətində Azərbaycanın
aparıcı informasiya redaksiyalarının və jurnalist təşkilatlarının
təmsil olunduğu Azərbaycan Mətbuat Şurası
formalaşdırılmışdır.
Demokratik
cəmiyyətdə Azər-baycan mediasının
özünütənzimləmə və özünüidarəetmə
qurumu kimi yaradılmış və 20 ildir ki, uğurla fəaliyyət
göstərən Azərbaycan Mətbuat Şurası da
KİV shəsində aparılan islahatların düzgün və
səmərəli surətdə gerçəkləşdirilməsində
fəal iştirak edir. Azərbaycan Mətbuat Şurası 8-ci
dəfədir ki, ölkə jurnalistlərinin ali
məclislərini təşkil edib keçirir və media məkanında
ictimai özünüidarəni uğurla gerçəkləşdirilir.
Əlavə edək ki, postsovet məkanında
ilk dəfə Azərbaycanda formalaşdırılan Azərbaycan
mətbuat Şurasının fəaliyyətini Avropa
Şurası keçmiş sovet respublikaları
üçün model nümunə kimi tövsiyə
etmişdir.
Bu gün, Azərbaycan jurnalistlərinin VIII
qurultayıının keçirildiyi gündə 2003-cü
ildə keçirilmiş Mətbuat Şurasının təsis
qurultayını xatırlayıram. O vaxt Azərbaycan mediası
üçün yeni olan bir qurumun – Azərbaycan Mətbuat
Şurasının yaradılmasıni həm jurnlaistlər, həm
də ölkə ictimaiyyəti böyük maraqla
qarşılamışdı.
Ümumiyyətlə, jurnalsitlərin qurultayı həmişə
ölkə ictimaiyyətinin diqqətində olub. Bugünkü
növbəti VIII qurultaydan da cəmiyyətin gözləntisi
böyükdür. Mətbuat
Şurasının İdarə Heyətinə üzv
seçilməklə bağlı neçə gündən bəri
jurnalistlər arasında ciddi müzakirə və rəqabət
gedir. Təkcə bu faktın özü qurultayın nə
qədər böyük önəm kəsb etdiyinin göstəricisidir.
Azərbaycan Mətbuat Şurası mətbuatın
özünütənzimləmə qurumu kimi fəaliyyət
göstərdiyi müddətdə məmurlarla jurnalistlər,
ayrı-ayrı qurumlarla media arasında yaranan müxtəlif səpkili
problemlərin həllində, eləcə də ölkəmizdə
medianın inkişafı prosesində mühüm rolu olub. Arzu edirəm ki, bu qurultayda
seçiləcək yeni İdərə Heyəti də Mətbuat
Şurasının genişlənən informasiya məkanına
daha sıx inteqrasiya etməsi prosesinə, eləcə də
şuranın mətbuatın özünüidarəetmə
qurumu kimi ortaya çıxan problemlərin həllində əhəmiyyətli
rol oynamasına öz töfhələrini verəcəklər.
Azərbaycan
jurnalistlərinin ali məclisi media
islahatlarına yeni yön və məzmun vermək
üçün keçirilir. Qurultayın
işinə uğurlar arzulayır, Mətbuat
Şurasının yeni seçiləcək İdarə Heyətinin
səmərəli fəaliyyət göstərəcəyinə
inandığımızı bildiririk.
İnanırıq ki, ölkə jurnalistlərinin növbəti
ali məclisində müzakirə ediləcək
önəmli məsələlər və qəbul ediləcək
qərarlar milli jurnalistikamızın qarşıdakı
dövrdə uğurlu fəali yətini təmin edəcək.
Umud Mirzəyev,
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti:
– Mətbuat
Şurasının qurultayından cəmiyyətimizin
böyük gözləntisi var. Dövlətimiz, xüsusən
də Prezident İlham Əliyev həmişə mediaya
çox ciddi önəm verib. Bu səbəbdən
zaman-zaman Azərbaycan mətbuatına həm maddi, həm də
mənəvi dəstək göstərilib. Əvvəllər mətbuata, son illərdə isə
elektron mediaya müxtəlif layihələr çərçivəsində
maddi yardımlar edilir. Azərbaycan Mətbuat
Şurası bu proseslərin çevrəsində olub. Ona görə də Mətbuat Şurasının fəaliyyətinə,
xüsusən onun qurultaylarına həmişə cəmiyyətdə
bir maraq olub.
Bu səbədən də son günlər cəmiyyətdə
ən aktual mövzulardan biri də məhz Mətbuat
Şurasının qurultayının keçirilməsidir. Bu məsələ
cəmiyyətin diqqətindədir. Çünki
hazırda Azərbaycanda Mətbuat Şurası qədər
bütün jurnalistləri öz ətrafında birləşdirən
ikinci bir böyük qurum yoxdur. İki həftə
idi ki, bütün media məkanı, vətəndaş cəmiyyəti
bu məsələ ilə bağlı geniş müzakirələr
aparırdı.
Cəmiyyət bu qurultaydan çox şey gözləyir. Xalqımız
üçün çox həssas bir dönəmdə – Azərbaycan
torpaqlarının azad olunmasından sonrakı irimiqyaslı bərpa-quruculuq
və sülh axtarışı prosesinin getdiyi bir vaxtda media həyatımızda
böyük önəm daşıyır. Qurultayda media və cəmiyyət münasibətlərinin
çağdaş durumu ilə bağlı sualların
cavabı tapılacaq.
Azərbaycanda peşəkar və dünyaya
çıxacaq jurnalistikanın, dünya dillərində
danışa biləcək medianın formalaşmasında Mətbuat
Şurasının bundan sonra da önəmli rolu olacaq. Məclisdə
Azərbaycan Mətbuat Şurasının idarə heyətinə
yeni üzvlər seçiləcək. Bu
seçimin nəticəsi mətbuatın inkişafına öz
köməyini artırmalıdır. Qurultayda
ən layiqli namizədlərə səs verilməlidir. Hər
kəsə uğurlar arzulayıram!
Vüqar
Rəhimzadə, “İki sahil” qəzetinin baş redaktoru:
– 1998-ci
ildə ulu öndər Heydər Əliyevin fərmanı əsasında
mətbuatın üzərindən senzuranın götürülməsi
müstəqil mətbuatımızın inkişafında yeni
bir mərhələnin əsasını qoydu. Prezident
İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli
“Azərbaycan Respublikasında media sahəsində
islahatların dərinləşdirilməsi haqqında” Fərmanı
milli jurnalistikamızın inkişafını yeni yüksək
səviyyəyə qaldırdı.
15 mart 2003-cü ildə isə ölkə jurnalistlərinin
I qurultayında 180-dək aparıcı kütləvi
informasiya vasitəsinin təsisçiliyi ilə Azərbaycanda
medianın özünütənzimləməsini həyata
keçirən yeni qurum – Mətbuat Şurası yaradıldı. Jurnalist
peşəkarlığının artırılmasında da
Mətbuat Şurasının atdığı addımlar səmərəli
və təsirli olmuşdur. Bu qurumun
çağırışlarında daim yer alan
mühüm məqam budur ki, medianın əsas prinsipləri
unudulmasın. Mətbuat Şurasının
ötən dövr ərzində üzərinə düşən
missiyanı necə yerinə yetirdiyi bu günlər media
ictimaiyyəti tərəfindən geniş müzakirə
olunmaqdadır.
Qurultaydan
gözləntilərə gəldikdə isə jurnalistlərin
bu ali məclisində Mətbuat
Şurasının yeni idarə heyətinin necə müəyyən
ediləcəyi önəmlidir. Öncədən
seçiləcək yeni tərkibə uğurlar
arzulayıram. Seçiləcək yeni rəhbərlik
dövrün reallıqlarına söykənərək Azərbaycan
mətbuatının daha da inkişaf etməsinə öz
töhfəsini vermək üçün bütün qüvvə
və bacarığını səfərbər etməlidir.
Elçin
Mirzəbəyli, “Xalq cəbhəsi” qəzetinin baş
redaktoru:
– Mətbuat
Şurasının VIII Qurultayı ölkənin media sektorunda
həyata keçirilən islahatların tərkib hissəsidir.
Məlum olduğu kimi, artıq “Media haqqında”
Qanun qüvvəyə minib. Qanunun tələblərinə
uyğun hüquq-tənzimləmə mexanizmlərinin tətbiqi
istiqamətində müvafiq tədbirlər həyata
keçirilir. Bu prosesdə Mətbuat Şurasının
da ictimai özünütənzimləmə mexanizmi kimi
mövcud reallıqlara uyğunlaşdırılması,
hüquqi və özünütənzimləmə mexanizmlərinin
bir-birini tamamlaması, toplamda bütün tənzimləyici
faktorların dövrün sürətlə dəyişən
çağırışlarına adekvat cavab verməyi
bacaran, çevik, dinamik və hadisələri önləməyi
bacaran bir platforma üzərindən tətbiqi Azərbaycan
mediasının qarşısında dayanan vacib vəzifələrdən
biridir.
Digər tərəfdən, bu və digər təsisatların,
o cümlədən Mətbuat Şurası kimi önəmli
bir qurumun qurultayı hər zaman gözləntilərlə
müşayiət olunur, media resurslarının, jurnalistlərin
fəaliyyətinə stimullaşdırıcı təsir
göstərir, yeni bir mərhələnin
başlandığının mesajını verir. Önəmli
olan qarşıya qoyulan məqsədin medianın
inkişafına, ölkəmizin və onun hər bir vətəndaşının
informasiya təhlükəsizliyinə töhfə vermək
xarakteri daşımasıdır.
Bütün
bunlarla yanaşı, vacib bir məqamı da qeyd etmək istəyirəm:
Ölkəmizdə həyata keçirilən islahatların təməl
fəlsəfəsində milli-mənəvi dəyərlərimizə,
dövlətçilik ənənələrimizə sədaqət,
gələcəyə xalqımızın inkişaf perspektivləri
və milli maraqlarımız müstəvisindən yanaşmaq
prinsipləri dayanır. Azərbaycanın yerləşdiyi
həssas bölgə və milli hədəflərimiz bizdən
daim ayıq-sayıq olmağı, bizi ayaq üstə saxlayan,
identikliyimizi müəyyənləşdirən və qoruyan,
bir yumruğa çevirən dəyərlərə münasibətdə
sədaqətli olmağı tələb edir. Nə qədər müasirləşsək, yeni
dövrün çağırışlarına
uyğunlaşsaq da, haradan gəldiyimizi və milli hədəflərimizin
nələrdən ibarət olduğunu unutmamalıyıq.
Azərbaycan mediasının klassik ənənələrini
yaşatmalı, tətbiqini müasir dövrün tələblərinə
uyğunlaşdırmalı, dünyanın inkişad
dinamikasının içərisində yer almaqla azərbaycanlı,
Azərbaycan milli mətbuatının varisləri kimi
qalmalıyıq.
Tahir AYDINOĞLU
Xalq qəzeti 2022.- 24 sentyabr.- S.10.