Qanunun aliliyi demokratik dövlət quruculuğunun
mühüm şərtidir
Ermənistanın mənfur siyasətinə son qoyulandan,
işğalçı döyüş
meydanında məğlubiyyətə uğradılandan sonra Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarında
genişmiqyaslı bərpa-quruculuq layihələri
reallaşdırılır. Düşmənin
xarabalığa çevirdiyi torpaqlar gülüstana çevrilir.
Ölkəmiz bu günü yaşamaq üçün ağrılı-acılı
30 illik bir yol keçib. Bu yolun sonu, nəhayət,
2020-ci il sentyabr
ayında Ermənistanın atdığı növbəti təcavüzkar
addıma cavab olaraq
başladığı Vətən müharibəsi ilə başa çatıb. İkinci
Qarabağ savaşında tarixi
qələbənin əldə edilməsində isə ən
önəmli amil Silahlı Qüvvələrimizdəki
ruh yüksəkliyi, xalq–Prezident–ordu vəhdəti olub. Bu, Azərbaycana
qarşı başlanan hücum
əməliyyatlarının ilk günlərindən
minlərlə gəncin orduya könüllü kimi
yazılmasında, dinc insanların təxribatlar
zamanı evlərini tərk etməmələrində özünü göstərib. Bu,
döyüşlər getdiyi dövrdə
hər gün Azərbaycan Prezidenti
cənab İlham Əliyevin rəsmi “Twitter” səhifəsində, xarici
televiziya kanallarına verdiyi
müsahibələrində, hadisələrin gedişatı
ilə bağlı xalqa məlumat verməsində,
ordumuzun nailiyyətlərini dəqiqliklə
vətəndaşlarımızın diqqətinə
çatdırmasında özünü
büruzə verib. Bu,
eyni zamanda, Azərbaycanı
bütün dünyaya
güclü orduya malik bir dövlət, xalq–Prezident birliyinin təmin olunduğu
bir respublika kimi tanıdıb.
Birmənalı şəkildə deyə bilərəm
ki, 44 günlük savaş dövründə ordumuz
haqq-ədalət uğurunda mübarizə
aparıb. Bu zaman beynəlxalq
hüquq da ölkəmizin
tərəfində olub.
Beləliklə, hadisələri, prosesləri dəqiq qiymətləndirmək, taleyüklü məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim etmək istedadına malik Prezident İlham Əliyev 2020-ci ildə ölkəmizin ərazi bütövlüyünü reallaşdıran lider kimi də adını tarixə əbədi yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu.
Azərbaycan 44 gün
ərzində inamlı qələbə qazanmaqla
hazırda özünün yeni tərəqqi mərhələsini
yaşayır, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə
reallaşdırdığı genişmiqyaslı islahatlarla inkişaf etmiş ölkələr sırasında yerini möhkəmləndirir, beynəlxalq nüfuzunun artmasını, bəşəri
norma və prinsiplərə, milli dəyərlərə sadiq
qalmasını şərtləndirməklə müstəqil,
qüdrətli, bynəlxalq miqyasda sözü keçərli sivil,
demokratik və hüquqi
dövlət kimi tanınır. Bununla
yanaşı, ölkə rəhbəri respublikanın daha möhtəşəm uğurlar
qazanması naminə fədakarlıqla
çalışır, dövlət strukturlarının beynəlxalq
normalara uyğun
qurulması istiqamətində əhəmiyyətli tədbirlər
həyata keçirir, bununla
hər bir Azərbaycan vətədaşını
əzmkarlıqla çalışmağa
ruhlandırır, vətəni sevməyin gözəl bir nümunəsini diqqətə
çatdırır.
Ümummilli liderimizin xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlara başlanıldı. Bu zaman ulu öndər müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirir və cümhuriyyət ideyalarının ölkədə daha geniş şəkildə yayılmasına çalışırdı. Bu baxımdan, Xalq Cümhuriyyətinin atributlarının müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edilməsi dahi şəxsiyyətin müstəsna xidmətlərindən biri idi. 1918-ci il oktyabrın 1-də Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı yaradılmışdı.
Beləliklə, ötən əsrin
sonlarında yenidən müstəqillik əldə edən
xalqımız Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi
olduğunu bəyan etmiş,
əsl istiqlaliyyət və milli dirçəliş
ideya və arzularına isə ümummilli liderin yenidən
ölkədə siyasi rəhbərliyə
qayıtmasından sonra qovuşa bilmiş, Xalq Cümhuriyyətinin müstəqillik
ideyasını, dövlətçilik atributlarını
gerçəkləşdirmişdi.
Ulu öndər müstəqil Azərbaycana rəhbərliyinin ilk vaxtlarından etibarən hüquq-mühafizə sisteminin bütün sahələrində olduğu kimi, prokurorluq orqanlarının da dövlətçiliyin maraqlarına, qanunun aliliyinə, insan hüquqlarının və azadlıqlarının müdafiəsinə xidmət edən sivil, demokratik bir qurum kimi formalaşması üçün qanunvericiliyin təkmilləşdirilməsini, bu istiqamətdə maddi və sosial bazanın yaradılmasını diqqət mərkəzində saxlayırdı. Dahi şəxsiyyət prokurorluğa böyük dəstək göstərməyə xüsusi önəm verərək, deyirdi: “Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır...”.
Ümummilli liderin
2000-ci il aprelin 26-da prokurorluq orqanlarının rəhbər
işçiləri ilə keçirdiyi
müşavirə də bu dəyərli fikrin bariz ifadəsi, əyani
nümayişi idi. Həmin
tarixi müşavirədə
qarşıya qoyulan vəzifələrlə
bağlı reallaşdırılan islahatlar
nəticəsində bu sistemdə təməl
prinsipləri mövcud tələblərlə
uzlaşdırıldı, hüquqi baza əsasında struktur
yeniləşdirildi. Bütün bunlarla bərabər, Azərbaycan Prokurorluğu yüksək nəzəri bilikli və peşəkar kadrlarla
komplektləşdirildi, əməkdaşların vəzifələri
və səlahiyyətləri beynəlxalq standartlara
uyğun müəyyənləşdirildi.
Beləliklə, prokurorluq tamamilə yenidən
təşkil olunaraq, dövlət
strukturları sırasında demokratik bir orqan kimi
öz layiqli yerini tutdu və bununla da, dövlətçiliyimizin
əsas sütunlarından birinə çevrildi.
Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların əsasını və onun hüquqi bazasının təməlini ulu öndərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilərək dövlət idarətmə sistemində bu dövlət təsisatının yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirildi və prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verildi. Konstitusiyaya 24 avqust 2002-ci il tarixli referendumla edilən dəyişikliklərlə Azərbaycan Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi isə hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında bu təsisatın rolunu daha da artırdı.
Bundan sonra isə ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilən 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini reallaşdırdı. Beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” Azərbaycan Respublikası qanunlarının və digər hüquqi aktların qəbul olunması ilə prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi baza dövrün tələblərinə və beynəlxalq standartlara uyğun formalaşdırıldı.
Ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də Azərbaycan Prokurorluğu şərəfli bir təkamül yolu keçib, xalqın və dövlətin hərtərəfli dəstəyinə arxalanaraq, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə təkmilləşib. Bu əsasla da hazırda prokurorluq qanunun aliliyinin təmin olunmasında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində səmərəli fəaliyyəti ilə nüfuzlu bir quruma çevrilib.
Azərbaycan Prezidenti
2020-ci il mayın 1-də Baş
prokuror cənab Kamran
Əliyevi videoformatda qəbul edərkən,
prokurorluğun tarixində yeni
bir səhifə açmış, prokurorluq orqanlarında daha
genişmiqyaslı islahatlara ehtiyac olduğunu bildirərək,
bu sahədə yeniləşmələr
gerçəkləşdirməklə uğurlar
qazanılacağına əminliyini ifadə edib,
“Hüquq-mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların
aparılması başlıca şərtdir. Burada sizin
üzərinizə böyük vəzifə
düşür və ümid
edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz.
İlk növbədə, qanunun
aliliyi tam təmin
edilməlidir və ədalətli cəmiyyətin qurulması
üçün qanunun
aliliyi başlıca şərtdir” deyib.
Prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinin şərtləndirilməsi üçün ölkə rəhbəri bu sistemdə kadrların peşəkarlığının daim diqqət mərkəzində saxlanılmasını, onların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsini, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilərdə bu keyfiyyətin önə çəkilməsini, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsiplərinə də hər zaman önəm verilməsini vurğulayıb. Dövlətimizin başçısı prokurorluq orqanları qarşısında korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsini, bu istiqamətdə daha fəal iş aparılmasını mühüm bir vəzifə kimi qoyub.
Prezident İlham Əliyevin prokurorluq orqanları qarşısında müəyyənləşdirdiyi vəzifələrin qısa zamanda və yüksək keyfiyyətlə icrasına nail olmaq məqsədilə ötən müddətdə Baş prokuror Kamran Əliyevin birbaşa rəhbərliyi ilə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyun 2020-ci il tarixli sərəncamına əsasən, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması, fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq olunub. Bu əsasda Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurularaq, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr təsis edilib.
Müşfiq ŞIXƏLİYEV,
Şabran rayon prokurorluğunun
müstəntiqi, birinci dərəcəli
hüquqşünas
Xalq qəzeti 2022.- 24 sentyabr.- S.9.