“Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyinin
kollegiyasının tərkibi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 2 Bakı şəhəri,
7 yanvar 2022-ci il
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 572, ¹ 7, maddə 642; 2007, ¹ 5, maddə 556, ¹ 8, maddə 850, ¹ 11, maddə 1172, ¹ 12, maddə 1342; 2011, ¹ 1, maddə 57; 2012, ¹ 1, maddə 43, ¹ 5, maddə 490; 2013, ¹ 3, maddə 345; 2016, ¹ 4, maddə 802, ¹ 11, maddə 1931; 2018, ¹ 5, maddə 1113; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 321 nömrəli Qərarı) 2-ci hissəsi ilə təsdiq edilmiş Kollegiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Kollegiyanın sədri
Azərbaycan Respublikasının gənclər və idman naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Aparatının rəhbəri
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin müdiri
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Aparatının idman şöbəsinin müdiri
Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
.- 2022.- 8 yanvar.- S.6.