Tərəqqi inkişaf strategiyası davam edir

 

 Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə müraciətində 2021-ci ilin ölkəmiz üçün uğurlu olduğu, bu müddət ərzində qarşıya qoyulan bütün vəzifələrin reallaşdırıldığı, nəticədə isə Azərbaycanın dünyada daha qüdrətli ölkə kimi tanındığı vurğulanıb.

 

Dövlətimizin başçısı daha sonra deyib: “Əlbəttə ki, bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım alma­dan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabı­na aparılır. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük. Əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq”.

 

Müraciətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın artıq postböhran dövrünə qədəm qoyduğu, ölkə iqtisadiyyatının bu ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisa­diyyatının isə 6,4 faiz artdığı, sənaye istehsalının 5,5 faiz, qeyri-neft sekto­runda sənayenin 20,7 faiz yüksəldiyi, həmçinin valyuta ehtiyatlarının 2,2 milyard dollar artdığı bildirilib.

 

Ölkə rəhbəri bu iqtisadi uğurların uzunmüddətli, düzgün strategiya­nın həyata keçirilməsi nəticəsində əldə edildiyini, eyni zamanda, iqtisadi sahədə aparılan islahatların, şəffaflıq, korrupsiya rüşvətxorluqla mübarizənin öz müsbət nəticələrini verdiyini xatırladıb.

 

Prezident İlham Əliyev daha sonra deyib: “Təkcə vergi orqanları sayəsində xəzinəyə proqnozdan əlavə 1,4 milyard manat pul daxil edilib bu puldan istifadə edərək biz geniş sosial paket tədbirlərini keçiririk. Yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılacaq. İki milyon yüz min in­sanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Baxın, vergi orqanları xəzinəyə ancaq proqnozdan əlavə 1,4 milyard manat pul cəlb ediblər, onun hamısı artıqlaması ilə sosial məsələlərin həllinə yönəldilib. Mən əvvəllər demişəm ki, əlavə vəsait toplandıq­ca, ilk növbədə, biz bu vəsaiti sosial layihələrə yönəldəcəyik. Eyni zaman­da, azad edilmiş torpaqlarda görülən işlər sosialyönümlü işlərdir. Çünki o işlərin mütləq əksəriyyəti sosial xarakter daşıyır, keçmiş məcburi köçkünlərin tezliklə o ərazilərə qayta­rılmasına hesablanıbdır”.

 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə 2021-ci ildə ölkəmizdə iqtisadiyyatın davam­lı rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirilib, iqtisadiyyatın diversi­fikasiyası, qeyri-neft ixracının artırıl­ması üzrə kompleks tədbirlər görülüb. Dövlət-sahibkar münasibətlərinin inkişafı, biznes investisiya mühiti­nin yaxşılaşdırılması, qeyri-neft sekto­runun stimullaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Bütün bunlar isə iqtisadiyyatın uğurlu inkişafını şərtləndirib.

 

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin depar­tament rəhbəri Ayaz Müseyibovun sözlərinə görə, ötən il koronavirus pandemiyasının yeni ştammlarının dünya iqtisadiyyatında mənfi təsirləri ilə yadda qalıb. Azərbaycanda da milli iqtisadi inkişafın qarşısında duran strateji çağırışlara cavab vermək postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən müvafiq strategiyanın forma­laşdırmaq məqsədilə tədbirlər icra edilib. Hesabat dövrünün ortalarına doğru isə ölkə iqtisadiyyatında resse­siya dayanıb iqtisadi artım bərpa olunub.

 

Ötən ilin göstəricilərinə əsasən real sektorda Qarabağ və Şərqi Zəngəzur regionlarındakı bərpa-quruculuq işlərinin də təsiri ilə artım müşahidə edilib. 2021-ci ilin ilk 11 ayında Azərbaycanda ÜDM-in artım tempi 5,3 faizə, qeyri-neft ÜDM-in artım tempi 6,4 faizə çatıb. Qeyri-neft sənayesində isə 20,7 faiz artım əldə olunub. Belə ki, keçən ilin 11 ayı ərzində respublikada 80,7 milyard manatlıq ümumi daxili məhsul isteh­sal edilib.

 

Sənaye müəssisələri bu sahədə fəaliyyət göstərən fərdi sahib­karlar tərəfindən ötən ilin yanvar-no­yabr aylarında 47,9 milyard manatlıq ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çox sənaye məhsulu istehsal olunub.

 

Sənayenin qeyri neft-qaz sek­torunda məhsul istehsalı 20,7 faiz artıb. Sənaye məhsulunun 63,8 faizi mədənçıxarma sektorunda, 30,6 faizi emal sektorunda, 4,8 faizi elekt­rik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatı sektorun­da, 0,8 faizi isə su təchizatı, tullantıla­rın təmizlənməsi emalı sektorunda istehsal edilib. Əlavə olaraq, ÜDM is­tehsalının 41,6 faizi sənaye, 10,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı balıqçılıq, 4,9 faizi tikin­ti, 1,8 faizi informasiya rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi icti­mai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşüb, məhsula idxala xalis vergilər ÜDM-in 8,8 faizini təşkil edib.

 

Hesabat ilinin 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,4 milyard ABŞ dolları olub. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 milyon ABŞ dolları artıb. Keçən ilin 11 ayında xarici ticarət balansının profisiti 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 9,4 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft ixracı 44 faiz, qeyri-neft idxalı isə 9 faiz artıb.

 

Ötən il Azərbaycanın xarici iqtisadi mövqeyinin ölkənin qeyri-neft məhsulları ixracı potensialının reallaşması ixrac məhsullarının qiymətinin artması şəraitində forma­laşıb. Hesabat ilinin yanvar-oktyabr aylarında ixrac qiymətləri indeksinin orta illik artımı 46,9 faiz təşkil edib. On bir ayda xarici ticarət balansının profisiti 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 9,4 milyard ABŞ dollarına çatıb. Qeyri-neft ixracı 44 faiz, qeyri-neft idxalı isə 9 faiz artıb. Doqquz ay ərzində tədiyə balansının cari əməliyyatlar hesa­bında 3,9 milyard ABŞ dolları ya ÜDM-in 11 faizi səviyyəsində profi­sit yaranıb. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta eh­tiyatları 11 ayda 4,4 faiz (2,2 milyard ABŞ dolları) artaraq 53 milyard ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10,2 faiz artaraq 7 milyard ABŞ dollarını üstələyib.

 

Hesabat dövrünün 11 ayında stimullaşdırıcı makroiqtisadi siyasətin davam etməsi xarici tələbin genişlənməsi şəraitində sosial təcrid tədbirlərinin mərhələli yumşaldılması məcmu tələbin bərpasına şərait yara­dıb. Bunun nəticəsində 11 ayda ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3 faiz, ödənişli xidmətlərin istehlakı 4,6 faiz artıb.

 

Azərbaycan iqtisadiyyatının real sektorunda keçən il başlanan artı­mın 2022-ci ildə də davam edəcəyi proqnozlaşdırılır. Rəsmi proqnozlara görə, qarşıdakı təqvim ilində real iqtisadi artım tempinin 3,9 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 4,9 faiz olacağı gözlənilir. Sosial təcrid tədbirlərinin yumşaldılması, stimullaş­dırıcı makroiqtisadi siyasətin davam etdirilməsi, özəl investisiyaların artı­mının tədricən sürətlənməsi, işğaldan azad olunan ərazilərdə bərpa işlərinin həyata keçirilməsi və makroiqtisadi sabitlik iqtisadi artım proqnozunun əsasını şərtləndirir. Bununla bərabər, 2022-ci ildə də dövlət tələbinin iqtisa­di aktivliyin dəstəklənməsində mühüm rol oynayacağı, dövlət büdcəsi xərclərinin 2021-ci ilə nəzərən 4,7 faiz artacağı gözlənilir. Növbəti ildən büdcə qaydasının təkmilləşdirilməsi ilə qeyri-neft fiskal kəsirin azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Bu il üçün səsləndirilən nikbin rəqəmləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriləcək məqsədyönlü iqtisadi siyasət və struktur-institusional islahatlar şərtləndirir. Eyni zamanda, burada ötən il ərzində iqtisadi aktivlik üzrə müsbət dinamikanın qorunub sax­lanılması, profisitli tədiyə balansı strateji valyuta ehtiyatlarının artması­na şərait yaradılması amilləri də əsas rol oynayır.

 

Qeyd edək ki, Azərbaycan hökuməti iqtisadisosial inki­şaf konsepsiyasının hazırlanması prosesində mütəmadi olaraq, proq­nozlara mühüm önəm verir. Şübhəsiz ki, bu zaman ölkə iqtisadiyyatının mövcud inkişaf səviyyəsi, qlobal meyllər və çağırışlar nəzərə alınır.

 

Onu da xatırladaq ki, belə şəraitdə mövcud sahədə baş verən iqtisadi proseslər daim diqqət mərkəzində saxlanılmaqla, habelə respublika­da görülən işlərə, möhkəm iqtisadi təmələ əsaslanılmaqla, 2022-ci ildə inkişafın davamlılığının müşahidə ediləcəyi vurğulanır.

 

Ümumiyyətlə, bu il ərzində nikbin proqnozların reallaşması makroiqti­sadi siyasətin bütün istiqamətlərinin səmərəli koordinasiyasından və mümkün xarici şokun təsirlərinin qabaqcadan hazırlanmış tədbirlər planı ilə minimallaşdırılmasından asılı olacaq.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti .- 2022.- 8 yanvar.- S.1;3.