Şuşa ili” – güclü Azərbaycan naminə yeni hədəflərə doğru

 

 

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə müraciətində çox mühüm məqamlara toxundu, ötən il qazanılan nailiyyətlərə diqqət yetirdi, gələcək hədəflərlə əlaqədar vacib mesajlar verdi. Dövlətimizin başçısı il ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdığımızı, Azərbaycanın uğurlu inkişafını inamla ifadə etdi.

 

İqtisadi inkişafın sürətləndirilməsi, Azərbaycanın beynəlxalq möv­qeyinin gücləndirilməsi, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılma­sı istiqamətində 2021-ci ildə çox mühüm işlər görülüb. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar konseptual xarakterli, sis­temli tədbirlər uğurla davam etdirilib. Dövlətimizin başçısının Azərbaycanın bölgələrinə səfərləri 2021-ci ildə də müntəzəm xarakter daşıyıb. Xüsusilə də, Azərbaycan Prezidentinin regi­onlara 47 səfərindən 32-si işğaldan azad olunmuş ərazilərə edilib. Bu, qalib Azərbaycanın qüdrətli Lideri­nin – yenilməz Sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər yürüşünün davam etdiyini, Böyük Qayıdışın qısa müddət və yüksək səviyyədə təmin olunaca­ğını deməyə əsas verir.

 

Bu fikirlər Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş NovruzovunŞuşa ili” – güclü Azərbaycan naminə yeni hədəflərə doğru” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

 

Regionların inkişafında yeni modelyeni mərhələ

 

Bu kontekstdə əsas məsələlərdən biri isə yeni regional idarəetmə mexanizminin yaradılmasıdır. Məlum olduğu kimi, ötən il Prezident İlham Əliyev “Azərbaycan Respublikasın­da iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Bu, həm sosial-iqtisadi, həm tarixi-siyasi, həm də strateji cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Bu addımın iqti­sadiregional inkişaf kontekstində əhəmiyyətinə keçməmişdən əvvəl qeyd edim ki, yeni bölgüyə əsasən 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları­nın olması Azərbaycanın möhtəşəm tarixi Qələbə nəticəsində yaratdığı reallıqların ifadəsidir. Yeni təsnifat Azərbaycan iqtisadiyyatının tamlığı­nın bərpası və funksionallığının artırıl­ması baxımından əhəmiyyətli olmaqla yanaşı, bütün resurslardan dinamik inkişafı təmin etmək üçün səmərəli istifadə olunmasına mühüm imkan­lar yaradır. İşğaldan azad edilmiş ərazilərimiz zəngin iqtisadi potensiala malikdir, təbii sərvətləri və geniş tu­rizm imkanları ilə fərqlənir. Ona görə də bu resurslardan istifadə etməklə regional inkişafın yeni mərhələsinin əsasını qoymaq mümkündür. Paralel olaraq Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi bölgələrin yeni me­xanizm əsasında idarə olunması üçün cəlbedici modelin yaradılma­sı baxımından diqqəti cəlb edir. Bu, eyni zamanda, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı gələcək üçün yeni nümunələrin formalaşmasına imkan verəcək.

 

Şuşa iliyenidaha möhtəşəm uğurlar vəd edir

 

Bunlarla yanaşı, Prezident İlham Əliyevin bəhs olunan müraciətində 1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini bildirməsi, bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci iliŞuşa ilielan etməsi böyük tarixi hadisədir. Bu, həm mədəni-mənəvi, həm də siyasi əhəmiyyətə malikdir. Dövlət başçı­sı təkcə Şuşada bərpa-quruculuq işlərinin həyata keçirilməsini xüsusi diqqət mərkəzində saxlamır, eyni za­manda, tarixi-mədəni irsin bərpasına, qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti ötən il ərzində Şuşa şəhərinə 7 dəfə səfər edib. Müzəffər Ali Baş Komandanımız bəhs olunan müraciəti zamanı “Biz Şuşada böyük quruculuq işlərinə start verdikazad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”, - deyə vurğulayıb. Qısa müddətdə Şuşanın Baş planı ha­zırlanıb, qüdrətli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarı­lıb, Bülbülün ev-muzeyininÜzeyir Hacıbəylinin heykəlinin açılışları olub, tarixi, dini və memarlıq abidələri, Cıdır düzündə “Xarıbülbül” musiqi festiva­lı və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili bərpa edilib. 2022-ci ilinŞuşa ilielan edilməsi isə qarşıdakı dönəmdə Azərbaycan naminə daha böyük işlərin görüləcəyini deməyə əsas verir - əminlik yaradır.

 

Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. “Şuşa ili” isə ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühümyenidaha möhtəşəm uğurlar vəd edir.

 

Xalq qəzeti .- 2022.- 8 yanvar.- S.4.