Ümid körpüsü”ndən “Şuşa Bəyannaməsi”nədək…

 

Türkiyə ilə diplomatik əlaqələrimizin 30 ili tamam oldu

 

 

 

Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması sar­sılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım idi. Bu sənəd Azərbaycan–Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoymuşdur.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 14 yanvar 2022-ci il tarixli məktubundan

 

 

Bir əsrdə ikinci dəfə nail olduğumuz dövlət müstəqilliyimizi ilk tanıyan (9 noyabr 1991-ci il) qardaş Türkiyə Cümhuriyyəti ilə diplomatik münasibətlərimizin (14 yanvar 1992-ci il) otuz ili tamam oldu. Bu qısa tarixdə bir neçə əsrdə reallaşdırılacaq qədər dostluq tərəfdaşlıq fəaliyyəti göstərdiyimizə görə yazıya nədən necə başlayacağımızı müəyyən etmək çətindir.

 

Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib ərsəyə gətirdiyi, 1992-ci il mayın 22-də açılışı olmuşÜmid körpüsü”ndən başlayaqmı? AzərbaycanTürkiyə sərhədində, Araz çayı üzərində salınan, uzunluğu 286 metr olan bu körpü sadəcə Türkiyənin Dilucu Azərbaycanın Sədərək sərhəd keçid məntəqələrini birləşdirmirdi. O körpü iki qardaş ölkənin bugünkü uğurlarına aparan yolun başlanğıc nöqtəsi idi.

 

Bəlkə ümummilli liderimizin Prezident İlham Əliyevin Türkiyəyə çoxsaylı səfərlərindən, yaxud, qardaş ölkənin dövlət hökumət başçılarının Azərbaycana gələndə özlərini öz evlərində olduğu kimi, hiss etdiklərini dilə gətiməsindən başlayaq? Elə Prezident İlham Əliyevin beynəlxalq tribunalardan Türkiyənin düşmənlərinə şillə effekti yaşadan kəsərli cavablarından da başlamaq olar, Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradının tribunasından tədbir iştirakçılarına xitabən dediyiQardaşlarım, müharibə başa çatdı, amma mübarizə davam edəcək!” deyə, bəlkə yeni əsrin uzaqgörənliyini nümayiş etdirməsindən . Geridə qalan 14 ayda baş vermiş proseslər sübut etdi ki, cənab Ərdoğan, sözün həqiqi mənasında, müdrik liderdir.

 

Biz bu sətirlərə Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyə ərazisində yaratdığı 6 milyard dollarlıq “Star” neftayırma zavo­du barədə fikirlərlə başlaya bilərik. Zavodun səhmlərinin 60 faizi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR Turkey Enerji A.Ş.), 40 faizi isə Azərbaycanın İqtisadiyyat Nazirliyinə məxsusdur). Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazidə tikilib istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanının açılışındakı məmnunluq hisslərini gizlədə bilməməsindən başla­maq olar...

 

Yəni bu qəbildən olan yüzlərlə faktın hərəsi ayrıca bir yazının möv­zusudur. Ancaq mən bir vətəndaş və son otuz ildə Azərbaycan – Türkiyə əməkdaşlığının çoxsaylı uğurlarına şahidlik etmiş qələm sahibi olaraq elə bilirəm ki, bu münasibətlərin ən qürurverici məqamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşadakı rəsmi qarşılanma mərasimi idi. Təbii ki, Prezident İlham Əliyev Türkiyənin dövlət başçılarını dəfələrlə – Bakıda, Naxçıvanda və Qəbələdə qarşı­lamışdır. Həmin qarşılanmaların hamısı siyasi tədbirlər idi. Ancaq bu mərasimin bilavasitə Şuşada təşkil edilməsi həm siyasidiplo­matik, həm milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət kəsb edirdi. Həmin günlər bu fakta münasibət bildirən ekspertlərdən biri demişdi ki, bu fakt bədnam qonşularımız üçün kapitulyasiya aktının imzalan­masından da ağır zərbə oldu.

 

Təsəvvür edin, il yarım əvvəl işğalçı ölkənin sərxoş baş nazirinin yatıb ağnadığı qədim dədə-baba torpaqlarımızda indi Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalanır, Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi dü­zülür. Prezident və xanımı qar­daş ölkədən gəlmiş həmkarlarını qarşılayırlar, prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçirlər, Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənir. Bir az aşağıda–Xankəndidə isə qaranlıqsevən “bayquşlar” isə səs-sədası bü­tün dünyaya yayılan Şuşa çal-çağırından, ətrafı nura boyamış işıqlarından qorxurlar.

 

Yeri gəlmişkən, Prezident İlham Əliyevin Azərbaycan – Türkiyə diplomatik münasibətlərinin 30 illiyi münasibətilə cənab Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda qeyd edilir ki, ötən dövr ərzində Azərbaycan –Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmiş­dir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət, iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşat­mışdır.

 

Dövlət başçımız xatırladır: “Xalqlarımızın əsrlərdən-əsrlərə keçən birliyi, qardaşlığı və dost­luğu kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün özünün ən yüksək səviyyəsindədir. Qardaş ölkələrimizin istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, tex­noloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu birliyi bizi sevindirir. Gerçəkləşdirdiyimiz nəhəng enerji, nəqliyyat, infrastruktur layihələri ortaq təşəbbüslərimizin və birgə səylərimizin real təntənəsidir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqları­mızın rifahına, regionumuzda əmin-amanlığın və sabitliyin bərqərar olmasına töhfə verir”.

 

Bu da bir faktdır ki, hər iki ölkənin dövlət başçısı Azərbaycan– Türkiyə münasibətləri haqqında danışarkən, bu əlaqələri dünyada tayı bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi adlandırırlar. İlham Əliyev xatırladır ki, Türkiyə rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman qəti və birmənalı mövqe ortaya qoymuş, haqq işimizə tərəddüdsüz dəstək verilmişdir ki, bu da bizi daim ruhlandırır və əlavə güc verirdi: “Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu günişğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Bizöz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik”.

 

Təbii ki, bu dostluq və tərəfdaşlıq münasibətləri haq­qında söz açarkən böyük paşa­mız Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevin­cimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi mütləq xatırladılmalı­dır. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqti­sadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xa­rakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafın­da əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.

 

Prezident kitabxanasının elektron resurslarında oxuyuruq ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı –TbilisiCeyhan neft, Bakı–Tbi­lisi–Ərzurum qaz və 30 oktyabr 2017-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Pre­zidenti cənab İlham Əliyev və Türkiyə Respublikası Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuşYeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifahının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Birgə əməkdaşlıq və təşəbbüs ilə inşası davam etdirilən, artıq XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TransAnadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə və Azərbaycan ara­sında səmimi dostluq və faydalı tərəfdaşlığının növbəti məhsulu olacaqdır. Bu layihələr iki ölkənin regional qüvvəsini artıraraq, qlobal mövqelərini möhkəmləndirir.

 

Sonda qeyd edək ki, əməkdaşlığımızın həm tarixi zəngindir, həm bu günü əhatəlidir, həm də perspektiv üçün nəzərdə tutulan plan və layihələr yeni istiqamətlərə yol açır. Yəni “Azərbaycan – Türkiyə dostluq və tərəfdaşlığı əbədidir” – deyən siyasətçi və politoloqlar tamamilə haqlıdırlar.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti  2022.- 15 yanvar.- S.5.