Milli mücadilə və azadlıq istəyimizin oyanış günü

 

Bizi o faciəli günlərdən 32 il ayırır. Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin dediyi kimi, həmin hadisənin tariximizdə tutduğu yeri zaman keçdikcə daha aydın dərk edirik. 20 Yanvar çox haqlı olaraq, Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi adlandırı­lır. Bu hadisələr canlı şahidlərin yaddaşında silinməz iz buraxıb. Aradan illər keçməsinə baxma­yaraq, hər şey göz önündən, sanki, kino lenti kimi gəlib keçir: təlatümlü Bakı, gecənin qaranlığında “işıq saçan” güllələr, tankların və zirehli maşınların uğultusu, küçələrə səpələnmiş cəsədlər, yaralılarla dolu xəstəxana palataları...

 

20 Yanvar faciəsinə bir günün, yaxud bir ayın ərzində baş verən hadisə kimi baxmaq olmaz. O, öz başlanğıcını 1980-ci illərin son­larında Azərbaycanın ozamankı Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələrdən götürmüşdü. Rəsmi Moskva tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin səriştəsizliyi, mütiliyimil­li mənafeyə zidd mövqeyi xalqı hiddətləndirmiş, güclü etiraz dal­ğası doğurmuşdu. Böyüklü-kiçikli hamı küçə və meydanlara axışırdı. Mitinqçilərin sıraları günbəgün genişlənir, paytaxtın baş meyda­nında xalqın azadlıq və müstəqillik istəyini əks etdirən şüarplakatlar görünməyə başlayırdı. Beləliklə, əldən gedən torpaq uğrunda mübarizə tədricən ümumxalq hərəkatına çevrilirdi.

 

Elə bu zaman imperiya rəhbərliyi fasiləsiz mitinqləri dağıtmaq, xalq hərəkatını yatırtmaq üçün hərəkətə keçdi. Paytaxt küçələrində tank­larsovet əsgərləri görünməyə başladı. Lakin xalq yenə meydan­dan çəkilmədi. Vəziyyəti belə görən mərkəzi rəhbərlik 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə mitinqləri zor gücünə dağıtmaq əmri verdi. Bakının mərkəzi meydanına hərbi qüvvələr yeridildi, insanlar zindanlara atıldı.

 

Həmin vaxtlar Ermənistanda bir nəfər də azərbaycanlı qalmadığı halda, Bakıda ermənilər yaşamaqda davam edirbu da milli zəmində təxribatlara şərait yaradırdı. Digər tərəfdən, ölkədə hakimiyyət böhranı özünün pik həddinə çatmaqda idi. Azərbaycanı cəzalandırmağı qarşı­sına məqsəd qoyanlar buna zəmin hazırlayır, Bakı 20 Yanvara addım-addım yaxınlaşırdı...

 

1990-cı ilin 20 yanvarı, gecə saat 24.00. Sovet ordusunun təpədən-dırnağadək silahlanmış birləşmələri beş istiqamətdən patyaxtımıza daxil oldular. Küçələrdə şütüyən tanklar zirehli maşınlarbarrikadalarıdağıdıb keçir, əsgərlər dinc əhaliyə atəş açır, heç kəsə aman vermirdilər. Hətta təcili tibbi yardım maşınları, evlər gülləyə tutulurdu. Həmin gecə ən böyük qırğın indiki “20 Yanvardairəsi ərazisində törədildi.

 

Yanvarın 20-də səhər hava işıqlaşar-işıqlaşmaz küçələrə axışan Bakı sakinləri “20 Yanvardairəsində ona yaxın yerlərdə dəhşətli mənzərələrlə qarşılaşdılar. Tankla­rın əzib keçdiyi avtobuslar, yük minik avtomobilləri, qar üzərindəki qan izləri ağır faciədən xəbər verirdi. Şəhərin mərkəzi küçə meydan­ları tanklarla, avtomatlı hərbçilərlə dövrəyə alınmışdı...

 

20 Yanvar faciəsi miqyasına, xarakterinə və mahiyyətinə görə keç­miş SSRİ rəhbərliyinin İkinci Dünya müharibəsindən sonra ölkə daxilində törətdiyi misli görünməmiş bir cinayət idi. Bu hadisələrdən bir müddət sonra – 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən ulu öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifa­qının siyasi rəhbərliyinin, şəxsən Qor­baçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, daxili işlər naziri Bakatin vax­tından əvvəl gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər”.

 

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 20 Yanvar Azərbaycan tarixinin məhz belə səhifəsidir. Xalq həmin gün ağır imtahana çəkildi və bu sınaqdan şərəflə çıxdı. Faciə in­sanları birləşdirdi, xalqı bütövləşdirdi. Xalq öz şəhidlərini son mənzilə çiyinlər üstündə apardı, görünməmiş izdihamla yola saldl. Ona tuşlanmış top-tüfəngə məhəl qoymadı, bir addımlığındakı təhlükədən qorxub çəkinmədi.

 

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, mil­li məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

 

Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmadığını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublika­da yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümum­milli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə qəti etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorba­çovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli liderinin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idiözü də imperiyanın mərkəzində –Moskvada...

 

Ulu öndər Heydər Əliyev ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi ad­dımlar atıldı... “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respubli­kası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanva­rın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

 

Ötən müddət ərzində ulu öndər Heydər Əliyevin daxilixarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yan­var faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub.

 

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyir: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olub. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

 

Bəli, Prezident İlham Əliyevin çox doğru olaraq söylədiyi kimi, müstəqil, qüdrətli Azərbaycan Respublikası xalqımızın böyük sərvətidir və o, 90-cı illərin Azərbaycanı deyil. Bugünkü müasir, qalib Azərbaycan, torpaqları­na sahib çıxmağı bacaran bir xalqın böyük Vətəni, cənubi Qafqazın və dünyanın parlayan ulduzudur. Bu gün Azərbaycanın üçrəngli bayrağı böyük Vətənimizin hər yerində dalğa­lanır. Biz azad, müstəqil qalib, bütöv, qarabağlı olmağın qürurunusevincini yaşadan xilaskar Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, güclü ordumuza, qəhrəman xalqımıza sonsuz minnətdarıq. Bu günlərə gəlməyimiz uğrunda, torpaq uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Tanrı ordumuzu, xalqımı­zı, Prezidentimizi qorusun! Allah şəhidlərimizə rəhmət etsin!

 

Jalə ƏLİYEVA,

 

Milli Məclisin Ailə, qadın,

 

uşaq məsələləri komitəsi sədrinin müavini, professor

 

Xalq qəzeti  2022.- 22 yanvar.- S.10.