"Şuşa ili" Böyük Qayıdışın xəyaldan reallığa çevriləcəyi il olacaq

 

Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümüicra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə de¬mişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı.

 

İlham ƏLIYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçən ilin son dəqiqələrində, Yeni ilin astanasında 2022-ci iliŞuşa ilielan etməsi artıq bir ayını yaşadığımız ilin baş xəttini müəyyən etmişdir. Bu ilin Şuşa ünvanlı, Şuşa hədəfli olması ilə dövlət başçımız həm xalqımızın, həm də dünya ictimaiyyətinin diqqətini bir daha bu qədim Azərbaycan şəhərinə yönəltmişdir. Bununla Azərbaycan dövləti Qarabağın qədim Azərbaycan torpağı və Şuşanın da əsl Azəraycan şəhəri olduğunu bir daha dünyaya çatdırır. Şuşa ilinin başlıca məramı və mahiyyəti hansılardır?

 

 

 

Əvvəla, bəzi erməni dairələri və onların xaricdəki havadarları hələ də tarixdə heç zaman olmamış “erməni Artsaxı” haqqın¬da mənasız, lüzumsuzsaxta xülyala¬rın məhsulu olan məlumatlar yaymaqla məşğuldurlar. Belə cəhdlərlə yenə çaşqın¬lıq yaratmaq istəyənlərə ən mükəmməl ca¬vab Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili dövlət səviyyəsində “Şuşa ilielan etməsidir. Ona görə də “Şuşa ili” anla¬yışının mühüm siyasi əhəmiyyəti vardır.

 

İkincisi, “Şuşa ili” həm də Şuşa şəhərinin qədim Azərbaycan şəhəri olması haqqında dövlət başçısının bəyanatıdır. Əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş bu şəhər Azərbaycan memar¬lığının şah əsərlərindən biridir. Şuşadakı məscidlər, şərq üslubunda tikilmiş çoxsaylı evlər, tarixi Şuşa qalası, daş məhəllələr, bulaq-abidələr milli xüsusiyyətlərə ma¬lik olan Azərbaycan memarlığının nadir əsərləridir. “Şuşa ili” Azərbaycan memarlıq sənətinin qədim Şuşa incilərini dünyaya göstərməyə imkan yaradacaqdır.

 

Üçüncüsü, məlum olduğu kimi, Qa¬rabağ xanlığının siyasi-inzibati paytaxtı olmuş Şuşa şəhəri də erməni vandaliz-minin ciddi dağıntılarına məruz qalmış¬dır. Prezident İlham Əliyevin “Şuşa ili” çağrışı qədim Şuşa şəhərinin işğaldan azad edildikdən sonra milli memar¬lıq ənənələri əsasında yenidən bərpa edilməsinə geniş meydan açacaqdır. Çox yaxşı cəhətdir ki, cənab Prezident Şuşanın yenidənqurulması proseslərinə şəxsən özü rəhbərlik edir. Və bu, Şuşa şəhərinin, həqiqətən də, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə real inam yaradır.

 

Yeri gəlmişkən, deyək ki, Şuşa işğal¬dan azad edildikdən sonra möhtərəm Prezidentimizin rəhbərliyi ilə bu nadir şəhərdə bərpa və yenidənqurma işləri sahəsində mühüm addımlar atılmış, bir çox əhəmiyyətli layihələr gerçəkləşdirmişdir. Proses uğurla davam etdirilir.

 

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacıdır. Bu şəhər 3 əsrdir ki, ölkəmizin əsas elm, ədəbiyyat və mədəniyyət mərkəzlərindən biridir. Şuşa dünya mədəniyyətinə Üzeyir bəy Hacıbəyli kimi dahi bəstəkarı bəxş etmişdir. Bu korifey sənətkar və yurdsevər insan Azərbaycan incəsənətinin milli iftixarı və dünya mədəniyyətinin daha bir əfsanəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətinin bir çox görkəmli simaları Şuşa elmi və ədəbi-mədəni mühitinin yetirmələridir.

 

Molla Pənah Vaqif Qarabağ xanının vəziri kimi Şuşa şəhərinin qurulmasında və müdafiə olunmasında çox yaxından iştirak etmişdir. Vaqifin adı ilə bağlı olan erkən re¬alizm ədəbi cərəyanı Şuşa ədəbi mühitində formalaşdırmışdır. Xalq artisti Bülbül Azərbaycan vokal ifaçılığının banisidir. Xan qızı Xurşidbanu Natəvan Azərbaycan qadın ziyalılığının nadir simasıdır. Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Ağaoğlu, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, Firidun bəy Köçərli, Mir Möhsün Nəvab, Səfərəli bəy Vəlibəyov və onlarla başqaları tariximizdə, ədəbiyyat və incəsənətimizdə dərin izləri olan böyük elm və ədəbiyyat xadimləridir.

 

Əhməd bəy Ağaoğlunun doğulduğu binanın yalnız birinci mərtəbəsinin uçu¬rulmuş divarlarının qalıqları qalmışdır. Əbdürrəhim bəy Haqverdiyev və Nəcəf bəy Vəzirova məxsus binaların ancaq karkaslarını görmək mümkündür. Cəlil Məmmədquluzadə və Həmidə xanımın da mövsümü olaraq yaşadıqları, böyük tarzən Sadıqcanın üçmərtəbəli evinin yalnız divarları ilə qarşılaşdıq. Bütün bun¬lar erməni vəhşiliyinin nə qədər dəhşətli olduğunun əyani sübutlarıdır. Dünyanın heç bir xalqı müharibələrdə belə vəhşiliklər törətməmişdir. Erməni xisləti ifrat şovinizmi, və antihumanizmi, dağıdıcılığı, və talançılı¬ğı ilə tanınır.

 

Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etdiyim zaman erməni vandallarının Azərbaycanın görkəmli sima-larının ata ocaqlarını dağıtdıqlarını görmək mənim üçün çox ağır və həyəcanlı idi. Bütün bu dağıntıların fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğısı ilə Molla Pənah Vaqifin əsaslı şəkildə yenidən qurulmuş əzəmətli məqbərəsinin açılışı mərasimində iştirak etmək isə çox qürurlu hadisə idi.

 

Molla Pənah Vaqifin məqbərəsi Şuşa şəhərinin yenidən qurulmasının rəmzidir. Həm də müasir memarlıq əsəri kimi ucaldılmış Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi Şuşanın müstəqil Azərbaycan dövləti tərəfindən hansı səviyyədə qurulub-tikiləcəyinin etalonudur. Böyük bəstəkar Üzeyir bəy Hacıbəyliyə Şuşada heykəl qoyulması, Bülbülün ev muze¬yinin yüksək səviyyədə bərpa edilərək istifadəyə verilməsi Şuşa şəhərinə yeni həyatın gəlməsinin əhəmiyyətli addımla¬rıdır. Prezident İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsi bu qədim Azərbaycan şəhərində quruculuq proseslərinin daha sürətlə və hərtərəfli şəkildə aparılacağına tam təminat verir.

 

Dediyim kimi, Molla Pənah Vaqif Şuşa şəhərinin müdafiə divarlarının tikilməsinə rəhbərlik etmişdir. O, Şuşa şəhərində Sa¬atlı məhəlləsində mədrəsə müəllimliyindən Qarabağ xanlığının baş vəziri səviyyəsinə yüksəlmişdir. Molla Pənah Vaqifin nadir sənət nümunəsi olan qoşmalarının mütləq əksəriyyəti Şuşada yazılmışdır. Şuşa¬ya Molla Pənah Vaqifin, Üzeyir bəyin, Bülbülün ruhu hopmuşdur.

 

Qəhrəman Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı, onun qədim mədəniyyət beşiyi Şuşanı işğal¬çılardan azad etməklə həm də qüdrətli sənətkarlarımızın ruhunu doğma torpa¬ğa qaytarmışdır. Şuşanın azad edilməsi hadisəsi Azərbaycanın XXI əsrdəki qəhrəmanlıq dastanıdır. Şuşa əməliyyatı dünya hərb tarixinin qeyri-adi hadisəsidir. Şuşa şəhərinin azad edilməsi haqqında 8 noyabr 2020-ci il tarixdə qəhrəman Azərbaycan əsgərinin Ali Baş Komandan İlham Əliyevə verdiyi tarixi raport Qa¬rabağın düşməndən xilas olunmasının möhtəşəm mesajı idi.

 

Cənab Prezidentin 2020-ci il 8 noyabr¬da Şəhidlər Xiyabanından böyük qürur hissi ilə səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözlərinin ölkə miqyasında, dün¬ya azərbaycanlıları arasında doğurduğu böyük sevinci heç nə ilə müqayisə etmək mümkün deyil. Həmin tarixi anlarda hər bir azərbaycanlı özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi.

 

Ümumiyyətlə, 44 günlük İkinci Qarabağ savaşı – Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən parlaq səhifəsidir, təkrarsız və misilsiz hadisədir. Bu zəfər ən ali şərəf tariximizdir. Azərbaycan xalqı Qarabağın işğaldan azad edilməsi üçün xalqımızın ulu öndəri Heydər Əliyevə və Müzəffər Prezidentimiz İlham Əliyevə əbədi minnətdardır.

 

Qarabağ hadisələri, “Dəmir yumruq” əməliyyatı, Şuşanın fəthi, tarixi Zəfərimiz Azərbaycan ədəbiyyatı və incəsənətinin əsas mövzusu olacaq, bu mövzuda parlaq əsərlər yaradılacaqdır. Azərbaycan elmitarixi Zəfərin əsl mahiyyətinin açılması və obyektiv qiymətinin verilməsi üçün səfərbər olmuşdur.

 

Qarabağın işğaldan azad edilməsinin səhərisi gün başlamış Böyük Qayıdış isə Qarabağın Qarabağa dönüşün İlham Əliyev proqramıdır. Böyük Qayıdış komp¬leks layihələri ilə müstəqillik tariximizin ən möhtəşəm dövlət proqramıdır. Prezident İlham Əliyevin birbaşa rəhbərlik etdiyi bu əzəmətli proqram Azərbaycanın ərazi bütövlüyünə qovuşmasının və Qarabağa yeni həyatın gəlməsinin təmin edilməsi prosesidir. Ona görə də Böyük Qayıdış mühüm bir dövlət proqramı olduğu üçün bu ifadə cümlənin harasında işlənməsindən asılı olmayaraq böyük hərflərlə yazılmalı¬dır.

 

Böyük Qayıdış Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin strategiyası və taktikasıdır. Bu proqram ölkəmizin coğrafı xəritəsində yenidən salın¬mış çoxsaylı şəhərlərə və kəndlərə, xalqın istifadəsinə qaytarılmış geniş ərazilərə, münbit torpaqlara yeni həyatın gətirilməsi deməkdir. Böyük Qayıdış – Azərbaycan Respublikasının hərbi cəhətdən ölkəmizin ayrılmaz bir parçası olan Qarabağın müdafiə olunmasına və iqtisadi-mədəni ba¬xımından inkişaf etdirilməsi istiqamətində atılmış böyük addımlardır. İşğaldan azad edilmiş və yenidən qurulması istiqamətində ilk böyük addımlar atılmış Şuşa şəhəri Böyük Qayıdışın şah əsəridir.

 

Artıq Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinin əsas konturları görünür. Zəngəzur–Laçın koridorunun açılması ilə Şuşa əlverişli bir tranzit şəhər funksiyası da qazanacaqdır. Zəngəzur dəhlizindən sağ tərəfə Şuşa şəhərindən Ağda–Bakı–Orta Asiya və Çinə qədər yol getmək mümkün olacaqdır. Şuşa şəhərindən sola isə Zəngəzur dəhlizindən keçməklə Naxçıvan–Sədərək–Dilucu vasitəsilə Türkiyəyə, oradan da istənilən Avropa ölkəsinə səfər etmək asanlıqla həyata keçirilə biləcəkdir.

 

Şuşa turizm, ticarət, mədəniyyət, tranzit şəhəri kimi Şərqlə Qərbi birləşdirən İpək yolunu əlaqələndirən körpü rolunu oynayacaqdır. Şuşada dünya şöhrətli bir konservatoriyanın yaradılması da şəhərin mədəniyyət paytaxtı statusunu daha da möhkəmləndirəcəkdir. Beləliklə, Şuşa XXI əsrin Üzeyir Hacıbəylilərinin, Bülbüllərinin, Natəvanlarının, Xan Şuşinskilərin yetişəcəkləri sənət ocağına çevriləcəkdir. Şuşa şəhərinə Azərbaycan mədəniyyəti və ədəbiyyatının tarixi ənənələrinin qayta¬rılması, burada müasir mədəni inkişafın canlandırılması istiqamətində ilkin məsafə qət edilmişdir.

 

Artıq ölkəmizdə 30 il əvvəl misilsiz vəhşiliklərlə yurdundan qovulmuş məcburi köşkünlərin Qarabağa, Şuşaya, doğ¬ma ocaqlarına, ata-baba məskənlərinə qayıdacaqları günlərin astanasındayıq. Bugünlərdə ŞuşaAğdam şəhərlərinə avtobus marşurutlarının açılması da Böyük qayıdış hərəkatının əlamətdar hadisəsidir.

 

Arzu edirik ki, 2022-ci ildə, “Şuşa ili”ndə bu torpaqların əsl sakinləri Novruz bayramını 30 ildən sonra doğma ocaqlarında qarşılasınlar. “Şuşa iliBöyük qayıdışın ideyadan əmələ, xəyaldan reallı¬ğa çevriləcəyi il olacaqdır.

 

 

 

İsa HƏBİBBƏYLİ

 

Milli Məclisin deputatı,

 

AMEA-nın vitse-prezidenti,

 

Akademik

 

Xalq qəzeti.- 2022.- 28 yanvar.- S.4.