Böyük zəfərin realliqları

 

Dövlətimizin başçısı təkcə Ermənistana deyil, həm də onun havadarlarına İkinci Qarabağ müharibəsinin tarixi dərslərindən nəticə çıxartmağın, yeni geosiyasi reallığın şərtlərini qəbul etməklə işğalçının yaşadı¬ğı dərin siyasi, sosial-iqtisadi böhrandan xilasının mümkünlüyünü də dönə-dönə xatırladıb. Ölkə rəhbəri bütün bunlarla yanaşı, müxtəlif vaxtlardakı bəyanatları ilə Qarabağ münaqişəsinin artıq bitdiyini, “Şuşa Bəyannaməsi”nə və “Azərbaycan Respub¬likasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Fərmana əsaslanan mövqeyini vurğulayıb, Zəngəzur dəhlizinin siyasi-iqtisadi əhəmiyyətini diqqətə çatdırıb.

 

Beləliklə, İkinci Qarabağ müharibəsində Azərbaycan tarixi Zəfərə nail olmaqla, haqq-ədaləti, ərazi bütövlüyünü bərpa etməklə bölgədə yeni reallıqlar yaradıb. Xalqımızın parlaq, möhtəşəm qələbə qazanması ölkəmizin siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqinə çevrilib. Bütün bunlar regionumuzda tamamilə yeni geosiyasigeoiqtisadi vəziyyəti şərtləndirib. Nəticədə Azərbaycan dünyada öz sözü, mövqeyi, müstəqil xarici siyasəti olan ölkə imicini daha da möhkəmləndirib.

 

Zəngəzur dəhlizindən söz düşmüşkən, Prezident İlham Əliyevin bu yaxınlarda yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi bir fikri xatırlatmaq istərdim. Dövlətimizin başçısı deyib: “Bizim səylərimiz nəticəsində Zəngəzur dəhlizi termini artıq beynəlxalq leksikona da daxil edilib. Hətta xarici jurnalistlər mənə sual verdikdə də Zəngəzur dəhlizi deyirlər. Bunu hər dəfə eşitdikcə, necə deyərlər, mənə çox xoş olur...”.

 

Ölkə rəhbəri daha sonra kommunikasi¬yaların açılması ilə bundan ölkələrin fayda götürəcəyinə də əminliyini ifadə edib və təəssüflə Ermənistanın öz antiazərbaycan, islamofob, antitürk xislətindən əl çəkmədiyini vurğulayıb.

 

Həmin müsahibədə sözügedən dəhlizi niyə məhz Zəngəzur adlandırdığını izah edən dövlətimizin başçısı deyib: “Ona görə ki, birincisi, bu, Zəngəzurdur, bu¬nun tarixi adıdır. Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı, - hansı ki, ermənilər indi Razdan adlan¬dırırlar, - Azərbaycan toponimidir. İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var. Mən qeyd et¬dim ki, sabah 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulacaq. Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici inves¬torlar artıq bizə rəsmən müraciət edib. Xudafərin, Qız qalasında biz 140 meqavat elektrik enerjisi əldə edə bilərik. Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın potensial var, külək və enerji gücləri almaq imkanımız var. Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin”.

 

Yeri gəlmişkən, Azərbaycan Prezidenti¬nin müvafiq sərəncamı ilə yaradılan işğal¬dan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupundan verilən məlumata görə, Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsində nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamam¬lanıb. Düşməndən təmizlənən Cəbrayıl rayonunun Mahmudlu stansiyasına qədər 23 kilometrlik məsafədə relslər qoyulubyolun sazlanması işlərinə başlanılıb.

 

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında qeyd olunur ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometr təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələyə daxil olan Horadiz, Mərcanlı, Mahmudlu stansiyaları 30 kilometri, ikinci mərhələyə aid Soltanlı, Qumlaq stansiya¬ları 55 kilometri, sonuncu-üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyala¬rını (25,4) əhatə edir.

 

Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi nəzərdə tutulur.

 

Birinci mərhələ üzrə artıq torpaq işlərinin 90 faizi yerinə yetirilib, həmçinin 40 suötürücü boru, 9 körpü, 2 heyvan keçidi, 52 ehtiyat keçidi tam tikilib. Yolun 23 kilometrlik hissəsində üst quruluşu elementləri quraşdırılıb. Bununla da Fü¬zulinin Horadiz stansiyasından Cəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarla¬rın hərəkəti üçün zəruri şərait yaradılıb.

 

Layihələndirmə və tikinti işləri minatəmizləmə prosesi ilə paralel həyata keçirilirb. Hazırda 60 kilometrdən çox ərazi minalardan təmizlənib, 50 kilometrlik hissədə layihələndirmə işləri yekunlaşıb.

 

Keçən ilin dekabr ayından başlanan ikinci mərhələ üzrə torpaq işləri sürətlə aparılır. Hazırda Mahmudlu stansiyasın-dan Qumlaq stansiyasına qədər olan 30 kilometrlik ərazidə yolun torpaq yatağının hazırlanması üzrə intensiv tədbirlər aparıl¬maqdadır.

 

Layihə üzrə nəzərdə tutulan bütün işlərin 2023-cü ildə tamamlanması planlaş¬dırılıb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bay¬ramov Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verilməsi ilə bağlı deyib: “Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün inşaat işlərinin sürətlənməsi Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin proqnozlaşdırılan¬dan daha tez reallaşması əminliyi yaradır. Gözlənildiyinə görə, dəmir yolunun tam istifadəsi gələn il mümkün olacaq. Bununla belə, düşməndən təmizlənən ərazilərimizdə bərpa və yenidənqurma işləri sürətlə apa¬rıldığı üçün sözügedən nəqliyyat xətti daha tez istifadəyə verilə bilər.

 

Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanıl¬ması cəhətdən də mühüm önəm daşıyır. Regionun kifayət qədər iqtisadi potensialı var. Bu da regional dəhlizlərin əhəmiyyətini daha da artırır. Daha geniş anlamda region ölkələrindən Türkiyə və RusiyaBöyük iyirmiliyə” üzv olan ölkələrdir. Söhbət üç trilyon dollarlıq ümumi daxili məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir.

 

Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşa¬ğına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi göstərir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu yol xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı adamları¬nın çıxışının təmin olunması baxımından əhəmiyyətli olacaq”.

 

Böyük Zəfərin yaratdığı reallıqlardan bəhs edərkən, Vətən müharibəsindən sonra bölgədə regional əməkdaşlıq üçün yaranan əlverişli imkanlara da toxunma¬ğı zəruri sayırıq. Prezident İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasi¬minin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən, bu barədə deyib: “Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır. Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqları¬nı təmin edəcək. Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik”.

 

Dövlətimizin başçısı daha sonra İran İslam Respublikasının yol və şəhərsalma nazirinin azad edilmiş torpaqlarda olan dağıntıların artıq şahidi olduğunu vur¬ğulayaraq, Ermənistanın işğal dövründə Azərbaycanın bütün şəhər və kəndlərini yerlə-yeksan etdiyini diqqətə çatdırıb. Eyni zamanda, xarabalığa çevrilən bu ərazilərdə –10 min kvadratkilometrdən böyük olan bir sahədə genişmiqyaslı quruculuq işləri aparıldığını, İran şirkətlərinin də bu tikinti-abadlıq layihələrinə qoşulacağını əminliklə bildirib.

 

Dövlətimizin başçısı ötən il noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti Rəisi ilə keçirdiyi görüşü yüksək dəyərləndirərək vurğulayıb ki, çox uğurlu və əhəmiyyətli olan həmin görüş İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır: “Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir”.

 

Qeyd edək ki, Rüstəm Qasimi Azərbaycanda səfərdə olarkən həm də Zəngəzur dəhlizinin yaradılması istiqamətində reallaşdırılan layihələrlə də tanış olub. O, həm avtomobil, həm də dəmir yolunun uğurla inşa edildiyini görüb.

 

İranlı nazir, həmçinin ölkəsinin Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu deyib: “Biz dostlarımızın dəvəti ilə Azərbaycan Respublikasına gəlmişik. İşğaldan azad olunmuş ərazilərdə görülən işlərlə, çəkilən dəmir və avtomobil yolla¬rı ilə tanış olduq. Azərbaycan ərazilərin yenidən qurulmasında böyük işlər görür. İran İslam Respublikası qonşu ölkələrlə, xüsusən Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır”.

 

Yeri gəlmişkən, İran Azərbaycanla iqtisadi ticari əməkdaşlığı da diqqət mərkəzində saxlayır. Bunu belə bir fakt da təsdiqləyir: Ötən il xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 970,3 milyon manatı (91,6 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya ilə bərabər İran sərmayədarlarına da məxsus olub.

 

Prezident İlham Əliyev çıxışları¬nın birində bildirib ki, artıq müharibə, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. İndi biz gələcəyə baxır, öz əllərimizlə gələcəyi yaradırıq: “Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq…”.

 

Əlbəttdə, bu məsələdə Vətən müharibəsində Azərbaycanın ədalətli mövqeyinin dostqardaş ölkələr, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən müdafiə edilməsi, siyasi və mənəvi dəstək göstərilməsi də önəmli rol oynayıb. Nəticədə ölkəmiz yeni güc mərkəzlərinə və yeni ittifaqlara qoşulmaqla mövqeyi¬ni daha da gücləndirib. Sirr deyil ki, bu reallıq, belə bir mövcud şərait təhlükəsizlik və tərəfdaşlıq müstəvisində maraqların koordinasiya edilməsi və uzlaşdırılmasın¬dan irəli gəlib. Məsələn, Türkiyə Prezi¬denti Rəcəb Tayyib Ərdoğanın ötən il iyun ayında Azərbaycana səfəri çərçivəsində Şuşada Prezident İlham Əliyevlə birgə “Azərbaycan Respublikası ilə Türkiyə Res¬publikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin, həmçinin Azərbaycan, Türkiyə və Pa¬kistan parlamentləri arasında Bakı Bəyannaməsinin imzalaması da, məhz Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədi daşıyıb və tarixi hadisəyə çevrilib.

 

Bu cür xoşməramlı addımlar qalib Azərbaycanın sözünün daha kəsərli olmasını, dost ölkələrin sayının günbəgün artmasını və beynəlxalq hüququn onun ya¬nında olmasını reallaşdırıb, respublikamızı artıq regionda sülhün, təhlükəsizliyin, açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığın, sözün əsl mənasında, qarantı kimi çıxış edən dövlət kimi tanıdıb.

 

 

V.BAYRAMOV

 

Xalq qəzeti  2022.- 28 yanvar.- S.1;3.