“Görmüşmü bu səltənət
– Əliyev tək şəxsiyyət?!”
Heydər Əliyev kimi dahi tarixi şəxsiyyətin sabiq Sovet İttifaqı rəhbərliyindəki (1982-1987) böyük və yenilikçi rolunun təfsilatları çoxsaylı xatirələrdə öz əksini tapıb və bundan sonra da zaman keçdikcə üzə çıxacaq.
Mən isə
bu möhtəşəm “Heydər Əliyev İli”nin verdiyi
imkandan yararlanaraq, uzun illər (1979-2005)
çalışdığım Özbəkstan Elmlər
Akademyasının A.S. Puşkn (İndiki Əlişir Nəvai)
adına Dil və ədəbiyyat institutunda keçən əsrin
80-ci illərində baş vermiş maraqlı bir hadisənin
canlı şahidi kimi onun təfsilatını paylaşmaq istəyirəm.
...Əslində hər şey 1982-ci ildə Heydər
Əliyevin Sov.İKP MK Siyasi bürosunun üzvü
seçilməsindən və SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini təyin olunmasından
başlanmışdı. Belə ki, bu təyinatdan
sonra aspiranturasını yenicə bitirdiyim həmin institutun
kadrlar şöbəsinin müdiri Yevgeniya Basalko öz
kabinetində başı üzərindən Heydər
Əliyevin böyük portretini asmışdı.
İnstitutda
çalışan yeganə azərbaycanlı kimi yalnız məndə
deyil, Heydər Əliyev şəxsiyyətinə rəğbət
bəsləyən bütün özbək qardaş və
bacılarımızda qürur hss doğuran bu fakt hardansa gedb
institutun yerləşdiyi Daşkənd şəhər
Kuybışev (indiki Mirzə Uluğbəy) rayon partiya komitəsinin
1-ci katibi, erməni kökənli Yemeliyanovun qulağına
çatmışdı və rayon rəhbərini cin atına
mindirmişdi. O, institutun partiya təşkilat katibini raykomun
büro iclasına çağırtdırıb, SSRİ-nin və
Özbəkistan SSR-in partiya rəhbərləri dura-dura
Y.K.Basalkonun Heydər Əliyev portretini kabinetindən
asmasını nə az, nə çox, institutun fəaliyyətində
“ideoloji böhran və siyasi təxribat” kimi yorumlayaraq, məsələnin
əvvəl institutun, ardınca da raykomun bürosunda
müzakirəyə çıxarılmasını tələb
etmişdi.
Beləliklə, Yemeliyanovun tapşırığı ilə
və məhz onun siyasi ittihamı əsasında Yevgeniya
Konstantinovnaya qarşı faktiki olaraq partiya məhkəməsi
qurulmuşdu.
Onu da qeyd edim ki, institut partbürosundakı
müzakirədən öncə Y. K. Basalkodan Heydər
Əliyevin portretini başı üzərindən endirmək
tələb olunmuşdu və birmənalı olaraq rədd
cavabı alınmışdı. İclasa rəhbərlərdən
və partbüro üzvlərindən başqa heç kim buraxılmadığından bütün
maraqlananlar yarıaçıq qapının ağzında
toplaşıb, içəridən aydın eşidilən səslərə
diqqət kəsilmişdilər.
İclası açan institut partiya təşkilat katibi
ilk sözü Y. K. Basalkonun özünə vermişdi. Kadrlar şöbəsinin
müdiri Heydər Əliyevin
dahi şəxsiyyəti və islahatçı fəaliyyəti
ilə, eləcə də, sovet cəmiyyətindəki neqativ
hallara, xüsusən, rüşvətxorluğa və
korrupsiyaya qarşı prinsipial və ardıcıl mübarizəsi
ilə hələ onun “Literaturnaya qazeta”nın səhifələrində
yer almış geniş müsahibəsindən
tanışlığını, Kremldə tutduğu yüksək
vəzifədə çox keçmədən idarə etdiyi
bütün sahələrdə ciddi irəliləyişlərə
nal olduğunu vurğulayaraq, Sov.İKP MK Siyasi Bürosu
üzvlərindən və SSRİ hökuməti rəhbərlərindən
daha çox ona inam bəslədiyinə görə
başının üzərinə portretini
qaldırdığını bildirmiş və nitqini
özünəməxsus bir xəbərdarlıqla bitird:
“Əgər mənə qarşı əsassız irəli
sürülən “siyasi təxribat” ittihamı geri
götürülməsə, İttifaqın ən nüfuzlu
qəzetlərinə, eləcə də, möhtərəm
Heydər Əliyevlə hörmətli Şərəf Rəşidova
yazılı müraciətlər ünvanlamağa məcbur
olacam!”
Araya dərin və uzun bir sükut
çökmüşdü. “İttiham”ın xeyirinə
danışmaq üçün tapşırıq alanların
keçirdiyi tərəddüd, bir tərəfdən, mərd
qadının böyük cəsarət ilə bağlı
idisə, digər tərəfdən, Yevgeniya Konstaninovnanın
o dönəmdəki Türküstan Hərbi Dairəsinin
nüfuzlu və yüksək rütbəli zabitlərindən
birinin xanımı olması ilə əlaqəsiz deyildi.
Nəhayət,
iclas sədrinin “Kim danışmaq istəyir ” sualına ilk səs
verən institut partbürosunun ən gənc üzvü, mənim
kurs yoldaşım və yaxın dostum, Azərbaycan-özbək
ədəbi əlaqələrinin tanınmış tədqiqatçısı,
sonralar təşkilatçılıq istedadına görə
Müstəqil Özbəkistan Respublikasının Mədəniyyət
naziri vəzifəsinə qədər yüksələn və
vəzifə başında da faciəli ölümlə
üzləşən Ənvər Cabbarov oldu. O, Heydər
Əliyevin bir rəhbər kimi yenilikçi və
islahatçı fəaliyyəti haqqında Y.K.Basalkonun səsləndirdiyi
bütün faktların düzgünlüyünü
ayrıca qeyd edərək, 70-ci illərdə Azərbaycanda təhsil
aldığı zaman bunların canlı şahidi olduğunu
xüsusi vurğulayaraq, yekunda sözü öz şəxsi
taleyi üzərinə gətirdi: “Dərin minnətdarlıq
hissi ilə etiraf etməliyəm ki, şəxsən mənim
və kurs yoldaşım Turğunəli Mahmud Əliyevin
dövlət xətti ilə tələbə mübadiləsi
əsasında Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsində təhsil almağımız, eləcə
də, qarşılıqlı olaraq tələbə
yoldaşlarımız Akif Bağırov və Yaşar
Qasımovun Daşkənd Dövlət Universitetinin filologiya
fakültəsində oxumaqları məhz Heydər Əliyevin
müdrik kadr siyasətinin bəhrələrindən biridir.
Ona görə də Yevgeniya Konstantinovanın Heydər
Əliyev şəxsiyyətinə dərin rəğbətində,
eləcə də, Sovet hökumətinin yenilikçi rəhbərlərindən
biri kimi ehtiram əlaməti olaraq kabinetində məhz Heydər
Əliyevin portretini asmasında hər hansı “ideoloji
böhran” yaxud, “siyasi təxribat” nişanəsi görmürəm!”
Təbii ki, Yemelyanovu qane edə bilməzdi və o daha da
qəzəblənərək, məsələni raykomun
bürosuna çıxarmaqda və “siyasi təxribatçı”ları
cəzalandırmaqda israr etdi. Lakin Ənvər Cabbarovun və onun
atası – Özbəkistanın görkəmli ictimai xadimi,
Xalq şairi Cüməniyaz Cabbarovun ciddi səyləri nəticəsində
Özbəkistan rəhbəri və tanınmış
yazıçı, rəhmətlik Şərəf Rəşidovun
müdaxiləsi erməni raykom katibinin bəd niyyətini
gözündə qoydu.
Amma bu, Heydər Əliyevə qarşı erməni
paxıllığının və daşnak kin-küdurətinin
hələ hamısı deyildi. Şərəf Rəşidovun
vəfatından çox keçməmiş qondarma “özbək
işi” adı altında Moskvanın ivanovlar və qdlyanlardan
ibarət bədnam komissiyası fırıldaqçı
“Müfəttiş” rolunu oynamağa girişdi. Yeri gəlmişkən,
əvvəldən ayıq özbək ziyalıları
arasında bu uydurma “pambıq işi” kampaniyasının
növbə ilə və əsasən türkdilli respublikalara
qarşı qurulmuş bir tələ olması, məsələnin
Siyasi büroda müzakirəsi zamanı Heydər Əliyevin
bu məkrli haqsızlığa və namərdliyə
uzaqgörənliklə ciddi etiraz etməsi haqqında söhbətlər
gəzirdi və xeyli sonralar artıq müstəqil Azərbaycan
Respublkasının Prezidenti kimi Heydər Əliyevin Özbəkistana
rəsmi səfəri (1997-ci il) çərçivəsində
ona Mirzə Uluğ bəy adına Özbəkstan Milli
Universitetinin fəxri doktoru diplomu təqdim olunan
görüşdə həmin söhbətlərin əsassız
olmadığı bir daha təsdiqləndi.
Özbəkistanda Telman Qdlyanın vasitəsilə yaranan
fürsətdən sui-istifadə edən fürsətcil
Yemeliyanov və əlaltıları Y.K.Basalkodan intiqam almaq
üçün Heydər Əliyevin enməz portreti ilə
bağlı məsələni yenidən gündəmə gətirməyə
çalışırdılar.
Qeyd
etdiyim kimi, Qdlyanın quldur dəstəsinə arxalanaraq, Heydər
Əliyevin enməz portreti ilə bağlı ermənipərəst qüvvələrin intiqam
almaq və cəzalandırmaq üçün Y.K.Basalkonu yenidən
raykomun bürosuna çağırmışdılar. Həmin
həyəcanlı günlərdəki görüşlərimizin
birində Yevgeniya Konstantinovna kabinetindəki işıqlı
portretə işarə edərək dedi:
–
Görürsən də, paxılları və bədxahları
sənin həmyerlinin portretini layiq olduğu ucalıqdan endirmək
üçün necə partlamaya düşüblər
!..
–
Görürəm və mübariz əzminizi
alqışlayıram! Amma Yevgeniya Konstantinovna, icazə verin,
sözlərinizin bir yerinə düzəliş edim, – dedim
portreti göstərərək, – O, mənim yox, mən Onun həmyerlisiyəm!
Daha doğrusu, Özbəkstandakı minlərlə
soydaşlarından yalnız biriyəm.
Çöhrəsinə
çox yaraşan bir təbəssümlə:
– Belə
düzgün düzəliş önündə əllərimi
qaldırıram, – dedi, – 1:0 sənin xeyrinə!..
Sonra
söhbət əsnasında raykomdan gələn hədə-qorxulara
münasibətini bildirdi:
– Mən
öz fikrimi partkoma da çatdırdım. Heç
bir büro iclasına-filanına gedən deyiləm.
Əllərindən nə gəlir, onu da eləsinlər...
Ancaq nə qədər ki, bu kabinet mənimdir, bədxahlar
özünü yırtsa da, o portret enməzdir!
Artıq
növbəti görüşümüzdə mən Y. K.
Basalkonun, xüsusən, bu son sözlərinin təsirində
doğulmuş və bir gün əvvəl Ənvərə
oxuduğum “Enməzdir o portret” adlı şeirim o kabinet daha da
işıqlandıran portretə baxa-baxa Yevgeniya
Konstantinovnanın özünə də oxudum:
Qoy dillənsin
həqiqət,
Görmüşmü
bu səltənət
Əliyev
tək şəxsiyyət
Enməzdir
o portret
Nə qədər
ki, binadan
Haqqındır
bu kabinet,
Cırılsa
da Qdlyan,
Enməzdir
o portret
Mənim
xoş amalım,
Həyatda
idealım,
İftixarım,
kamalım,
Enməzdir
o portret
Nə qədər
ki, var imkan,
Mənimdi
bu kabinet,
Özün
yırtsa da Telman,
Enməzdir
o portret
Orijinalı oxuduqdan sonra onun özbəkcə və rusca
sətri tərcüməsini diqqətə
çatdırdım. Xoşuna gəld:
– Əhsən!
Azərbaycana dönəndən sonra nə vaxtsa bu şeiri
çap etdirəcəyinə və bu hadisələr haqda
yazacağına ümid edirəm! – dedi.
Mütləq
yazacam! – dedim.
Axırda
iş elə gətirmişdi ki, Heydər Əliyevin Moskvadakı
yüksək vəzifəsindən istefa verməsi ilə Y. K.
Basalkonun hərbçi ərinin başqa respublikaya təyinat
alması hardasa üst-üstə düşmüşdü.
Onu institutdakı iş otağında sonuncu dəfə ziyarət
edirdim. Bir qədər fikirli və dalğın
görünürdü. Kefini xəbər
aldım.
–
Heç bilmirəm, necə deyim, həm yaxşıyam, həm
pisəm. Sevinirəm, ona görə ki, namərdlərin
bəd niyyətləri elə ürəklərində də
qaldı. Mən bu kabineti o enməz portretlə birgə
qalib kimi tərk edirəm, sənin şeirində deyildiyi kimi!
Bundan sonra evdəki iş otağımda o portretin yeri bundan da
yüksəkdə olacaq. Fikirliyəm, ona görə
ki, Heydər Əliyevin vaxtsız istefası onun Sovet
İttifaqının hər yerindəki milyonlarla
xeyirxahları və tərəfdarları üçün
gözlənilməz oldu. Ancaq bir həqiqəti heç
vaxt yaddan çıxarma: Heydər Əliyev kimi dahi şəxsiyyətin
və islahatçı rəhbərin qədir-qiymətini bilməyən
bir quruluşun axırı yoxdur, bunu mən deyirəm!
Sözlərinizə
zərrə qədər şübhə eləmirəm, –
dedim.
– İndi
isə gəl, mənə kömək elə, – dedi, – bir az da geciksən, səni özüm
çağırtdıracaqdım. Görürsən,
əşyalarımın hamısını
yığmışam. Portreti axıra
saxlamışam ki, səninlə birlikdə aşağı
düşürək. Aşağıda
maşın gözləyir. İndi mən bu portreti
götürməyi səndən başqa heç kimə
etibar edə bilmərəm! İllər uzunu mən bu
otaqdakı işimə hər günü çiçəklərə
su verməklə və bu portret silməklə
başlamışam...
Y.K.Basalko ilə sonuncu görüşümüz oldu. Ancaq onun qədirbilənliklə
və sonsuz sədaqətlə Heydər Əliyev şəxsiyyəti
və fəaliyyətinə dərin ehtiramı yaddaşıma
və xatirələrimə ömürlük həkk olundu.
Yadımdadır,
Sovet İttifaqının rəhbərlərindən biri kimi
Heydər Əliyevin Vyetnam Respublikasına səfəri
haqqında sənədli film çəkilmişdi və həmin
film Daşkəndin bütün kinoteatrlarında göstərilən
yeni bədii filmlərdən öncə kinojurnal kimi
nümayiş etdirilirdi. Yevgeniya
Konstantinovnanın sevincinin həddi-hüdudu yox idi. O,
öz məsləkdaşlarını və Heydər
Əliyevin xeyirxahlarını hər görəndə onlara
sözügedən sənədli filmə baxmağı
tövsiyə edirdi və filmin yaratdığı gözəl
təəssüratdan fəxrlə ağızdolusu
danışırdı. Şəxsən Ənvərlə
ikimizi dəfələrlə institut
yaxınlığındakı “Dostluq” kinoteatrında sevimli
filmimizi birgə tamaşa etməyə dəvət etmişdi.
Belə məqamlarda Ənvərin tez-tez təkrar etdiyi
sözlər də yaxşı yadımdadı: “Akif, bilmirəm
sən fərqindəsənmi, ya yox, bu xanımda Heydər
Əliyev şəxsiyyətinə dərin rəğbət
artıq sarsılmaz etiqad dərəcəsinə
çatıb!” Mən isə hər dəfə
sonsuz qürur hissi ilə dostumun fikrini təsdiq edirdim.
Heydər Əliyevin istefasından sonra daha da quduzlaşmış qdlyanlar qondarma “rəşidovçuluq” böhtanı ilə yanaşı, artıq müəyyən dairələrdə uydurma “əliyevçilik” iftirasını da dilə gətirməkdən çəkinmirdilər. Amma heç nəyə nail ola bilmədilər.
Bəli, söhbət nə az, nə çox, sabiq SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun gerçəkləşdirə bilmədiyi yenidənqurma ideyasının plagiatlığından və bu konseptual yeniliyin həm nəzəri, həm əməli cəhətdən tam mənada məhz Heydər Əliyevin dahiyanə zəkasına və islahatçı təfəkkürünə mənsubluğundan gedir. Heydər Əlyevn stər Azərbaycan, istər SSRİ miqyasında gerçəkləşdirdiyi böyük yeniliklər həqiqi yenidənqurmanın parlaq misalları kimi bu qənaətin doğruluğunu bir daha təsdiq etməkdədir. Əsl deya və konsepsya müəll nn Kreml tərk etməs lə M. S. Qorbaçovun yalnız dldək “yendənqurma”sının, eləcə də, Y. K. Basalkonun öncədən vurğuladığı kimi, Heydər Əliyevin qədrinə yetməyən dövlət və hökumətlə birgə, o quruluşun özünün də süquta üz tutması əsla təsadüfi deyildir.
Əlyevşünaslığın Azərbaycanda artıq müstəqil elm kimi formalaşdığı indiki dönəmdə sözügedən plagiat aktını danılmaz faktlarla dərindən araşdırmaq və təkzibolunmaz dəlillərlə geniş şəkildə işıqlandırmaq, hər kəsdən öncə, siyasətşünaslarımızın qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Akif AZALP
Azərbaycan
Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin
üzvü, fəlsəfə doktoru, şair
Xalq qəzeti .- 2023.- 31 dekabr, (¹ 288).- S.5.