Heydər Əliyev Süleyman Dəmirəlin

açdığı  dostluq qardaşlıq yolu

 

Azərbaycanda 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin Prezidenti kimi titanik fəaliyyətinin ilk illəri çağdaş siyasi tariximizə taleyüklü öyünclü səhifələr kimi yazılmışdır. Ulu öndərin sovet dövründə ölkəmizə rəhbərlik etdiyi illər hərtərəfli inkişaf, milli-mədəni intibah dövrü olmuşdu.

Dünya miqyaslı siyasət dövlət xadimi zəngin idarəetmə təcrübəsi xalqın yekdil etimadı ilə hakimiyyətə qayıdandan sonra vaxtilə bünövrəsini qoyduğu irimiqyaslı işləri yeni tarixi şəraitdəAzərbaycanın müstəqilliyi zəminində davam etdirmişdir. Ümummilli lider yenidən hakimiyyətə gəlişi ilə suveren Azərbaycan dövlətinin yaşaması, hərtərəfli  inkişaf etməsi üçün lazım olan bütün addımları atmışdır.   

Politoloqlar haqlı olaraq göstərirlər ki, keçmiş sovet liderləri arasında yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev olmuşdur. Dövrünün xarizmatik dövlət xadimi praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət olaraq, regionun coğrafi sərhədlərinə sığmayaraq yenidən ümumdünya kontekstinə çıxmışdır.

Ulu öndər müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra uzun illər qəlbində yaşatdığı arzusunuqardaş Türkiyə ilə  münasibətləri nizama salmağı ən yüksək səviyyəyə çatdırmağı da qarşısına ən önəmli hədəflərdən biri kimi qoymuşdur. Heydər Əliyev öz xalqının tarixi köklərinə bağlı olan nadir bir şəxsiyyətdir. O, bütün siyasi fəaliyyəti dövründə türk dünyasının gələcək birliyinə, bütövləşməsinə vahid güc mərkəzinə çevrilməsinə böyük inam bəsləmişdir.

Müstəqil dövlətimizin lideri kimi Heydər Əliyev dost Türkiyə ilə əməkdaşlığın genişlənməsinə, siyasi-iqtisadi elmi-mədəni maraqların reallaşmasına xüsusi əhəmiyyət vermişdir. Eyni zamanda, tarixi hadisələrin gedişi Azərbaycanın müstəqilliyi dövründə Türkiyənin Cənubi Qafqaz siyasətində önəmli yerə sahibləndiyini təsdiqləmişdir. Türkiyə üçün Cənubi Qafqazın, o cümlədən Azərbaycanın tarixən təsdiq olunmuş coğrafi strateji üstünlüyü gündəmdə olmuşdur.

Burada digər məsələ Türkiyənin öz geosiyasi mövqeyini dəyərləndirərək həm enerji, həm nəqliyyat sahəsində Avropa ilə Yaxın Şərq, Cənubi Qafqaz Mərkəzi Asiya arasında körpü tranzit ölkə olmaq arzusunu gerçəkləşdirməyə başlaması olmuşdur. Bu amalını həyata keçirmək üçün Azərbaycanla yüksək əlaqələrin qurulması olduqca əhəmiyyətli vacib idi. Bu, həm o demək idi ki, böyük enerji ehtiyatlarına malik olan Azərbaycan bu resurslarını Türkiyə vasitəsilə Avropaya təhlükəsiş şəkildə çıxara bilər. Mərkəzi Asiya respublikalarının enerji ehtiyatlarının Türkiyəyə çatdırılması isə məhz Azərbaycan vasitəsilə reallaşa bilərdi.

Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra Azərbaycanın xarici siyasətini müstəqillik, balanslaşdırma; daxili siyasətini isə sabitlik azərbaycançılıq prinsipləri əsasında qurdu. Bu dönəmdə xaricə ilk rəsmi səfərini reallaşdıran Ulu öndər bu mötəbər missiyasına da Türkiyədən başlamışdı. Dövlət başçısı Heydər

Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-də başlayan fevralın 11-dək davam edən ilk rəsmi səfəri paytaxt Ankarada aparılan danışıqlardan sonra Azərbaycan Respublikası ilə Türkiyə arasında tarixi sənədlərin imzalanması ilə başa çatmışdı.

Əməkdaşlıq qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə, investisiyaların qarşılıqlı təşviqi qorunması haqqında saziş digər sənədlərin imzalanması az bir zaman kəsiyində müstəqilliyini təmin etmiş Azərbaycan üçün olduqca önəmli siyasi-diplomatik təminat idi. Bu sənədlər yeni iqtisadi münasibətlərin qurulmasında önəmli olmuş, xüsusən, 1994-cü il sentyabrın 20-də imzalamışƏsrin müqaviləsi”ndə TürkiyəninTürk Petrolları Anonim Ortaqlığışirkətinin iştirakına əsaslı şərait yaratmışdır.

Azərbaycan Türkiyə dövlət rəhbərlərinin qarşılıqlı səfərləri bundan sonra da davam etdirilmiş, hətta digər ölkələrlə müqayisədə bu səfərlərin müntəzəm xarakter alması hər iki dövlətin gündəmində olmuşdur. Heydər Əliyevin 1994-cü il iyunun 9-da yenidən Türkiyəyə, 1995-ci ilin iyulunda bu ölkənin Baş naziri Tansu Çillərin, dekabrda isə Prezident Süleyman Dəmirəlin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında dostluq qardaşlıq münasibətlərinin genişlənib möhkəmlənməsində növbəti ciddi addımlar olmuşdur.

Prezident Heydər Əlivev həmkarı Süleyman Dəmirəlin Bakı səfəri haqqında deyirdi:  Bu gün hörmətli dostumuz Süleyman Dəmirəl prezident kimi Azərbaycana bizim dəvətimizlə ilk dəfə rəsmi səfərə gəlmişdir. Əvvəlki səfərlərdən bu səfərin fərqi ondan ibarətdir ki, Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşayır”.

Türkiyə prezidenti Süleyman Dəmirəlin rəsmi səfəri zamanı imzalanmış bəyanatda BMT-nin rolunun gücləndirilməsinin, regiondakı münaqişənin aradan qaldırılmasının qlobal problemlərin həlli yollarının araşdırılmasına fəal təsir göstərməsinin vacibliyi vurğulanmaqla yanaşı, Ermənistanın işğal etdiyi  Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi tələbi əksini tapmışdır.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə dünya birliyinə inteqrasiya, müstəqil siyasi dəst-xətt daha da irəli getmiş ölkəmizin dünyada tanıdılmasında mühüm rol oynamışdır.  Bu tendensiyada Türkiyə ilə əlaqələrin inkişafı Azərbaycanın nəinki diplomaik, eləcə bütün sahələrdə apardığı kursun tərkib hissəsi olmuşdur.

Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci il aprelin 30-da İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmiş,  Qara dəniz regionunda yeni imkanlarmövzusunda  beynəlxalq biznes konfransında çıxışında  Qara dəniz iqtisadi əməkdaşlığını yüksək qiymətləndirməklə, regiondakı mövcud silahlı münaqişələrin davam etdirilməsini pisləmişdir. Səfər çərçivəsində Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəl  ilə təkbətək görüşmüşdür. Görüşlərdə ATƏT üzvü olan ölkələrin dövlət başçılarının Lissabon Zirvə görüşündə münaqişənin aradan qaldırılması üçün qəbul olunmuş prinsiplərin yerinə yetirilməsi məsələləri müzakirə mövzusu olmuşdur.

İstanbul Zirvə toplantısının təəssüratları mətbuatın gündəmini tərk etməmiş Heydər Əliyev mayın 5-8-də Türkiyəyə yeni rəsmi səfərə getmişdir. Azərbaycan prezidenti bəyanatında səfərin əhəmiyyətini belə dəyərləndirmişdir: “Biz son illər tez-tez görüşürük. Ancaq hesab edirəm ki, bu rəsmi səfər, görüşlər zamanı əldə etdiyimiz nailiyyətlər əsasında TürkiyəAzərbaycan əlaqələrini daha yüksək səviyyyəyə çatdırmaq imkanına malik olacağıq. Azərbaycan Respublikası buna çox ehtiyac duyur”. Dövlət rəhbərlərininHeydər Əliyev Süleyman Dəmirəlin mərasimdəki çıxışlarında AzərbaycanTürkiyə münasibətlərinin davamlı əbədi olacağı vurğulanmışdır.

Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində aparılan danışıqlar Azərbaycan ilə Türkiyənin davamlı işbirliyinə əsaslanmışdır. Neft strategiyasının uğurla həyata keçirilməsi regional sabitliyin möhkəmlənməsində həlledici rol oynamaqla qonşu dövlətlərlə, xüsusən Türkiyə ilə strateji münasibətlərin dərinləşməsində mühüm əhəmiyyət kəsb etmişdir.

1998-ci il sentyabrın 7-də Bakıda İpək Yolunun bərpası üzrə Beynəlxalq konfransın işə başlamasını İpək Yolunun əhəmiyyətini  Türkiyə prezidenti Süleyman Dəmirəl  Böyük İpək Yolu 11 milyon kvadratkilometr ərazidə yerləşən 200 milyon insanı birləşdirən türk dünyasının tərəqqisi zənginləşməsinin yeni vasitəsi olacaqdır”, - deyə dəyərləndirmişdir.

Azərbaycan prezidenti İstanbul sammitindən 3 gün sonra, noyabrın 27-  Süleyman Dəmirəlin dəvəti ilə işgüzar səfərə getmiş, “Erroziya ilə müdafiə həftəsi”nin açılış mərasimində (30 noyabr 1999) iştirak etmiş, Süleyman Dəmirəlin adını daşıyan İsparta Universitetində (1 dekabr 1999) olmuşdur.

İndi ən yaxın tarixi keçmişin səhifələrini vərəqlədikcə, bir daha aydın olur ki, Süleyman DəmirəlHeydər Əliyev dostluq qardaşlıq münasibətləri Azərbaycan Türkiyə arasında zəngin dövlətçilik irsinin ən qiymətli inciləridir. Son otuz ildə ümumi ortaq tariximizin dərindən təhlili göstərir ki, xalqlarımız, dövlətlərimiz, vətəndaşlarımız arasında tarixi qardaşlığı qoruyan təkamül etdirən yeganə düzgün yol məhz ortaq dəyərləri ənənələri yaşatmaqdır.

Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə Türkiyə bütün sahələrdə əlaqələrin qurulduğu inkişaf etdirildiyi yeganə mötəbər ölkə olmuşdur. Bu tarixi uğurda isə Süleyman Dəmirəlin ölkəmizə, eləcə onun liderinə həm baş nazir, həm prezident kimi dost qardaş münasibəti xüsusi önəm daşımışdır.

Süleyman DəmirəlHeydər Əliyev münasibətlərinin tarixi bu gün həm xalqlarımızın bir-birinə yenidən qovuşmasının birgə irəliləməsinin tarixdir. Bu münasibətlər qədim ənənələrimizi zənginləşdirən, ona yeni rənglər qatan xalqlarımızın birliyinin möhkəmlənməsinə əvəzsiz töhfələr verən prosesin möhkəm özülüdür. Burada Heydər Əliyev Süleyman Dəmirəl dostluğunun, qardaşlığının rolu misilsizdir.

Ortaq tariximizin əvəzsiz dəyərlərini xalqlarımıza, dövlətlərimizə miras qoyan bu iki türk liderinin açdığı genişləndirdiyi yol 30 il sonra tarixi torpaqlarımız olan Qarabağın da xilasına yetişdi. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz bu ənənələrə sadiq qalaraq  iki qardaş ölkə arasında münasibətləriŞuşa bəyannaməsiilə tarixi müttəfiqlik zirvəsinə qaldırmışlar. Bu gün bu yol daha böyük hədəflərə doğru uzanır.

 

Namiq ƏHMƏDOV

 

Xalq qəzeti.- 2023.- 8 iyul.- S.6.