“Əruz
elə bir dəryadır ki…”
“XalqTV”-nin
qonağı ədəbiyyatşünas
Tərlan Quliyevdir
Həyatın güzgüsü olan ədəbiyyat onun gerçəkləri ilə
bərabər, insanların
arzu-istəklərini, xəyallar
aləmini də əks etdirir. Poeziya, nəsr və dramaturgiya əsərləri oxucu zövqlərinin inkişafına
xidmət göstərir,
onların mənəvi
aləmini zənginləşdirir.
Ədəbiyyatşünaslıq isə bu sahələrin
tarixi, uğur və hədəflərin
tədqiqi, inkişaf xüsusiyyətləri ilə
bağlı araşdırmalar
aparır, zamanın tələbləri kontekstində
yönləndirmə ilə
məşğul olur.
Ədəbiyyatımızın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi bu sahə üçün daim aktualdır. “Xalq TV”-nin studiyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının humanitar elmlər kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyevlə söhbətimiz çağdaş poeziyamızın, o cümlədən onun geniş tədqiq etdiyi əruz vəzninin hazırkı durumu haqqındadır.
– Tərlan müəllim, bilirik ki, sizin Azərbaycan
klassik poeziyası, xüsusilə də əruz vəzni haqqında ciddi araşdırmalarınız var.
“Anadilli şeirimizin poetik inkişaf yolu”, “Əruz və qafiyəşünaslıq
tarixi”, “Əruzun təcrübi məsələləri”
kimi kitabların müəllifisiniz. Eyni zamanda, siz “Kitabi
Dədə Qorqud”un
Vatikan nüsxəsinin
tədqiqatçısısınız. Şəmsəddin Məhəmməd
bin Qeys ər-Razinin “Əl-Möcəm”
əsəri ilə bağlı araşdırmalarınız
da diqqətə layiqdir. Ümumiyyətlə,
ədəbiyyatşünas kimi klassik söz
sənətimiz və
çağdaş ədəbi
proses barədə nə deyə bilərsiniz?
– Biz mənəvi oksigenimizi elm, təhsil vasitəsilə ədəbiyyatdan alanlarıq. Əgər 2-ci dəfə dünyaya gəlmək şansımız olsaydı, bütün çətinliklərə baxmayaraq, yenə də bu sahəni seçərdik. Missiyamız ədəbiyyatın, dilin, ədəbi-elmi fikrin tarixi və bugünü haqqında xalqımıza yeni məlumatlar çatdırmaqdır. Qeyd etdiyiniz kimi, mən əsasən əruz vəznini araşdırıram. Doğrudur, əruz vəzni ərəb mənşəlidir, amma Nizamidən üzübəri, bizim böyük şairlərimiz onun inkişafına milli töhfələr veriblər. Dahi Nizami fars dilində, fars əruzunda elə işlər görüb ki, öz ana dilində yazan fars şairləri onu bacarmayıblar. “Nizami İli”ndə “Nizami Gəncəvi – səri bəhri” adlı bir məqalə yazmışdım. Orada göstərmişdim ki, bu, çox yüngül bəhrdir və bu bəhrdə irfani-fəlsəfi bir poema yazmaq çox çətindir. Amma Nizami bunu edib və farsdilli ədəbiyyatda böyük bir ənənənin əsasını qoyub. Bizim Nizaminin yaradıcılığı fars ədəbiyyatı üçün bir dərsdir, məktəbdir.
Nizamidən sonra Nəsimi, daha sonra Füzuli əruzu dilimizə o qədər gözəl uyğunlaşdırıblar ki, sonrakı dövr şairlərinin ana dilimizdə, əruz vəznində yazdığı şerlər bizə bu qədər doğma gəlir. Burda artıq deyə bilmirsən ki, əruz gəlmədir, alınmadır. Bu, həm də bizim şairlərimizin çox böyük istedadı sayəsində mümkün olub.
– Əsasən, hecada yazan şairlərimizin də gözəl qəzəlləri olub və var. Molla Pənah Vaqif bunun heç də asan bir iş olmadığını vurğulasa da, özü gözəl nümunələr yaradıb. Bir şeirində təvazökarlıqla yazmışdı:
Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl
yazsın,
Rəvan olmuşdu qasid kim, bunu ancaq
xəyal etdi.
Lakin şair bu çətinliyin öhdəsindən
bacarıqla gəlib...
– Elədir ki, var. Həqiqətən də, qəlibi çox olan əruz dünya ədəbiyyatında işlənən ən kamil vəznlərdən biridir. Əruzun iki növü var. Biri şairlərin istifadə etdiyi təcrübi əruzdur, digəri də nəzəri əruz. İkincisi ilə biz şairlərin istifadə etdiyi əruzu elmi cəhətdən tədqiqata cəlb edirik. Əgər hansısa bir qəzəldə yanlışlıq olub-olmadığını yoxlamağa ehtiyac yaransa, elmin bu qoluna müraciət etmək lazımdır. Nəzəri əruzun banisi 8-ci əsr dahi ərəb filoloqu Xəlil ibn Əhməddir. O, elə bir nəzəri sistem yaradıb ki, burada 3-cü şəxsin fikrini soruşmağa ehtiyac yoxdur. Qəlibləri qoyduqda şeirin ölçülərə üyğun olub-olmaması üzə çıxır. Sonradan əruzdan əsər yazan alimlər bu nəzəriyyəni şeirin tərəzisi, ölçü vahidi kimi qəbul edirdi.
– Universitet illərindən onu da xatırlayırıq ki, bəhrlərin qəlibləri “failatun, failatun, failun” formaları asan qavranılsın deyə bəzi tətdiqatçılar
onu “dil qələm dil, dil qələm dil, dil qələm”
kimi ifadələrlə
əvəz ediblər...
– Bunu mənim
ustadım Əkrəm
Cəfər edib. Brinci variantdakı
sözlərin hamısı
məzmunsuzdur. Əkrəm
Çəfərin yanaşması
isə özünəməxsusdur.
Tarixdə də belə yanaşmalara rast gəmək münkündür. “Tən
tənə, tən tən tənə”, “dah dadah, dahdah dadah”
kimi nümunələr
də var.
– Bu yol bizi aparıb
meyxanaya çıxarmaz
ki?
– Çıxarar. Əruzda,
bütövlükdə, 19 bəhr var. Azərbaycan şairləri bunun 12-dən
istifadə ediblər.
Bunlar Əkrəm Cəfərin tədqiqatlarında
qeyd edilib. O, ömrünün sonunadək
əruzu, Azərbaycan
qəzəllərini araşdırırdı.
Gözdən qaçan,
diqqətdən kənarda
qalan vəznləri tapıb üzə çıxarırdı. Geniş
istifadə edilməyən
bəhrlərdə yazılan
şeirlər bizim dilimizdə çox ağır, ləng səslənir, onlar ərəb dilinə daha çox uyğundur. Məhz buna görə də şairlərimiz nümunəsi
çox olan bəhrlərdən istifadə
ediblər. Məsələn,
Səməd Vurğun
yaradıcılığında cəmi iki bəhr
var: həcəz və
rəməl.
– Səməd Vurğunun özünə ustad saydığı Molla Pənah Vaqifin əruz yaradıcılığı
barədə bir-iki kəlmə deyərdiniz.
Əksəriyyət onu
heca vəznində yazan şair, qoşma, gəraylı, təcnis ustası kimi tanıyır. Amma Vaqifin əruzda da mükəmməl qəzəlləri
var.
– Xalqımızın poetik təfəkkürü ilə
fəxr etmək olar. Bizim şairlərimiz
həm əruzda, həm də heca vəznində gözəl əsərlər
yazıblar. Bu hər xalqın söz ustasının bacardığı
bir iş deyil. İlk dəfə Xətai həm hecada, həm də əruzda yazıb. Vaqif isə bu ənənəni
daha da inkişaf etdirdi və yüksək zirvəyə
çatdırdı. Vaqif
heca vəznində ayrı bir ustadlıq
səviyəsindədir, əruzda
ayrı. Hər iki vəzndə belə mükəmməl
olmaq möcüzəyə
bərabərdir. Vaqif
heca vəzinli ədəbiyyatımızn istiqamətini
dəyişdi, lakin əruz vəznində klassikaya sadiq qaldı.
– Tərlan müəllim, bu söhbətimiz Şuşada Vaqif Poeziya Günlərinə təsadüf edir. Buradan həmin poeziya bayramının iştirakçılarına, çağdaş
qələm sahiblərimizə
üz tutmalı olsaydınız, nə deyərdiniz?
– Əvvəla, fəxr edirəm ki, 44 günlük
Zəfər yürüşü
ilə rəşadətli
ordumuz Qarabağı
erməni işğalından
azad etdi və bütün nailiyyətlərlə yanaşı,
Vaqif Poeziya Günləri də bərpa olundu. Amma igidlərimiz bu qələbə naminə
canlarından keçdilər,
ana və bacılarımız
gözüyaşlı qaldılar.
Qoy, qələm sahiblərimiz, bax bu barədə daha böyük, mükəmməl əsərlər
yazsınlar.
– Maraqlı müsahibəyə
görə sağ olun!
Əli NƏCƏFXANLI
Xalq
qəzeti.- 2023.- 22 iyul.- 14.