Tarix həqiqət müstəvisində
Heydər Əliyev erməni separatizminə qarşı
mübarizədə
Tarix
həmişə hər
şeyi öz yerinə qoyur.
Heydər
ƏLİYEV,
Ümummilli
lider
Mətləbə keçməzdən öncə
erməni separatizminin və erməni millətçiliyinin tarixi
köklərinə nəzər
yetirmək zəruridir.
Tədqiqatlar göstərir
ki, dünyaya səpələnmiş erməniləri
öz ətrafında
birləşdirən erməni-qriqorian
kilsəsi hər zaman “yeni vətən”
axtarışında olub.
Əsrlər boyu ərazisində pərakəndə
halda yaşadıqları
Osmanlı dövlətinə
qarşı xəyanət
edən ermənilər
Vatikandan, eyni zamanda, Roma imperiyasına
daxil olan bir sıra dövlət
başçılarından kömək istəmiş,
beləliklə “erməni
məsələsi”nin gündəliyə gəlməsində
ilk addımlarını
atmışlar. Reallıq
belə bir həqiqəti təsdiqləyir
ki, erməni separatizminin və erməni millətçiliyinin
kökündə qriqorian
kilsəsinin uydurduğu
“erməni məsələsi”
durur. XVIII əsrin əvvəllərindən etibarən
“erməni məsələsi”
özünün yeni mərhələsinə daxil
olmuş, Qərb dövlətlərinin diqqətini
“erməni məsələsi”nə
yönəldilməsində “mxitarçılar” xüsusi
olaraq seçilmiş,
erməniliyin mifik arzularını erməni kütləsinin beyninə
yeritmişlər.
“Erməni məsələsi”nin növbəti
mərhələsi XIX əsrin
birinci otuzilliyində başlamış, 1828-1829-cu illərdə
Qacarlar İranından
və Osmanlı imperiyasından Azərbaycanın
Arazdan şimalda yerləşən torpaqlarına
kütləvi şəkildə
120 minə yaxın erməni köçürülmüşdür.
Onların böyük
hissəsi İrəvan
torpaqlarında məskunlaşdırılmış
və baş verən demoqrafik proseslər nəticəsində
bölgədə pərakəndə
ermənilərin xüsusi
çəkisi süni
şəkildə artmışdır.
İran və Osmanlı
imperiyası ilə sərhəddə xristian elementindən təşkil
edilmiş bufer zona yaratmaq istəyən
Rusiya imperiyası
1828-ci il martın 21-də
Naxçıvan və
İrəvan xanlıqları
ərazisində “Erməni
vilayəti”inin yaradıldığını elan
etmişdir. “Erməni
məsələsi”nin bu səhifəsini adlayan və öz məkrli siyasətini davam etdirən qriqorian kilsəsi erməni lobbisi ilə tandemdə hərəkət
edib. ÕIÕ əsrin son rübündə “erməni məsələsi”ni
beynəlxalq münasibətlər
sisteminə gətirə
bilmiş və Osmanlı İmperiyasına
qarşı açıq
mübarizəyə başlasa
da, ermənilik qarşıya qoyduğu məqsədə nail ola bilməmişdir. Şərqi Anadoluda baş verən erməni qiyamları Sultan Əbdülhəmid hökuməti tərəfindən
dayandırılmış və
“erməni məsələsi”
Anadoludan Qafqaza transfer edilmişdir.
XX əsrin əvvəllərində
erməni millətçilərinin
Cənubi Qafqazda, o cümlədən Azərbaycan
torpaqlarında törətdikləri
qanlı cinayətlər
erməni əfsanələrindən
olan “Böyük Ermənistan” ideyasını
reallaşdırmamışdır. 1917-ci il oktyabr çevrilişindən
sonra öz məkri siyasəti üçün əlverişli
məqam əldə etmiş ermənilik öz riyakar məqsədlərini həyata
keçirmək üçün
müsəlmanlara qarşı
soyqırımı törətmişdir.
Erməni silahlı dəstələri təkcə
1918-ci ilin martına qədər İrəvan quberniyasında təqribən
135 min nəfər soydaşımızı soyıqırımına
məruz qoymuşlar. Bu dövrdə erməni millətçilərinin
dinc əhaliyə qarşı törətdikləri
soyqırımı Azərbaycanın
başqa bölgələrində
də baş vermiş, türk-müsəlman
dünyasına nifrət
edən S.Şaumyanın
göstərişi ilə
daşnak-hnçak quldur
dəstələri 1918-ci ilin
martında Bakıda
12 mindən çox Azərbaycan türkünü
qətlə yetirmişdilər.
Lakin azərbaycanlıların
kütləvi şəkildə
fiziki məhvi S.Şaumyanın anti–Azərbaycan planlarına uyğun gəlmirdi. O, Azərbaycan türklərinə
nifrətini gizlətmədən
Bakıda mart soyqırımının dəhşətlərini
yaşamış şəhər
əhlinə həyasızcasına
bəyan etmişdi: “Sizin hamınızı bundan öncə öldürməliydik”.
Törətdiyi qanlı cinayətlərdən
usanmayan erməni millətçiləri 1918-ci ilin
yayında “erməni məsələsi”nin tərkib hissəsi olan qondarma “Dağlıq Qarabağ” məsələsini Azərbaycan
tarixinə gətirmiş,
1920-ci il aprel çevrilişindən sonra
Azərbaycanın tarixi
torpaqlarına ərazi
iddialarını reallaşdırmaq
ümidlərini bolşevik
Rusiyasına bağlamışlar.
Cənubi Qafqaz meqaregionunda Sovet hakimiyyətini “süngü
ucunda” yaymaq siyasətini həyata keçirən bolşeviklər
daşnaklarla əlbir
olmaqdan çəkinmir
və Ararat Respublikası ərazisində
sovet hakimiyyəti elan edildikdən sonra (29 noyabr 1920-ci il) erməni tərəfi Zəngəzur
qəzasının qərb
hissəsini ələ
keçirə bilir. Lakin ermənilərin Naxçıvanla bağlı
ərazi iddiaları Qars müqaviləsi ilə (13 oktyabr 1921-ci il) dayandırılır. Yaranmış vəziyyətdə
erməni millətçiləri
Qarabağa qarşı
ərazi iddialarından
imtina etmədiklərini
bildirir, 1921-ci il iyulun 4 və 5-də Rusiya K(b) MK–nın Qafqaz Bürosunun iclasında bolşevik ermənilər Qarabağ ərazisinin bir hissəsini tələb edirlər. Qeyd etmək lazımdır ki, tarixin heç
bir dönəmində
“düzən” və “dağlıq” hissələrə
bölünməyən Qarabağı
erməni millətçiləri
bolşeviklərin köməyi
ilə Qarabağın
dağlıq hissəsində
1923-cü il iyulun 7–də Dağlıq Qarabağın Muxtar Vilayətinin (DQMV), (1937-ci ildən
etibarən Dağlıq
Qarabağ Muxtar Vilayəti – red.) elan edilməsinə nail olur və
tarixə təhrif olunmuş bir məfhum – “Dağlıq Qarabağ” anlayışını
gətirmişlər. Lakin
DQMV-nın yaranması
belə, erməni məkrini dayandırmır.
Təəssüf ki, tarixi saxtalaşdırıcılar
onilliklərlə Qarabağ
həqiqətlərini təhrif
etməyə çalışmış,
erməniliyin dəyirmanına
su tökmüşlər.
Belə ki, XX əsrin sonlarında tarixin saxtalaşdırıcıları
xüsusi canfəşanlıq
göstərmişlər. Bu
sırada XX əsrin əvvəllərində Qafqazda
yer quruluşu işlərinə rəhbərlik
etmiş Mixail Skibitskinin oğlu Aleksandr Mixayloviç Skibitski xüsusi olaraq seçilmişdir.
O, 1991-ci ildə “erməni
məsələsi”nə
dəstək göstərdiyini
gizlətməmiş, “Soyuz”
həftəlik qəzetində
nəşr olunan “Qarabağ böhranı” məqaləsində qondarma
“Dağlıq Qarabağ”
məsələsinin köklərini
pərdələyərək yazmışdır ki, “nə qədər ağır olsa da, biz etiraf
etməliyik ki, insan talelərinə ağır zərbə vurmuş Qarabağ məsələsi, əslində,
dezinformasiya nəticəsində
meydana çıxmışdır”.
XX əsrin 20-ci illərindən başlayaraq
erməni separatçılarının
ideoloqlarından olan A.Mikoyan, Q.Arutyunyan, sonralar Q.Xolopov, S.Xanzadyan, S.Kaputikyan, Z.Balayan və başqaları Dağlıq
Qarabağla bağlı
erməniliyin məkrli
planlarını davamlı
olaraq aparmışlar.
İkinci Dünya müharibəsindən sonra
erməniliyin gündəmə
gətirdiyi Dağlıq
Qarabağ və Naxçıvan məsələləri
ermənilərin xeyrinə
həll olunmadığından,
1947-ci ilin sonlarında
erməni millətçiləri
Azərbaycanın tarixi
torpağı – İrəvan
məkanında etnik təmizləmə aparmaq planını ortaya atmış və Moskvanın razılığı
ilə Azərbaycan türklərinin Ermənistan
SSR ərazisindəki ata-baba
torpaqlarından qovulmasının
növbəti mərhələsi
başlanmışdır.
1948-1953-ñü illər deportasiyasından sonra da erməni millətçiləri öz
əsassız ərazi
iddialarından əl çəkməmiş, 1963-cü ildə Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşova
DQMV məsələsinin həll
olunmasını qarşıya
qoyan etiraz məktubu göndərmişlər.
Həmin məktuba Azərbaycan SSR-də yaşayan 2.500-ə yaxın
erməni imza atmışdır. O dövrdə
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmuş A.Mikoyan “erməni məsələsi”ni SSRİ məkanında
davamlı şəkildə
gündəmdə saxlamağa
çalışmıış,
1964-cü ilin əvvəllərində
Krımın Ukraynaya birləşdirilməsi faktını
Nikita Xruşşova nümunə göstərərək,
DQMV-ni Ermənistana birləşdirmək təklifi
ilə çıxış
etmişdir. Bu məsələdə Nikita
Xruşşovun mövqeyi
qəti olmuş və bildirmişdir: “Bir gün ərzində
DQMV ermənilərinin Ermənistana
köçürülməsi üçün 12 min hərbi yük maşını verməyə
hazıram”.
Lakin
ermənilər sakitləşməmiş
və 1964-cü ilin payızında SSRİ-də
baş verən siyasi olaylardan istifadə etməyə çalışmışlar. Nikita
Xruşşovun istefasından
sonra 1966-cı ilin avqustunda Sov.İKP MK-nın Baş katibi L.Brejnevə 2000 erməninin imzası ilə məktub göndərilmişdir. Millətçilik
ruhunda yazılmış
bu məktubda DQMV-nin Ermənistanın SSR-dən süni şəkildə ayrılmasının
məqsədəuyğun olmadığından
bəhs edilirdi.
Uzun illər
məsul vəzifələrdə
çalışan Heydər
Əliyev erməni separatçılarının məkrli
siyasətini diqqətlə
izləmiş, erməniliyin
cinayətkar təbiətini
üzə çıxarıb
ifşa etmişdir.
1969-cu il iyulun 14-də
Azərbaycan KP MK-nın
birinci katibi vəzifəsinə seçildikdən
sonra da ulu öndər bütün gücünü
erməni separatçılarına
qarşı yönəltmişdir.
Sənədlər göstərir ki, XX əsrin 60-70-ci illərində
erməni separatçıları
təkcə DQMV-də
deyil, Azərbaycan SSR-in digər rayonlarında
da millətçilik əhval-ruhiyyəsini alovlandırmışlar.
Belə ki,
1948-1953-cü illərdə A.Mikoyanın təşəbbüsü
ilə Daşkəsən
rayonuna (1956-cı ilə
qədər Dəstəfur
rayonu-red.) yüzlərlə
erməni ailəsi köçürülmüşdür. Daşnak ideologiyası ilə beyinləri doldurulmuş həmin ermənilər öz millətçi fikirlərini
gizlətmir, 1969-cu il yayının sonunda Daşkəsən rayonunun
Bayan kəndində Böyük Vətən müharibəsi əsgərlərinin
xatirəsinə ucaldılmış
abidənin üzərinə
“Daşnaksutyun” partiyasının
rəmzi olan qartal işarəsini qoyurlar. Sovet cəmiyyətində daşnak
ideologiyasına və
onun atributlarına yer olmadığından erməni millətçiliyinin
təcəssümü olan
bu abidə sökülür. Bayan kəndində məskunlaşmış
ermənilər abidənin
sökülməsinə qarşı
etirazlarını bildirib
plakatlarla çıxış
edir, erməni xalqının xatirəsinin
təhqir olunduğunu
bəyan edirlər. Heydər Əliyev bu hadisəyə dərhal reaksiya verir. Onun göstərişi
ilə Azərbaycan KP
MK bürosunun iclası
keçirilir və Ali Sovet Rəyasət
Heyətinin sədri M.İskəndərovun başçılığı
ilə Daşkəsən
rayonuna komissiya göndərilir. Vəziyyəti
öyrənən komissiya
Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyevə təqdim etdiyi 26 avqust 1969-cu il tarixli arayışda göstərir ki, Bayan kəndinin millətçi əhval-ruhiyyəli
ermənilərə bildirilmişdir
ki, sovet cəmiyyətində “daşnak
atributları qəbuledilməzdir
və bərpası qeyri-mümkündür”. Beləliklə,
ümummilli liderin həyata keçirdiyi tədbirlər nəticəsində
erməni təxribatı
dayandırılır.
Ermənistan SSR rəhbərliyinin sıralarında
həmişə millətçi
əhval-ruhiyyə hökm
sürmüşdür. 1972-ci ildə Ermənistan SSR rəhbərliyinin dəstəyi
ilə erməni ziyalılarının nümayəndələri
Sov.İKP MK-nın Baş katibi L.Brejnevə məktub göndərib, DQMV məsələsini
yenidən qaldırırlar.
Bu müraciət DQMV-nin yerli rəhbərliyi
– Azərbaycan Kommunist
Partiyası Dağlıq
Qarabağ Vilayət komitəsinin birinci katibi Qurqen Melkumyan
(1962-1973), DQMV Xalq Deputatları
vilayət Sovetinin sədri Muşeq Ohancanyan (1962-1974) və vilayətin ideologiya üzrə katibi N.Arutyunyan tərəfindən
gizlicə dəstəklənirdi.
Ümummilli lider
Heydər Əliyev
DQMV-də erməni separatizminin qarşısının
alınması üçün
prioritet vəzifə olaraq kadr dəyişikliyinin
aparılmasının zəruriliyini
görürdü. 1973-cü il oktyabrın 12-də Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ vilayət komitəsinin keçirilən
plenumun qərarına
əsasən Qurgen Melkumyan Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsinin birinci katibi vəzifəsindən və
Dağlıq Qarabağ
Vilayət Komitəsinin
büro üzvlüyündən
azad edilir. 1974-cü il noyabrın 27-də ümummilli lider Heydər Əliyev Azərbaycan KP Dağlıq
Qarabağ Vilayət Komitəsinin ikinci katibi N.Volodinin “ona həvalə edilmiş iş sahəsinə rəhbərliyinin
zəifləməsi ilə
əlaqədar olaraq” tutduğu vəzifədən
azad edilməsi təklifi ilə Sov.İKP MK-ya müraciət etmiş və bu vəzifəyə
“bacarıqlı təşkilatçı,
vicdanlı, prinsipial işçi” kimi tanınan V.A.Boqoslovskini tövsiyə etmişdi.
Qeyd etmək
lazımdır ki, XX əsrin 60-70-ci illərində
erməni separatizminin təzahürü vilayətin
mərkəzi Xankəndıdə
(Stepanakertdə) də
açıq-aydın özünü
büruzə vermişdi.
Belə ki, 1967-ci ilin iyulunda ermənilər
Xankəndinin mərkəzində
azərbaycanlı müəllim
Ərşad Məmmədovla
birlikdə üç
nəfəri vəhşicəsinə
yandırmışdılar. Həmin vaxt Azərbaycan DTK-sının
sədri olan Heydər Əliyev iki həftə Xankəndidə qalaraq əsl cinayətkarların
aşkar edilərək
layiqli cəzalarına
çatdırılmasına nail olmuşdu.
1971-ci ildə erməni millətçiləri
Xankəndidə yerləşən
“Qarabağ” mehmanxanası
qarşısında qumbara
partlatmışdılar. Yaranmış
vəziyyətdə Heydər
Əliyev erməniliyin
cinayətkar aktlarının
qarşısını almaq
məqsədilə separarçıların
yuvası olan Stepanakert rayonundan millətçi ermənilərin
dağıdılmasının vacibliyini prioritet vəzifə olaraq qarşıya qoyur. Onun tapşırığı
ilə 1977-ci ildən
etibarən Muxtar Vilayətdə yeni inzibati-ərazi bölgüsü
həyata keçirilir.
1978-ci ildə Stepanakert
rayonu Əsgəran rayonu adlandırılır
və Əsgəran yeni yaranmış rayonun mərkəzinə çevrilir, rayonda azərbaycanlıların xüsusi
çəkisi artırılır.
Məlumdur ki,
Azərbaycan çoxmillətli
və polikonfessiyalı
ölkədir və ta qədimdən multikultural mühitə malik olmuşdur. Lakin XIX əsrin birinci otuzilliyində Araz çayının sol sahilində yerləşən Azərbaycan
torpaqlarına kütləvi
şəkildə köçürülmüş
ermənilər Azərbaycanın
multikultural mühitinə
uyğunlaşa bilməmiş
və separatçlılıqdan
imtina etməmişdilər.
Erməni separatizminə
növbəti zərbə
Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsinin 1975-ci il 21 mart tarixli plenumunda
vuruldu. Plenumda Dağlıq Qarabağ Vilayət Komitəsinin keçmiş büro üzvlərinin qeyri-prinsipiallığı,
millətçi ünsürlərin
təhlükəliliyinə etinasızlıqla yanaşıldığı,
tədbirlərin yarımçıq
görüldüyü göstərilmişdir.
Bu plenumda konkret adlar çəkilmiş,
DQMV Yazıçılar Birliyinin
sədri Baqrat Ulubabyanın, şair Boqdan Canyanın, DQMV mədəniyyət idarəsinin
rəisi Jan Andriyanın, Vilayət Diyarşünaslıq muzeyinin
müdiri Şagen Mkrtçyan və başqalarının siyasi
sabitliyi pozmağa çalışdıqları bildirilmişdir.
Qeyd etmək lazımdır ki, DQMV mədəniyyət idarəsinin
rəisi Jan Andriyan Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsinin 12 sentyabr 1974-cü il tarixli iclasının qərarı ilə millətçi mövqedən
çıxış etdiyinə,
1972-ci ildə Qafanda yaranmış “Vətənpərvərlər
İttifağına” qoşulduğuna
görə partiya sıralarından xaric edilmişdir. Plenum Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə
DQMV-nin sosial-iqtisadi inkişafı istiqamətində
gördüyü işə
və göstərdiyi
qayğıya görə
minnətdarlığını bildirmişdir.
Arxiv sənədləri
göstərir ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu
illərdə ermənilərin
separatçı hərəkətlərinin
qarşısı qətiyyətlə
alınmışdır. 1978-ci ilin əvvəllərində
Heydər Əliyevin göstərişi ilə
akademik İqrar Əliyev tərəfindən
ermənilərlə bağlı
geniş tarixi arayış hazırlanmış,
onun əsas müddəaları AKP MK bürosunun
iclasında müzakirə
edilərək təsdiq
edilmişdir. Lakin erməni separatizminin boz hüceyrələri qıvrılmağda davam edir, hücum anını gözləyirdi.
1979-cu ildə “Oqonyok”
jurnalında (¹ 34) “Biz
Qarabağdanıq” adlı
məqalə dərc olunmuşdu. Məqalənin
nəşrindən sonra
jurnalın redaktoru A.Safronov İrəvandan qatı millətçi Q.K.Ter-Akopovdan məktub alır. Q.K.Ter-Akopov məktubunda əsassız
olaraq Qarabağ torpaqlarını “Ermənistanın
bir hissəsi” adlandırır və
DQMV-nin bütün nailiyyətlərinə böhtan
atırdı. Məktubla
bağlı 1980-ci il martın 28-də “Oqonyok” jurnalının baş redaktoru A.Safronov Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə müraciət etmiş və bu məsələ
ilə bağlı öz “fikrini bildirməyi” xahiş etmişdir.
Heydər Əliyev
“Oqonyok” jurnalının
baş redaktoruna 23 iyun 1980-ci il tarixli cavabında məktub müəllifinin
əsassız mülahizələr
yürütdüyünü və qərəzli mövqedən çıxış
etdiyini bildirmiş və vurğulamışdı
ki, redaksiyaya göndərilən arayışda
toplanmış faktiki
materiallar “Oqonyok” jurnalının redaktoruna
“məktubun müəllifinə
müvafiq cavab verməyə” imkan verəcəkdir. Hazırlanmış
arayışda qeyd olunmuşdu ki, 1976-1980-ci illərdə vilayətdə
sənaye istehsalının
həcmi 1980-ci il üçün nəzərdə
tutulmuş 24 faizə
qarşı 50,3 faiz artmış, əmək məhsuldarlığı isə
beşilliyin sonunda müəyyən edilmiş
17,1 faizə qarşı
37,6 faiz artmışdır.
Həmin arayışda
DQMV-də kənd təsərrüfatının inkişafının
yüksələn xətlə
getdiyi bildirilmiş,
1976-1979-cu illərdə vilayətdə
kənd təsərrüfatının
ümumi məhsulunun orta illik həcmi
plan üzrə 16,8 faiz əvəzinə 49,1 faiz təşkil etdiyi, kənd təsərrüfatında əmək
məhsuldarlığının beşillikdə nəzərdə
tutulmuş 15,6 faizə
qarşı 42,8 faiz artdığı göstərilmişdir.
Arayışda qaz kəmərinin tikintisinin Yevlax–Stepanakert–Şuşa hissələrində başa
çatması göstərilmiş
və qeyd edilmişdir ki, bu layihə vilayət mərkəzinin,
eyni zamanda, kurort şəhərinin qazlaşdırılması işinin
aparılmasına imkan
vermişdir. Vilayətdə
gedən mənzil fondunun yaxşılaşdırılması
da qeyd olunmuş
və göstərilmişdir
ki, 1970-1979-cu illər
ərzində 463,1 min
kvadratmetr mənzil tikilmişdir. Bu arayışda təhsildə
gedən inkişafa da diqqət yetirilmiş və bildirilmişdir ki, XX əsrin 70-ci illərinin sonunda vilayətdə 193,
o cümlədən 147 erməni
ümumtəhsil məktəbi
fəaliyyət göstərir,
Stepanakert Pedaqoji İnstitutunda təhsil erməni, Azərbaycan və rus dillərində
aparılır.
Yuxarıda qeyd
edilənlər onu bir daha göstərir
ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində
1969-1982-ci illərdə respublikada
erməni separatçılarının
təxribatçı, millətçi
hücumlarının qarşısı
alınmış, erməni
millətçilərinin yalan
və böhtanları
tarixi həqiqətlərə
əsasən təkzib
edilmiş, erməni əfsanələri həqiqətlər
müstəvisində “sabun
köpüyü”nə
çevrilmiş, çoxmillətli,
çoxkonfessiyalı Azərbaycanın
inkişafı üçün
hər cür şərait yaradılmışdır.
Həcər
VERDİYEVA,
tarix üzrə elmlər doktoru
Xalq.-
2023.- 29 iyul.- S.5.