Qərbi Azərbaycan
– Dədə Qorqud yurdu
Azərbaycan deyəndə, ilk
olaraq, imperialist dairələrin
iki yerə böldüyü
– 2 əsrdən bəri Araz çayı
sərhəd olmaqla, bir-birindən
aralı salınmış Şimali Azərbaycan
və Cənubi Azərbaycan bütöv halda yada düşür. Arazın quzeyində – Şimali Azərbaycanın Qərb hissəsində
zaman-zaman itirilmiş,
yerində Ermənistan adlı dövlət
yaradılmış qədim yurd yerlərimizi
isə Qərbi Azərbaycan adlandırmağa məcbur olmuşuq.
Beləliklə, Qərbi Azərbaycan coğrafi məfhum kimi azərbaycanşünaslıqda,
çağdaş ictimai-siyasi
düşüncəmizdə Şimali Azərbaycanın
bir hissəsi kimi geniş surətdə işlənir, oyuncaq erməni dövlətinin ərazisini nişan verir.
Tanınmış tarixçi alim Süleyman Əliyarov
“Kitabi-Dədə Qorqud” dastanında silinməz
izlər qoymuş, həmin ərazidə
yaşamış türkdilli əhalidən
danışarkən onları “qərbi azərbaycanlılar”adlandırmışdır.
1988-ci ildə həmin “qərbi azərbaycanlılar”ın sonuncu nəsili indiki Ermənistandan-tarixi-etnik torpaqlarından deportasiya edildikdən sonra Qərbi Azərbaycan coğrafi məfhumu elmi-tədqiqat əsərlərində sıx-sıx işlədilməyə başladı. Artıq Qərbi Azərbaycan İcması adlı ictimai təşkilat da fəaliyyət göstərir. Qərbi Azərbaycan deyəndə İrəvan və Gümrü şəhərləri, Vedibasar, Zəngibasar, Göyçə, Dərələyəz, Dərəçiçək, Qərbi Zəngəzur, Ağbaba bölgələri gözlərimizin önündə canlanır.
Qərbi Azərbaycan Şimali Azərbaycanın Qərb hissəsi, Bütöv Azərbycanın tarixi
bir parçasıdır. İndi
ürəkağrıdan, qəlbgöynədən həmin torpaqlarda min illər boyunca ulu babalarımız
yaşayıblar. 13 əsr əvvəl bu yaylaqlarda Dədə Qorqud
qopuz çalıb, söz
qoşub, igidlərə ad
verib. Koroğlunun
Qıratı bu dağlarda
qayadan-qayaya sıçrayıb, qarı
düşmənə göz açmağa macal verməyib.
Ustad Aşıq Ələsgər qüdrətdən
səngərli-qalalı dağlarımıza oxşamalar
qoşub. Dədə Ələsgər “Dağlar” qoşmasında Göyçə
mahalında erməni başkəsənlərin azərbaycanlıları
doğma yurdlarından didərgin
saldığını– 1905–1906-cı illərdə baş vermiş erməni
vəhşiliyini şeir dili
ilə əbədiləşdirmişdir:
Hanı
mən gördüyüm qurğu-büsatlar!?
Dərdməndlər
görsə, tez bağrı çatlar;
Mələşmir
sürülər, kişnəşmir atlar,
Niyə
pərişandı halların, dağlar!?
Hanı
bu yaylaqda yaylayan ellər!?
Görəndə gözümdən car oldu sellər.
Seyr etmir köysündə türfə gözəllər,
Sancılmır buxağa gullərin,
dağlar!
Milli tariximizin
ədəbi-bədii salnaməsi
olan VII əsrin söz abidəsi “Kitabi-Dədə Qorqud” dastanının coğrafi
mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Dastanda adı
çəkilən Şirökuvən,
Altuntaxt, Göyçə
gölü oğuz qəhrəmanlarının doğma
yurdları çevrəsində
olmuşdur. Həmin ərazilər
indi Ermənistan adlanan Qərbi Azərbaycanın mərkəzində
yerləşir. Qərbi Azərbaycanın
köklü sakinləri
min illərdən bəri
türklər olmuş,
ermənilər isə
bu ərazilərə
xaricdən gətirilib
yerləşdirilmişlər. 1828-ci ildə Rusiya
və Qacar imperiyaları arasında bağlanan Türkmənçay
müqaviləsinin nəticəsi
olaraq ermənilər İrandan, Türkiyədən
bu ərazilərə
köçürülmüşlər.
Bu tarixi faktlar erməni və rus mənbələrində
öz əksini aydın və təkzibedilməz şəkildə
tapmışdır.
1991-ci ilə
kimi ərazinin toponimlərinin 90 faizindən
çoxunu türk mənşəli yer adları təşkil edirdi. XIX əsrin
əvvəllərindən başlayaraq
1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli coğraqfi adlar dəyişdirilərək erməniləşdirilmiş
və ya ruslaşdırılmışdır. Qərbi Azərbaycanda 499 yaşayış məntəqəsi
ləğv edilmiş,
704 yaşayış məntəqəsinin,
231 oronimin (dağ adının), 116 hidronimin
(göl, çay, kanal, arx və
s.), 137 yaylaq və qışlağın adı
dəyişdirilmiş, mənəvi
qırğının qurbanı
olmuşdur.
Ötən ilin son ongünlüyündə
Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları
ilə görüşdə
dedi: “Qərbi azərbaycanlılar qanunsuz
olaraq dəfələrlə
deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma
torpaqlarına qayıtmalıdırlar.
Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti
dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair.
Yox.
Biz bunu sülh
yolu ilə etmək istəyirik.
Biz hüquqlarımızı
sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün
biz, o cümlədən beynəlxalq
müstəvidə daha
fəal olmalıyıq”.
Cənab
Prezident bununla bir daha bəyan
etdi ki, Azərbaycan sülsevər
bir dövlətdir.
Bütün məsələlər sülh yolu ilə, beynəlxalq konvensiyalar əsasında həllini tapmalıdır”.
Qərbi Azərbaycanda yaşamış
azərbaycanlılar isə
zaman-zaman – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə
tarixi-etnik torpaqlarından
deportasiya olunmuşlar. Sovet hakimiyyəti
dövründə azərbaycanlıların
indiki Ermənistandan dövlət səviyyəsində
zorakı deportasiyası
“dinc, könüllü
köçürmə” adı
ilə həyata keçirilmişdir. SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və
başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi
haqqında” 4083 saylı,
1948-ci il martın
10-da isə həmin qərara əlavə olaraq qəbul edilən “Ermənistan SSR-dən kolxozçuların
və digər azərbaycanlıların Azərbaycan
SSR-in Kür–Araz ovalığına
köçürülməsi ilə əlaqədar tədbirlər haqqında”
754 saylı qərarlarına
əsasən 150 min azərbaycanlı
tarixi-etnik torpaqlarından
– Ermənistandan deportasiya
edilmişdir.
Dövlətimizin başçısı qeyd etdiyimiz görüşdə Qərbi
azərbaycanlıların 1948–1953-cü illərin deportasiyası ilə bağlı dedi: “Hamımız yaxşı bilirik ki, 1948–1953-cü illərdə
xalqımız növbəti
deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara
və bütövlükdə,
Azərbaycan xalqına
qarşı törədilmiş
növbəti cinayəti
idi. Bu, eyni
zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi.
Çünki İkinci
Dünya müharibəsi
cəmi 3 il
idi ki, başa
çatmışdır. Azərbaycan xalqı
böyük fədakarlıq
göstərmişdir. Təkcə sovet Azərbaycanından olan insanların 300 mini həlak olmuşdur.
O vaxt sovet Ermənistanında yaşamış
on minlərlə azərbaycanlı
da həlak olmuşdur. Azərbaycan İkinci Dünya
müharibəsində faşizm
üzərində əldə
edilmiş Qələbədə
müstəsna rol oynamışdır. Azərbaycan nefti
olmasaydı, sovet dövləti heç vaxt qələbə qazana bilməzdi. Bunu hər kəs bilir. Bu rəqəmlər
dəfələrlə səsləndirilib.
Benzinin, sürtkü yağlarının
və neftin təqribən 70, 80, 90 faizi
Azərbaycandan təchiz
edilirdi. Bütün bunlara
baxmayaraq, xalqımıza
qarşı növbəti
cinayətin törədilməsi,
yenə də deyirəm, böyük vicdansızlıqdır və
saxta bəhanə adı altında xalqımız növbəti
deportasiyaya məruz qalmışdır”.
1988-1991-ci illərdə isə SSRİ dövlətinin
himayəsi altında millətçi Ermənistan
dövləti Qərbi
Azərbaycandan - indiki
Ermənistan ərazisindən
250 mindən artıq azərbaycanlını ata-baba
torpaqlarından deportasiya
etmişdir. Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırımına
məruz qalmışdır.
Bu tarixi faciələrə
vaxtında hüquqi-siyasi
qiymət verilməmişdir.
Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev bu tarixi ədalətsizliyə,
faciələrə hüquqi-siyasi
qiymət vermişdir.
Ulu öndər bununla bağlı 1997-ci il dekabrın
18-də “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan
ərazisindəki tarixi-etnik
torpaqlarından kütləvi
surətdə deportasiyası
haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların
soyqırımı” və
2001-ci il avqustun 22-də
“Erməni millətçilərinin
apardığı etnik
təmizləmə nəticəsində
Ermənistan ərazisindəki
öz tarixi torpaqlarından didərgin
salınmış azərbaycanlıların
məskunlaşması problemlərinin
həlli haqqında” fərmanlar imzalamışdır.
27 may
1997-ci ildə Azərbaycanın
milli bayramı – 28 May
Respublika Günü münasibətilə təntənəli
yığıncaqda ümümmilli
lider Heydər Əliyev azərbaycanlıların
indiki Ermənistan ərazisindəki tarixi-etnik
torpaqlarından deportasiya
olunmalarından danışarkən
demişdir: “O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya
olunanlar yaxşı xatırlayırlar: Ermənistandan
azərbaycanlıların çıxarılması,
etnik təmizləmə
baş verib. Onları öz yerlərindən, yurdlarından, doğma torpaqlarından o vaxt didərgin salıblar.
Onları öz dədə-baba
yurdlarından tədricən
çıxarıblar və
bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana
artıq hərbi təcavüzünün başlanmasına
gətirib çıxarıb”.
Qərbi
Azərbaycanın qədim
türk yurdu olduğunu sübut edən elmi nəşrlər
İbrahim Bayramov: “Qərbi
Azərbaycan toponimlərinin
tərkibində işlənən
söz və coğrafi terminlər lüğəti” (Bakı,
“Elm”, 2000), “Qərbi Azərbaycanın
türk mənşəli
toponimləri” (Bakı,
“Elm”, 2002), “Qərbi Azərbaycan
toponimləri sistemi” (Bakı, “Elm”, 2005), “Qərbi
Azərbaycan şivələrinin
leksikası ” (Bakı,
“Elm və təhsil”,
2011), “Qərbi Azərbaycan:
Tarixi həqiqətlər
və ya Ermənistanın etnik təmizləmə siyasəti”
(Bakı, “Elm və təhsil”, 2011).
Alı Safolu (Alıyev): “Qərbi
Azərbaycanda (indiki Ermənistan)
yaşamış azərbaycanlıların tarixi
faciələri (1905-1991), Dərələyəz dəhşətləri”
(Bakı, “Adiloğlu”, 2001).
Həsən Mirzəyev: “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (Bakı, “Elm”, 2004) – Əziz Ələkbərli: “Qərbi Azərbaycan” I c., Vedibasar mahalı (Vedi və Qarabağlar rayonları), (Bakı, “Ağrıdağ” 2000), “Qərbi Azərbaycan”, II c., (Zəngibasar, Qəmərli və Ellər rayonları), (Bakı, “Ağrıdağ”, 2002), “Qərbi Azərbaycan abidələri” I (Bakı, “Nurlan”, 2006), “Qərbi Azərbaycanın dialektoloji lüğəti, I kitab, Vedibasar, Zəngibasar, İrəvan Çuxuru,” (Bakı, “Ağrıdağ”, 2009).
Rus dilində: “Èñòîðè÷åñêàÿ ãåî-ãðàôèÿ Çàïàäíîãî
Àçåðáàéäæàíà” (Áàêó, “Àçåðáàéäæàí”, 1998).
İngilis dilində: “Historical Geography of
Western Azerbaijan” (Baku, “Nicat-K”? 2006).
İbrahim BAYRAMOV,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti 2023.- 7 yanvar.- S.7.