Şuşa ili” ilə bağlı Özbəkistanda görülən işlər

 

Şuşa ili” ilə bağlı qardaş Özbəkistanda xeyli tədbir görülüb, müxtəlif layihələr həyata keçirilib. Bununla bağlı Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov məlumat verib.

S.Abbasov deyib ki, mərkəzin layihəsi ilə 2022-ci ildə Özbəkistan Jurnalistlər Birliyi və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti ilə birgə qardaş ölkədə Azərbaycan haqqında elan olunan müsabiqənin əsas nominasiyası Şuşaya həsr edilib. Bu nominasiyaŞuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlandırılıb.

Müsabiqə nəticəsində nominasiya üzrə özbək mətbuatında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, ədəbi həyatı haqqında çoxsaylı məqalələr, televiziya verilişləri yayımlanıb.

Ötən il dekabrın sonunda müsabiqəyə yekun vurulub və qaliblər fəxri diplom, pul mükafatı ilə təltif olunublar.

BizŞuşa ilielan olunması ilə əlaqədar ötən il oktyabrın 21-dən 26-dək “Mening Yurtim 5” telekanalının jurnalistlərinin Azərbaycana, işğaldan azad olunmuş bölgələrə mediaturunu təşkil etmişik. Mediatur iştirakçıları Şuşa, Füzuli, Zəngilan, Ağdam rayonlarında və Gəncə şəhərində olub, materiallar hazırlayıblar.

– “Şuşa ili” ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanın universitetlərində, mədəniyyət müəssisələrində Azərbaycan ocaqları, guşələri yaradıb. Bu barədə fikirlərinizi bölüşməyi xahiş edirəm.

AMM-nin layihəsi ilə Daşkənddəki “TuranKitabxana-İnformasiya Mərkəzində yaradılan Qarabağ guşəsinə Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ bölgəsinin mədəni irsinə, abidələrinə dair nəşrlər, milli xalçalar, suvenirlər, Qarabağ geyimləri hədiyyə olunub.

Qarabağ guşəsində tanınmış qarabağlıların portretləri, posterlər, Mədəniyyət Mərkəzinin əl işləri dərnəyinin uşaqlarının hazırladığı “Xarı Bülbül” döş nişanı nümayiş olunur.

Ötən il AMM tərəfindən Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Termez Dövlət Universitetində ­Xurşidbanu Natəvan adına Azərbaycan Ocağının açılışı olub.

Açılışda Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycandan gələn qonaqlar, habelə Termez Dövlət Universitetinin (TDU) professor-müəllim heyəti iştirak edib.

Azərbaycan ocağında Xurşidbanu Natəvanın böyük portreti, şairin həyat və yaradıcılığı haqqında məlumat lövhəsi, habelə Şuşa və Qarabağa aid banerlər, rəsm və fotolar yerləşdirilib.

TDU-də ayrılan xüsusi otağı ­Azərbaycan və Özbəkistanın dövlət bayraqları, ölkələrimizin siyasi xəritələri, Şuşanın simvolu Xarıbülbül maketi, Qarabağın milli qadın və kişi geyimləri bəzəyir.

Azərbaycan ocağında kitabxana da təşkil edilib ki, burada hədiyyə olunmuş nəşrlər arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycan mədəniyyəti və erməni işğalına dair çoxsaylı əsərlər yer alır.

Bundan başqa, kolleksiyada Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar da var.

Qeyd edək ki, ocaqda Azərbaycanın şair və yazıçılarının portretləri, Qarabağ ədəbi mühitinə dair guşələr, milli suvenirlərimiz də nümayiş etdirilir.

Xurşidbanu Natəvan adına Azərbaycan ocağında iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair görüşlər, açıq dərslər keçirilməsi, gələcəkdə isə onlayn formada Azərbaycan dili kurslarının təşkili nəzərdə tutulub.

Samir müəllim, həyata keçirdiyiniz layihələr, tədbirlər mədəniyyətin müxtəlif sahələrini əhatə edir. Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Qarabağda XIX əsrdəki “Məclisi-Fəramuşan” poeziya görüşlərini Azərbaycan və Özbəkistanın gənc şairləri arasında bərpa edilməsi layihəsi haqqında məlumat verməyinizi xahiş edirik.

Bu poeziya məclisinin əsas məqsədi Azərbaycan xalqının Qarabağda yaratdığı mədəniyyəti, ədəbiyyatı dünyaya çatdırmaq, istedadı olan gənc şairlərimizi üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, Türk dünyası şairləri arasında ədəbi əlaqələri və həmrəyliyi genişləndirmək və onlar arasında əməkdaşlıq platforması yaratmaqdır.

28 ildən sonra Ermənistan işğalından azad olunan Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə “Məclisi Fəramuşan” şairlər məclisinin rəsmi açılışı keçirilib.

Açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin, hər iki ölkənin Yazıçılar Birliyinin rəsmiləri, habelə şairlərimiz, incəsənət xadimlərimiz iştirak ediblər.

Öncə qonaqlar, şairlər Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndələri Molla Pənah Vaqifin məqbərəsi, habelə Xurşidbanu Natəvanın sarayı və onların Şuşa şəhərinin mərkəzində qoyulmuş büstlərini ziyarət ediblər.

Rəsmi çıxışlardan sonra Molla Pənah Vaqifin məqbərəsi qarşısında Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə, şairlər İlqar Fəhmi, Sayman Aruz, Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini, şair Qayrat Məcid, alim Babaxan Şərifin iştirakı ilə Vətən, Qarabağ, ədəbiyyat, sənət, Türk dünyası, birlik, həmrəylik mövzularında şeirlər səsləndirilib.

Qeyd etmək istəyirəm ki, biz ötən il hər ay bu poeziya görüşlərini hər iki ölkənin gənc şairlərinin iştirakı ilə onlayn formatda keçirmişik. Tədbirdə səsləndirilən şeirlər tərcümə edilərək iki dildə çap ediləcək.

Bu il isə Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY təşkilatının dəstəyi ilə şairlər məclisini Türk Dövlətləri Təşkilatının digər üzv ölkələrinin şairlərinin də iştirakı ilə Şuşada keçirilməsini planlaşdırırıq və layihənin dostluğumuza, qardaşlığımıza, ədəbi əlaqələrimizə töhfə verən bir mübadilə, əməkdaşlıq platformasına çevrilməsinə inanırıq.

– AMM “Şuşa ili” ilə bağlı Xurşidbanu Natəvanın əsərlərinin özbək dilinə tərcümə və nəşr layihəsini həyata keçirib. Bu haqda fikirlərinizi bildirməyi xahiş edirik.

– Özbək dilində nəşr olunanXurshidbonu Notavon Xurshidga yetar boshim” adlı nəşrdə Qarabağ xanının qızı olan Xurşidbanu Natəvanın irsi özbək oxucularına ilk dəfə geniş həcmdə təqdim edilib.

Nəşrdə şairin özünün çəkdiyi rəsmlərin fotoları, şəxsi kolleksiyalarının şəkilləri da yer alıb. Kitab yüksək poliqrafik üslubda, illüstrasiya ilə çap olunub. Bu nəşrin hazırlanmasında Nizami ­Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov da yaxından iştirak edibkitaba “Günəş xanımın gerçəyə dönmüş arzusu” adlı ön söz də yazıb.

Həm də Azərbaycan dilində olan kitab ölkəmizdə və Özbəkistanda böyük maraqla qarşılanıb.

Nəşrin Özbəkistanda keçirilən “TASHKENT BOOK FEST” Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, habelə Bakı şəhərində keçirilən 8-ci Beynəlxalq Kitab Sərgisində təqdimat mərasimi də keçirilib.

Müsahibəni apardı:

Qulu Kəngərli

Daşkənd

Xalq qəzeti  2023.- 7 yanvar.- S.6.