Güney dünyamızın hikmət
xəzinəsi
Xalqımızın zəngin şifahi
ədəbiyyatı vardır. Söz sənətimizin
ilk örnəkləri qədim dövrlərdə
yaranmış, dildən-dilə, ağızdan-ağıza
keçərək yaşamış və zənginləşmişdir.
Şifahi xalq ədəbiyyatına
folklor da deyilir. Folklor milli həyatın elə bir
sahəsidir ki, orada xalqa aid bütün
biliklər tam dolğunluğu
ilə öz əksini
tapmışdır. Məsələyə bu
baxımdan yanaşsaq, folkloru
toplayıb nəşr etdirmək xalqın özünü
öyrənmək deməkdir.
Otaylı-butaylı Azərbaycan ədəbiyyatı
özünəməxsus şifahi və
yazılı ənənələri və qədim tarixi olan zəngin bədii
yaradıcılıqdır. Bu ədəbiyyatın
tarixi hər iki ənənənin
qarşılıqlı inkişafından və bir-birindən
faydalanmaqdan ibarətdir. Xüsusilə
yazılı ədəbiyyatımızın təşəkkülündə,
onun milli-mənəvi dəyərlərinin
zənginləşməsində şifahi
xalq ədəbiyyatının müstəsna
dərəcədə böyük və əhəmiyyətli
rolu olmuşdur. Ən
qədim dövrlərdən günümüzə qədər
keçib gəldiyi bütün
tarixi mərhələlərində
yazılı ədəbiyyatımıza milli
folklor ənənələrimizin müstəsna
təsiri olmuşdur.
Arazın hər iki
tayında Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi
xalq ədəbiyyatı onun
tarixi, mədəniyyəti, mənəviyyatı,
həyat tərzi, adət-ənənələri haqqında zəngin
məlumat verən əsas qaynaqlardan hesab olunur. Folklor nümunələri xalq
zəkasının qüdrətini, bədii təfəkkürünün
gücünü parlaq
əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin
sınağından çıxmış əsərlərdir.
Bu sənət
inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi
ilə seçilir. Şifahi
ədəbiyyatda xalqımızın insan
taleyi ilə bağlı düşüncələri,
vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi,
nifrəti, müxtəlif tarixi dönəmlərdə
üzləşdiyi mühüm
ictimai-siyasi hadisələrə münasibəti
geniş bədii əksini
tapmışdır.
Xalqın tarixi ilə
sıx bağlı olan folklor
onun öyrənilməsi üçün
etibarlı mənbədir. Məsələn, ölməz ədəbi-tarixi
abidə olan “Kitabi-Dədə Qorqud” dastanları xalqımızın, dilimizin tarixinin çox qədim olduğunu
sübut edir.
Dastandakı obrazların konkret tarixi şəxsiyyətlərlə
bağlılığı haqqında fikirlər vardır.
Əsərdə qədim oğuzların tarixinin,
coğrafiyasının izləri açıq-aydın
görünməkdədir.
Bu gün Şimali
Azərbaycandan başlamış milli-mənəvi dəyərlərimizin
yaşadıldığı Dərbənd, Borçalı,
Göyçə, Zəngəzur, İrəvan, Təbriz, Urmiya, Xoy, Həmədan, Kərkük
və s. əraziləri əhatə edən
etnik coğrafiya
çərçivəsində folklor, dil, ədəbiyyat və tarix
kimi mühüm
elm sahələrinin tədqiqi çox aktualdır. Xüsusilə
türk xalqlarının taleyində
milli-mənəvi parçalanmanın yeni
mərhələsinin əsasını qoyan
və bütün var
qüvvəsi ilə bu məqsədə
xidmət edən rus imperializminin
hakimiyyəti dövründə, ötən əsrin 60-cı
illərinə qədər bu
coğrafiyanın daha böyük hissəsini əhatə edən Güney Azərbaycan ədəbiyyatı və
mədəniyyəti haqqında bəzi kitablar,
məcmuələr yazılmışdır.
Mənəvi bütövlüyümüzün göstəricilərindən biri olan Azərbaycan folkloru Azərbaycan türklərinin yüksək mənəvi əxlaqi dəyərlərini, etik və estetik düşüncəsinin ən aparıcı meyllərini özündə əks etdirən və ümumtürk ağız ədəbiyyatının tərkib hissəsi olan yaradıcılıq sahəsidir. Azərbaycan türklərinin adət-ənənəsi, ayin və etiqadları, tarixi cəngavərlik əxlaqı, vətənsevərliyi və torpaq məhəbbəti, valideyn sevgisi, həzin lirik duyğuları bu yaradıcılıqda bütöv və özünəməxsus şəkildə tərənnüm olunmuşdur.
Azərbaycan türklərinin folkloru müxtəlif janrların (lirik, epik və dramatik) qovşuğunda yaranmış, elə həmin üslublara uyğun olaraq da növlərə bölünmüşdür. Milli mədəniyyətimiz tarixin müəyyən dönəmindən iki müxtəlif məkanda – Şimali və Cənubi siyasi-coğrafi məkanında inkişaf etsə də, eyni xalqın milli-mənəvi düşüncə, təfəkkür bütövlüyünü qoruyub saxlamışdır. Müxtəlif ictimai-siyasi şəraitə düşməsindən asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan folkloru ümumtürk etnokulturoloki özəlliyini əks etdirmişdir.
Şimalda Sovet siyasi rejimi, Cənubda Pəhləvi rejimi, heç şübhəsiz, xalqın mədəniyyəinə ideoloji baxımdan öz təsirini göstərmişdir. Siyasi rejimlər xalqın mənəviyyatı və taleyi üçün nə qədər təhlükəli olsa belə, xalq minillərdən gələn özəl dəyərləri, ilinliyə, söy-kökə bağlılığı yaşatmışdır. Bunun ifadəsi kimi istər Şimali, istərsə də Cənubi Azərbaycanda xalqın milli-mənəvi oyanışı nəticə etibarıilə onun yaradıcılıq enerjisini daha çox folkor üzərində kökləmiş, məhz şifahi xalq ədəbiyyatı xalq ruhunun özünüifadəsinə çevrilmişdir.
Xalq həyatı, məişətinə
bağlı olaraq yaranan
nağıllar sehirli, mifoloji
qüvvələr, heyvanlar, real məişət obrazlarında müxtəlif
dövr və zamanın, təsəvvür
və düşüncələrin tarixi
izlərini öz məzmununda
qorumaqdadır. Buna görə də nağıllar təkcə bir ailə, bir evin ağbirçəyi, ana,
nənəsi tərəfindən övlad,
nəvənin dinlənməsi üçün
söylənlən siravi mətndən çox, xalqın taleyi,
mübarizə, dərd-sərinin gələcəyə
ötürülən mirası, tarixi kimi mühüm
funksiyaya malikdir.
Güneymizdən toplanan nağıllardan bir neçəsinin adını çəkmək
istəyirəm: “Ruzinin bolluğu”,
“Qulyabani”, “Şeytan”.
Azərbaycan şifahi
xalq ədəbiyyatının çevik janrlarından olan
tapmacalar bu və ya digər xalqın məişəti, həyatı,
təsəvvür və düşüncələri əsasında
yaranmaqla milli-tarixi
xarakterə malikdir. Ən qədim zamanlardan başlayaraq el-obada müxtəlif məclislər-aşıq
məclisləri, qış gecələri, toy mərasimləri və s.
cavanlar arasında tapmacalar
üzərində xüsusi oyunlar icra olunmuşdur.
Güney Azərbaycanda tapmacaların
toplanılması və araşdırmalara cəlb edilməsi ənənəsi
Səməd Behrəngi və Bəhruz Behqaninin
adı ilə bağlıdır. “Ağ quş suya töküldü”
(düyü), “Bir balaca mil daşı,
yandırdı yanın qaşı” (bit),
“Alaca arğa, ləpləri
yorğa” (qurbağa) kimi atalar sözləri
güneyimizdən toplanan orjinal
atalar sözləridir.
Şifahi xalq
ədəbiyyatının lirik
növünə aid olan
bayatılar yaranması, xalq məişətinə
bağlılığı, tarixiliyi
baxımından qədim janrlardan
sayılır. Hələ ən əski
dövrlərdən öz məişətini
müxtəlif əl əməyi üzərində quran ata-babalar, ana-nənələr,
qız-gəlinlər beşikbaşı, əkin-biçin, yas törənləri, toy-düyünlərdə
və s. arzu-istəkləri,
hiss-düşüncələrini bayatı dilində nəömələr
üzərində söyləmiş, bayatını həyatın
bir parçasına çevirərək
zəngin bir xəzinənin əsasını
qoymuşlar.
Tanınmış folklorşünas
M.H. Fərzanə vaxtilə Təbriz
bayatılarının Güney mühitində
toplanılıb öyrenilməsi tarixində ilk
addımlar atmışdır. 1945-ci ildə Təbrizdə
“Şəfəq” məcmuəsində, 1946-cı ildə “Azərbaycan
reznaməsi”nin ayrı-ayrı sayılarında Fərzanə
yüzlərcə bayatı nümunələrini dərc etdirmişdir.
Dərdimə
çara, Təbriz,
Düşmüyəsən
dara, Təbriz.
Sənsiz
qala bilmirəm,
Mən gedim hara, Təbriz.
Təbrizdə dağ olaydı,
Dörd yanı bağ olaydı.
Görüşünə gələydim,
Şəhriyar sağ olaydı.
Güney Azərbaycanda xalqı illərlə təzyiq altında saxlayan Pəhləvi rejiminin gətirdiyi qadağaların
baş alıb getdiyi bir dönəmdə
məhz bayatılar xalqın tarixi-yaddaş kitabına çevrilmişdir.
Yayılıb düzə Təbriz,
Gəlməsin gözə Təbriz.
Mən sizə gələnmirəm,
Gələydin bizə Təbriz.
77 il əvvəl
Ötən nömrələrimizdə 77 il əvvəl
21 Azərdə Güney
Azərbaycanda qurulmuş
milli hökumətin gerçəkləşdirdiyi tarixi
qərarlar barədə
söz açmışdıq.
Həmin tədbirlərdən
biri də Milli Hökumətin 6 yanvar 1946-cı il
tarixli iclasının
qərarı ilə Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi
olmuşdu.
77 il əvvəl
qəbul edilmiş 10 maddədən ibarət həmin qərara əsasən, bütün
dövlət orqanlarında
və idarələrdə,
məktəblərdə tədris,
nəşriyyat işləri
Azərbaycan dilində
aparılmağa başlanmışdı.
Seyid Cəfər Pişəvəri
ana dilinin təhsil-tədris müəssisələrində
işlədilməsinə, bu sahədə mövcud olan problemlərin tez bir zamanda aradan
qaldırılmasına xüsusi
diqqət yetirmişdi.
Onun Maarif Nazirliyinə ünvanladığı sərəncamında
qeyd olunmuşdu ki, bütün milli və dövlət
məktəblərində təlim
və tərbiyənin
Azərbaycan dilində
aparılması üçün
hazırlıq işləri
görülsün. Bu məqsədlə Maarif Nazirliyinin tərkibində
dərsliklər hazırlayan
şöbə yaradıldı.
Sərəncama əsasən, alimlər,
təcrübəli müəllimlər
və məktəb rəhbərləri bu prosesə cəlb edilmişdi.
Azərbaycan dilində nəşr olunacaq dərsliklər nəzarət komissiyasının rəhbərliyi ilə hazırlanmalı idi. Əlifbadan əlavə, ədəbiyyat, tarix, hesab, fizika, coğrafiya və s. fənlər üzrə də kitablar nəşr edildi. Bütün milli və dövlət məktəb rəhbərlərinə tapşırılmışdı ki, Azərbaycan dilində dərsliklər hazırlanana qədər mövcud dərsliklərdən istifadə etməklə tədrisi ana dilində aparsınlar. Sərəncamda dərsliklərin nəşri üçün maliyyənin ayrılması və digər məsələlər də əksini tapırdı. Bu sərəncamın həyata keçirilməsi üçün xüsusi komissiya yaradılmışdı.
6 yanvar 1946-cı ildə Milli Hökumət həm də Təbrizdə Azərbaycan Dövlət Universitetinin yaradılması haqqında qərar qəbul edilmişdi. Bütövlükdə, bir il ərzində Cənubi Azərbaycanda ana dilində çox sayda dərslik, siyasi, tarixi və ədəbi kitablar da çap olunmuşdu, 50-ə qədər qəzet və jurnal nəşr edilmişdi.
Lakin Milli Hökumət bütün planlarını icra edə bilməmişdi. Cəmi bir il sonra şah rejiminin qoşunları Təbrizə hücum edərək Cənubi Azərbaycanı yenidən işğal etmişdi.
Hazırda Güneyli soydaşalarımız milli haqlarının tanınması uğrunda inadlı mübarizə aparırlar.
Lalə
BƏDİROVA,
AMEA Folklor İnstitutu Cənubi
Azərbaycan folkloru
şöbəsinin elmi işçisi
Xalq qəzeti 2023.- 7 yanvar.- S.8.