Xalq rəssamı Əşrəf
Heybətov: “20 Yanvar
qırğını” kompozisiyası
Almaniyanın
Koblents şəhərində yaşayan soydaşımız,
Xalq rəssamı, diaspor fəalı Əşrəf Heybətov
vətəndən uzaqda da Azərbaycanın sevincini və kədərini
yaradıcılığında aparıcı mövzu kimi
davam etdirir. Rəssam 20 Yanvar faciəsinə həsr etdiyi
mürəkkəb kompozisiyalı, dərin məzmunlu əsərini
qətliamın 33-cü ildönümündə
oxucularımıza təqdim etmək üçün
redaksiyamıza göndərib.
Xatırladıriq
ki, dünyaca məşhur rəssam UNESCO-nun Beynəlxalq Rəssamlar
Federasiyasının üzvü, Qərbi Avropa Elm və Mədəniyyət
Akademiyasının və Rusiya Federasiyası Rəssamlıq
Akademiyasının üzvü, Almaniyada “Bakı” Mədəniyyət
Cəmiyyətinin və Avropada Azərbaycan Mədəni Xadimləri
Assosiasiyasının sədri, Beynəxalq “Sülh səfiri”dir.
İçərişəhərdə
dünyaya göz açmış Əşrəf Heybətov
bir çox əsərində Bakının bu qədim
qalasının rəngarəng mənzərəsini təsvir
edib. Lakin son vaxtlar azərbaycançılıq və
türkçülük mövzuları onu daha çox
maraqlandırır. Gəlin, yurdsevər sənətçinin
20 Yanvar mövzusunda əsərinin yaratdığı
duyğu-düşüncələrə diqqət yetirək.
Xalq qəzeti .- 2023.- 20 yanvar.- S.5.