Ustad jurnalist, fədakar idman xadimi

Eldar İsmayılov – 75

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti,  Əməkdar jurnalist Eldar İsmayılovun anadan olmasının 75 illiyi münasibətilə Azərbaycan Mətbuat Şurasında yubilyarla ölkənin mediaidman ictimaiyyəti təmsilçilərinin görüşü  keçirilib. Toplantıda tanınmış jurnalistidman xadiminin peşəkar qələm sahibimedia təşkilatçısı kimi xidmətlərindən söz açılıb, səmimi təbriklər və xoş arzular səslənib.

Azərbaycan Mətbuat  Şurasının sədri Rəşad Məcid AİJA prezidenti Eldar İsmayılovun Azərbaycan jurnalistikası, ölkəmizdə idmanın populyarlaşması ilə bağlı gördüyü işlərdən söz açıb. Nüfuzlu qələm sahibini təbrik edən AMŞ sədri ahıl jurnalistə növbəti yubileyinin doğulduğu Ağdam şəhərində keçirilməsini arzulayıb, ona Mətbuat Şurasının yubiley diplomunu təqdim edib.

AMŞ-nin sədr müavini Vüqar Zifəroğlu, İdarə Heyətinin üzvləri Yeganə Hacıyeva və Hacıbəy Heydərli, Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğlu, AİJA-nın baş katibi Rövşən Binnətli,  I vitse-prezidenti Nərgiz Mahmudzadə və digər çıxış edənlər də yubilyarı təbrik edərək ustad qələm sahibinə ömrünün məhsuldar çağında yeni uğurlar arzulayıblar.

Göstərilən diqqətə, səmimi təbriklərə görə təşəkkürünü bildirən Eldar İsmayılov həmkarları ilə görüşün 75 illik yubileyinə əsl hədiyyə olduğunu söyləyib, bundan sonra da milli jurnalistikamıza və ölkə idmanına yorulmadan xidmət edəcəyini vurğulayıb.

Görüşdə AİJA təmsilçiləri qurumun buvaxtadək gördüyü işlər, gələcək planları haqqında söz açıblar. AMŞ ilə birgə fəaliyyətin idman mediasının inkişafına, onun daha da ixtisaslaşmasına təkan verəcəyinə əminlik ifadə edilib.

Xalq qəzeti  2023.- 28 yanvar.- S.10.