Dəniz kimi çağlayan insan...
Əli
Rza Xələfli-72
Bəzi
adamlar insanlar arasındakı müqayisəni israrla qüsurlu
hesab edirlər. Fəqət, bəşəriyyət hələ
ki, oxşar və fərqli cəhətləri, yaxud birinin o
birisindən üstünlüyünü müəyyənləşdirmək
üçün, müqayisədən dəqiq
qarşılaşdırma, tutuşdurma tapa bilməyib. Bu dəfə
sizə bütün müqayisələrdən
alnıaçıq, üzüağ çıxan bir insan
haqqında danışmaq istəyirəm. Şair,
yazıçı, jurnalist, "Kredo" qəzetinin baş
redaktoru- Əli Rza Xələflidən. Amma gəlin əvvəlcə
onun ömür yoluna səyahət edək. O, 1953-cü ilin
dekabr ayının 7-si Cəbrayıl rayonunun Xələfli kəndində
dünyaya gəlsə də, doğum şəhadətnaməsində
bu tarix oktyabrın 1-i kimi göstərilib. 1975-ci ildə indiki
Pedaqoji Universitetin filologiya fakultəsini fərqlənmə
diplomu ilə bitirib. Əvvəlcə doğulduğu rayonun
Şahvəli, Tatar və Aşağı Xələfli kəndlərində
müəllim işləyib. Həmin illərdəki pedaqoji fəaiyyətinə
görə "Qabaqcıl maarif xadimi" fəxri adına
layiq görülüb. 1980-ci illərin əvvəlindən mətbuatda
çalışır. 1980-1993-cü illərdə rayon qəzetində
müxtəlif vəzifələrdə işləyib. "Xudafərin",
"Qoşa qanad", "Qarabağ" və "Həyat"
qəzetlərində xüsusi müxbir, şöbə
müxbiri, şöbə müdiri və eləcə də
redaktor əvəzi olub. Ədəbi-publisistik yazıları və
şeirləri dövrü mətbuatda müntazam çap
olunur. 2002-ci ildə "Qızıl qələm"
medalı mükafatına, 2003-cü ildə "Məmməd
Araz"ali ədəbi mükafatına, 2004-cü ildə AYB
Bədii Ədəbiyyatı Təbliğ Bürosunun
"Qılınc və qələm" yaddaş
mükafatına, 2008-ci ildə Beynəlxalq Rəsul Rza
mükafatına, 2010-cu ildə isə Şahmar Əkbərzadə
adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq
görülüb...
Mehriban,
qonaqpərvər, əyləncəli, simpatik,
düşüncəli və cəlbedicidir. Xarakter
baxımından cazibədar və sirli xüsusiyyətlərə
malikdir. Ətrafındakı insanlara qarşı diqqətli və
anlayışlı davranışı ilə tanınır.
İti düşüncəsi və hadisələrə rasional
yanaşma tərzi istənilən çətin vəziyyətdə
onu doğru qərar verməsinə kömək edir. Dostluq və
iş münasibətlərində güclü təsir
bağışlayaraq qarşısındakı insanları
heyran qoyur. Ünsiyyətdə inam qazanmağı və
mürəkkəb məsələləri asanlıqla həll
etməyi bacarır...
Tənqidçi-ədəbiyyatşünas
Qurban Bayramov onun yaradıcılığını belə
xarakterizə edir: “Əlirza Xələflinin poeziyası irfan
dünyasından bir əlçim buluddur və bir
bülbülün sızlar türküsünə
çevrilib söz gülüstanına yağan ağ
yağışdır. Onun poetik üslubda metaforikləşmiş
dərin məna yarada bilmə funksiyası hər məqamda
özünü göstərir. Poetik üslubun assosiativ təzadlar
silsiləsi bu adlar silsiləsinin tarixi mahiyyətinin duyumuna, dərkinə
xidmət edir. Əli Rza Xələfli ümumi epik təsvirdən
aralanaraq öz hiss və həyəcanlarını ifadə
edir, müxtəlif yönlərdə mühakimələr
yürüdür, həyat, insan, cəmiyyət haqqında
düşüncələrini ifadə edir, burada lirizm hərtərəfli görünür. Onun
yazdıqlarında bədii mətnin, parçanın məna
tutumu çox yüksəkdir. Bir qoşa misrada – məsnəvidə
obraza elə səmimi, duyğulu yanaşa bilir ki, kiçik mətndə,
az sözlə bütöv bir obrazı, xarakteri təqdim edir.
Bu məna tutumu barədə müxtəlif mülahizələr
də söyləmək olar. Amma şair sözdə ciddidir,
sözü havayı yerə işlətmir. Bu mənada
Əli Rzanın ədəbi - fəlsəfi mühakimələri
ciddi marağa səbəb olmaya bilmir...”
Həyat
eşqi ilə dolu adamdır. Yüksək yumor hissi var, şən
və istiqanlıdır. Sevməyi və sevilməyi
xoşlayır. Qayğkeş olduğundan əldə etdiklərini
imkansızlarla bölüşməyə hazırdır. Onun ən
müsbət tərəfləri isə əsasən məntiqli
qərar verməsi və düşdüyü mühitdə
hörmət qazanmağı bacarmasıdır. Bir az romantik,
bir az da emosionaldır. Yaxşı həmsöhbətdir. Məsələlərə
ədalətli yanaşmağı xoşlayır. Nəzakətlidir,
diplomatikdir. İş həyatına gəldikdə isə
çox istedadlıdır. Narahat və stresli mühitlərdə
işləməyi sevmir...
Tarix
üzrə fəlsəfə doktoru Yusif Mahmudov isə onun
haqqında yazır: “Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında,
ümumən ədəbi mühitdə və elmi-ictimai media
aləmində “Kredo”su ilə özünə möhkəm yer
eləmiş Əli Rza Xələfll dövrümüzün
görkəmli nasiri, şairi və jurnalisti kimi çox
yaxşı tanınan və sevilən şəxsiyyətdir.
Şübhəsiz, Əli Rza müəllimin bir yazar kimi dəsti-xətti
lap sonsuzluqdan belə oxucusunu çağırır. Manevrli
publisistikası şirinliyi, duzluluğu, fərqliliyi ilə ədəbiyyatımızın
içində bütövləşmiş bir heykəl
kimidir. Onun yazılarında da, adi danışıq və
nitqlərində də cəmiyyət və təbiətin
qırılmaz ülvi bağlılığı, vəhdəti
apaydın süd kimi görünür. Alovlu
çıxışlarını dinlədikcə, sanki sehirli
nağıllar aləmində itib-batırsan. Ədəbiyyat
tariximizin, o cümlədən folklorumuzun gözəl bilicilərindən
olan Əli Rza Xələflinin yazılarında bir elat
dünyası yaşayır. O, bu dünyadan ana təbiətin
füsunkarlığını seyr edir, onu sözə gətirir,
elmi istiqamət verir, ictimailəşdirir. Onun Söz
gücü Təbiətin ilahi eşqini ürəklərə
daşıyır. Bunu bayatılarında daha aydın hiss etmək
olur. Təbiətə sevgi ona qayğıkeş münasibətdən
başlayır. Bu cür münasibətin yeniyetmə və gənclər
arasında yaradılmasının gələcək nəslin
həyati vacib bir məsələ kimi ekoloji mühitin
sağlamlaşdırılmasında mühüm əhəmiyyəti
vardır. Bədii detllardan məqsədli və elmi şəkildə
istifadə səmərə verə bilər...”
Qəlbi
həyatın hər anını doya-doya yaşamaq arzusu ilə
doludur. Onun üçün yeni təcrübələr və
sərgüzəştlər həyatın ən dəyərli
hissələridir. O, enerjili, optimist və macəra ruhuna
malikdir və onun daim yeni məlumatlar öyrənmək və
müxtəlif mədəniyyətlərlə tanış
olmaq istəyi heç vaxt tükənmir. Onun bu liberal xarakteri
karyerasından tutmuş şəxsi həyatına qədər
hər sahədə özünü göstərir. Məhdudiyyətlərdən
qaçmağa üstünlük verir və həyatda öz
yolunu qurmaqda çox qərarlıdır. Münasibətlərdə
isə tərəfdaşı ilə səmimi və
dürüstdür. Müstəqillik onun üçün
çox vacibdir, lakin o, həm də mənalı və dərin
əlaqələr qurmaq arzusundadır. Erkən gəncliyindən
həyatda azadlıq, macəra və yeni kəşflər
axtarır. Bu, onun optimist və macəraçı xarakterini və
həyata dərin sevgi və marağını əks etdirir.
Yaxşılıq etməyi çox sevir. Əgər kiməsə
pislik edibsə, onu həyatı boyu unutmur və davamlı
peşmançılıq hissi keçirir. Hər şeyə
müsbət tərəfdən baxmağı bacaran
insandır. Bəli, bu baxımdan yaxın ətrafı ona həsəd
apara bilər...
Deyir ki:-
"Azərbaycanın indiki mənzərəsi qələm
adamları tərəfindən kifayət qədər ya dərk
olunmur, ya da çətin anlaşılır. Çünki
müstəqilliyin 30 illik mərhələsini keçməyimizə
baxmayaraq, nə köhnə meyarlar tam aradan qalxmayıb, nə
də yeni meyarlar kifayət qədər
açılmış deyil. Və yaxud yeni meyarların yeni ədəbi
yanaşma düşüncəsi prosesi çox ləng gedir.
On-on beş il əvvəl “postmodern” adı ilə
özünü göstərən ədəbi
tüğyançılıq da sanki sönüb.
Çünki həmin ədəbi tüğyan və
tüğyançılar özləri də eksperiment
hüququndaydılar. Adını nə qoyursan-qoy, hər bir
yeni zaman axtarış üçün meyar açır.
Əxlaqda, mənəviyyatda, siyasətdə, hətta dinə
münasibətdə yeni meyarların yaranması həyat hadisələrinə
münasibətdə dəyişməyi tələb
edir..."
Bəli,
oktyabrın 1-i Əli Rza müəllimin rəsmi ad
günüdür, 72 yaşı tamam olur. Ona möhkəm can
sağlığı, uzun ömür və
yaradıcılıq uğurları arzulayıram...
Elman
Eldaroğlu
Xalq cəbhəsi.-
2025.- 2 oktyabr, ¹36.- S.15.