Radio mədəniyyətin
virtual tirajlama vasitəsidir
İnsanlığın
yaratdığı iki mədəniyyət forması var: bəşəri
mədəniyyət və milli mədəniyyət. Bəşəri
mədəniyyət milli mədəniyyətlərin
seçilmiş toplusudur. Hər bir xalq, millət etnos öz mədəniyyətini
inkişaf etdirərək kamil mərhələyə gətirir.
Əgər o mədəniyyət digər xalqların da diqqətini
cəlb edə bilirsə, onlara da lazım olursa,
ayrı-ayrı xalqlar bundan bəhrələnirsə, artıq
bəşəri sərvətə çevrilir. Demək, bəşəri
mədəniyyət öz-özünə yaranmır. Onun əsasında
ayrı-ayrı xalqların üstün mədəniynyətləri
dayanır. Amma bəşəri mədəniyyətə
qatılmaq, dünya çevrəsinə çıxmaq hər
xalqa nəsib olmur.
Hər xalq mədəniyyət
yarada bilirmi? Milli mədəniyyəti, yəqin ki!
Çünki, toplumun xalqa çevrilməsi məhz mədəniyyət
amili ilə bağlıdır. Fransız romançısı
və filosofu Balzak deyirdi: “Xalq ədəbiyyatı olan
topluluqdur!». Ədəbiyyat və mədəniyyət toplumu
xalqa çevirən amillərdəndir. Bu baxımdan mədəniyyət
nadir mənəvi dəyərdir.
Milli mədəniyyət
millətin düşüncə sistemi, maddi - mənəvi dəyərlərin
və yaşayış tərzinin hərtərəfli
inikasıdır. Hər birini ayrıca açıqlayaq.
Düşüncə sistemi toplumun dünyanı dərk etməyə
istiqamətlənmiş fəlsəfi dünya
görüşüdür.
Maddi-mənəvi dəyərlər
düşüncə sisteminə uyğun yaratdığı
maddi-mənəvi dəyərlərin cəmidir. Buraya mədəniyyət
abidələri, incəsənətin bütün növləri,
folklor, tarix, dil, din, döyüş vərdişləri, milli
idman növləri, qədim, özgür nəqliyyat vasitələri
və s. daxildir.
Həyat tərzi
davranış qaydalarını müəyyənləşdirən
və düşüncə sistemi ilə maddi-mənəvi dəyərlər
arasında uyğunluq, əlaqə yaradan yaşama
üslubudur. Adətən, maddi-mənəvi dəyərlərə
aid etdiyimiz adət-ənənə, məişət
davranışları, təlim-tərbiyə metodu, mətbəx
və geyim mədəniyyəti həyat tərzini xarakterizə
edir. Başqa sözlə, bunlar həyat tərzinin göstəricisidir.
Milli mədəniyyət
tiraclanma yolu ilə bəşəri mədəniyyətin tərkib
hissəsinə çevrilə bilir.
Tiraclanmanın
üsulları müxtəlifdir: ədəbiyyat, kino, elm, beynəlxalq
festivallar, olimpia idman oyunları, beynəlxalq müsabiqələr,
televiziya, müasir elektron informasiya texnologiyaları və s.
Radio mədəniyyətin
virtual tiraclanma vasitəsidir. Radio həm də dilimizin təbliğat tribunasıdır. Yerli verilişlər
bu dilin cilalanmasına, xarici verilişlər isə dilin yayılmasına xidmət edir. Akademik Tofiq Hacıyev haqlıdır:
“Azərbaycan dilinin indiki şəraitdə dövlət dili, elm, mədəniyyət, təhsil,
bədii ədəbiyyat
dili olması, ana dilimizin ünsiyyət,
ictimai mübadilə,
kütləvi informasiya
və başqa vəzifələri yerinə
yetirməsi, bu gün orfoepiya normalarının da müəyyənləşdirilməsini tələb edir. Aydındır ki, şifahi
ədəbi dilin mükəmməl, sabit normaları o zaman yarana bilər ki, bu dil
ən yüksək inkişaf pilləsinə çatsın, milli ədəbi dil mərhələsi tamamlansın.
Artıq Azərbaycan
dilinin “milli ədəbi dil mərhələsi
tamamlanmış”dır demək mümkündür. Belə
bir dili dünyaya çıxartmaq isə təbliğatdan
asılıdır.
Radio dilinin təbliğaçıları
göstərirlər ki, durğu işarələri, abzas,
kursiv, həfrlərin ölçüsünə, şəklinə
və rənginə görə fərqləndirilməsi kimi
spesifik ifadə vasitələrinə malik qəzetdən fərqli
olaraq, şifahi nitqdə ritmik quruluş, səs tonunun dəyişdirilməsi,
səsin gücünün, tempin, pauzanın
artırılıb-azaldılması tətbiq olunur. Radio ilə
hər hansı çıxış həmsöhbətə
- dinləyiciyə müraciətdir. Radionun gücü,
auditoriyaya böyük, birbaşa təsir imkanları da xeyli dərəcədə
bununla bağlıdır. Radio bütövlükdə
milyonlarla dinləyici ilə eyni vaxtda ünsiyyət
yaradır. Bunu dinləyici də bilir. O bilir ki, istənilən
radio verilişini milyonlarla insan dinləyir. Bununla belə, hər
bir dinləyici onu şəxsən lözünəməxsus»
hesab edir. Radionun əvəzedilməzliyi, şüurlara
birbaşa təsir imkanı həm də bu amillə
bağlıdır.
6 noryabr 1993-cü il
tarixli “Respublika” qəzetində oxuyuruq yazır: “Radio
informasiya blokadasını yarmağa qismən də olsa nail
ola bilib. Bu yaxınlarda Azərbaycan radiosunun daimi dinləyicisi
Bernard Klinq Avropa televiziyasının keçirdiyi Şərq
ölkələrinin ədəbiyyatı və mədəniyyəti
ilə bağlı müsabiqədə I yeri tutub və mükafatlındırılıb.
Bernard bu bilikləri Azərbaycan radiosundan aldığı
üçün onun ünvanına minnətdarlıq məktubu
göndərib». Göründüyü kimi, əcnəbi dinləyici
Şərq ədəbiyyatına və mədəniyyətinə
dair bilikləri radiodan öz müəllimindən öyrənən
kimi öyrənib. Mədəniyyətin tiraclanmasında -
yayılmasında radio böyük vasitədir.
Filologiya elmləri
doktoru, professor Rafael Hüseynov yazır: “Radio
insanlarımıza ana dilimizin saflığını
aşılayıb, sözümüzün üstün
yaradıcılarını millətimizin qəlbinə yavuq
edib, muğamatımızı, el havacatımızı
yaşadıb, onların təranələri ilə xalqın
ruhunu zərifləşdirib, qəlbini həssas edib. Radio
onilliklərlə ən əsas və ən vacib ”Vətən
rərsliyi" vəzifəsini yerinə yetirib». Bu, radionun
ölkə daxilində mədəni sərvəti
şüurlara çatdırmaq funksiyası hesab edilə bilər.
Bəs xaricdə, ən yaxın Güney Azərbaycanda
radionmuz nələrə yardımçı olub:
“Güney Azərbaycanda
yaşayan, ana dilində yazı-pozusu, dərsliyi, məktəbi
olmayan yüz minlərlə, milyonlarla soydaşımıza Azərbaycan
radiosu, sadəcə, Müəllim olmayıb, doğma dilində
layla çalan, nağıl söyləyən, dastan
danışan, tarixi anladan, yaşamağı öyrədən
Ata olub, Ana olub, Baba olub, Nənə olub». Bu sözlər də
professor, millət vəkili Rafael Hüseynovun
yazısınndandır və o fikrinin davamında qeyd edir:
l1990-cı illərin əvvəllərində İngiltərədə,
Mançestrdə cənublu dostum Əbülfəz Bahadurinin
evində 1960—70-ci illərdə Azərbaycan radiosunda səslənmiş
ədəbi, musiqili verilişlərin kassetnlərini, o
sırada özümün lap ilk verilişlərimin
yazıldığı lentləri dinləyəndə bərk
təəccübləndim. Dostum aydınlıq gətirdi: ”Bu
kasetləri Təbriz bazarından alırdıq. Xüsusi
adamlar vardı ki, bu işlərlə məşğul idilər.
Azərbaycan radiosundan verilişləri izləyər, lentə
köçürər, nüsxələyib satışa
çıxarardılar. Səslənişi
xırıltılı olsa da, bəzən dalğaların
qarışması hansısa parçaları eşidilməz
etsə də, o kasetlərin hər səsini, hər
sözünü gözümüzə təpirdik».
Şəxsiyyətin
yetişməsində, formalaşmasında iki mühüm amil
əsas rol oynayır: mühit və genetika. Radio mühit
yaratmaq kefiyyətinə malikdir. Bu da insanların
şüuruna və mənəviyyatına təsir edir. XX əsrin
sonu — XXI əsrin əvvəllərində Avropa curnalistika nəzəriyyəçiləri
və praktikləri istər yazılı, istərsə də
virtiual və vizual informasiya vasitələrindən yalnız
bilgiləndirmə və əyləndirmə
funksiyalarını tələb etsələr də, maarifləndirmək
funksiyası hələlik öz yerini asanlıqla təhvil
vermək istəmir. Curnalistikanın maarifləndirmək
xüsusiyyəti bəzən ayrıca, bəzən də
bilgiləndirməyin və əyləndirməyin tərkibində
şüurlara təsir edir, dünyada mədəniyyətlərin
tiraclannmasına - yayılmasına yardım göstərir. Bunun
yüksək səviyyədə aparılnması
professionallıq tələb edir. “... curnalist olmaq
üçün... dərin akademik hazırlıq, erudisiya və
müxtəlif sahələri bilmək zəruridir» —
İsveç curnalisti Erik Fichntelius da iki funkisyanı
müdafiə edənlərdəndir. Amma o da curnalistə
lakandemik hazırlıq, erudisiya və müxtəlif sahələri
bilmək zəruridir» deyir.
Curnalistika, o sıradan
radiocurnalistika xəbərin və musiqinin
yayılmasının və mədəniyyətlərin
tiraclanmasının vasitələrindəndir.
“Azərbaycan radiosu zəngin
və şərəfli tarixi yol keçmiş,
xalqımızın mədəniyyətinin, dilinin, milli-mənəvi
dəyərlərinin inkişafına layiqli töhfəsini
vermişdir» deyən ulu öndər Heydər Əliyev həm
də bu dəyərlərin yayılmasını -
tiraclanmasını nəzərdə tuturdu.
Bu gün Azərbaycan
Radiosunun beynəlxalq areanada eşidilməsinin qeydinə qalmaq
qarşıda vəzifə kimi durur.
Natəvan DƏMİRÇİOĞLU,
Azərbaycan Beynəlxalq Radiosunun
şöbə müdiri, BDU-nun jurnalistika
fakültəsinin müəllimi
Xalq qəzeti.- 2009.- 3 aprel.- S. 7.