Moldova parlamentinə
seçkilərdə kommunistlər
qalib gəldilər
Son bazar günü Moldovada parlament seçkiləri keçirilib. İlkin nəticələrdən
məlum olub ki, ötən seçkilərdə olduğu
kimi, bu dəfə də kommunistlər digər partiyaların təmsilçilərini
üstələyiblər.
Mərkəzi Seçki Komissiyasının
sədri Yevgeni Ştirbu elan edib ki, ölkədə
səsvermə hüququ
olan vətəndaşların
59 faizi seçkilərdə
iştirak edibdir. Ölkə qanunvericiliyinə
görə, seçicilərin
əlli faizi iştirak edərsə səsvermə baş tutmuş hesab olunur.
Moldovada dövlət başçısını
parlament seçir. Ən son məlumatlara
görə, kommunistlər
ümumi səslərin
təqribən 50 faizini
əldə ediblər.
Beləliklə, onlar 101 yerlik
parlamentdə 56 deputat
yeri əldə edə biliblər. Lakin kommunistlərin öz namizədlərini prezident
seçmək üçün
onlara minumum 61 səs lazımdır.
Belə çıxır ki, kommunistlərin bu dəfə başqa deputatların dəstəyinə
ehtiyac yaranıb.
Xatırladaq ki, prezident seçmək üçün
parlamentdə üç
dəfə seçvermə
proseduru keçirilə
bilər. Əks təqdirdə
parlament buraxılmalıdır.
Son səsvermənin
nəticələrinə görə,
kommunistlərdən sonrakı
yerləri 12,16 faizlə liberal-demokratlar və 9,3 faizlə “Bizim
Qeyd edək ki, səsvermənin
ilkin nəticələri
seçkilər ərəfəsində
keçirilmiş rəy
sorğularının göstəricilərindən
ciddi fərqlənmir. Müxalifət liderləri bildiriblər ki, dövlət başçısı seçmək
üçün onların
kommunistlərlə koalisiyaya
girmək fikirləri yoxdur. Liberal - demokratların rəhbəri
Vlad Filat dünən bir daha bəyan edib ki, “biz həmişə
demişik ki, kommunistlərin cinayətkar
rejimi ilə ittifaqa girmək fikrimiz yoxdur”.
Kommunistlərin lideri Vladimir Voronin artıq iki dəfə prezident vəzifəsini icra etdiyi üçün
Moldova Konstitusiyasına görə
üçüncü dəfə
dövlət başçısı
seçilə bilməz
və bu ayın sonuna kimi onun prezident
səlahiyyətləri başa
çatır. V.Voronin öz yerinə
namizəd hazırladığını
bildirsə də, onun adını hələ açıqlamayıb.
Siyasi müşahidəçilər hazırkı dövlət
başçısının ya parlamentin spikeri ya da
Rusiyada olduğu kimi baş nazir
postunu tutacağını
güman edirlər.
V.Voronin Modovanının dövlət
televiziyasına verdiyi
müsahibədə də
vurğulayıb ki, o,
bundan sonra da bu ölkədə
baş verən siyasi hadisələrin mərkəzində qalmaq niyyətindədir.
Beynəlxalq müşahidəçilər Moldovada son parlament seçkilərində əvvəlki
seçkilərə nisbətən
proqres əldə olunduğunu bildiriblər.
M. HACIXANLI
Xalq qəzeti.- 2009.- 7 aprel.- S. 6.