Rafis İsmayılov — 70

 

Rəssamlar kinonun əsas yaradıcılarındandır

 

Milli kinomuzun yaranıb formalaşmasında kino rəssamlarının xüsusi xidmətləri olmuşdur. Onlar arasında Elbəy Rzaquliyevin, Nadir Zeynalovun, Kamil Nəcəfzadənin, Mais Ağabəyovun və başqalarının adlarını qeyd etmək yerinə düşərdi. Bu sənətkarların əksəriyyəti Ümumittifaq Dövlət Kinematoqrafiaya İnstitutunda ali kino rəssamlığı təhsili alandan sonra öz yaradıcılığını Azərbaycan kino sənətinin inkişafına həsr etmişdir. Azərbaycanın kino rəssamları arasında xalq rəssamı Rafis İsmayılovun öz yeri, öz mövqeyi vardır.

Rafis İsmayılov 1939-cu il martın 30-da Bakıda ziyalı ailəsində dünyaya göz açmışdır. 1962-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra bir müddət rəssam kimi çalışmış, on il sonra isə Moskva Dövlət Kinematoqrafiya İnstitutuna daxil olmuşdur. Həmin institutun rəssamlıq fakültəsini bitirib, “Azərbaycanfilm” kinostudiyasına işə gəlmişdir. Bundan sonra Rafis müəllim bütün mənalı ömrünü Azərbaycan milli kinosunun inkişafına həsr etmişdir. Quruluşçu rəssam kimi bu gün onun yaradıcılıq bioqrafiyasında 30-dan artıq filmin adı vardır.

70-ci illərdə Azərbaycan kinosunda təcrübəli rəssamlar çox idi. Nadir Zeynalov, Elbəy Rzaquliyev, Kamil Nəcəfzadə və başqaları filmlərimizin rəssamlıq işini uğurla həyata keçirirdilər. Rafis isə ilk öncə bu rəssamların iş təcrübəsini öyrənir, günlərlə onların studiyada quraşdırdıqları dekorasiyalar və eskizlərlə tanış olurdu. O, yaxşı bilirdi ki, nəzəri cəhətdən nə qədər hazırlıqlı olsan da, təcrübə tamam başqa şeydir.

“Qatır Məmməd” (“Atları yəhərləyin”) filminin üzərində əvvəlcə başqa yaradıcı qrup işləyirdi. Sonra filmin quruluşçu rejissoru xalq artisti, mərhum kinorejissor Rasim Ocaqov təyin olundu. Onda filmin quruluşçu rəssamı da Rafis İsmayılov oldu. Bununla o, sənətdə ilk sərbəst addımını atdı. elə bu filmlə onun yaradıcı istedadı özünü büruzə verdi. Film tarixi mövzulu olduğundan obrazların çoxu real qəhrəmanlar idi. Bu da rəssam üçün çox böyük çətinliklər yaradırdı. Müxtəlif növ geyimlər, tarixi yerlərin dekorasiyada düzgün əks olunması, rənglərin düzgün seçilməsibunlar hamısı rəssamdan çox ciddi axtarışlar tələb edirdi. Rasim Ocaqov da rejissor kimi debütünü yaradırdı. Bu vaxta kimi o, kino operatoru kimi işləmişdi. Buna baxmayaraq film hazır olanda hər iki debütantın işi bəyənildi film Ümumittifaq ekranlarına qəbul olundu.

Tezliklə Rafisi rəssam kimi müxtəlif rejissorlar öz filmlərinə dəvət etdilər. Rejissorlardan Eldar Quliyev, Ənvər Əbluc, Oqtay Mirqasımov, Rasim İsmayılov onu öz filmlərinə quruluşçu rəssam təyin etdilər. Beləliklə, Rafis İsmayılov tədricənAzərbaycanfilm”in aparıcı rəssamlarından biri oldu.

Rafis İsmayılovun rəssam kimi quruluş verdiyiSevinc buxtası”, “Üzeyir Hacıbəyov: Uzun ömrün akkordları”, “Qara gölün cəngavərləri”, “Qəribə adamfilmləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. Xüsusilə onun plastika rəng çalarlarının orijinal həllini tapmaq bacarığı işlədiyi filmlərdə aydın nəzərə çarpırdı. Rafis musiqili filmlərə tez-tez dəvət alırdı.Oxuyur Müslüm Maqomayev”, “1001-ci qastrol başqa filmlərin bədii həllində rəssam kimi onun əvəzsiz rolu olmuşdur. O, həm rəssam kimi komediya janrlı filmlərin quruluşunu vermişdir. “Yapon yaponiyalılar”, “Pirverdinin xoruzukimi filmlərimizdə onun dəst-xəttini aydın hiss etmək olur.

Onun rəssam olduğu filmlərdə rəng qarşılığı yoxdur. Obrazlar bədii materialın mövzusuna tam uyğun seçilir tamaşaçı buradakı rəssam işinin professional sənətçi tərəfindən işləndiyini aydın görür.

Rafis müəllim mizanların seçilməsinə şəxsən özü rəhbərlik edir. Eskizləri ilə tam uyğun olmayan materialın filmə gətirilməsi ilə heç vaxt razılaşmır.Dantenin yubileyi", “Anın quruluşu”, “Özgə ömrü”, “Təhminəkimi filmlər onun sənətinə necə məsuliyyətlə yanaşdığından xəbər verir.

Uşaqlar üçün bir neçə cizgi filmində onun imzası ilə qarşılaşırıq. Danışan işıqlar”, “Xeyir şər”, “Göyçək Fatma”, “Lağımkimi filmlər bu qəbildəndir. O, həm Odacizgi filminə quruluş vermişdir. Rafis müəllim uşaqlar üçün yazılmış “Ş.İ. Xətai”, “Metexan”, “Romeo Cülyetta” “Spartak”, “Oliver Tvist”, “Qaçaqlar”, “Kventin Dorvord s. kitablara illustrasiyalar çəkmişdir.

Teatr sahəsində onun bir sıra işləri vardır. Azərbaycan Dövlət Milli Dram TeatrındaGecə döyülən qapılar”, “Tənha iydə ağacı”, “Fedra”, “Misir gecələri”, “Ölüləri qəbirstanlıqda basdırın”, “İkinci səs”, Azərbaycan Dövlət Opera Balet Teatrında isəNatəvan”, “Leyli Məcnun”,"Məhəbbət ölüm", “Rast”, “Trubadurəsərlərinin quruluşçu-rəssamı olaraq teatr dekoru sənətinin inkişafına öz töhfəsini vermişdir.

Rafis müəllim atalar sözləri, Dədə Qorqud motivləri xalq mahnıları mövzuları əsasında çoxlu sayda rəsm əsərlərinin müəllifidir. Dünyada məşhur olan qədim Təbriz miniatür məktəbinin ənənələrini davam etdirərək, dəzgah rəngkarlığı miniatür üslubunda müasir axtarışlar aparır onu inkişaf etdirir.

Rafis İsmayılov Azərbayjanın xalq rəssamı fəxri adına layiq görülmüş, əsərləri isə Dövlət mükafatı rəssamlıq üzrə “Sultan Məhəmmədmükafatı laureatıdır. Ölkəmizdə xaricdə bir çox sərgilərdə iştrak edən Rafis İsmayılov, Professional Kinorejissorlar Gildiyasının, Kinematoqrafçılar İttifaqının Rəssamlar İttifaqının üzvü kimi bu təşkilatların tədbirlərində fəal iştrak edir. İnanırıq ki, hələ neçə-neçə filmlərimizdə onun rəssam istedadının yeni nümunələrinin şahidi olacağıq.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 8 aprel.- S. 8.