Türkiyə şəhidlərin ruhuna ehtiram əlaməti olaraq Ermənistanla sərhədi açmamalıdır
Son zamanlar regionda gedən
ictimai-siyasi proseslərin şaxələnməsi təkcə
Azərbaycanda deyil, eləcə də Xəzər—Qaradəniz
bölgəsində böyük maraqla izlənilir. Proseslərin
şaxələnməsi nə deməkdir? Əvvəla,
ABŞ, Rusiya və Türkiyə bu həssas bölgədəki
münaqişələrin həllinin tezləşdirilməsinə
çalışırlar. Planetin üç
qütbünü təmsil edən bu dövlətlərin hər
birinin özünəməxsus və müsbət layihələri,
təklifləri mövcuddur. Yəni
proseslər müsbət
məcrada davam edir.
Ancaq təşəbbüskarlığın
və təkliflərin artdığı bir zamanda Cənubi
Qafqazda mənfi məcraya yönələn proseslər də
müşahidə edilir. Türkiyə—Ermənistan sərhədlərinin
açılmasına (daha doğrusu,
açdırılmasına) edilən cəhdlər məhz həmin
mənfi meylin təməlini qoymuşdur. Qeyd edilən mənfi
yüklü xəbərlərin yayılması fonunda möhtəşəm
bir müsbət tendensiya da formalaşır. Özü də
iti sürətlə. Belə ki, həm Türkiyədə, həm
də Azərbaycanda ictimaiyyət Ermənistan—Türkiyə sərhədlərinin
açılacağı barədə xəbərləri
böyük etirazla qarşılayır. Təbii ki, yenə də
öndə gedən ziyalılardır.
Tofiq BAKIXANOV, Bakı
Musiqi Akademiyasının professoru, xalq artisti:
— Müasir dünyadakı
bəzi siyasi qüvvələrin Türkiyə—Ermənistan sərhədlərinin
açılmasına cəhd etməsi xəbəri mənə
başqa bir tarixi prosesi xatırladır. Bir dövlət bizə
1905–1906-cı illərdə, daha sonra isə 1918-ci ildə ermənilərin
azərbaycanlılara qarşı törətdiyi
soyqırımını, vəhşilikləri unutdurmaq istəmişdi.
Biz də yüz illərdən bəri xalqımıza
qarşı edilən düşmənçilikləri unudaraq
erməniləri bağışlamışdıq. Nəticədə
nə oldu?
Çörəyimizi
yeyib , suyumuzu içdilər və imkan düşən kimi
yenə də torpağımızı işğal etdilər.
Belə kəmfürsət xalqı, məqam gözləyən
dövləti qətiyyən bağışlamaq olmaz. Mən
tam əminəm ki, dünyada gedən hansısa, növbəti
bir proses zamanı ermənilər dərhal türklərə
və Türkiyəyə qarşı amansız bir
düşmənçilik edəcəklər. Bunu yüz illərin
tarixi hadisələri sübut edir. Ona görə də əminəm
ki, Türkiyə dövləti belə bir səhv
addımı atmayacaqdır.
Mən başqa bir məqamı
da yada salmaq istəyirəm. Həm 1918-ci ilin may ayında, həm
də 1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət
müstəqilliyini əldə edən kimi bizim dövlətimizi
tanıyan ilk dövlət Türkiyə olmuşdur. Bu, bir
tarixi faktdır, Türkiyə dövlətinin bizim müstəqil
dövlətimizə göstərdiyi sayğı və sevgilərin,
sədaqətin sübutu olan fakt. Bir sənət adamı kimi
Türkiyəyə hər səfərim zamanı öz
xalqıma və Azərbaycan dövlətinə məhəbbəti
Türkiyənin hər bir vətəndaşında da
görmüşəm.
Bəs elə isə
Ankara Azərbaycanın dövlət müstəqilliyinə qənim
kəsilən, torpaqlarımızı işğal edən
düşmən dövlətə necə nicat verə bilər?
Ümumiyyətlə, bu, ağlabatandırmı? Əsla yox. Bu
fakt bir də ona görə ağlabatan deyil ki, ermənilər
Azərbaycana etdikləri düşmənçiliklərdən
qat-qat artıq vəhşilikləri Türkiyə dövlətinə
və xalqına qarşı etmişlər. Odur ki, mən
Türkiyənin indiki rəhbərliyinin tarixi türk qətiyyətinə
sadiq qalacağına inanıram.
Leyla GƏRAYZADƏ, Əsgər
Anaları Şurasının sədri:
— Mən öz
çıxışlarımda, müsahibələrimdə,
ali məktəb auditoriyasındakı mühazirələrimdə
daim Türkiyə dövlətinin və türk
xalqının tarix yaratmaq keyfiyyətlərindən söz
açmışam. Fəxr etdiyim bir məqamı tələbələrimə
tez-tez xatırladıram: Türkiyədə əsgərin
şəhid olmasına ağlamır, onunla fəxr edirlər.
Hətta, qardaş ölkədə “şəhidin mübarək!
— ifadəsi də var. Yəni Anadolu türkləri şəhid
ruhuna dünyanın heç bir yerində olmayan şəkildə
ehtiram göstərirlər. Türkiyə rəsmilərinin və
sadə türklərin Bakıdakı Şəhidlər
Xiyabanını necə ehtiramla yad etdiyini, bəlkə də,
bütün azərbaycanlılar görüblər. Bəs
indi nə oldu?
20 min azərbaycanlı
gəncin həyatını əlindən alimış erməni
vandallarına nicat vermək, onları iqtisadi böhran
girdabından çıxarmaq Ankaranın nəyinə
lazımdır? Avropa Birliyinə üzv olmaq istəyi min illərdən
bəri formalaşmış türk qürurunu, mərdanəliyini
bu qədərmi ucuzlaşdırdı? İnanmıram.
Ola bilməz. Türk qüruru ucuzlaşmamalıdır.
Həmkarlarımla
söhbət zamanı belə bir ifadə eşitdim. Guya, bu
gün qardaş ölkədə iqtidarda olan Ədalət və
İnkişaf Partiyası islamyönlü olduğuna görə,
İslam dininin isə bütün dünyada ən rəhmli, ən
humanist din olduğuna görə aclıqdan və səfalətdən
əzab çəkən ermənilərə rəhm edilir. Mən
bunun həqiqət olduğuna inanmıram. Çünki AKP rəhbərlərinin
hamısı islami dəyərləri dərindən bilən
adamlardır. Onlar bilirlər ki, müqəddəs
kitabımız işğalçıya, qaniçənə,
qəsbkara, yolkəsənə, yurdları viranə qoyana, on
minlərlə günahsız insanı öldürənə,
şəhərləri yandırana deyil, fağıra, şikəstə,
yetimə, əlsiz-ayaqsıza, xəstəyə, təbii fəlakətdən
zərər çəkənlərə rəhm etməyi
tövsiyə edir. Erməniyə nə rəhm?
Məgər onlar 1918-ci
ildə Türkiyə dövlətini qorumaq üçün
ölüm-dirim savaşına girmiş türk ordusuna arxadan
zərbə vuranda kiməsə rəhm etmişdilərmi? Yoxsa,
Xocalı şəhərini yerlə yeksan edib minlərlə
şəhər sakinini qətlə yetirəndə hansısa
körpəyə aman vermişdilər? Olmayıb. Yüz illərdən
bəri insan qanı içən vandallara rəhm edilməsi
barədə qərar qəbul olunubsa, çox təəssüf.
Mən çox şadam
ki, bu gün Türkiyəyə rəhbərlik edən
Predizent Abdullah Gül də,Baş nazir Rəcəb Tayyib Ərdoğan
da Bakıda olublar. Onlar Şəhidlər Xiyabanında dəfn
edilmiş nə qədər günahsız
uşaqlarımızın olduğunu görüblər. Ona
görə də əminəm ki, Türkiyə dövləti
bu səhv addımı atmayacaqdır.
Eyni zamanda, bütün
bunlar o demək deyildir ki, biz Türkiyə—Ermənistan sərhədlərinin
açılmaması üçün yalvarırıq. Qətiyyən
yox. Biz öz dövlət başçımız cənab
İlham Əliyevin qətiyyətindən və cəsarətindən
böyük məmnunluq hissi keçiririk. İstənilən
hadisənin baş verməsindən asılı olmayaraq Azərbaycan
xaqı öz liderinin, ordumuz öz Ali Baş
Komandanının ətrafında daha da sıx birləşərək
milli maraqlarımızı qoruyacaqdır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 11 aprel.- S. 4.