İsrailin yeni
hökuməti fələstinlilərlə
dialoqu davam etdirmək niyyətindədir
İsraildə fevral
ayında keçirilmiş növbədənkənar parlament
seçkilərindən sonra yeni hökuməti təşkil
etmək üçün prezident Şimon Peresdən səlahiyyət
alan “Likud” partiyasının lideri Benyamin Netanyahu bu işin
öhdəsindən bacarıqla gəlmişdir. Belə ki,
onun formalaşdırdığı yeni beş partiyalı
koalision hökumətin tərkibi knesset (parlament) tərəfindən
bu günlərdə təsdiq edilmişdir. Yeni seçilən
parlamentdə səs çoxluğuna malik olduqları
üçün koalision hökumətin tərkibində də
sağ təmayüllü partiyalar üslünlük
qazanmışlar. “Avoda” (əmək) partiyasının da
B.Netanyahu tərəfindən koalisiyaya cəlb edilməsi knessetdə
hökumətin mövqeyini daha da möhkəmləndirəcək.
Yeni koalision hökumət parlamentdə indi lazım olandan da artıq — 69 deputat mandatına malikdir. Ölkənin ən
qocaman siyasi təşkilatı olan və sol mərkəzçi
mövqedə duran “Avoda”nın yeni
hökumətin tərkibinə
daxil olması məsələsi bu partiyanın daxilində geniş diskussiyalara səbəb olmuşdur. Lakin sonda partiya lideri
Ehud Barak və onun tərəfdarlarının iqtidarda
təmsil olunmaqla bağlı mövqeyi təşkilatda əksəriyyət
tərəfindən dəstəklənmişdir.
E.Barak yeni hökumətdə müdafiə naziri postunu tutmuşdur. Parlamentdə
ən çox, 28 deputat yeri qazanan
Sipni Livninin rəhbərlik etdiyi mərkəzçi “Kadima”
partiyası isə ana müxalifət rolunu öz üzərinə götürmüşdür.
Sağ və
sol təmayüllü siyasi
qüvvələrin koalision
ortaqlığı və
iş birliyi İsrailin siyasi həyatı üçün
yenilik deyil. 1977-92-ci illərdə bu siyasi qüvvələr
müxtəlif koalision
hökumətlərin tərkibində
uzun müddət əməkdaşlıq etmişlər.
Siyasi müşahidəçilər
tərkibində dini təmayüllü ortodoksal
partiyaların da (“Şats” və “Yəhudi evi” kimi təşkilatların)
təmsil olunduqları
beş partiyalı
koalision hökumətin
ömrünün uzun
olacağı ilə bağlı proqnozlar verməkdə çətinlik
çəkirlər. Hər şey
yeni hökumətin gələcək fəaliyyətindən
asılı olacaq.
Ekspertləri daha çox
yeni hökumətin ərəb-İsrail münaqişəsi,
ilk növbədə Fələstin
problemi ilə bağlı tutacağı
mövqe maraqlandırır.
“Likud” lideri B.Netanyahu
hələ 1996-99-cu illərdə
ölkə hökumətinə
rəhbərlik etdiyi dönəmdə Fələstin
probleminə münasibətlə
əlaqədar əvvəlki
hökumətlərə nisbətən
daha sərt mövqeyi ilə fərqlənmişdi. Elə son seçkiqabağı
kampaniya zamanı da B.Netanyahu Fələstin məsələsində
ciddi siyasi güzəştlərə getməyəcəyini
və sülh danışıqlarını dayandırmağın
tərəfdarı olduğunu
bəyan edirdi.
B.Netanyahu özünün belə sərt mövqeyini “Həmas” və ona yaxın olan digər ekstremist təmayüllü
təşkilatların İsrailə
qarşı olan düşmən münasibəti
ilə əlaqələndirirdi. Lakin yeni
hökuməti təşkil
etikdən sonra baş nazir kimi ilk çıxışında
B.Netanyahu Fələstin
muxtar qurumu rəhbərliyi ilə siyasi dialoqu davam etdirmək niyyətində olduğunu
bəyan etmişdir.
Yeni baş nazirin mövqeyindəki bu dəyişikliyi ABŞ hökumətinin
ona göstərdiyi təzyiqlərin nəticəsi
kimi qiymətləndirmək
olar. Belə ki , bir ay öncə Yaxın Şərqə
ilk səfəri zamanı
dövlət katibi Hillari Klinton B.Netanyahu ilə görüşündə rəsmi
Vaşinqtonun Fələstin
ilə İsrail arasında sülh dialoqunun tezliklə bərpa olunmasında maraqlı olduğunu bildirmişdi.
Məlum olduğu kimi, eks-baş nazir E.Olmertin dönəmində
İsrail hökuməti
ABŞ-ın fəal diplomatik vasitəçiliyi
və dəstəyi ilə Fələstin lideri Mahmud Abbas ilə sülh danışıqları aparırdı. Üç ay öncə Qəzzə sektorunda İsrail ilə “Həmas” təşkilatı arasında
baş vermiş növbəti münaqişə
ilə bağlı tərəflər arasında
sülh dialoqu dayandırıldı. Düzdür, B.Netanyahunun sülh dialoqunu hansı siyasi şərtlər və arqumentlər çərçivəsində aparacağı hələ
ki, bəlli deyil. Lakin yeni baş nazirin parlamentdəki ilk çıxışında “bizim
başqa bir xalqı idarə etmək məqsədimiz yoxdur” fikrini söyləməsi onu göstərir ki, B.Netanyahu da müstəqil Fələstin
dövlətinin yaranması
idjeyasına müsbət
yanaşır. Unutmaq lazım
deyil ki, 1979-cu ilin martında Kemp-Devid anlaşması çərçivəsində İsrail ilə Misir arasında sülh müqaviləsinin
imzalanması da məhz Təl-Əvivdə
“Likud” partiyası başda
olmaqla sağ qüvvələrin iqtidarı
dönəmində baş
vermişdi.
Düzdür, Fələstin probleminə
münasibətdə yeni
hökumətin üzvləri
arasında fikir ayrılığı və
ziddiyyətlər də
mövcuddur. Ölkənin yeni xarici işlər
naziri və ifrat sağ təmayüllü “Bizim evimiz İsraildir” partiyasının lideri Aviqdor Libermanın bu günlərdə verdiyi ziddiyyətli bəyanat bu fikrə misal ola bilər. Belə ki, A.Liberman
bildirmişdir ki, bölgədə sülh prosesi ilə bağlı gedən danışıqlarda əvvəllər
əldə edilmiş
razılaşmalara, ilk növbədə,
2007-ci ilin noyabrında
ABŞ-ın Ankaholis şəhərində Yaxın
Şərqə dair sülh konfransında imzalanmış birgə İsrail-Fələstin bəyannaməsinə
neqativ münasibət
bəsləyir və bu sənədi hüquqi cəhətdən
tanımaqdan imtina edir. İsrail nazirinin bəyanatı
yerli, eləcə də beynəlxalq siyasi dairələrdə ciddi narahatlıq doğurmuşdur. Bəyanat hökumət
daxilində əsil qalmaqala səbəb olmuşdur. Belə ki, “Avoda” partiyasının lideri və müdafiə naziri E.Barak bu məsələ ilə əlaqədar A.Libermanın bəyanatını
kəskin tənqid edərək bildirmişdir
ki, xarici işlər nazirinin öz mövqeyindən dönməyəcəyi halda
onun rəhbərlik etdiyi partiya koalision hökumətin tərkibindən çıxacaqdır.
Belə bir addım isə yeni siyasi
böhranla nəticələnə
bilər. Müxalifətdə duran “Kadima” partiyası A.Libermanın bu mövqeyinə qarşı kəskin reaksiya vermişdir. Ən əsası odur ki, ABŞ Dövlət Departamenti də A.Libermanın belə qeyri-konstruktiv fikirlərinə
mənfi münasibət
bildirmişdir. Çünki bölgədəki sülh
prosesi ilə bağlı İsrail hökuməti daxilində
yaranmış ziddiyyətlər
prezident B.Obama hökumətini də Yaxın Şərqdə əlavə problemlərlə
üzləşdirə bilər.
Yerli siyasi müşahidəçilər
yaranmış bu vəziyyəti İsrail hökuməti daxilində
anlaşılmazlıq kimi
dəyərləndirirlər. Bir sözlə, Fələstin
problemi ilə əlaqədar sülh prosesini gələcəkdə
çətin və mürəkkəb bir yol gözləyir.
Elxan RZAYEV
Xalq qəzeti.- 2009.- 14 aprel.- S. 6.