Texniki peşə təhsili sahəsində Dövlət Proqramı uğurla həyata keçirilir

 

Son illər Azərbaycanın təhsil sistemində ciddi islahatlar həyata keçirilir. Ulu öndər Heydər Əliyevin başladığı bu islahatlar bu gün çox hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Ötən beş il ərzində təhsilin inkişafına xidmət göstərən 16 Dövlət Proqramının qəbul olunması onların həyata keçirilməsi ilə bağlı davamlı aparılması bunu bir daha təsdiq edir. Azərbaycanın şəhər rayonlarında məktəb tikintisinin böyük vüsət alması təhsilə qayğının bariz nümunəsidir. Son beş ildə 1600 məktəb, məktəblərə əlavə korpuslar inşa edilmişdir ki, bu da təhsilin keyfiyyətinə müsbət təsir göstərmişdir.

Bir vaxtlar baxımsız vəziyyətə düşmüş texniki peşə təhsili bu islahatlardan kənarda qalmamışdır. Belə ki, son illər Təhsil Nazirliyinin böyük səyi nəticəsində bu sahədə islahatlara başlanmış, onun inkişafına diqqət artırılmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixdə imzaladığıAzərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” bunu bir daha təsdiq edir. Bunun obyektiv səbəbləri vardır. Çünki Azərbaycan dövləti davamlı şəkildə inkişaf edir, yeni istehsal sahələri yaradılır, sahibkarlığa geniş imkanlar açılır s. Ona görə bu gün təhsilin bu sahəsində islahat aparılması zəruri məsələyə çevrilmişdir.

Qeyd edim ki, Dövlət Proqramında bu sahədə ciddi dəyişikliklərin edilməsi vacib məsələ kimi qarşıya qoymuşdur. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, peşə təhsili hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayır. Az vaxt içərisində iqtisadiyyatın müxtəlif sahələri üçün mütəxəssis kadrların hazırlanması yalnız təhsilin bu sahəsində mümkündür. Peşə təhsilini iqtisadiyyatın inkişafetdirici bazası hesab edirlər. Bu gün ölkəmizdə 144 texniki peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Texniki peşə təhsili müəssisələrindən 6-sı işğal altında qalmış ərazidə fəaliyyət göstərmiş hazırda fəaliyyətləri dayandırılmışdır. Qalan təhsil müəssisələrindən 47-si peşə liseyi, 60-ı peşə məktəbi, 1-i isə Peşə Tədris Mərkəzidir. Bu müəssisələrdə 101 peşə üzrə 24.000-dən çox şagird təhsil alır. Bizim məktəblərə hər il orta hesabla 14000-dən yuxarı şagird qəbul olunur. Bunlar faktiki rəqəmlərdir. Bizi isə daha çox texniki peşə təhsili sahəsində hazırlanan kadrların keyfiyyəti maraqlandırır.

Deyim ki, texniki peşə təhsili sektoru təhsilin spesifik xüsusiyyətləri olan sahəsidir. Bu məktəblərin şagirdləri ilə işləmək pedaqoji kollektivdən xüsusi bacarıq vərdişlər tələb edir. Artıq Azərbaycanın texniki peşə təhsili sahəsində kifayət qədər təcrübəli pedaqoqlar vardır onlar bu sahənin inkişafına böyük həvəslə xidmət göstərirlər.

Rəhbərlik etdiyim 7 saylı Bakı Peşə Liseyi ölkəmizdə peşə təhsili islahatlarının uğurla həyata keçirilməsi üçün böyük işlər görür. Məktəbimiz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 1996-cı il tarixli qərarı ilə lisey statusu almışdır. V.H. Ağayev adına 7 saylı Bakı Peşə Liseyi 1970-ci ilə qədər neftmaşınqayırma sənayesi, sonralar isəUlduzElmi İstehsalat Birliyi üçün ixtisaslı fəhlə kadrları hazırlayan 56 saylı Texniki Peşə Məktəbi kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən yeni statusla fəaliyyətə başlayan məktəbimiz yeni ixtisaslar üzrə kadr hazırlığına başlamışdır. Bizim məktəb əsasən informasiya-kommunikasiya texnologiyaları üzrə kadr hazırlığına üstünlük verir. Bu da təbiidir. Belə ki, indi ölkəmizdə informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzindədir. Dövlət rəhbərimiz İlham Əliyev informasiya texnologialarının inkişafına böyük qayğı göstərir. Cənab Prezident 2004-cü ildə orta ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına dair Dövlət Proqramı imzalamışdır. Həmin Proqrama görə 2007-ci ilə kimi hər 33 şagirdə bir kompyuter nisbəti həll olunmalı idi. Artıq bu proqram reallaşıb bu gün orta məktəb şagirdlərinin hər 29 nəfərinə bir kompyuter nisbəti həll olunmuşdur. 2008-2012-ci illəri əhatə edən yeni bir Dövlət Proqramının da qəbul olunması bu sahəyə ölkə rəhbərinin xüsusi önəm verməsinin əyani sübutudur.

Söz yox ki, XXI əsr informasiya cəmiyyətinin formalaşması dövrü olduğundan hər kəsin informasiya texnologiyaları sahəsində müəyyən bilik, bacarıq vərdişlərə yiyələnməsi vacibdir. Ona görə cəmiyyətin inkişafında böyük əhəmiyyət daşıyan peşə təhsili sistemi bundan kənarda qala bilməz. Bizim liseydə bu sahədə kadr hazırlığına böyük önəm verilir. Belə ki, ixtisaslarımız demək olar ki, ancaq bu sahəni əhatə edir. Onlar kompyuter üzrə operator, kompyuter texnikasının sazlayıcısı, mühasib-fərdi kompyuter operatoru, kompyuter texnikasının təmiri ixtisaslarıdır.

Bu ixtisaslar üzrə liseyimizdə əsas təhsil bazasından 341, orta təhsil bazasından isə 60 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 64 mühəndis-pedaqoji işçi məşğul olur. Bu il 100 nəfər şagirdimiz məktəbi bitirir. Onlardan 56 nəfəri hərbi xidmətə çağırışçıdır. Qalanları isə müxtəlif müəssisələrlə bağladığımız muqaviləyə uyğun olaraq işlə təmin olunacaqlar. BizimKür” MMC, “Məşəl” MMC, “İnter press” qəzet redaksiyası, “Dibare Melal” MMC s. təşkilatlarla kadr hazırlanması ilə bağlı müqavilələrimiz var.

Liseyimizin maddi-texniki bazası ildən-ilə möhkəmlənir. Yeni kompyuterlər, müxtəlif avadanlıqlar alırıq. Təhsil Nazirliyinin yaxından köməkliyi ilə bu yaxınlarda 8 ədəd müasir tələblərə uyğun kompyuter əldə etmişik. Bundan başqa, proyektorlar, ayrı-ayrı ixtisaslar üçün əyani vasitələr alınıb şagirdlərin istifadəsinə verilmişdir.

Onu da deyim ki, bizim liseyin binası müasir tələblərə uyğun olaraq təmir edilmişdir. Burada kompyuter texnikasının təmiri quraşdırıcısı ixtisası üzrə laboratoriya emalatxana hazırlanıb şagirdlərin istifadəsinə verilmişdir.

Bunlar hamısı təhsilin keyfiyyətli aparılması üçün səmərəli şərait yaradır. Təhsil naziri Misir Mərdanov, eyni zamanda, nazirliyin texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov vaxtaşırı bizim fəaliyyətimizlə maraqlanır lazım olan köməkliyi göstərirlər. Bu yaxınlarda nazir Misir Mərdanov bildirdi ki, peşə təhsili sistemi üçün yeni kurrikulumlar hazırlanır. Artıq orta ümumtəhsil məktəblərində bu islahatlar başlanmışdır. İnanırıq ki, kurrikulum islahatı peşə təhsili sistemində təhsilin keyfiyyətinə öz təsirini göstərəcəkdir.

Doğrudan da, ölkəmizdə peşə təhsilinin inkişafına böyük önəm verilir. Bu sahədə başlanan islahatların uğurla həyata keçirilməsi üçün ciddi tədbirlər görülür.

Kollektivimiz bu islahatların reallaşmasına öz töhfələrini verir. Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlar səfərbər olunmuşdur.

 

 

Yəhya SƏFƏROV,

7 saylı Bakı Peşə

Liseyinin direktoru

 

Xalq qəzeti.- 2009.- 14 aprel.- S. 7.