Günəşliyatağının istismarına diqqət artırılır

 

Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatına başlanılmasının 60 ili tamam olur. Məlum olduğu kimi, 1949-cu ildə “Neft Daşları” yatağında ilk quyunun istismara verilməsi ilə dünyada açıq dənizdə neftçıxarmanın əsası qoyulmuşdur. Ötən dövrdə Azərbaycanın geoloq və geofizikləri tərəfindən dənizdə bir-birinin ardınca çoxsaylı zəngin neft və qaz yataqları aşkar edilərək istismara verilmişdir. Bu yataqlardan biri də öz zənginliyi ilə seçilən “Günəşli” yatağıdır. Xatırladaq ki, “Neft Daşları” yatağından 10-15 kilometr aralıda yerləşən bu perspektivli struktur ötən əsrin ortalarında azərbaycanlı geoloq və geofiziklər tərəfindən aşkar edilmişdir.

1978-ci ilin avqust ayında təcrübəli qazma ustası İsrafil Hüseynovun başçılıq etdiyi briqada tərəfindən dənizin 84 metr dərinliyində quraşdırılmış ilk dərinsulu platformadan 3450 metr dərinliyə qazılmış 4 saylı quyu sutkalıq 300 tonluq hasilatla istismara buraxılmışdır. Bununla da, “Günəşli” yatağında neft hasilatının əsası qoyulmuşdur. Adı çəkilən yataqda neft hasilatının artması ilə əlaqədar burada yığım-nəql sisteminin yaradılması zərurəti meydana çıxmışdır. Bu məqsədlə 1980-cı ildə ilk sualtı boru kəməri tikilib istifadəyə verilmişdir. Beləliklə də, “Günəşli” yatağından hasil edilən neftin “Neft Daşları”nın yığım-nəql sistemi vasitəsilə sahilə nəql edilməsinə başlanılmışdır.

 Ötən 29 ildə “Günəşli” yatağından ümumilikdə 139 milyon ton neft və kondensat, 53 milyard kubmetr qaz hasil edilmişdir. Adı çəkilən yataqda ən yüksək illik hasilat isə 1991-ci ilə təsadüf edir. Belə ki, həmin il burada 6 milyon 701 min ton neft çıxarılmışdır. Bundan əlavə, “Günəşliyatağı ayrı-ayrı illərdə Azərbaycanınmavi yanacağaolan tələbatının ödənilməsində əhəmiyyətli yer tutmuşdur.

Yeri gəlmişkən onu da qeyd edək ki, “Günəşliyatağının istismara daxil edilməsi, burada yaradılan nəhəng infrastruktur imkanları o zaman Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1969-cu ildə Sovet İttifaqında, eləcə bütün dünyada Azərbaycan neftinin guya tükənməsi ilə bağlı söz-söhbətlərin yarandığı bir dövrdə respublikamıza yenicə rəhbər təyin edilmiş Heydər Əliyev məşhur alimlər, geoloq, geofizik neftçilərlə təcili görüşlər keçirmiş, təqdim edilən materialların ətraflı analizindən sonra onların qarşısında dənizin daha dərin qatlarında, suyun dərinliyi 100 metrdən artıq olan sahələrdə işləmək neft sənayesinin əvvəlki şöhrətini qaytarmaq vəzifəsini qoymuşdu. Həmin vaxtdan etibarən böyük dərinliklərdə dəniz mədənlərinin salınması üçün Azərbaycan hökumətinin sifarişi ilə dünyanın gəmi tikintisi üzrə ixtisaslaşmış tanınmış şirkətləri ilə lazımi işlər aparılmışdır. Bunun da nəticəsi olaraq fərdi layihələr əsasında nəhəng dəniz kranları, borudüzən gəmilər, barjlar, yedək-təchizat, yanğınsöndürən, xilasetmə, elmi-tədqiqat, mühəndis-geoloji dalğıc gəmiləri inşa edilmişdir. Bundan əlavə, bütün Xəzər dənizi boyu kəşfiyyat işləri aparmaq məqsədilə 10-dan çox üzən qazma qurğusu alınıb respublikamıza gətirilmişdir. Həmin qurğulardan ən böyüyü olanKaspmorneft” SSRİ-nin süqutundan sonra modernləşdirilərək dünya standartlarına uyğunlaşdırılmışdır. “Dədə Qorqudadı altında fəaliyyətini davam etdirən bu üzən yarımdalma qurğusu Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasına mühüm töhfələr vermişdir. Adı çəkilən qurğu hazırda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən uzun illik icarə əsasında istismar olunur.

Günəşliyatağının açılması ilə dənizdə qazma işləri xeyli intensivləşmişdir. Təkcə onu demək kifayətdir ki, ötən müddətdəBayıl LimanıDəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən burada ümumi metrajı 600 kilometrdən çox olan 200-dən artıq quyu qazılmışdır. İl ərzində burada bir ya iki dərinsulu platforma quraşdırılmışdır. Hətta 1986-cı ildə birdən-birə üç platforma istismara verilmişdir. Həmin platformalardan isə il ərzində 20-22 quyu qazılmışdır. ZənginGünəşliyatağında lazımi infrastrukturun yaradılması məqsədilə 1979-cu ildə fəaliyyətə başlamışXəzərdənizneftqaztikintitrestinin inşaatçıları tərəfindən ötən dövrdə iki min kilometrədək sualtı boru kəmərləri, elektrik kabel xətləri çəkilmiş, platformaların üst yaşayış sənaye yarusları, vertolyot yanalma meydançaları, habeləGünəşliNeft Daşlarıyataqlarından alınan neftin qəbulu emalı üçün böyük rezervuar parkına malik Dübəndi sahil neft terminalı inşa edilmişdir. Həmin dövrdəXəzərdənizneftqazsənayeÜmumittifaq Sənaye Birliyinin baş direktoru vəzifəsində çalışan Qurban Abbasovun göstərişi ilə Xəzər dənizinin böyük dərinliklərində aparılan kəşfiyyat işləri üzən qazma qurğuları vasitəsilə həyata keçirilməyə başlamışdır. Bu da Azərbaycan geoloqlarına beş-altı il ərzindəGünəşliyatağının yaxın ərazilərindəÇıraq”, “AzəriKəpəzkimi zəngin perspektivli strukturları kəşf etməyə imkan vermişdir. Onu da deyək ki, həmin illərdə respublika geoloqlarına ARDNŞ-in hazırkı birinci vitse-prezidenti, tanınmış mütəxəssis Xoşbəxt Yusifzadə başçılıq edirdi: Məlum olduğu kimi, ötən əsrin ortalarında kəşf edilmişGünəşliyatağının dərinlikdə yerləşən hissəsi hazırda ABƏŞ tərəfindən istismar olunur.

Hazırda Dövlət Neft Şirkəti üzrə hasil olunan illik neftin 60-65 faizini verənGünəşliyatağının dayaz hissəsinin istismarına əvvəlki illərdə olduğu kimi, yenə böyük diqqət yetirilir. Socar. az saytının məlumatına görə, adı çəkilən yatağın işlənməsi, o cümlədən fəaliyyətdə olan quyu fondunun sabit saxlanması, işlək quyuların təmiri, eləcə yenilərinin qazılması məqsədilə böyük kapital qoyuluşları həyata keçirilir. Yataqdakı neft qaz ehtiyatlarının işlənməyə cəlb edilməsi məqsədilə yüksək texnika, avadanlıq materiallar alınır, qabaqcıl texnologiyalar tətbiq edilir. Məlum olduğu kimi, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq AbdullayevGünəşliyatağının istismarını həyata keçirən “28 May” Neft Qazçıxarma İdarəsinin 2008-2010-cu illərdə sosial-iqtisadi inkişafı üzrə kompleks tədbirlər proqramını təsdiq etmişdir. Sözügedən proqramda həmin idarənin dənizdə neft-qazçıxarma sahəsinin nümunəvi, etalon müəssisəsinə çevrilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə konkret tədbirlər həyata keçirilir.

İndiGünəşliyatağındakı 13 platformadan sutkada 14,5 min ton neft 18,3 milyon kubmetr qaz hasil olunur. Yeri gəlmişkən, son illər burada qaz hasilatının artırılması məqsədilə görülən işlər böyük iqtisadi səmərə vermişdir. Təkcə onu demək kifayətdir ki, 2004-cü ildəGünəşliyatağında 2 milyard 214 milyon kubmetr qaz hasil olunduğu halda, ötən il bu göstərici 6 milyard 503 milyon kubmetr təşkil etmişdir. 2008-ci ildə burada həmçinin 5 milyon 283 min ton neft çıxarılmışdır. Onu da qeyd etmək lazımdır ki, hazırdaGünəşlineftindən Avropada dünyada geniş tələbat duyulan ən keyfiyyətli mühərrik yanacaqları istehsal edilir. Məhz həmin səbəbdəndir ki, bu neftdən alınan dizel yanacağıAvropa keyfiyyət ulduzumükafatına layiq görülmüşdür.

2009-cu ildəGünəşliyatağında 12 yeni quyunun istismara verilməsi nəzərdə tutulur ki, onların da 10-u qaz quyusudur. “28 May” NQÇİ Bahar-Hövsan-Suraxanı qaz kəmərinin inşası layihəsinin sifarişçisidir. Kəmərin sutkalıq ötürmə qabiliyyəti 5 milyon kubmetrdir. “Günəşliyatağından hasil edilən qazınŞimalelektrik stansiyasına, Sumqayıt şəhərinə Bakının ətraf qəsəbələrinə nəqli üçün nəzərdə tutulmuş kəmər yaxın günlərdə istismara veriləcək. Bu ilGünəşliyatağında ümumi uzunluğu 15-20 kilometr olan platformalararası 8-9 dərinsulu boru kəmərinin inşası nəzərdə tutulub. “Neft Daşları”ndakı 2 saylı sıxıcı kompressor stansiyasında daha 3 aqreqat istifadəyə veriləcək. Bununla da stansiyanın sutkalıq gücü 7,4 milyon kubmetrdən 10,5 milyon kubmetrədək artırılacaq. Bundan başqa, 4 nömrəli platformada kompressor stansiyasının istismara verilməsi planlaşdırılıb. Stansiyanın sutkalıq gücü 2 milyon kubmetr olacaq. Bu kompressor stansiyası aşağı təzyiqli qazın itkisiz yığılıbNeft Daşları”na nəql olunmasına imkan verəcək. Bütün bu tədbirlər isəGünəşliyatağında qaz hasilatının daha da artmasına səbəb olacaq.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 15 aprel.- S. 4.