Azərbaycanda Elektron İmza layihəsinin pilot versiyasının təqdimatı
keçirilib
Azərbaycan
Respublikası Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyində ULTRA şirkətinin rəhbərliyi ilə
Microsoft və Azerin şirkətlərinin də daxil olduğu
konsorsium tərəfindən E-İmza layihəsinin son istifadəçilər
üçün həllinin pilot versiyasının təqdimatı
keçirilib.
Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində
keçirilən təqdimat zamanı layihədə nəzərdə
tutulmuş şəkildə fiziki və hüquqi şəxslər
üçün E-İmza kartlarının hazırlanması
və onlardan istifadə olunma qaydalarının (qeydiyyat
prosesi, sənədlərin imzalanması və təqdim edilməsi,
yoxlanılması) nümayişi keçirilib. Nümunə
üçün E-İmza kartları çap olunub.
Beləliklə,
E-İmza pilot layihəsinin uğurlu təqdimatını
keçirən ULTRA şirkəti ölkə
üçün zəruri olan e-İmza sistemini tam olaraq bu ilin
oktyabrında istifadəyə verməyi planlaşdırır.
Qeyd edək ki, Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat
Hesablama Mərkəzinin 2008-ci ildə respublikada elektron
imzanın tətbiqinin əsas komponenti olan “Mərkəzi
açıq açar” infrastrukturunun qurulması üzrə
tenderinin qalibi ULTRA şirkətinin yaratdığı Microsoft
və Azerin şirkətlərindən ibarət konsorsium elan
edilmişdir.
Məlumat
üçün bildirək ki, Azərbaycanın
aparıcı İT-şirkətlərindən biri olan ULTRA
şirkəti Azərbaycanda İntel, Microsoft, HP, Cisco
korporasiyalarının rəsmi tərəfdaşıdır. 10
ildir ki, fəaliyyət göstərən şirkət elektron
hökumət həlləri təqdim etməklə ölkədə
elektron təhsil, elektron sənəd dövriyyəsi, elektron məhkəmə
layihələrini həyata keçirməkdədir. ULTRA Azərbaycanla
yanaşı, Orta Asiya və Şərqi Avropa ölkələrində
də fəaliyyət göstərir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 16 aprel.- S. 16.