Erməni
terror birləşmələrinin 1905-1906-cı illərdə
azərbaycanlılara qarşı törətdikləri
kütləvi qırğınlar uydurma soyqırım
iddialarını ifşa edən tutarlı faktdır
Son 200 ildə Qafqaz ərazisində
Azərbaycan xalqına qarşı düşünlmüş
şəkildə həyata keçirilmiş etnik təmizləmə
və soyqırımı siyasəti xalqımız
üçün çox ağır nəticələrə,
milli faciələrə gətirib
çıxarmışdır. Erməni avantüristləri və
onların havadarları qeyri-insani siyasət yeridərək azərbaycanlıları
indi Ermənistan adlandırılan ərazidən —min illər ərzində
yaşadıqları doğma tarixi-etnik torpaqlarından didərgin
salmış, soydaşlarımız qətl və
qırğınlara məruz qalmış,
xalqımızın tarixi yaşayış məskənləri
dağıdılmış, yandırılaraq yerlə-yeksan
edilmişdir.
Tarixi mənbələrə
görə, 1828-ci ildə İrəvan və Naxçıvan
xanlıqlarına məxsus torpaqlarda yeni inzibati bölgü -
erməni vilayəti təşkil edilərkən bu ərazidə
mövcud 111 yaşayış məntəqəsindən cəmi
62-si erməni kəndi olmuşdur. Həmin illərdə
dağıdılmış 359 azərbaycanlı kəndinin əhalisinin
çox hissəsi öldürülmüş, qalanları isə
təqiblərə və milli ayrı-seçkilik siyasətinə
məruz qalaraq İran və Türkiyə torpaqlarına
qaçmağa məcbur olmuşlar.
XX əsrin əvvəllərində
xarici ölkələrdən köçürülən ermənilərin
sayının bir milyona çatması bölgədə
demoqrafik vəziyyətin tamamilə dəyişməsinə gətirib
çıxarmışdır. Erməni daşnak millətçilərinin
“Böyük Ermənistan” ideyasını həyata keçirmələri
ilə bağlı təbliğatları Qafqaz bölgəsində
milli qırğınlara səbəb olmuşdur. Bu
qırğınlar 1905-1906-cı illərdə Bakıda,
Naxçıvanda, İrəvanda, Zəngəzurda, Gəncədə
və Cənubi Azərbaycanda davam etmişdir. Erməni
daşnak quldur dəstələri 1905-ci il noyabrın 28-də
Qarabağ bölgəsinin şəhər və kəndlərini
yandıraraq uşaqlara, qadınlara və qocalara qarşı
görünməmiş vəhşiliklər törətmişlər.
Ermənilər təkcə Şuşa, Cavanşir və Cəbrayıl
qəzalarında 75-ə qədər Azərbaycan kəndini,
İrəvan və Zəngəzur quberniyalarında isə
200-dən çox yaşayış məntəqəsini
dağıtmış, əhalini vəhşicəsinə qətlə
yetirmişlər. Erməni terrorçuları hələ
1904-cü ilin sentyabrında Bakı şəhərində bir
neçə azərbaycanlını qətlə yetirmişlər.
Həmin qətllər
isə ermənilər
tərəfindən xəbərdarlıq
xarakteri daşımışdır.
1905-ci il fevralın 5-də
erməni terrorçu dəstələri Bakı qəzası
Sabunçu kəndinin sakini Ağarza Babayevi
öldürmüşlər. Qətl ixtişaş yaratmaq məqsədilə
törədilmişdir. Elə həmin gün erməni quldur dəstələri
realnı və texniki məktəblərin 7-ci sinif şagirdləri
Yakov Lebedevi və İvan Volkovu öldürmüşlər. Erməni
alimi C.Libardyanın yazdığınıa görə,
üç il ərzində (1904-1906-cı illər) erməni
terrorçuları 105 “Siyasi qətl” törətmişlər.
Bunların 56-sı ermənilərə qarşı, 32-si
siyasi bəhanələrlə həm ruslara, həm də
türk məmurlarına və zabitlərinə qarşı,
2-3-ü təsadüfən, heç bir səbəb olmadan,
qalanları isə bankirlərə və sələmçilərə
qarşı olmuşdur. Alimlər Libardyanın göstəridyi
rəqəmləri araşdıraraq yazmışlar: “...Bu
qısa üçillik dövrdə erməni
terrorçuları tərəfindən
öldürülmüş, erməni mənşəli hər
iki adamla yanaşı, bir qeyri-erməni mənşəli
şəxs də qanına qəltan edilmişdir. Məqsəd
dəyişməyibdir: dinc ermənilərin böyük əksəriyyətini
qəsdən qorxutmaq, onları terrorçuların qabiliyyətini
təşviq etmək məcburiyyətində qoymaq”.
1905-ci ilin fevralında
Bakıdakı Mixaylov xəstəxanasının sənədlərinə
görə, erməni milyonçuları Balabek Lalayevin, Artyom
Babayantsın, İsay Ter Osipovun və başqa maqnatların
havadarlığı saQondarma erməni soyqırımıyəsində
daşnak terror qrupu 18 adamı öldürmüş və 33
nəfəri yaralamışdır. Onların 34-ü azərbaycanlı,
6-sı rus, 6-sı erməni, 5-i isə başqa millətin
nümayəndələridir. (Eloğlu.S. Zəngəzur hadisələri,
Bakı-1993).
1905-ci il fevralın 7-də
erməni terror təşkilatı Bakıda 100-dək dinc vətəndaşımızı
öldürmüş və yaralamışdır. Erməni
quldur dəstələri həmin ilin fevral ayında Bakı
sakinlərini qətl və qarətlərə məruz
qoymuşdular. Erməni dəstələri kütləvi
qırğınlar törətdikdən sonra varlı ermənilərin
(Balabek Lalayev, Artyom Babayants, Akop Muradyan, Karen Saakyants və b.)
evlərinə yığılmış, onların pəncərələrindən
və damlarından şəhərin küçələrinə
atəş açmış, ingilis, fransız istehsalı
olan bombalar, qumbaralar atmışlar. 1905-ci ilin 6-10 fevral
qırğınları tarixə “Bakı şəhərində
qanlı qətliam” kimi düşmüşdür. “Daşnaksütyun”
beynəlxalq erməni terror təşkilatının idarə
etdiyi quldur dəstələri 1905-ci ilin 20-21 fevralında
İrəvan şəhərinin müsəlman sakinlərinə
qarşı insanlığa yaraşmayan hərəkətlər
edərək qırğınlar, vəhşiliklər
etmişlər. Dinc əhalinin vəhşicəsinə
öldürülməsi bu amansız hadisənin şahidlərini
dəhşətə gətirmişdir.
Ümummilli liderimiz Heydər
Əliyev bu hadisələrə belə qiymət vermişdir:
“Saxtalaşdırılmış erməni tarixi dinc ermənilərin
şovinist ruhda böyüməsinə zəmin yaratmaq
üçün dövlət siyasəti səviyyəsinə
qaldırır. Böyük humanist ideallara xidmət edən Azərbaycan
ədəbiyyatı və mədəniyyəti ruhunda təribyə
olunmuş yeni nəslimiz ekstremist erməni
ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan
xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə
yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz
üçün ideoloji zəmin yaradır”.
1905-ci il mayın 11-də
Bakı şəhərində beş erməni terrorçusu
Qafqaz xalqları arasında dostluq əlaqələri ruhunda
çıxış edən knyaz M.A.Nakaşidzeni və
Q.Takiyeşkini qətlə yetirdilər. Bu hadisəni şahid
R.R.Subinski öz xatirələrində göstərmişdir.
O dövrün məlumatlarına əsasən, qatillərdən
biri Dro ləqəbli Drastamat Kanayan olmuşdur. Bu hadisələrdən
əvvəl Dro Zəngəzur mahalında erməni quldur dəstələrinin
tərkibində dinc əhaliyə – türklərə,
kürdlərə, azərbaycanlılara qarşı qanlı
qırğınlarda yaxından iştirak etmişdi. Erməni
daşnak quldurları 1905-ci il mayın 24-də İrəvan
quberniyasında dinc azərbaycanlılara atəş
açdılar.Qarışıqlıqdan istifadə edən
erməni saqqallıları on bir vətəndaşı – 4
qadın, 2 uşaq və 5 kişini qətlə yetirdilər.
Bu qanlı hadisələrdən
doymayan erməni quldur dəstələri 1905-ci ilin mayında
Naxçıvan torpağına hücum edərək dinc əhaliyə
divan tutdular. Çoxlu sayda qadın, qoca və
uşağı öldürdülər. Ermənilər
1905-ci ildə Zəngəzur bölgəsində də onlarca
adam öldürmüş, evlərə od vuraraq yandırmışlar.
Bütün silah
növləri ilə təmin olunmuş erməni quldur dəstələri
1905-ci il iyunun 2-də Mənkus müsəlman kəndinə
hücum etmişlər. Silahsız kəndlilər ailələrini
götürüb qaçmağa məcbur olmuşlar. Kənddə
qoca və əlil olan 80 yaşlı bir sakin erməni quldurlarının
əlinə keçmişdir. Erməni quldurları
şişləri qızdıraraq işgəncə verməklə
onu öldürmüşlər. Ermənilər bu vəhşilikləri
1988-1989-cu illərdə Ermənistan torpaqlarından qovulan azərbaycanlılar
üzərində də həyata keçirmişdilər. Erməni
daşnak dəstələri 1905-ci il iyunun 8-də İrəvan
yaxınlığındakı Eçmiədzin qəzasındakı
Uşu azərbaycanlı kəndini mühasirəyə
almış, buranı işğal etdikdən sonra kişilərin
başlarını kəsmiş, südəmər
uşaqları süngülərə keçirmişlər. Bu
basqın zamanı kəndin məscidi
yandırılmışdır. Ermənilər ertəsi
gün Eçmiədzin qəzasındakı Peçsi,
Nazrevan, Kiçik kənd, Kötüklü, Qoşabulaq və
İrgü azərbaycanlı kəndlərini də
yandırmış, məscidlərə od vurmuş və
insanlığa yaraşmayan hərəkətlər edərək
murdarlamışlar.
Erməni daşnak dəstələri
öz çirkin əməllərindən əl çəkməyərək
1905-ci ilin avqustun sonlarına yaxın Bakı əhalisinə
qarşı dəhşətli qırğınlar törətdilər.
1905-ci il avqustun 8-də 300-dən çox erməni
daşnakı Şuşa qəzasının Vənd kəndinin
karvan dəstələrinə hücum etdilər. Çoxlu
tacir öldürüldü, əmlakları talan edildi. Kəndin
sakini Abbas bəyin oğlunu, qardaşını və bir
neçə nökər-naibini qətlə yetirdilər. Onların
törətdikləri qanlı qırğınların məqsədi
isə yerli əhalini Şuşanı və Qarabağın
dağlıq hissəsinin digər ərazilərini tərk etməyə
məcbur etmək idi.
Ermənilərin piyada və
süvari dəstələri 1905-ci il oktyabrın 3-də Azərbaycanın
Sırxavənd müsəlman kəndinə hücum təşkil
etdilər. Dəstəyə quldur terrorçu Hamazasp
başçılıq edirdi. Kənd az vaxt içində
insan meyitləri ilə doldu. Uşaqları bir yerə
yığaraq kütləvi halda öldürdülər. Azərbaycan
xalqının başına gətirilən
soyqırımı haqqında ümummilli liderimiz Heydər Əliyevin
verdiyi fərmanda qeyd edildiyi kimi: “Böyük Ermənistan”
yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları
1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq
şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata
keçirdilər. Onların Bakıdan başlanan vəhşilikləri
Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan
kəndlərini əhatə etdi. Yüzlərlə
yaşayış məntəqəsi dağıdılıb
yerlə yeksan edildi, minlərlə azərbaycanlı qətlə
yetirildi. Bunları törədən təşkilatçılar
hadisələrin açılmasına, ona düzgün
hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək,
azərbaycanlıların mənfi obrazını
yaratmış, özlərinin avantürist torpaq
iddialarını pərdələmişlər” (“Dirçəliş-XXI
əsr” jurnalı, N3-4, 1988).
Erməni terrorçu dəstələri
1905-ci il noyabrın 21-də Tiflis əhalisinə də
qanlı və amansız divan tutaraq onları vəhşicəsinə
qətlə yetirmişlər. Qırğında çoxlu
sayda azəri türklərini də işgəncələrlə
öldürmüşlər. 1906-cı il yanvarın 1-dən
erməni daşnak dəstələri azərbaycanlı kəndi
Papravəndə hücuma keçdilər. Kənd
işğal olundu, kişilərin başları kəsildi,
hamilə qadınların qarnı qılıncla
yarıldı, hələ dünyaya gəlməmiş
körpələrin boyunları vuruldu. Qırğına
daşnak, qulağı kəsik Andronik Ozanyan
başçılıq edirdi. Hələ ötən əsrin
əvvəllərində Rusiyanın Ərzurumdakı konsulu
general Q.Mayevski onun haqqında yazmışdı: “1901-ci il
qışın əvvəllərində Andronik adlı
birisinin erməni quldur dəstəsi Muş həndəvərində
peyda olmuşdur”.
1906-cı il iyulun 12-də
erməni quldur dəstələri yaxınlıqdakı erməni
kəndlərindən 10 min nəfərə yaxın dəstə
ilə Şuşa üzərinə hücuma keçdilər.
Bu ərazidə döyüşlər beş gün davam etdi.
Bütün evlərə bombalar yağdırıldı. Südəmər
körpələri beşiklə birlikdə yandırır,
analarının başlarını daşa
çırpırdılar.
1905-1906-cı illərdə
erməni bandaları Qarabağın yüzlərlə kəndini
yerlə yeksan etmişdilər. Bu dəstələr 1906-cı
il iyulun 29-da azərbaycanlıların Karxana kəndinə
hücum etdilər. Silahsız kəndlilər ermənilərə
müqavimət göstərə bilmədilər. Kəndin
bütün kişiləri erməni vandalları tərəfindən
öldürüldü. Qaçıb təpəliklər
arxasında gizlənmiş 30 qadın və uşağın
yerini ermənilər dərhal müəyyən etdilər. Buna
səbəb gənc ana Pakizənin uşağının
ağlaması olmuşdur. Hətta tarix bu körpə
qızın da adını saxlamışdır – Firuzə. Quldurlar
bu insanlara da aman verməyərək onları qəddarcasına
qətlə yetirmişlər. Ümumiyyətlə, o zaman
Karxana kəndinin sakinlərindən heç kim canını
qurtara bilməmişdir.
1905-1906-cı illərdə
xalqımıza qarşı kütləvi soyqırımı
həyata keçirmək üçün erməni
daşnakları silahlanmış könüllülər
toplamışlar. Azərbaycan, Gürcüstan, Türkiyə
torpaqları hesabına “Böyük Ermənistan” yaratmağa
cəhd edən daşnaklar eyni vaxtda müxtəlif bölgələrdə
azərbaycanlıları kütləvi halda qırmağa, evlərinə
od vurmağa başlamışlar. Azərbaycan
yazıçısı M.S.Ordubadinin qeydlərinə görə,
1905-ci il iyunun 13-də erməni dəstələri Cəbrayıl
bölgəsində əhalini tamamilə
öldürmüşlər. O yazır: “Divanlı, Qacar,
Ağbulaq və s. kəndləri yandırdılar, 50 nəfər
azərbaycanlını qətlə yetirdilər. 1906-cı il
iyul ayının 12-də Şuşada çar hakim dairələrinin
ikibaşlı siyasəti üzündən ikinci dəfə
ermənilər olmazın vəhşiliklər həyata
keçirdilər”.
(M.S.Ordubadi. Qanlı illər.
1905-1907-ci illərdə baş verən erməni-müsəlman
davasının tarixi. Bakı-1991).
Maraqlıdır ki,
özlərini ariyalı iranlılarla bir irqdən bilib
onları qan qardaşı adlandıran erməni
daşnakları 1905-ci ilin fevral ayında Bakıda, Tiflisdə,
Şuşada qırğınlar törədir, hətta Cənubi
Azərbaycandan gələn soydaşlarımızı
öldürməkdən belə çəkinmirdilər. Məlum
olduğu kimi, 1905-ci ildə Bakının neft mədənlərində
çalışan fəhlələrin 25 faizindən
çoxu məhz Cənubi Azərbaycandan gəlmiş Azərbaycan
türkləri idi.
Tarixi mənbələrə
görə, XVIII əsrin 1-ci yarısında İrəvanın
65 yaşayış məntəqəsində müsəlmanlar,
4 məntəqəsində isə ermənilər
yaşayırdılar. Məhəmmədzadə Mirzəbala
yazır ki, I Dünya müharibəsindən öncə
bütün dünyada mövcud olan ermənilərin 1 milyon
100 min nəfəri Qafqazda, 100 min nəfəri İranda, 400
min nəfəri Türkiyədə yaşayırdı.
1988-ci ildən erməni
silahlı birləşmələrinin Qarabağa soxulması və
sonrakı illərdə Azərbaycan torpaqlarının 20
faizini işğal etməsi, 1 milyondan çox azərbaycanlının
qaçqın düşməsi, on minlərlə
soydaşımızın öldürülməsi,
Xocalının yerlə yeksan edilməsi bizdən
keçmişə diqqət yetirməyi, səhvləri təkrar
etməməyi, unutqanlığı birdəfəlik yaddan
çıxarmağı tələb edir.
1988-ci ildə azərbaycanlıların
öz doğma torpaqlarından deportasiyası silah gücünə
həyata keçirildi. Ermənistan Ali Sovetinin 1988-ci il 22
noyabr sessiyasının məxfi tapşırığına əsasən,
noyabrın 22-dən 28-dək bu ərazinin 22 rayonundakı 170
təmiz və 94 qarışıq yaşayış yerindən
230 mindən artıq azərbaycanlı, 18 min müsəlman
kürdü, min nəfər rusdilli əhali erməni
saqqallılarının silahlı dəstələri tərəfindən
zorla qovuldu. Bu deportasiyaya məruz qalanların 255 nəfəri
vəhşicəsinə qətlə yetirilmiş, minlərlə
uşaq, qadın, qoca yaralanmış, on minlərlə ailənin
əmlakı çapılıb talan edilmişdir.
Monoetnik bir dövlət
qurmağa nail olan Ermənistan başçıları
keçmiş sovet dövlətinin hərbi-sənaye
potensialına güvənərək əhalinin 30 faizini azərbaycanlılar
təşkil edən Azərbaycanın Dağlıq Qarabağ
Muxtar Vilayətini, eləcə də yeddi rayonu (Ağdam,
Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər) işğal edib
xarabalıqlara döndərmişlər. Bu zaman Azərbaycanın
12 rayonunun 17 min kvadrvatkilometr ərazisində olan 70
yaşayış məntəqəsi işğala məruz
qalmışdır. Erməni təcavüzü nəticəsində
20 minə qədər azərbaycanlı həlak olmuş, 4
minə qədər insan girov
götürülmüşdür ki, onların da əksəriyyətini
uşaqlar, qadınlar və qocalar təşkil edir.
Yeri gəlmişkən, 1918-ci il
Batum müqaviləsinə görə, cəmi 9 min
kvadratkilometr ərazisi olan Ermənistan ötən dövrdə
40 min kvadratkilometr tarixi Azərbaycan topraqlarını qəsb
etmişdir.
Firudin CÜMŞÜDLÜ,
ADPU-nun Azərbaycan
tarixi kafedrasının dosenti,
tarix elmləri namizədi
Xalq qəzeti.- 2009.- 17 aprel.- S. 5.